Axtarış

The search found 105783 results in 0.011 seconds.

Search results

  1. Avropa Məhkəməsi 8 jurnalistin şikayəti üzrə kommunikasiyaya başlayıb

    Avropa İnsan Hüquqları Məhkəməsi 2008-2015-ci illərdə müxtəlif vaxtlarda zorakılığa məruz qalmış jurnalistlər - Zamin Hacı, Əfqan Muxtarlı, Həkimeldostu Mehdiyev, İlqar Nəsibov, Ramid İbrahimov, Etimad Budaqov, İdrak Abbasov, Tapdıq Fərhadoğlunun Azərbaycana qarşı şikayətləri üzrə kommunikasiyaya başlayıb.
     
     Bu barədə vəkil Fariz Namazlı Facebook səhifəsində yazıb.

    Muxalifet - 1-08-2017

  2. Jurnalistə qarşı cinayət işinin istintaqı yekunlaşıb

    Həbsdəki jurnalist Elçin İsmayıllının işi məhkəməyə göndəriləcək.
     
    Bu barədə vəkil Elçin Sadıqov məlumat verib. Vəkilin sözlərinə görə, E.İsmayıllı ilə bağlı cinayəti işinin istintaqı yekunlaşıb. Bu haqda ona Baş Prokurorluqdan bildiriblər.
    Baş Prokurorluqdan bildirilib ki, jurnalistə qarşı yekun olaraq Cinayət Məcəlləsinin 3 maddəsi ilə ittiham irəli sürülüb. E.İsmayıllı 182-ci (hədə qorxu ilə tələb etmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311-ci (rüşvət alma) maddələrlə təqsirləndirilir.

    Muxalifet - 1-08-2017

  3. Azərbaycanlı gənc sahibkarın meyiti tapılıb - MURMANSKDA

    O, kiçik bizneslə məşğul olurmuş
     
    Rusiyanın Murmansk vilayətinin Monçeqorsk şəhərində azərbaycanlı gənc sahibkarın meyiti tapılıb.
    Əslən Azərbaycanın Astara rayonundan olan Ruslan Əhədulla oğlu Abdullayevin meyiti qeyri-rəsmi nikahda olduğu qadınla birgə yaşadığı evdə aşkarlanıb.
    Həmin gün qadın evdə olmayıb.
    İlkin müayinə zamanı meyitin üzərində zorakılıq əlaməti və yaxud iz aşkarlanmayıb.
    R.Abdullayev kompüter texnologiyasını əhatə edən kiçik bizneslə məşğul olub.
    O, əslən astaralı olsa da, 1988-ci ildə Murmanskda doğulub.

    Muxalifet - 1-08-2017

  4. Pakistanın yeni baş naziri seçilib

    O, bu vəzifəni müvəqqəti olaraq icra edəcək
     
    Pakistanın keçmiş neft və təbii ehtiyatlar naziri Şahid Hakkan Abbasi ölkənin yeni baş naziri seçilib.
    Avqustun 1-də Pakistan parlamentinin Aşağı Palatasında məsələ ilə bağlı səsvermə keçirilib.

    Muxalifet - 1-08-2017

  5. Rusiya məhkəməsində baş verən silahlı insidentin TƏFƏRRÜATLARI

    Moskva vilayət məhkəməsində baş verən silahlı insidentin təfərrüatları məlum olub.
     
    Hadisə Moskva vilayətində çoxsaylı cinayətlərdə ittiham olunan "GTA dəstəsi" adı altında fəaliyyət göstərən cinayətkar dəstənin məhkəməsi zamanı baş verib.
     Cinayətkar dəstənin beş nəfər üzvünü gətirən konvoya liftə hücum olub. Məhkəmə binasının dördüncü mərtəbəsində lift dayanıb. Bundan istifadə edən dəstə üzvləri konvoyun üzərindəki silahları götürərək, onlara ağır bədən xəsarətləri yetiriblər.

    Muxalifet - 1-08-2017

  6. Erməni zabit yaralandı

    Ermənistan ordusunun leytenantı Armen Nazluxanyan güllə yarası alıb.
     
    Hadisə səhər saatlarında İcevan rayonunda baş verib.
    Faktı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan da təsdiqləyib.
    Onun sözlərinə görə, yaralı zabit müalicə üçün İcevandan İrəvana gətirilib. Nazluxanyanın vəziyyətinin ağır olduğu bildirilib.

    Muxalifet - 1-08-2017

  7. Erməni deputat: “Qarabağda bizə təhlükəsizlik lazımdır, lüks avtomobillər yox”

    "Hər şeydən öncə təhlükəsizlik gəlir. Bölgədə bundan çox heç nəyə ehtiyac ola bilməz. Yaşadığımız bu cür şəraitdə bu lüks nəyə lazımdır? Yolverilməzdir, bizim üçün uyğun deyil".
     
