Axtarış
The search found 105783 results in 0.011 seconds.
Search results
Dilqəmlə Şahbazın azadlığa çıxmaq şansı yüksəkdir
Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən və hazırda ermənilərin işğalı altında olan Azərbaycanın Şuşa şəhərində saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin işi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) tərəfindən kommunikasiyanın başlanması çox önəmli məsələdir.
Bunu Trend-ə D.Əsgərov və Ş.Quliyevin hüquqlarını müdafiə edən vəkil Anar Bağırov deyib.
O qeyd edib ki, erməni tərəfi qətiyyən istəmirdi ki, bu iş Avropa Məhkəməsində kommunikasiyaya qəbul olunsun.Muxalifet - 2-08-2017
ABŞ “demokratiya” sözündən rəsmən imtina edəcək..
ABŞ Dövlət Departamenti özünün dünya missiyasından "demokratiya" sözünün çıxarılması məsələsini nəzərdən keçirir. Virtualaz.org xəbər verir ki, bu barədə “The İndependent” yazıb.
Məqalədə deyilir ki, dövlət katibi Reks Tillersonun tapşırığı ilə hazırlanan missiya bəyannaməsi əvvəlkilərdən fərqlənmir, lakin ABŞ-ın bütün dünyada demokratiyanı yaymaq məqsədi yeni bəyannamədə olmaya bilər.Muxalifet - 2-08-2017
FTB-nin yeni direktoru:"Vaşinqton Rusiya ilə çox ehtiyatla davranmalıdır”
ABŞ Federal Təhqiqat Bürosunun yeni direktoru Kristofer Rey olub.
BBC xəbər verir ki, onun namizədliyini Senat təsdiqləyib.
Kristofer Rey cari ilin may ayında istefaya göndərilən Ceyms Komini əvəz edib.
Məlumata görə, ABŞ prezidenti Donald Tramp iyulun sonunda çoxları üçün gözlənilmədən bu posta namizəd olaraq, Krstofer Reyin adını açıqlamışdı.
"Vaşinqton Rusiya ilə çox ehtiyatla davranmalıdır”, – Senatdakı dinləmələrdə K.Rey deyibMuxalifet - 2-08-2017
“Nardaran məhbusları” cərimə kamerasına salınıb
Bu günlərdə Qobustan qapalı həbsxanasına köçürülən “Müsəlman Birliyi” Hərəkatının lideri Tale Bağırzadə və daha iki “Nardaran məhbusu” Cabbar Cabbarov və Abbas Hüseyn cərimə kamerasına (kars) salınıb.
Bu barədə Tale Bağırzadənin ailəsindən Turana bildirib.
Ailə üzvləri onların hansı səbəbdən cərimə kamerasına salındığını bildirilməyib.
Penitensiar Xidmət bununla bağlı hələ şərh verməyib.Muxalifet - 2-08-2017
Milliyyətçi Gənclər Təşkilatının faəlları həbs edilib
Avqustun 1-də Gəncə şəhərində (Bakıdan 364 kilometr qərb) Milliyyətçi Gənclər Təşkilatı İdarə Heyətinin üzvləri - Müşfiq Vəliyev və İsgəndər Osmanlı barədə polisə tabe olmamaq maddəsi ilə ittiham irəli sürülərək, barələrində 25 sutka inzibati həbs qərarı çıxarılıb.
Müsavat Partiyasının məlumatına görə, gənclər iyulun 31-də mülki geyimli naməlum şəxslər tərəfindən saxlanılıb.Muxalifet - 2-08-2017
Jurnalist ailəsi ilə görüşüb
Kanal 13 intermnet televiziyasının jurnalisti və rəhbəri Əziz Orucovun saxlanılma şəratində müsbətə doğru dəyişiklik var.
Onun saxlanıldığı kameraya sərnikeş buraxılıb, həkim müayinəsindən keçirilib və müəyyən tibbi yardım alıb. Səhhəti artıq normaldır. Bu barədə vəkil Cavad Cavadov avqustun 1-də Əziz Orucovla görüşdükdən sonra facebook səhifəsində yazıb.
Vəkilin sözlərinə görə, avqustun 1-də jurnalistin ailəsi ilə görüşünə icazə verilib və ilk görüş baş tutub.Muxalifet - 2-08-2017
Ermənistanda yas mərasiminə basqının təfərrüatları məlum olub
Ermənistanda yezidilər yaşayan Şamiram kəndində qanlı hadisə ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Avqustun 1-də kəndin qəbiristanlığı ərazisində mərhumların xatirəsinin yad edilməsi günü münasibətilə tədbir zamanı naməlum silahlı şəxsin hücumu nəticəsində 4 nəfər ölüb, 7 nəfəri yaralanmışdı.
