Axtarış
The search found 105783 results in 0.018 seconds.
Search results
36 yaşlı kişi B58 dərman preparatını içərək özünə qəsd edib
Ağdaş rayonunda 36 yaşlı kişi intihara cəhd edib.
Hadisə rayonun Hüşün kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 1981-ci il təvəllüdlü Teymur Məhəmmədəli oğlu Mustafayev insan orqanizmi üçün nəzərdə tutulmayan B58 dərman preparatını qəbul edərək özünü öldürmək istəyib. O, ağır vəziyyətdə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.Muxalifet - 1-08-2017
Gənc oğlanı qonşusu bıçaqladı – BAKIDA
Bakıda gənc oğlan qonşusu tərəfindən bıçaqlanıb.
Hadisə Yasamal rayonunda qeydə alınıb.
Belə ki, Qədirli küçəsində 1992-ci il təvəllüdlü Kərimov Coşqun Əli oğlu qonşuluğunda yaşayan iki nəfərlə mübahisə edib. C.Kərimov ayaq və sağrı nahiyəsindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.Muxalifet - 1-08-2017
2 Azərbaycan vətəndaşı Rusiya sərhədini qanunsuz keçdiyinə görə həbs olunub
Belqorod vilayət məhkəməsi onları yarım illik müddətə azadlıqdan məhrum edib
Azərbaycanın iki vətəndaşı Rusiyada sərhədi qanunsuz keçdiklərinə görə yarım il müddətinə həbs cəzasına məhkum edilib.
Belqorod Vilayət Prokurorluğunun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu qərarı Veydelevski Rayon Məhkəməsi qəbul edib.Muxalifet - 1-08-2017
İranın müdafiə naziri dəyişdiriləcək
Hüseyn Dehqan: “4 il boyu tutduğum vəzifəni ən yaxşı şəkildə yerinə yetirməyə çalışdım”
İranın müdafiə naziri, general Hüseyn Dehqan 12-ci hökumətdə yer almayacaq.
İran KİV xəbər verir ki, o, bunu Müdafiə Nazirliyi üçün tikilmiş bir məscidin açılış mərasimində jurnalistlərə bildirib.
Hüseyn Dehqan tutduğu vəzifənin başqa birinə təhvil verəcəyini söyləyib: “12-ci hökumətdə müdafiə naziri vəzifəsinə bu nazirliyin strukturundan bir nəfər seçiləcək. 4 il boyu tutduğum vəzifəni ən yaxşı şəkildə yerinə yetirməyə çalışdım”.Muxalifet - 1-08-2017
Avropa Məhkəməsində Dilqəm və Şahbazla bağlı proses başladı
Avropa İnsan Haqları Məhkəməsi Firuzə Askarova və Albina Veselovanın Ermənistana qarşı iddiası üzrə kommunikasiya başlayıb.
Vəkil Fariz Namazlının verdiyi məlumata görə, bu şəxslər 2014-cü ildə erməni işğalı altında olan Kəlbəcər rayonunda erməni silahlı qüvvələri tərəfindən əsir götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin həyat yoldaşlarıdır.Muxalifet - 1-08-2017
FTX erməni avtoriteti yaxaladı
Rusiyanın Armavir bölgəsində erməni əsilli 44 yaşlı kriminal avtoritet Ara Muradyan yaxalanıb.
O, Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Ona qarşı hansı ittihamların irəli sürüldüyü açıqlanmayıb.
Qeyd edək ki, Muradyan 2012-ci ilin dekabrında qanuni oğru Ded Xasan tərəfindən taclandırılıb.Muxalifet - 1-08-2017
Təyyarədə azərbaycanlı erməninin ölməməsi üçün hər şey etdi - FOTO
Tbilisi-Moskva marşrutu üzrə uçan sərnişin təyyarəsində bir erməni azərbaycanlının qolları üzərində can verib.
Bu barədə sosial şəbəkələrdə məlumat yayıb.
Anar Almadatov adlı azərbaycanlı “facebook” səhifəsində yazıb ki, “yanımda oturan erməninin ölməməsi üçün əlimdən gələni hər şeyi etdim”.Muxalifet - 1-08-2017
Prezidentdən yeni təyinat – Sərəncam
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Vüqar Abdullayevin Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktorunun müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Vüqar Rafik oğlu Abdullayev Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktorunun müavini təyin edilib.
Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru təyin olunana qədər həmin vəzifənin icrası Vüqar Rafik oğlu Abdullayevə həvalə edilib.Muxalifet - 1-08-2017
Breksit Britaniya iqtisadiyyatını zəiflədəcək
Britaniya Avropa Birliyindən çıxmaqla öz iqtisadiyyatını zəiflədəcək.
Bu sözlər Britaniyanın keçmiş xarici işlər naziri Uilyam Xeyqin “Deyli Teleqraf” qəzetindəki məqaləsində yer alıb.
“Ölkənin borc öhdəlikləri artıb, inflyasiya səviyyəsi yüksəlib. Bütün bu tendensiyalar Mərkəzi Bankın faiz göstəricilərini aşağı səviyyədə tutmaq cəhdlərində özünü göstərir”.Muxalifet - 1-08-2017
Ben Ladenin oğlu qisasa hazırlaşır
Üsamə Ben Ladenin oğlu Əl Qaidənin yeni lideri olacaq.
Xarici mətbuat orqanları Həmzə Ben Ladenin İŞİD-in süqutu ərəfəsində ortaya çıxaraq Əl Qaidəyə rəhbərlik edəcəyini iddia edib.
“CBS Nyus”a açıqlama verən ABŞ Dövlət Departamentinin rəsmisi Soufan Həmzə Ben Ladenin daha kiçik yaşlarından atasının yerini tuta biləcək potensiala sahib olduğunu bildirib. Soufanın sözlərinə görə, Həmzə Ben Ladenin əsas məqsədi atasının intiqamını almaqdır.Muxalifet - 1-08-2017
Erməni qadın 2-ci oğlunu da “ölüm məngənəsinə” vermək istəmir
Ötən ilin aprel döyüşləri zamanı Qarabağda öldürülən əsgər Qriqor Arutyunyanın anası ikinci oğlunu hərbi xidmətə göndərməkdən imtina edir.
Virtualaz.org xəbər verir ki, Anait Qriqoryan ikinci oğlu Seryojanın ailənin yeganə çörək gətirəni olduğunu bildirərək onu orduya verməyəcəyini deyir.
Qadının dediyinə görə onun oğlunu hərbi xidmətə iyulun 31-də çağırıblar.
O, Seryojanın əvəzinə İrəvanın Erebuni rayon hərbi komissarlığına gedib.Muxalifet - 1-08-2017
6 tələbənin ölümünə səbəb olan sürücüyə hökm oxundu
Prosesdə təqsirləndirilən şəxslə zərərçəkmişlər arasında mübahisə düşüb
Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə N.Hüseynov 10 il müddətinə azadlıqdan məhrum edilib.Muxalifet - 1-08-2017
Moskva vilayət məhkəməsində atışma olub, ölən və yaralananlar var
Məhkəmə binası tam evakuasiya edilib
Moskva vilayət məhkəməsində atışma olub, ölən və yaralananlar var.
Bu barədə RİA "Novosti"yə vəkil Sofiya Rubasskaya məlumat verib.
Vəkil bir neçə yaralı gördüyünü, azı 20 atəş səsi eşitdiyini qeyd edib.
Öz növbəsində, Moskva vilayət məhkəməsinin mətbuat katibi Nataliya Osipova məhkəmə binasında olanların tam evakuasiya edildiyini, bütün iclasların təxirə salındığını bildirib. Amma o, baş verən insidentin səbəbini dəqiqləşdirə bilməyib.Muxalifet - 1-08-2017
DİN-dən xüsusi əməliyyat: 10 nəfərlik cinayətkar qrup ifşa olundu
DİN kibercinayətlərə qarşı əməliyyat keçirib, 10 nəfərdən ibarət cinayətkar qrup ifşa olunub
Respublikanın daxili işlər orqanları informasiya texnologiyalarından istifadə edilməklə törədilən kibercinayətlərlə mübarizə sahəsində xüsusi əməliyyat tədbiri keçirib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bu günlərdə baş tutan əməliyyat-istintaq tədbirləri nəticəsində 10 nəfərdən ibarət cinayətkar qrup ifşa olunub.Muxalifet - 1-08-2017
Kiyevdə gecə klubunda azərbaycanlılar dalaşıb
Ukraynada azərbaycanlı gənclərlə erməni və yerli millətdən olan gənclər arasında dava düşüb.