    Bu sözləri Ermənistanın aravot.am portalına müsahibəsində qondarma “DQR” Məclisinin üzvü, “88 hərəkatı”nın rəhbəri Eduard Aqabekyan deyib.
    O, hökumət nümayəndələri üçün alınmış lüks avtomobillərin əbəs yerə olduğunu bildirib:

    Muxalifet - 1-08-2017

  8. İcra başçısının qadın müavini yeni vəzifəyə təyin edildi

    Sabunçu rayonu İcra Hakimiyyətinin başçısının müavini vəzifəsindən azad olunmuş Məmmədova Arzu Fikrət qızı yüksək vəzifəyə təyin edilib.
     
    Bu barədə Strategiya.az məlumat yayıb.
    Arzu Məmmədova Gənclər və İdman naziri Azad Rəhimovun köməkçisi təyin edilib.
    Xatırladaq ki, filologiya üzrə fəlsəfə doktoru olan Arzu Məmmədova uzun müddət təhsil sahəsində çalışıb. Son 5 il müddətində isə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının humanitar məsələlər üzrə müavini vəzifəsini daşıyırdı.

    Muxalifet - 1-08-2017

  9. "Ermənistan prezidenti nasistlərlə əməkdaşlıq etmiş daşnakın abidəsi önünə gül qoyur" – Rusiyalı politoloq

    Aleksandr Perenciyev postsovet məkanında faşizmin qəhrəmanlaşdırılmasının qarşısının alınması tələbi ilə petisiya yerləşdirib
     
    Rusiyalı hərbi politoloq Aleksandr Perenciyev "Change.org" servisində "Postsovet məkanında faşizmin qəhrəmanlaşdırılmasının qarşısının alınması" adlı petisiya yerləşdirib.

    Muxalifet - 1-08-2017

  10. Əlillik dərəcəsi istəyən şəxs özünü yandırmaq istədi

    Bakıda nazirliklərdən birinin binası qarşısında insident baş verib.
     
    lent.az xəbər verir ki, Cabbarov Sərxan Yavər oğlu Yasamal rayonu ərazisində Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin inzibati binasının qarşısına gələrək özünü yandırmağa çalışıb. Nazirliyin mühafizəçiləri həmin şəxsin niyyətini həyata keçirməyə imkan verməyib.
     Bildirilir ki, Sərxan Cabbarov əlillik dərəcəsi ala bilmədiyi üçün bu addımı atıb.
     Məsələ ilə bağlı araşdırma aparılır.

    Muxalifet - 1-08-2017

  11. İspaniya rusiyalı hakeri ABŞ-a təhvil verəcək

    İspaniya məhkəməsi rusiyalı haker Stanislav Lisovun ABŞ-a ekstradisiyası barədə qərar çıxarıb.
     
     “RİA Novosti”nin verdiyi məlumata görə, məhkəmə bu qərara gəlib ki, ABŞ hüquq sistemi mövcud faktlar üzrə məhkəmə araşdırması aparılması üzrə kompetentdir. Şübhəli şəxs bu əməlləri ABŞ ərazisində törətməsə də, internet vasitəsilə həyata keçirilən fırıldaqçılıq nəticəsində zərər çəkənlərin əksəriyyəti məhz bu ölkədədir.
     Məhkəmə S. Lisovun vəkillərinin arqumentlərini rədd edib. Vəkillər qərardan şikayət verəcəklərini bildiriblər.

    Muxalifet - 1-08-2017

  12. Vəkil: “Şəhərdə aksiyalar keçirilməsi qanunidir”

    Paytaxtın mərkəzində çoxdan etiraz aksiyaları olmayıb. Hakimiyyətlə razılaşdırılmamış son aksiyalar 2013-cü ildə kütləvi əsgər ölümlərinə qarşı etiraz olaraq keçirilib. Bundan sonra müxalifət "Məhsul" stadionunda Bakı şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilmiş aksiyalar keçirməyə üstünlük verib. Amma bu günlərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının 40-a yaxın üzvündən ibarət bir qrup Ədliyyə Nazirliyinin binası qarşısında dinc aksiya keçirməyə cəhd edib.
     

    Muxalifet - 1-08-2017

  13. “Qarabağ” “Şerif”ə qalib gəldi, pley-off mərhələsinə yüksəldi - VIDEO

    Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok sınağına çıxıb.
     
    Ağdam təmsilçisi Moldovada bu ölkənin ən titullu klubu “Şerif”in qonağı olub. Bakıda rəqibini məğlub edə bilməyən (0:0) Qurban Qurbanovun yetirmələri səfərdə qələbəyə sevinib (1:2).

