Axtarış

The search found 105779 results in 0.025 seconds.

Search results

  1. "KaMAZ" 5 avtomobili əzib - BAKIDA

    Hadisə nəticəsində 2 nəfər xəsarət alıb
     
    Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
    Hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.
    Belə ki, "KaMAZ" markalı yük avtomobili 5 minik avtomobilinə çırpılıb. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb.
    Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 19-08-2017

  2. ABŞ İŞİD üzərində qələbədən sonra Suriyada qalmayacaq – DÖVLƏT DEPARTAMENTİ

    Xezer Nauert: Biz istəyirik ki, Suriyanı ABŞ və digər dövlətlər deyil, suriyalılar idarə etsin
     
    "İŞİD terror qruplaşması üzərində qələbədən sonra Birləşmiş Ştatlar Suriyada qalmayacaq".
    "RT" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Xezer Nauert bildirib.
    "Məqsədimiz İŞİD üzərində qələbə qazanmaq və bundan başqa heç nə etməməkdir. Biz istəyirik ki, Suriyanı ABŞ və digər dövlətlər deyil, suriyalılar idarə etsin", - deyə o bildirib.
    Onun sözlərinə görə, ABŞ hərbçiləri Suriyada qalmayacaq.

    Muxalifet - 19-08-2017

  3. Livan ordusu "Cəbhət ən-Nüsrə" terror qruplaşmasının anbarında ABŞ raketləri tapıb

    Hərbçilər silahı terrorçuların Livanın şimal-şərqindəki bir neçə mövqeyinə nəzarəti ələ aldıqdan sonra aşkarlayıblar
     
    Livan hərbçiləri "Cəbhət ən-Nüsrə" terror qruplaşmasının gizli silah anbarında ABŞ istehsalı olan tank əleyhinə "TOW" raketlərini tapıblar.
    Bu barədə "Reuters" Livanın təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb.
    Bildirilir ki, hərbçilər silahı terrorçuların Livanın şimal-şərqindəki bir neçə mövqeyinə nəzarəti ələ aldıqdan sonra aşkarlayıblar.

    Muxalifet - 19-08-2017

  4. Camış qadını ağır yaralayıb - AĞSTAFADA

    Ağstafada camış qadına ağır xəsarət yetirib.
     
    Rayonun Saloğlu qəsəbə sakini 1974-cü il təvəllüdlü Yaqut İbrahimova özlərinə məxsus təsərrüfatda camışları yerinə ötürmək istəyərkən heyvan ona hücum edib. Ağır bədən xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirlir.

    Muxalifet - 19-08-2017

  5. ​КТО ПОДСТАВЛЯЕТ ИЛЬХАМА АЛИЕВА?

    Автор: PolitRUS Август 18, 2017
    Департамент предварительного расследования налоговых преступлений при Министерстве налогов Азербайджанской Республики 7 августа возбудил уголовное дело и начал предварительное следствие в отношении информационного агентства «Туран».
    Речь идет о начислении дополнительного налога на прибыль и пени за просроченные платежи за период с 2014 года в размере более 37 тысяч манатов (22 тысячи долларов).

    Muxalifet2 - 19-08-2017

  6. Bakıda mənzildə kişi meyiti tapılıb

    Bakıda mənzildə kişi meyiti aşkarlanıb.
     
    Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nizami rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
     Dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və Şərifov Aleksandr Eldaroviçin cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 00:27-də başa çatıb.

    Muxalifet - 19-08-2017

  7. Nazarovdan möhtəşəm qol - Video

    Almaniya II Bundesliqasında III turun oyunları keçirilir.
     
    Millimizin üzvü Dimitri Nazarovun formasını geyindiyi “Aue” səfərdə “Ayntraxt Braunşveyq”lə qarşılaşıb.
    Nazarov 24-cü dəqiqədə Tiffertin künc zərbəsindən ötürdüyü topu mükəmməl zərbə ilə qapıdan keçirib.
    Lakin 2 dəqiqə sonra Xelifi hesabı bərabərləşdirib. Matçda başqa qol olmayıb və görüş 1:1 başa çatıb.
    Qeyd edək ki, “Aue” 3 oyunda ilk xalını qazanıb.