Hadisə iyulun 30-dan 31-ə keçən gecə Kiyevin mərkəzindəki "Arena City" adlı gecə klubunun yaxınlığında baş verib. Hadisə yerli millətdən olan bir neçə gəncin 3 azərbaycanlı gənclə mübahisəsi ilə başlayıb. Klubdakı iki erməni gəncin qarşı tərəfdən müdaxiləsi ilə azərbaycanlılarla əlbəyaxa dava düşüb. Polis insidentə müdaxilə etməyib. Ətrafdakıların müdaxiləsi ilə yatırılan davada hər iki tərəfdən yüngül xəsarət alanlar olub.Muxalifet - 1-08-2017
Ermənistanda yas mərasimində güllələnmə - 4 ölü, 6 yaralı
Ermənistanın Araqots vilayətinin Şamiram kəndində yas mərasimi zamanı qan tökülüb.
“Novosti Armeniya” agentliyinin verdiyi məlumata görə, naməlum şəxs mərasim iştirakçılarını atəşə tutub. Nəticədə 4 nəfər ölüb, 6 nəfər yaralanıb. Ölənlərin hamısı kişilərdir.
Hücum edən şəxs “Sayqa” karabini ilə silahlanıbmış. O, yas mərasiminin keçirildiyi zalı atəşə tutaraq qaçıb. Cinayətin məişət zəminində törədildiyi bildirilir.
Şamiram kəndində əsasən yezidi kürdlərinin yaşadığı xəbər verilir.Muxalifet - 1-08-2017
“Dərmanlarda, avtomobillərdə, bəzi ərzaq məhsullarında bahalaşma olacaq” - Ekspert
İqtisadçı ekspert Natiq Cəfərli avrozonadan ölkəmizə gətirilən məhsulların qiymətində bahalaşma olacağını və bunun daxili bazara da təsirsiz ötüşməyəcəyini yazıb.
Ekspert sosial şəbəkə hesabında dünya ölkələrində dolların məzənnəsinin aşağı düşməsinin səbəblərini açıqlayıb:Muxalifet - 1-08-2017
Naxçıvan polisində kütləvi təmizləmələr
Naxçıvanda 17 il daxili işlər naziri postunu tutan general-leytenant Əhməd Əhmədovun vəzifəsindən uzaqlaşdırılmasından sonra muxtar respublika polisində yüksək vəzifə tutanlar arasında kütləvi təmizləmələr aparılır.
Bu barədə Naxçıvandakı mənbələrdən virtualaz.org-a məlum olub. Mənbələrimiz deyir ki, işdən çıxarılanlar keçmiş daxili işlər nazirinə sadiq idarə rəisləri, digər yüksək vəzifəli polis zabitləridir.Muxalifet - 1-08-2017
Biləsuvarda uşağı ilə birlikdə evdən qaçmış 19 yaşlı qız Bakıda tapılıb
İtkin düşmüş Biləsuvar rayon sakini tapılıb.
Yaxınlarının verdiyi məlumata görə, rayonun Xırmandalı kənd sakini 19 yaşlı Zeynalzadə İlahə İqbal qızı bu gün evlərinə zəng edərək, Bakı şəhərində olduğunu bildirib.
O, bu il iyulun 25-də evdən çıxıb və geri qayıtmayıb.
İ.Zeynalzadə evdən çıxarkən yaşyarımlıq körpəsini və sənədlərini də aparıb.
Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsi də axtarış aparıb.Muxalifet - 1-08-2017
Azərbaycan radiosunun dalğaları Ermənistanda təşviş yaradıb
Ermənistan öz ərazisində yayımlanan Azərbaycan radiostansiyaları ilə mübarizə apara bilmir.
news.am xəbər verir ki, Ermənistan Milli Teleradio Komissiyasının sədri Qaqik Buniatyan Azərbaycan radiostansiyalarının Ermənistan ərazisində yayımlanması ilə bağlı sualı cavablandırarkən Azərbaycana məxsus ötürücülərin daha güclü olduğunu etiraf edib.
O, qeyd edib ki, Azərbaycan radiolarına məxsus radiosiqnalın nüfuz etməsinin harada obyektiv olduğu, harada qəsdən edildiyi müəyyənləşdirmək lazımdır.Muxalifet - 1-08-2017