Axtarış
The search found 105783 results in 0.018 seconds.
Search results
Türkiyə donanması Qətərdə - HƏRBİ TƏLİM
Türkiyənin "TCG Gökova Freqatı" hərbi gəmisi Qətərin paytaxtı Dohanın cənub-şərqindəki Hamed limanına çatıb.
214 nəfərdən ibarət donanma Qətər donanması ilə birgə hərbi təlimlərdə iştirak edəcək.
Verilən açıqlamada bildirilir ki, bu təlimlər ekstremizm və terrorla mübarizə üçün Qətər ilə Türkiyə arasındakı hərbi əməkdaşlıq çərçivəsində keçirilir.Muxalifet - 1-08-2017
Almaniya: Türkiyəyə təzyiq edin!
Avropa Birliyi Ankaraya maliyyə təzyiqi etməlidir.
Bu barədə informasiya Almaniya hökumətinin Avropa Birliyinin baş diplomatı Federika Moqerini və Genişlənmə üzrə komissar Yohannes Xana göndərdiyi məktubda yer alıb.
Məktubda həmçinin Berlin Avropa Birliyinin Türkiyə ilə apardığı gömrük ittifaqının modernləşdirilməsi danışıqlarının dondurmalı olduğunu bildirib.
Qeyd edək ki, bundan öncə Almaniya Türkiyəyə qarşı siyasətini tam dəyişdiyini açıqlayıb.Muxalifet - 1-08-2017
Türkiyəli nazir təqaüdə çıxdı
Türkiyənin Diyanət İşləri naziri Məhmət Görməz təqaüdə çıxıb.
O, bununla bağlı istəyini Türkiyənin Baş nazir Binəli Yıldırıma çatdırıb.
Yıldırım Görməzin istəyini təmin edib. Onu bu vəzifədə Əkrəm Kələş əvəz edəcək.Muxalifet - 1-08-2017
Tramp İranla nüvə sazişini pozmağa hazırlaşır
ABŞ prezidenti Donald Tramp İranla nüvə razılaşmasını pozmaq üçün yeni üsullar axtarır.
İndiyə qədər Trampın təhlükəsizlik üzrə köməkçiləri Birləşmiş Ştatların İranla nüvə razılaşmasından çıxması üçün heç bir variant tapa bilməyiblər. Bundan məyus olan Tramp sazişi pozmaq üçün ciddi bəhanə axtarışındadır.
“The Nyu York Times” nəşri yazır ki, Amerika rəsmiləri artıq müttəfiq ölkələrə İranla razılaşmadan imtina etməyə hazır olmaq haqda xəbərdarlıq edib.Muxalifet - 1-08-2017
“Güləşçilərə maaş vermək öhdəliyimiz yoxdur” – Güləş Federasiyası
Ötən həftə Azərbaycan Güləş Milli komandasının üzvləri maaşlarını ala bilmədikləri üçün Güləş Federasiyasına qarşı etiraz aksiyası keçirmiş və bu ölkə gündəmində böyük səs-küyə səbəb olmuşdu.
Azərbaycan Güləş Federasiyası yaşanan olayla əlaqədar bəyanat yayıb.Muxalifet - 1-08-2017
Bakıda daha bir şəxs dənizdə batıb
Bakıda daha bir nəfər dənizdə batıb.
Hadisə Xəzər rayonu, Buzovna qəsəbəsindəki çimərlikdə qeydə alınıb. 45-50 yaşlı naməlum kişi dənizdə çimərkən boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 1-08-2017
Tramp: “Maduro indi nəinki pis oğlan, həm də diktatordur”
ABŞ prezidenti Donald Tramp Venesuela prezidenti Nikolas Maduronu mütləq hakimiyyəti ələ keçirmiş diktator sayır.
“RİA Novosti”nin verdiyi məlumata görə, bunu ABŞ prezidentinin mili təhlükəsizlik üzrə müşaviri Herbert Makmaster deyib.
“Maduro rejiminin Konstitusiya Assambleyasına saxta seçkilər vasitəsilə mütləq hakimiyyəti ələ keçirməsi bizim yarımkürədə demokratiyaya çox ciddi zərbədir. Maduro indi nəinki pis oğlan, həm də diktatordur”, - deyə Trampın bəyanatında bildirilir.Muxalifet - 1-08-2017
Xəzərin sahilində meyit tapılıb
Bakıda dəniz sahilində meyit tapılıb.
Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda dəniz kənarında 1 nəfərin cəsədinin göründüyü barədə məlumat daxil olub. Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri 1965-ci il təvəllüdlü Məmmədov Azadın cəsədini sahildən taparaq aidiyyəti üzrə təhvil veriblər./apaMuxalifet - 1-08-2017
Hacıqabuldakı dəhşətli qətliamın yeni şok detalları
Hacıqabulda evə basqın edən silahlı şəxs axtardığı köhnə tanışının əvəzinə onun ailə üzvlərini gülləbaran edib.