İlk məlumatda 8 nəfərin yaralandığı bildirilirdi.
Ermənistan İstintaq Komitəsi Ağır Cinayətlər Baş İdarəsində "bir çox insanın həyatı üçün təhlükəli üsulla iki və artıq şəxsin qətli faktı" üzrə cinayət işi açılıb.Muxalifet - 2-08-2017
48 yaşlı kiişinin üstünə samovar aşdı, ÖLDÜ - BİLƏCƏRİDƏ
Bir neçə gün əvvəl Bakı şəhərinin Biləcəri qəsəbəsində bədbəxt hadisə nəticəsində üzərinə samovar aşan şəxs vəfat edib.
Ağır vəziyyətdə “City Hospital” xəstəxanasına yerləşdirilən 48 yaşlı İlqar Ərəblinskinin həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin səyinə baxmayaraq bədəninin müxtəlif nahiyələri tamamilə yanmış şəxs vəfat edib.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 2-08-2017
Moldova Rusiyanın “silah bossunu” “persona non-qrata” elan etdi
Moldova hökuməti bu gün keçirilən iclasında Rusiya baş nazirinin müavini Dmitri Roqozinin “persona non-qrata” elan olunması barədə qərar qəbul edib.
Xəbəri RİA Novosti yayıb.
"Təklif edirəm ki, Rusiya Federasiyası baş nazirinin müavini Dmitri Roqozini Moldovada “persona non-qrata” elan edək və onun ölkəmizin ərazisinə daxil olmasına qadağa qoyaq”, - deyə respublika Xarici İşlər Nazirliyinin başçısı Andrey Qalbur iclasda bildirib.
Nazirlər Kabineti üzvlərinin əksəriyyəti onu dəstəkləyib.Muxalifet - 2-08-2017
"Ukraynanı tutacağıq" dedi və NTV müxbirinə yumruq zərbəsi endirdi
NTV-nin jurnalisti Nikita Razvozjayev canlı yayım zamanı döyülüb.
Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə jurnalistin Moskvada Qorki parkında fontanlarla bağlı hazırladığı reportaj zamanı baş verib. N. Razvozjayev canlı yayıma qoşulan zaman parkda Hava Desant Qüvvələri gününü bayram edən hərbçilər də olub.
Bu zaman iri cüssəli, sərxoş kişi jurnalistə yaxınlaşaraq ona “Ukraynanı tutacağıq” deyib və söyüş söyməyə başlayıb.Muxalifet - 2-08-2017
Türkiyədə ordu komandanları dəyişdi
Türkiyə Silahlı Qüvvələrinin quru, dəniz və hava qüvvələrinin komandanları dəyişdirilib.
“Hürriyet”in verdiyi məlumata görə, bu gün Ankarada Ali Hərbi Şuranın toplantısı keçirilib. Toplantıda qoşun növlərinin komandalarının dəyişdirilməsi məsələsinə baxılıb. Generallar - Yaşar Gülər Quru Qüvvələri komandanı, Hasan Küçükyıldız Hava Qüvvələri komandanı, admiral Adnan Özbal isə Dəniz Qüvvələri komandanı təyin olunub.
Qaydalara uyğun olaraq, Yaşar Gülər hazırkı Baş Qərargah rəisi Hulusi Akar təqaüdə çıxdıqdan sonra onun yerini tutacaq.Muxalifet - 2-08-2017
Yeni ixtisas yaradıldı
Nazirlər Kabineti “Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda dəyişiklik edib.
Dəyişikliyə əsasən bakalavriat səviyyəsi üzrə yeni sərhəd təhlükəsizliyi və idarəetmə ixtisası yaradılıb.
Nazirlər Kabineti Təhsil Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin təklifini nəzərə alaraq belə bir qərar qəbul edib.Muxalifet - 2-08-2017
“Qarabağı geri alırdım, AXC-Müsavat imkan vermədi” — SÜRƏT HÜSEYNOV
Azərbaycanın sabiq Baş naziri, hərbi dövlət çevrilişində təqsirli bilinən keçmiş korpus komandiri Sürət Hüseynov “Ölkə.Az” xəbər portalına müsahibə verib.
Muxalifet.az həmin müsahibəni oxucularına təqdim edir:
“Türkiyədə şirkətim də var”
– Sürət bəy hazırda nə işlə məşğul olursunuz?
– Vallah, mənim işim biznes işidir. Maliyyə sahəsində fəaliyyət göstərirəm. Türkiyədə şirkətim də var.
Muxalifet2 - 2-08-2017
Qubada ayılar arıxanaya hücum edib
Arıçı: Hər gecə bu hücum təkrarlandığından suni şamlar düzəldərək ayıları qorxuduruq
Qubada ayılar arıxanaya hücum edib.
