Axtarış
The search found 105783 results in 0.013 seconds.
Search results
Azərbaycanlı qadın oteldə ərini öldürüb yandırdı
Türkiyənin Alanya bölgəsinin Karğacık qəsəbəsndəki otellərdən birində azərbaycanlı qadın iranlı ərini öldürüb, daha sonra otağa və meyitə od vurub.
Türkiyə KİV xəbər verir ki, hadisə ötən gecə saat 23.30 radələrində baş verib. Otelin otaqlarından birindən tüstü və alov qalxdığını görən personal yanğınsöndürənlərə və polisə zəng vurub. Hadisə yerinə gələn yanğınsöndürənlər alovu söndürüb.Muxalifet - 2-08-2017
Qubada itən azyaşlı qız tapıldı
İyulun 26-da Quba rayonunun Qəçrəş kəndi ərazisində azyaşlı qızın itkin düşməsi barədə DİN-in “102 Zəng Mərkəzi”nə müraciət daxil olub.
Məlumat aidiyyatı üzrə Quba RPŞ-yə ötürülüb.
Rayon Polis Şöbəsinin rəhbərliyinin göstərişi ilə yaradılan əməliyyat qrupu dərhal hadisə yerinə yollanıb. Araşdırmalarla müəyyən edilib ki, 9 yaşlı Günel babası ilə birlikdə daxili turizm xətti ilə paytaxtdan Qəçrəşə gəzməyə gəliblərmiş. Baba nəvəsinin istirahətdə olarkən gördüyü mənzərədən çox xoşlandığını bildirib və meşədə gəzərkən azdığını bildirib.Muxalifet - 2-08-2017
Qızıl diş protezləri oğurlayan yeniyetmələr tutuldu
Yasamal RPİ 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yeniyetmə oğrular tutulub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iyulun 31-də rayon ərazisindəki mənzillərdən birindən pəncərənin dəmir barmaqlığını sındırmaq yolu ilə oradakı seyfdən 3000 ABŞ dolları, 15000 ABŞ dolları dəyərində qızıl əşyalar və 15 ədəd qızıl diş olan protezi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri olan 2 yeniyetmə saxlanılıb.
Araşdırma aparılır.Muxalifet - 2-08-2017
Gədəbəydə "UAZ" aşıb: ölən var
Gədəbəydə ölümlə nəticələnən yol qəzası baş verib.
Rayon ərazisində "UAZ" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq dərəyə aşıb. Nəticədə avtomobildə olan 47 yaşlı kişi aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı araşdırma aparılır./lent.azMuxalifet - 2-08-2017
İrəvan 5 gün dünyadan kənarda qalacaq – Səbəb
Avqustun 8-dən 13-dək İrəvanda televiziya kanalları və radiolar fəaliyyət göstərməyəcək.
Bununla bağlı Ermənistan Nəqliyyat, Əlaqələr və İnformasiya Texnologiyaları Nazirliyi məlumat yayıb.
Buna səbəb göstərilən tarixlərdə İrəvandakı teleqüllədə aparılacaq texniki yenilənmələrdir.
Məlumatlara görə, 5 gün müddətində İrəvan sivilizasiyadan kənarda qalacaq./teleqraf.comMuxalifet - 2-08-2017
Mərkəzi Dəmiryol Xəstəxanası ləğv edildi
Mərkəzi Dəmiryol Xəstəxanası ləğv edilib.
Bu barədə məlumat “Vergilər” qəzetinin xüsusi buraxılışında yer alıb.
Məlumatda bildirilib ki, Azərbaycan Dövlət Dəmir Yolu Mərkəzi Dəmiryol Xəstəxanası yenidən təşkil olunaraq və adını dəyişərək “Azərbaycan Dövlət Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti “Həkim-Sanitar Xidmətinin Mərkəzi Dəmir yolu xəstəxanası” MMC-yə çevrildiyi elan olunub.Muxalifet - 2-08-2017
Tramp: “Ağ Ev həqiqi bataqlıqdır…”
ABŞ Prezidenti Donald Tramp Ağ Evi "həqiqi bataqlıq" adlandırıb.
O bunu Nyu Cersidəki qolf klubunun üzvləri ilə söhbətində deyib.
Tramp buna görə həftə sonlarını şəxsi qolf klubunda keçirdiyini deyib.
