Axtarış
The search found 105783 results in 0.012 seconds.
Search results
Təzə gəlini döyüb, xəstəxanalıq etdilər – LƏNKƏRANDA
25 gün əvvəl ailə qurmuş Bağırova Aytac Hikmət qızı həyat yoldaşı tərəfindən döyülərək ciddi xəsarətlər alıb.
Lənkəranda təzə gəlin döyülərək xəstəxanalıq olub.
Hadisə rayonun Kənarmeşə kəndində baş verib.
Belə ki, 25 gün əvvəl ailə qurmuş Bağırova Aytac Hikmət qızı həyat yoldaşı tərəfindən döyülərək ciddi xəsarətlər alıb.
O, xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.Muxalifet - 2-08-2017
“Rusiya üzərindən sanksiyaların götürülməsi mümkünsüzdür” - TİLLERSON
Ukrayna üzrə Minsk sazişləri icra olunmadan Rusiya üzərindən sanksiya rejiminin götürülməsi mümkünsüzdür.
“RİA Novosti”nin verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibi Reks Tillerson bildirib.
“Biz həmişə Minsk sazişlərinin icrasının vacibliyini vurğulayırıq, bu baş verməzsə, Ukrayna ilə bağlı tətbiq edilmiş sanksiyalarda heç bir dəyişiklik olmayacaq”, - deyə Tillerson qeyd edib.Muxalifet - 2-08-2017
Tramp müxalifət liderlərinin azadlığa buraxılmasını tələb edib - Venesueladan
ABŞ prezidenti Donald Tramp venesuelalı həmkarı Nikolas Maduronun müxalifətə qarşı hərəkətlərini pisləyib və müxalifət liderləri Leopoldo Lopes və Antonio Ledesmanın azadlığa buraxılmasını tələb edib.
“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.Muxalifet - 2-08-2017
Sarayda avtomobil su kanalına düşüb, 1 nəfər batıb - YENİLƏNİB
Abşeron rayonu, Saray qəsəbəsində “Mercedes” markalı minik avtomobilinin su kanalına düşməsi nəticəsində suda batan sürücü, 1978-ci il təvəllüdlü Elnur Elxan oğlu Salmanovun cəsədi dalğıc-xilasedicilər tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Muxalifet - 2-08-2017
Ağ Ev: Tramp Rusiyaya qarşı sanksiyalara dair qanunu hələlik imzalamayıb
ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə dair Konqresin qəbul etdiyi qanun layihəsini hələ ki imzalamayıb.
“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders bildirib.
O, qanun layihəsinin yaxın zamanda Tramp tərəfindən təsdiqlənəcəyini vəd edib.
S.Sanders qanunun təsdiqlənməsində ləngimənin müşahidə edilməsi ilə bağlı iddialarla razılaşmadığını qeyd edib: “İstənilən kompleksli qanun layihəsi həmişə müəyyən müddət hüquqi ekspertizadan keçirilir”.Muxalifet - 2-08-2017
“Tramp Şimali Koreya probleminin hərbi yolla həllinə hazırdır” - Senator
ABŞ prezidenti Donald Tramp Şimali Koreyanın nüvə proqramına dair məsələni hərbi yolla həll etməyə hazırdır.
“RİA Novosti” verdiyi xəbərə görə, bu barədə nüfuzlu amerikalı senator Lindsi Qrem bildirib.
“Hərbi yolla həll variantı var – Şimali Koreyanın proqramını və KXDR-in özünü məhv etmək... Bu iş 20 il təxirə salınıb. Əgər onlar yeni qitələrarası ballistik raketlə Amerikanı vurmaq cəhdlərini davam etdirəcəklərsə, onda raket proqramına görə Şimali Koreya ilə müharibə olacaq”, - deyə L.Qrem NBC telekanalına müsahibəsində bildirib.Muxalifet - 2-08-2017
ABŞ YPG terrorçularına 100 yük maşını hərbi yardım göndərib
ABŞ Suriyadakı YPG kürd terror qruplaşmasının silahlılarına silah, sursat və hərbi texnika ilə yüklənmiş 100 ədəd yük maşını göndərib.