    Muxalifet - 19-08-2017

  8. Hüseyn Abdullayev Fazil Məmmədovdan yazdı: “…sənin kimi “dormoyedlər””

    Köşə kimi status
     
    Hazırda mühacirətdə yaşayan Hüseyn Abdullayev özünün facebook səhifəsində məmurları tənqid edən növbəti statusunu paylaşıb. Xural.com Hüseyn Abdullayevin statusunu təqdim edir:
    “Dəyərli dostlarım!!!

    Muxalifet2 - 19-08-2017

  9. Rusiya İsraili satqın adlandırdı

    Rusiyanın keçmiş Sobibor konslagerindəki muzeyin yenilənməsinə buraxılmaması ilə bağlı İsrailin mövqeyi tarixi satqınlıqdır.
     
    Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova söyləyib.
    “Mən İsrailin mövqeyini başa düşməkdən qəti şəkildə imtina edirəm. Bu, tarixi satqınlıqdır”, - XİN rəsmisi bildirib.
    Qeyd edək ki, Sobibor konslageri Polşada yerləşir. İkinci Dünya müharibəsində burada 250 min yəhudi qətlə yetirilib.

    Muxalifet - 19-08-2017

  10. "Koreyada Ukraynaya məxsus raket motorları aşkarlanıb" - ZAXAROVA

     Şimali Koreyada aşkarlanan Ukrayna şirkətinə aid raket motorları beynəlxalq platformalarda gündəmə gətiriləcək.
     
    Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
    “Bu məsələ istənilən halda gündəmə gətiriləcək”, - sözçü qeyd edib.
    Xatırladaq ki, “Nyu York Tayms” qəzetində yayımlanan araşdırma məqalədə Şimali Koreyada müəyyən edilən raket motorlarının Ukraynanın “Yujmaj” şirkətinə aid olduğu iddia edilmişdi.

    Muxalifet - 19-08-2017

  11. ​ "Böyük Ermənistan xəyalı alt-üst olacaq" - TÜRK GENERAL

    Müstəqil Kürdüstan Ermənistana sərf etmir.

    Muxalifet.az xəbər verir ki, bunu “Yeni Çağ” qəzetinə açıqlamasında Türkiyənin ehtiyatda olan general-leytenantı Ərdoğan Qaraquş söyləyib. Onun sözlərinə görə, xristian dünyası hələ də “Böyük Ermənistan” xəyalından əl çəkməyib:
    “Rusiya Ermənistanı ABŞ-a vermək istəmir. Kürdüstan yaradılsa, ən böyük ziyan həm Rusiyaya, həm də Ermənistana dəyəcək. Ermənilərə görə, “Böyük Ermənistan” Türkiyənin şərqini əhatə edir”.

    Muxalifet - 19-08-2017

  12. Tofiq Zülfüqarov: “Hücuma keçərkən kürəyimizi ”5-ci kolon"dan gözləməliyik"

    Sabiq nazirdən şok xəbərdarlıq; “Ermənistana ən böyük təhlükə yaradan Naxçıvan faktorudur”
     
    Artıq ilin səkkizinci ayı başa çatmaq üzrədir və Qarabağ məsələsinin “ölü nöqtə”dən tərpədilməsi istiqamətində hər hansı addım müşahidə olunmur. Vəziyyət o dərəcədə mürəkkəbdir ki, hətta simvolik olaraq danışıqlara start verilməsi də mümkünsüz olub. Bu vəziyyət nə vəd edir, savaş perspektivi nə dərəcədə ciddidir? Situasiyanı sabiq xarici işlər naziri Tofiq Zülfüqarovla şərh etdik.
     

    Muxalifet - 19-08-2017

  13. Şəmkirdə intihar: 34 yaşlı kişi sirkə içib

    Şəmkir rayonunda 34 yaşlı kişi intihar edib.
     
    Rayonun Bayramlı kənd sakini Şəhriyar Xıdır oğlu Bağırov yaşadığı evdə sirkə turşusu içərək özünə qəsd edib.
    O, xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
    Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

    Muxalifet - 19-08-2017

  14. ​“SANKİ HƏR ŞEYİ MƏN ETMİŞƏM, MƏNDƏN YUXARIDA HEÇ KİM OLMAYIB…” - General mesaj verdi

    Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə Elçin Quliyev çıxış edib. O, heç kimdən pul almadığını deyib: “Mən iclas başlayanda dedim ki, proses qapalı olsun və çəkiliş aparılsın. Günahkar olsaydım, bunu təklif etməzdim. Proses bitən kimi saytlar burada olanların hamısını yazırlar.