Məlumatlara görə, Tramp vəzifədə olduğu 28 həftə sonundan yalnız 11-ini Ağ Evdə keçirib.Muxalifet - 2-08-2017
Hizbullah Trampı "cahil" adlandırdı
ABŞ prezidenti Donald Trampın Livan prezidenti Səad Hariri ilə keçirdiyi görüşdə işlətdiyi sözlər qalmaqala səbəb olub.
Prezident Livanda hökumət ortağı olan Hizbullahın adını İŞİD və Əl-Qaidə terror təşkilatları ilə birlikdə çəkib.
Qeyd edək ki, bir müddət öncə Arsel bölgəsində İŞİD və Nüsra terror təşkilatlarına qarşı Livan ordusu ilə birlikdə cəbhə açan Hizbullah hərəkatının Hariri hökumətində iki naziri və Livan parlamentində 12 millət vəkili var.Muxalifet - 2-08-2017
Tibb Universitetinin prorektoru işdən çıxarıldı
Azərbaycan Tibb Universitetində prorektor işdən çıxarılıb.
Unikal.org-a daxil olan məlumata görə, universitetin İnzibati - təsərrüfat işləri üzrə prorektoru Aydın Vəliyev tutduğu vəzifədən azad edilib.
Vəliyev açıqlamsında bildirib ki, işdən öz ərizəsi əsasında gedib.
Qeyd edək ki, A.Vəliyevin yerinə Tağı Əhmədzadə təyin edilib.Muxalifet - 2-08-2017
Hegemonluğumuz başa çatır – ABŞ-dan etiraf
II Dünya müharibəsindən sonra ABŞ tərəfindən qurulan nizam zəifləyib, hətta dağılmağa başlayıb.
Bu barədə Pentaqonun yaydığı hesabatda deyilib. “Liderlik sonrası dünya nizamında risk analizi” adlı hesabat ABŞ ordusunun yüksək çinli zabitləri tərəfindən 1 illik araşdırma nəticəsində hazırlanıb.Muxalifet - 2-08-2017
ABŞ Türkiyə üçün böyük təhdiddir - Araşdırma
Dünyada ABŞ-ı ən böyük təhlükə kimi görən ölkə Türkiyədir.
Bu barədə ABŞ-ın “Pyu” araşdırma mərkəzinin apardığı sorğunun nəticələrilərində qeyd olunub.
ABŞ-ı ən böyük təhlükə olaraq görən ölkələr siyahısında ilk dördlükdə rəsmi Vaşinqtonla müttəfiq olan ölkələrin yer alması diqqət çəkib.
İlk yerdə 72 faizlə Türkiyə yer alıb. Cənubi Koreyada isə bu rəqəm 70 faizə bərabərdir./axar.azMuxalifet - 2-08-2017
Özbəkistan televiziyası ilk dəfə İslam Kərimovu tənqid etdi
Özbəkistanın dövlət televiziyasında 1991-ci ildən bəri ilk dəfə olaraq 26 ildir ölkəni şəriksiz idarə etmiş mərhum prezident İslam Kərimov kəskin tənqid olunub.
Dövlət televiziyasındakı “Tahlilnoma” adlanan analitik-informasiya proqramında bildirilib ki, Kərimovun siyasəti Özbəkistanı qonşu ölkələrlə qarşıdurmaya gətirib. Bu onunla izah olunub ki, İslam Kərimov hər zaman qonşuları ilə yarışan lider statusu ilə öz üstünlüyünü sübut etməyə çalışıb.Muxalifet - 2-08-2017
Kəlbəcərli köçkün dələduzluğun qurbanı olub - Mingəçevirdə ŞOK HADİSƏ
Kəlbəcərli məcburi köçkün Rafiq Hacıyev çıxılmaz vəziyyətdə qalıb. Bu barədə Modern.az-a onun vəkili Şəlalə Tağıyeva məlumat verib.
Vəkil bildirib ki, Mingəçevridə Dilqəm Əliyev adlı şəxs Rafiq Hacıyevə qarşı dələduzluq edib:Muxalifet - 2-08-2017
ABŞ-dan Türkiyəyə 2-ci “15 iyul” planı
“Türkiyəyə qarşı “ikinci dalğa” hücumunun hazırlıqları aparılır”.
Bu barədə “Yeni Şəfəq” qəzetinin köşə yazarı İbrahim Karagül bugünkü yazısında qeyd edib.
