Təzə gəlini döyüb, xəstəxanalıq etdilər – LƏNKƏRANDA

25 gün əvvəl ailə qurmuş Bağırova Aytac Hikmət qızı həyat yoldaşı tərəfindən döyülərək ciddi xəsarətlər alıb.
 
Lənkəranda təzə gəlin döyülərək xəstəxanalıq olub.
Hadisə rayonun Kənarmeşə kəndində baş verib.
Belə ki, 25 gün əvvəl ailə qurmuş Bağırova Aytac Hikmət qızı həyat yoldaşı tərəfindən döyülərək ciddi xəsarətlər alıb.
O, xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.