“Milliyet”in verdiyi xəbərə görə, İraqdan yola düşən yük maşınları iyulun 30-da Suriyanın Haseka şəhərinə çatıb. Buradan maşın karvanının İŞİD terrorçularının nəzarətində olan Rəqqa şəhəri istiqamətində yola düşməsi planlaşdırılıb. Bəzi yük maşınlarında ABŞ istehsalı olan “Humvee” zirehli döyüş maşınlarının olduğu bildirilir.Muxalifet - 2-08-2017
Daha bir şirkət Azərbaycan bazarını tərk edir
İtaliyanın neft mədən avadanlıqlarının tədarükü sahəsində xidmətlər göstərən "Valvitalia S.P.A" şirkətinin Azərbaycandakı nümayəndəliyi ləğv olunur.
Vergilər Nazirliyi xəbər verir ki, kreditorlar və maraqlı şəxslər tələblərini Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 133, “SAT PLAZA” biznes mərkəzi, 7-ci mərtəbə ünvanına bildirə bilərlər.
Xatırladaq ki, İtaliya şirkəti Azərbaycanda ötən ilin əvvəlindən fəaliyyət göstərirdi.Muxalifet - 2-08-2017
Qaraçılar 18 yaşlı gənci döyüblər
Nicat İsmayılov xəstəxanaya yerləşdirilib
Bakıda döyülmə hadisəsi baş verib.
Hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, bir neçə qaraçı "Sabunçu bazarı"nın qarşısında pərakəndə salfet satışı ilə məşğul olan 18 yaşlı Nicat İsmayılovu aldadaraq döyüblər. Onlar N.İsmayılovun üzərindəki pulu və salfetləri götürərək ərazidən uzaqlaşıblar. Xəsarət almış zərərçəkən xəstəxanaya yerləşdirilib.Muxalifet - 2-08-2017
Azərbaycanlı Türkiyədən qovuldu: GEYİMİNƏ GÖRƏ
Türkiyənin Qars bölgəsində Azərbaycan əsilli N.Ş. polis tərəfindən saxlanılıb.
O, üzərində "Hero" (Qəhrəman) yazılmış köynəyinə görə polis bölməsinə aparılıb.
Məlumatlara görə, dindirildikdən sonra N.Ş. Azərbaycana ekstradisiya edilib.
Qeyd edək ki, Türkiyədə bu yazılı geyimlərdən istifadə qadağan olunub. Buna səbəb 15 iyul hadisələrində 250 nəfərin ölümünə səbəb olan şəxslərdən birinin məhkəmə zalına üzərində "Hero" yazılmış köynəyi geyməsi olub.Muxalifet - 2-08-2017
Ermənistanın ikinci “QARABAĞ SSENARİSİ”
Ermənistan ABŞ-dakı erməni lobbisinin köməyilə Gürcüstanın Samsxe-Cavaxeti bölgəsini ələ keçirir.
“kavkazplus” saytı erməni lobbisinin Gürcüstan üzərindəki işğalçı oyunlarını araşdırıb.Muxalifet - 2-08-2017
Putinin gözlənilməz addımının səbəbi
Rusiyanın borcları artıq onun strateji əhəmiyyətli ehtiyatlarının həcminə yaxınlaşır.
Bu sözləri Axar.az-a Rusiyanın Rezerv Fondunun ləğvi ilə bağlı məsələni şərh edən iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin Rezerv Fondunun ləğvi ilə bağlı qəbul etdiyi qərar siyasi xarakterlidir:Muxalifet - 2-08-2017
İranın qarşısını almalıyıq - ABŞ
Suriyanın gələcəyində Bəşər Əsədin yeri yoxdur.
Bu sözləri ABŞ Dövlət katibi Reks Tillerson deyib.
