Bakıda 37 yaşlı kişi özünü asıb

Bakıda intihar hadisəsi baş verib.
 
Xəzər rayonu, Binə qəsəbəsində yaşayan 1980-ci il təvəllüdlü Elşad Əliş oğlu İbrahimov özünü yaşadığı evdə asaraq intihar edib. İntiharın səbəbi hələlik bilinmir.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.