    Muxalifet - 2-08-2017

  14. Xırdalanda qadın ərini bıçaqlayıb

    Sadiq İsmayılov həyat yoldaşı tərəfindən iki bıçaq xəsarəti alıb
     
    Xırdalanda bıçaqlanma hadisəsi baş verib.
    Hadisə Quşçuluq massivi – 2 ünvanında qeydə alınıb.

    Muxalifet - 2-08-2017

  15. Bakıda kütləvi dava: 2 NƏFƏR BIÇAQLANDI

    Hadisə zamanı 2 nəfər bışaqlanıb
     
    Bakıda kütləvi dava olub.
    Hadisə Nəsimi rayonu ərazisində qeydə alınıb. Belə ki, metronun "20 Yanvar" stansiyası yaxınlığında 5 nəfər arasında yaranmış mübahisə əlbəyaxa dava ilə nəticələnib.
    Dava zamanı 1978-ci il təvəllüdlü Qəribov Kamran İkram oğlu və Tural adlı şəxs bıçaq xəsarətləri alıblar. Q.Kamran xəstəxanaya yerləşdirilsə də, digər şəxs hadisə yerindən qaçaraq ərazidən uzaqlaşıb.
    Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi tərəfindən araşdırma aparılır.  

    Muxalifet - 2-08-2017

  16. Təcili yardımın əməkdaşı özünü 3-cü mərtəbədən ATIB

    53 yaşlı Barat Mahmudov özünü pəncərədən yerə atıb
     
    Bakıda intihara cəhd hadisəsi baş verib.
    Hadisə Nəsimi rayonunda qeydə alınıb.
    Mir Cəlal Paşayev küçəsi 36 ünvanında yerləşən beşmərtəbəli binanın 3-cü mərtəbəsində yaşayan 53 yaşlı Barat Mahmudov özünü pəncərədən yerə atıb. Lakin o, həyətdəki ağacın budağına ilişib.
    B.Mahmudov 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun döş qəfəsinin qabırğa sümüklərinin sındığını bildiriblər.

    Muxalifet - 2-08-2017

  17. Avtomobil piyadanı vuraraq ÖLDÜRÜB – ABŞERONDA

    Sürücü polis tərəfindən saxlanılıb
     
    Abşeronda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
    Hadisə Güzdək qəsəbəsində qeydə alınıb.
    "Opel" markalı avtomobil yolu keçən, təxminən 40-45 yaşlı kişini vurub. Hadisəni törətmiş sürücü hələlik kimliyi məlum olmayan zərərçəkmişi xəstəxanaya apararkən yaralı yolda dünyasını dəyişib.
    Sürücü Abşeron Rayon Polis İdarəsi tərəfindən saxlanılıb.

    Muxalifet - 2-08-2017

  18. 38 yaşlı kişi özünü ASIB - BAKIDA

    1979-cu il təvəllüdlü İbrahimov Eldəniz Əliş oğlu yaşadığı evdə özünü asıb
     
    Bakıda 38 yaşlı kişi intihar edib.
    Hadisə Xəzər rayonunda baş verib.
    Belə ki, Binə qəsəbəsi, Südçülük sovxozunda yaşayan 1979-cu il təvəllüdlü İbrahimov Eldəniz Əliş oğlu yaşadığı evdə özünü asıb.
    Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.

    Muxalifet - 2-08-2017

  19. ​ Güləşçimiz ermənini məğlub edərək dünya çempionu oldu - VİDEO

    O, həlledici görüşdə Ermənistan təmsilçisinə qalib gəlib
     
    Finlandiyanın Tampere şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı start götürüb.
    Azərbaycan Güləş Federasiyası xəbər verir ki, ilk yarış günündə 50, 60, 74 və 96 kq çəki dərəcələrində sərbəst güləşçilər yarışıb. Yığmamız günü 1 qızıl medalla başa vurub.

    Muxalifet - 2-08-2017

  20. "Gələcəkdə Rusiya ilə münasibətlər pisləşə bilər" - Tillerson

    Münasibətlər daha da gərginləşə bilər – deyə o bildirib
     
    ABŞ-ın dövlət katibi Reks Tillerson gələcəkdə Rusiya ilə münasibətlərin pisləşəcəyini ehtimal edir.
    Bu barədə "RİA Novosti" məlumat yayıb.
    "Rusiya ilə münasibətlər sizin bildiyiniz kimi kifayət qədər gərgindir. Münasibətlər daha da gərginləşə bilər" – deyə o bildirib.
    Tillerson həmçinin qeyd edib ki, Moskvaya bu yaxınlarda etdiyi səfər zamanı iki ölkə arasındakı münasibətlərin "tarixən minimal" səviyyədə olduğunu deyib.

    Muxalifet - 2-08-2017

Pages