Onun sözlərinə görə, Türkiyənin Suriya ilə sərhədində PKK/PYD üzərindən yeni cəbhə qurulur: “ABŞ-ın yüzlərlə TIR silahı PYD-yə verməsinin məqsədi təkcə Suriya ilə bağlı deyil. Şimali İraqdan Aralıq dənizinə qədər xəritə çəkilir və bütün bu bölgə Türkiyəni, eləcə də bu coğrafiyanı parça-parça edəcək qarnizona çevirirlər”.Muxalifet - 2-08-2017
“Putinin dediyi o 755 diplomatın çoxu rusdur...” – Şərh
Rusiyaya yeni sanksiya tətbiqinin səbəbi Moskvanın son illər yürütdüyü siyasət, dünyaya yaratdığı təhlükələrdir.
Bu təhlükələr həm Orta Şərqdə, həm də postsovet məkanda müşahidə edilir. Aparılan siyasət postsovet məkanında bir sıra müstəqil respublikalar üçün təhdiddir.
Bu addımlar ABŞ-ı narahat edir. Rusiyanı dayandırmaq, Moskvanın bu siyasətdən vaz keçməsi üçün Vaşinqton təzyiqlərə, sanksiyalara əl atmağa məcbur qalıb.Muxalifet - 2-08-2017
Nazarbayevin nəvəsi prezident oldu
Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin böyük nəvəsi Nurəli Əliyevə yüksək vəzifə verilib.
O, Respublika Alpinizm və Qayayadırmanma Federasiyasının prezidenti seçilib.
Nurəli Əliyev Dariqa Narazabeyva ilə keçmiş əri Rahat Əliyevin oğludur. O, Qazaxıstanın 50 ən varlı adamı siyahısına daxildir.
Forbes.kz portalının verdiyi məlumata görə, prezidentin biznesmen nəvəsinin sərvətinin ümumi həcmi 200 milyon dolları aşır.Muxalifet - 2-08-2017
Üç Avropa şirkəti Bakını tərk etdi
İtaliya, Almaniya və Macarıstan şirkətləri Azərbaycan bazarını tərk edib.
“Vergilər” qəzetinin son buraxlışı xəbər verir ki, İtaliyanın neft mədən avadanlıqlarının tədarükü sahəsində xidmətlər göstərən “Valvitalia S.P.A” şirkətinin Azərbaycandakı nümayəndəliyi ləğv olunur. Şirkət Azərbaycanda ötən ilin əvvəlindən fəaliyyət göstərirdi.
Ölkəni tərk edən digər şirkət isə Almaniyaya məxsusdur. Almaniyanın da “Katt GmbH” şirkətinin Azərbaycandakı filialı ləğv olunub.Muxalifet - 2-08-2017
Putin ABŞ-a minnətdar olmalıdır – Forbes
Rusiya ilə İranın iqtisadi və strateji sahədə yaxınlaşması sanksiyaların ABŞ-ın özünə zərbə endirməsinin sübutudur.
Bu barədə “Forbes”də dərc olunan köşə yazarı Veyd Şepardın yazısında deyilir.Muxalifet - 2-08-2017
Moskvada ermənilərlə kütləvi dava: yaralılar var
Moskvada tikinti sahələrinin birində miqrant işçilər arasında kütləvi dava baş verib.
Davada 40-a yaxın adam iştirak edib.
Moskva polisi bildirib ki, dava iki tikinti briqadası arasında qeydə alınıb. Dava iştirakçıları Özbəkistandan və Ermənistandan gəlmiş miqrantlar olub.
Tərəflər bir-birinə kürək, armatur və iri çəkiclərlə hücum ediblər. Hadisə nəticəsində azı 6 nəfər xəsarət alıb.
Münqişənin damdan atılan zibil üstündə baş verdiyi bildirilib. Hazırda insidentlə bağlı araşdırma başlayıb./trend.azMuxalifet - 2-08-2017
Astroloqlardan Trampla bağlı QORXULU PROQNOZ: ÖLDÜRÜLƏCƏK
Avqustun 21-də nadir təbiət hadisələrindən biri – Günəşin tam tutulması baş verəcək və bunu yalnız ABŞ ərazisində müşahidə etmək mümkün olacaq.
Amerikalı astroloqlar bununla bağlı proqnozlarını veriblər – ulduz falına görə, prezident Donald Trampın rəhbərliyi sona yetəcək. Bu, proqnoza görə, iki yolla baş tuta bilər – prezident ya qətlə yetiriləcək, ya da ona impiçment elan ediləcək.Muxalifet - 2-08-2017