Hadisə Qubanın Cek kəndi ərazisində qeydə alınıb.
Arıçı Namiq Abidov bildirib ki, artıq 4-5 gündür ayı hər gün yaylaqda yerləşən arıxanaya hücum edir: "Ayılar 5 arı yeşiyini dağıdıb. Özümüz isə qorxudan çadırda qalmırıq. Hər gecə bu hücum təkrarlandığından, suni şamlar düzəldərək ayıları qorxuduruq. Artıq əvvəl dağdan 1 ayı gəlirdisə, dünən axşam arıxanaya 3 ayı hücum edib"./reportMuxalifet - 2-08-2017
“Rusiya Monteneqroda dövlət çevrilişinə cəhd edib” – ABŞ vitse prezidenti
Monteneqronun paytaxtı Podqoritsa şəhərində keçirilən Adriatik Xartiyasının toplantısında çıxış edən ABŞ-ın vitse-prezidenti Mayk Pens Rusiyanı qərbi Balkan regionunda sabitliyi pozmaqda və Monteneqronun NATO-ya üzvlüyünü əngəlləmək məqsədilə bu ölkədə dövlət çevrilişi təşkil etməkdə günahlandırıb.
Muxalifet - 2-08-2017
Jurnalist zorakılığa məruz qalıb
Avqustun 2-də jurnalist Aytac Əhmədova məlumat toplayarkən zorakılığa məruz qalıb. Onun peşə alətlərini zorla əlindən alıb qaçıblar.
Jurnalist bildirib ki, hadisə polis əməkdaşlarının gözü önündə baş verib. Hadisə Bakının Suraxanı rayonu ərazisindəki Duzlu göl yaxınlığında baş verib. Jurnalist həmin ərazidə məcburi köçkünlərə məxsus obyektlərin söküntüsünü lentə alırmış.Muxalifet - 2-08-2017
Bəxtiyar Hacıyev saxlanılıb
Gənc fəal Bəxtiyar Hacıyev bir neçə saat öncə saxlanılıb.
"Qafqazinfo”nun verdiyi xəbərə görə, B.Hacıyev Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilə mübahisə edib və nəticədə onu saxlayaraq Səbail RPİ 9-cu Polis Bölməsinə aparıblar. Hazırda bölmədə saxlanılır.
9-cu PB-dən məlumatı təsdiqləyiblər və araşdırma aparıldığını, yekunda məlumat veriləcəyini bildiriblər.Muxalifet - 2-08-2017
Naxçıvanda ŞOK- əsgərlikdən qayıtmış gənc 4 yaşlı uşağı zorladı
Naxçıvanda dəhşətli hadisə baş verib.
Yenicag.az xəbər verir ki, hərbi xidmətdən yeni dönmüş şəxs Culfa rayonunda toy məclisində iştirak edib.
Belə ki, 1994-cü il təvəllüdlü Ələsgər Məmmədov toyda 4 yaşlı qızın başını aldadaraq deyib ki, səni nənənin yanına aparacam. Oğlan həmin vaxt içkili olub. Nəticədə, azyaşlını dəmiryolunun kənarına apararaq zorlayıb.
Uşağın iniltisini eşidən bir nəfər hadisə yerinə yaxınlaşıb və dərhal polisə məlumat verib. 4 yaşlı qız həkimə aparılıb, vəziyyəti ağırdır.Muxalifet - 2-08-2017
Gülnarə Karimovanın oğlu: "Anama şər atıblar, heç bir dəlil yoxdur"
Ислам Каримов
Sabiq Özbəkistan prezidenti İslam Karimovun adını daşıyan nəvəsi və böyük qızı Gülnarənin oğlu, yüzlərlə milyon dollar məbləğində pulu mənimsəməkdə və hakimiyyətdən sui-istifadə etməkdə təqsirləndirilən anasına qarşı iddiaların şər və böhtan olduğunu deyib.
Muxalifet - 2-08-2017
Bakıda bir aptek dərmanı küçənin ortasına tökdülər - FOTOLAR
Bakının Nərimanov rayonu ərazisində, Ə.Rəcəbli küçəsində yerləşən "Qızılgül" apteki qəfil boşaldılıb və bütün dərmanlar yola tökülüb.
Şahidlərin Publika.az-a verdikləri məlumata görə, aptekin önü 1 saatın içində dərman preparatları, iynələr, ampulalar və digər dərman ləvazimatları ilə dolub. Nəticədə yoldan keçən sakinlərin hərəkətinə mane törədilib.
Satıcılardan biri deyib ki, qəfil içəri girən şəxslər apteki boşaldıblar və onları çölə çıxardıblar. Güman olunur ki, apteki boşaltdıran şəxs obyektin sahibidir.Muxalifet - 2-08-2017