Axtarış
The search found 105783 results in 0.013 seconds.
Search results
Bərzani: "Yeganə çıxış yolu müstəqillikdir"
Şimali İraq Kürd Muxtariyyatının sədri Məsut Bərzani yeni açıqlama verib.
Bərzani mərkəzi hökumətlə yaranan problemlərin yeganə həll yolu kimi müstəqilliyi gördüyünü bildirib.
BƏƏS rejiminin 1983-cü ildə Bərzani tayfasından 8 min nəfəri qətlə yetirməsinin 34-cü il dönümü ilə əlaqədar keçirilən tədbirdə çıxış edən Məsut Bərzani Bağdad və Ərbil arasındakı problemlər və müstəqillik referendumu haqqında danışıb.Muxalifet - 1-08-2017
Tramp Rusiya əleyhinə qərarı imzaladı - Son dəqiqə
ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyalar qərarını imzalayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı ABŞ-ın vitse-prezidenti Mayk Pens məlumat verib.Muxalifet - 1-08-2017
Şuşanın son görüntüləri - VİDEO
Sosial şəbəkədə Azərbaycanın işğal altındakı Şuşa şəhərinin son görüntüləri yayılıb.
Muxalifet - 1-08-2017
AST Telman müflis oldu
Moskva Arbitraj Məhkəməsi Rusline 2000 MMC-ni müflis elan edib.
Adıçəkilən şirkət Azərbaycan əsilli iş adamı Telman İsmayılovun təsis etdiyi AST şirkətlər qrupuna daxildir.
Qeyd edək ki, Rusline 2000 MMC-nin BM-Bank qarşısında 17,2 mlrd. rubl məbləğində borc öhdəliyi olub.Muxalifet - 1-08-2017
İran erməniləri sevə-sevə Azərbaycandan yola saldı
İran rejimi Qərbi Azərbaycan əyalətinin Çaldıran şəhərində yerləşən Qarakilsə məbədinə toplaşan minlərlə ermənini xoş xatirələrlə yola salıb.
Bu barədə Çaldıran Şəhər İcra Hakimiyyəti başçısı Kərim Hüseynzadə jurnalistlərə açıqlama verib.
O bildirib ki, 3 gün davam edən mərasimdə İran və dünyanın müxtəlif ölkələrindən gələn ermənilərə dövlət tərəfindən yüksək səviyyədə xidmət göstərilib:Muxalifet - 1-08-2017
Tramp : "Şimali Koreya məsələsi həll olunacaq"
ABŞ Prezidenti Donald Tramp Şimali Koreyanın son ballistik raket sınağına münasibət bildirib.
O, Ağ Evdə jurnalistlərə açıqlama verib:
"Şimali Koreyanı məsələsini həll edəcəyik. Hər şeyi həll edəcəyik".
Tramp yeni təyin etdiyi ABŞ Silahlı Qüvvələrinin Baş qərargah rəisi Con Kellinin mükəmməl işlər görəcəyinə inandığını deyib.Muxalifet - 1-08-2017
Tramp həmin mətni təyyarədə hazırlayıb - ŞOK İDDİA
ABŞ Prezidenti Donald Tramp oğlunun rus vəkil Natali Veselnikova ilə görüşməsi barədə xəbər yayıldıqdan sonra hərəkətə keçib.
Bununla bağlı "Vaşinqton post" nəşri adının çəkilməsini istəməyən amerikalı rəsmiyə istinadla məlumat yayıb.
Mənbənin sözlərinə görə, Tramp oğlunun özünə haqq qazandıran çıxışını şəxsən hazırlayıb:Muxalifet - 1-08-2017
ABŞ Gürcüstanı qanadı altına alır
“Gürcüstan əsas strateji tərəfdaşımızdır”
Bunu ABŞ-ın vitse-prezidenti Mayk Pens Gürcüstan baş naziri Giorgi Kvirikaşvili ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ABŞ Gürcüstanın ərazi bütövlüyünü və NATO-ya üzvlüklə bağlı səylərini dəstəkləyir: “Biz Gürcüstanda təhlükəsizliyin güclənməsi ilə bağlı səylərimizə sadiqik. ABŞ Gürcüstanla münasibətlərin gələcəkdə daha da möhkəmlənməsinə hazırdır”.