    Muxalifet2 - 19-08-2017

  15. “Zabitlərin çoxu Ermənistanı tərk etmək niyyətindədirlər” - Erməni vəkil

    Norayr Norikyan: “Bir çox zabitlər yeni müqaviləni imzalamaqdan imtina ediblər”
     
     “Bu gün zabitlərin əksəriyyəti Ermənistanı tərk etmək niyyətindədirlər”.
    Ermənistan KİV xəbər verir ki, bunu zabitlərin hüquqlarını müdafiə edən vəkil Norayr Norikyan bildirib.

    Muxalifet - 19-08-2017

  16. 38 yaşlı kişi özünü asıb - BAKIDA

    Bakıda intihar olub.
     
    Hadisə paytaxtın Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağlarında qeydə alınıb. 1979-cu il təvəllüdlü Rüstəm Soltanov yol kənarındakı ağacdan özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
     Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

    Muxalifet - 19-08-2017

  17. Merkel və Şultz Ərdoğanın son açıqlamasına reaksiya verdi

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Almaniyadakı seçkilərlə bağlı açıqlama verdi.
     
    Almaniyada yaşayan türklərə səslənən Ərdoğan "Türkiyə düşməni partiyalara səs verməyin"-demişdi.
    Ərdoğanın açıqlamaları Almaniyanın Sosial Demokratlar partiyasının baş nazir namizədi Martin Şults və kansler Angela Merkelin reaksiyasına səbəb olub.
    Tvitter səhifəsində açıqlama verən Şults deyib: "Ərdoğan həddini keçir. Azad və demokratik Türkiyə üçün savaşanlara daha çox dəstək olacağıq".

    Muxalifet - 19-08-2017

  18. "Azəri adında millət yoxdur, bu Stalinin uydurmasıdır" — Türk alimdən müdhiş sözlər

     
    Türkiyənin məşhur tarixçisi professor-doktor İlber Ortaylı Stalinlə bağlı maraqlı açıqlamalar verib.
     
    Məşhur alim Lüleburqazda bir tədbirdə iştirak edərkən bu fikirləri səsləndirib: "Azərbaycan başqa, azəri başqa. Türklər arasında azəri deyə bir millət yoxdur. Bunu xiyar Stalin özündən çıxarıb. Stalin cahil bir gürcüdür. Milliyətdən başı çıxmayıb. Çox savadsız, cahil biri olub".

    Muxalifet - 19-08-2017

  19. Məşhur “avtoritet” Lənkəranskinin məzarı üstündə azərbaycanca danışdı — VİDEO

    Cinayət aləminin “Ümumavropa kassasının” nəzarətçisi, Şeyx Həmzət adı ilə məşhur olan çeçen əsilli kriminal avtoritet Həmzət Qastəmirov Azərbaycana gəlib.
     
    Onun gəlişində məqsəd 2016-cı il avqustun 17-dən 18-nə keçən gecə İstanbulda qətlə yetirilən azərbaycanlı qanuni oğru Rövşən Lənkəranskinin (Canıyev) qəbrini ziyarət etmək və il mərasiminə qatılmaq olub.
    Qastəmirov “qardaşı” Rövşən Lənkəranskinin xatirəsini yad edəndən və qəbrinə gül çələngi qoyandan sonra onun ailə üzvlərinə başsağlığı verib.

    Muxalifet - 19-08-2017

  20. ABŞ-ın müdafiə naziri Türkiyəyə gəlir

    ABŞ-ın müdafiə naziri Ceyms Mattis Türkiyəyə səfər edəcək. Bu barədə Türkiyə mətbuatı yazıb.
     
    Məlumata əsasən, C.Mettisin səfəri avqustun 23-də baş tutacaq.
    Səfər çərçivəsində Pentaqon rəhbəri Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli ilə görüşəcək. Görüşdə Suriya münaqişəsinin nizamlanması, eləcə də PKK-ya qarşı mübarizə məsələləri müzakirə olunacaq.

    Muxalifet - 19-08-2017

Pages