Baş diplomat onu da əlavə edib ki, İran hərbi qüvvələri tez bir zamanda Suriyanı tərk etməlidir:
“Müttəfiqlərimizlə birgə İranın regionda təsir dairəsinin artmasının qarşısını almalıyıq”.Muxalifet - 2-08-2017
Masallıda 33 yaşlı kişi qətlə yetirilib
Masallıda 33 yaşlı kişi bıçaqlanaraq öldürülüb.
Rayonun Şatıroba kənd sakini 1984-cü il təvəllüdlü Təyyar Cabir oğlu Quliyev bu gün səhər saatlarında yaralı vəziyyətdə kənd ərazisində tapılıb. Üç bıçaq zərbəsi alan yaralı Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq yaralı xəstəxanada vəfat edib.
Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə gətirilib.Muxalifet - 2-08-2017
Bakıda 37 yaşlı kişi özünü asıb
Bakıda intihar hadisəsi baş verib.
Xəzər rayonu, Binə qəsəbəsində yaşayan 1980-ci il təvəllüdlü Elşad Əliş oğlu İbrahimov özünü yaşadığı evdə asaraq intihar edib. İntiharın səbəbi hələlik bilinmir.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.Muxalifet - 2-08-2017
Məhkəmə Əfqan Muxtarlı işi ilə bağlı şikayəti araşdırmayıb
Sabunçu Rayon Məhkəməsi bəzi ictimai fəalların və vəkillinin Bakı İstintaq Təcridxanasında saxlanan jurnalist Əfqan Muxtarlı ilə bağlı verdiyi şikayətə baxmaqdan imtina edib.
Şikayətdə onların jurnalistlə görüşməsinə maneə yaradıldığı iddia olunur.Muxalifet - 2-08-2017
Türkiyə Naxçıvana S-400 yerləşdirə bilər – Ermənistanı qorxuya salan şok AÇIQLAMA
Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri alması ilə bağlı danışıqlar aparması Ermənistanda da narahatlıq yaradıb.
Modern.az saytının məlumatına görə, erməni analitik Stepan Safaryan bildirib ki, Türkiyə S-400 hava hücumundan müdafiə sistemlərini alsa, bunlardan birini Azərbaycana verə bilər.Muxalifet - 2-08-2017
“Binə”Ticarət Mərkəzində ölüm
Binə Ticarət Mərkəzində ölüm hadisəsi baş verib.
Ticarət mərkəzinə alış-veriş üçün gələn müştərilərdən biri, 1946-cı il təvəllüdlü Zahid Novruzov dayanacaqda qəflətən ölüb. Onun ürək çatışmazlığından öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 2-08-2017
Bakıda ticarət mərkəzi bağlandı
Bakıda ticarət mərkəzi bağlanıb.
Söhbət “TƏZƏ BAZAR” Ticarət Mərkəzindən gedir.
Fins.az “Vergilər” qəzetinə istinadən xəbər verir ki, “TƏZƏ BAZAR” MMC ləğv olunduğunu elan edib.
Qeyd edək ki, kreditorlar tələblərini Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1, ev 129 ünvanına bildirə bilərlər.Muxalifet - 2-08-2017
Rusiyanın ala bilmədiyi "Boeing"i indi Tramp üçün alırlar
ABŞ hərbçiləri iki sərnişin təyyarəsinin alınması ilə bağlı "Boeing" korporasiyası ilə danışıqları yekunlaşdırmaq üzrədir.
ABŞ HHQ nümayəndəsi bu təyyarələrin prezident Donald Tramp üçün nəzərdə tutulduğunu bildirib.
"Defense One" xəbər portalı isə belə informasiya yayıb ki, bu təyyarələr bir zamanlar Rusiyanın "Transaero" aviaşirkəti tərəfindən sifariş olunsa da, şirkət müflis olduğundan təyyarələr alınmayıb.Muxalifet - 2-08-2017