G. Kvirikaşvili isə ABŞ tərəfindən Gürcüstana göstərilən böyük dəstəyə görə M. Pensə təşəkkür edib.Muxalifet - 1-08-2017
Vitse-prezidentlə görüşdə müxalifət Saakaşvilinin məsələsini qaldırıb
Gürcüstan müxalifətinin liderləri ilə ABŞ vitse-prezidentinin görüşündə sabiq prezident Mixail Saakaşvili ilə bağlı məsələ qaldırılıb.
“Georgia Online” nəşrinin verdiyi məlumata görə, Vahid Milli Hərəkat partiyasının Siyasi Şurasının sədri Nika Meliya bildirib ki, görüşdə Gürcüstan hakimiyyətinin rəqiblərini təqib etməsindən danışılıb.Muxalifet - 1-08-2017
ABŞ Cənubi Koreyaya 12 “F-16” qırıcı göndərir
Təyyarə və hərbçilər 4 ay ərzində Seuldan 180 km aralı Kunsan aviabazasında yerləşdiriləcək
ABŞ Şimali Koreyanın qitələrarası ballistik raket buraxmasına cavab olaraq Cənubi Koreyaya 12 “F-16” qırıcı göndərəcək.
TASS xəbər verir ki, bu barədə avqustun 1-də ABŞ Hərbi Hava Qüvvələrinin Sakit Okean üzrə Komandanlığı bildirib.
Təyyarələr və Viskoni ştatında dislokasiya olunan 176-cı qırıcı eskadriliyasının 200-ə yaxın hərbçisi avqustdan başlayaraq 4 ay ərzində Seuldan 180 km aralı Kunsan aviabazasında yerləşdiriləcək.Muxalifet - 1-08-2017
Ermənistanda yas mərasimində atışma, 6 nəfər yaralanıb
Yaralıların müalicə olunduğu xəstəxananın ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib
Ermənistanın Şamiram kəndində naməlum şəxsin yas mərasimi iştirakçılarına açdığı atəş nəticəsində 6 nəfər yaralanıb.
Ermənistan KİV xəbər verir ki, bu barədə tibb mərkəzinin direktoru Artur Ovanisyan bildirib.
Onun sözlərinə görə, yaralılardan 3-nün vəziyyəti ağırdır.
Yaralıların müalicə olunduğu xəstəxananın ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.Muxalifet - 1-08-2017
Aptekdən oğurluq edən şəxsi polis yaxalayıb
Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin (BMİ) əməkdaşları aptekdən oğurluğa cəhd göstərən şəxsi hadisə yerində saxlayıb.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, iyulun 30-da gecə saatlarında Nərimanov Rayon Mühafizə İdarəsi (RMİ) əməkdaşları tərəfindən xüsusi vasitələrlə qorunan H.Əliyev prospektindəki apteklərdən birindən Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.Muxalifet - 1-08-2017
Pens: “Tramp və mən Gürcüstanın NATO-ya üzvlüyünü dəstəkləyirik”
“Donald Tramp administrasiyası Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini pozmaq istəyən ölkələrə hər zaman sərt cavab verəcək”.
Bunu ABŞ-ın vitse-prezidenti Mayk Pens Tbilisidə Gürcüstanın baş naziri Georgi Kvirikaşvili ilə keçirdiyi mətbuat konfransında deyib.Muxalifet - 1-08-2017
Aeroport yolunda maşın yandı, 1 ölü, 1 yaralı - VİDEO/ YENİLƏNİB
Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, keçmiş "Komsomol" dairəsi yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin verdiyi məlumata görə, hadisə şəhərin mərkəzindən hava limanı istiqamətindəki yolda baş verib. Nəqliyyat vasitəsi yanır.
Hazırda bu istiqamətdə tıxac müşahidə olunur.
13:27 ***
Aeroport yolunda baş verən qəzanın təfərrüatları məlum olub.Muxalifet - 1-08-2017
Erməni əsgəri güllələndi
Ermənistan Ordusunun hərbçisi yaralanıb. Hadisə bu gün, avqustin 1-də İcevanda baş verib.
