Daha bir şirkət Azərbaycan bazarını tərk edir

İtaliyanın neft mədən avadanlıqlarının tədarükü sahəsində xidmətlər göstərən "Valvitalia S.P.A" şirkətinin Azərbaycandakı nümayəndəliyi ləğv olunur.
 
Vergilər Nazirliyi xəbər verir ki, kreditorlar və maraqlı şəxslər tələblərini Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 133, “SAT PLAZA” biznes mərkəzi, 7-ci mərtəbə ünvanına bildirə bilərlər.
Xatırladaq ki, İtaliya şirkəti Azərbaycanda ötən ilin əvvəlindən fəaliyyət göstərirdi.