Ermənistan mətbuatı xəbər verir ki, müqavilə əsasında xidmət edən hərbçi Armen Mazlaxanyan güllə yarası alıb.
Faktı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan təsdiqləyib.
O bildirib ki, əsgər İcevandakı tibb mərkəzinə yerləşdirilib. Fakt araşdırılır.Muxalifet - 1-08-2017
İsgəndər Xəlilova 290 radar, 10 min manat cərimə...
Azərbaycanın ən məşhur iş adamlarından biri İsgəndər Xəlilov yol polisinə olan borcunu ödəmir.
avtosfer.az xəbər verir ki, "İSR” Şirkətlər Qrupunun rəhbəri, milyonçu İsgəndər Xəlilova məxsus 90 AA 306 dövlət nömrə nişanlı "Mercedes S Class" markalı avtomobil 290 dəfə radara düşüb və müxtəlif qayda pozuntularına görə elektron protokollar tərtib edilib. Lakin üstündən xeyli müddət keçməsinə baxmayaraq milyonçu iş adamı təxminən 10 min manata yaxın cəriməni ödəmir.Muxalifet - 1-08-2017
“Qarabağ məsələsində Putindən çəkinirlər, o getsə vay halımıza...” – Erməni diplomatdan etiraf
ABŞ-ın Rusiyaya qarşı yeni sərt iqtisadi sanksiyalar tətbiq etməsi bu ölkənin Cənubi Qafqazdakı forpostunda narahatlıq və məmnunluqla qarşılanıb.
Bəziləri bu sanksiyaların Ermənistanın xeyrinə olacağını düşünür. Lakin Ermənistan xarici işlər nazirinin keçmiş müavini, fövəladə və səlahiyyətli səfir Arman Navasardyan deyir ki, ABŞ-ın tətbiq etdiyi sanksiyalardan sonra Yerevanın işi çətin olacaq. Çünki Ermənistan ABŞ və Rusiya arasında manevr edə bilməyəcək.Muxalifet - 1-08-2017
Dənizdə batan iki Cəlilabad sakininin cəsədləri tapıldı
Bazar günü Bakıdakı Goradil çimərliyində dənizdə batan iki gənc oğlanın meyiti tapılıb.
Suda boğularaq ölən 1995-ci il təvəllüdlü Mehdiyev Təbriz Vilayət oğlu və 1994-cü ildə anadan olmuş Teymurov Müvhid Tehmir oğlunun meyiti Novxanı çimərliyində aşkarlanıb.
Qeyd edək ki, vəfat edən gənclərin hər ikisi Cəlilabad darayon sakinidir və çimərliyə birgə gediblər.Muxalifet - 1-08-2017
ABŞ vitse-prezidenti Saakaşvilinin təqib olunmasına qəzəblənib
Gürcüstan müxalifətinin liderləri ilə ABŞ vitse-prezidenti Mayk Pensin görüşündə sabiq prezident Mixail Saakaşvili ilə bağlı məsələ qaldırılıb.
Vahid Milli Hərəkat partiyasının Siyasi Şurasının sədri Nika Meliya bildirib ki, görüşdə Gürcüstan hakimiyyətinin rəqiblərini təqib etməsindən danışılıb.
ABŞ vitse-prezidentinin sabiq prezident Mixail Saakaşvili ilə bağlı məsələyə reaksiyasına gəldikdə isə N. Meliya bu haqda geniş danışmaq istəmədiyini bildirsə də, həmsöhbətinin ölkənin sabiq prezidentinin təqib olunmasından qəzəbləndiyini qeyd edib.Muxalifet - 1-08-2017
Erməni-nasistin xatirə lövhəsi Rusiyada qalmaqal yaratdı
Rusiyanın Armavir şəhərində XIX əsrin sonu - XX əsrin əvvəllərinin “Erməni milli azadlıq hərəkatı”nın lideri Qareqin Njdin xatirə lövhəsi ətrafında qalmaqal yaranıb.
Muxalifet - 1-08-2017