İyulun 31-də səhər saatlarında baş verən qanlı olay dərhal ölkə KİV-lərinin 1 nömrəli mövzusuna çevrilib. Hər kəs Hacıqabulda nə baş verdiyi sualına cavab axtarır. Hüquq-mühafizə orqanları yaranan suallara cavab verməyə tələsmir.Muxalifet - 1-08-2017
Bakıda ruhi xəstəxanada qanlı hadisə: qayçı ilə...
Bakıda yerləşən ən böyük ruhi-əsəb xəstəxanasında intihara cəhd olub.
Lent.az xəbər verir ki, Maştağa qəsəbəsindəki 1 saylı ruhi-əsəb dispanserində müalicə edilən 1963-cü il təvəllüdlü Əmirov İlham Sadiq oğlu qayçı ilə özünə xəsarətlər yetirib.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 1-08-2017
İŞİD Raqqadan təbliğat videosu yaydı, iki azərbaycanlı terrorçu göründü
İyulun 30-da İŞİD terror qruplaşmasının informasiya bürosu hazırda ABŞ-ın dəstəklədiyi kürd koalisiyası tərəfindən hücum altında olan Raqqa şəhərindən 30 dəqiqəlik təbliğat videosu yayıb.
Virtualaz.org xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən və internetdə cihad və terrorçuluq təhlükəsi ilə bağlı müntəzəm monitorinq aparıb nəticələri xüsusi xidmət orqanlarına təqdim edən “Middle East Media Research Institute” həmin videoroliki araşdırıb.Muxalifet - 1-08-2017
Goranboyda 29 yaşlı qız müəmmalı şəkildə ÖLÜB
Goranboy sakini xəstəxanada müəmmalı şəkildə dünyasını dəyişib.
Rayonun Xan Qərvənd kənd sakini 1988-ci il təvəllüdlü Əliyeva Fərqanə Ramiz qızı yüksək hərarətlə ağır vəziyyətdə Goranboy rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.
Ona dərhal tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Xəstənin hansı səbəbdən öldüyü hələlik məlum deyil.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.Muxalifet - 1-08-2017
“10 min nəfər yüz baldan aşağı nəticə göstərib” – Məleykə Abbaszadə
“I qrup üzrə yaz imtahanında iştirakçıların 50 faizdən çoxu təxminən 162 bal, yay imtahanı iştirakçılarının isə yarıdan çoxu 193 bal nəticə göstərib. Yəni, bir az da olsa artım olub. Göstəricilər müəyyən qruplar üzrə eyni qalsa da, III qrupda yaxşılaşıb”.
Muxalifet - 1-08-2017
"Aİ özünü ABŞ-ın sənaye siyasətindən qoruyacaq" - Almaniya
ABŞ-da Amerika hər şeydən əvvəl şüarı altında sənaye siyasəti həyata keçiriləcəyi təqdirdə Aİ qoruyucu tədbirlər görəcək
"ABŞ-da sanksiyaları bəhanə etməklə "Amerika hər şeydən əvvəl" şüarı altında sənaye siyasəti həyata keçiriləcəyi təqdirdə Avropa İttifaqı (Aİ) qoruyucu tədbirlər görəcək."
TASS xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel "Rheinische Post" qəzetinə bildirib.Muxalifet - 1-08-2017
Avqustun 15-dən ali məktəblərin boş qalan yerlərinə sənəd qəbulu aparılacaq
Avqustun 15-dən ali məktəblərin boş qalan yerləri elan olunacaq və həmin yerlərə sənəd qəbulu aparılacaq.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, bu proses avqustun 15-dən 19-dək həyata keçiriləcək.Muxalifet - 1-08-2017
Ombudsman “heykəl məhbusu”nun şikayətinin araşdırılmasını istəyir
Ombudsman Elmira Süleymanova həbsdəki gənc fəal Qiyas İbrahimovla rəftarın araşdırılmasından ötrü ədliyyə nazirlinin müavini, Penitensiar Xidmətin rəisi Ceyhun Həsənova müraciət edib.
Bu haqda Ombudsmanın gənc fəalın vəkili Elçin Sadıqova göndərdiyi məktubda bildirilir. Vəkil məktub alması ilə bağlı AzadlıqRadiosu-na məlumat verib.
Ombudsman Penitensiar Xidmətin rəhbərinə vəkilin xahişi üzrə müraciət edib.Muxalifet - 1-08-2017
Con Kelli prezident aparatının rəhbəri kimi vəzifəsinə başladı
ABŞ hərbi dəniz qüvvələrinin təqaüdə çıxmış generalı Con Kelli bazar ertəsi günü Ağ Evdə prezident aparatının rəhbəri kimi and içərək rəsmən vəzifəsinin icrasına başlayıb.
Onun bu postda əsas vəzifəsi altı aydır hakimiyyətdə olan prezident Donald Tramp administrasiyasının işinin qaydaya salınmasından ibarətdir.
“O bu işin öhdəsindən əla gələcək”, deyə Kellini Ağ Evdə salamlayaraq, ölkənin iqtisadi inkişafını qeyd edən prezident Tramp bildirib.Muxalifet - 1-08-2017
"Kürdlərin dövləti olmayacaq…Onları yenə də aldadacaqlar"
Muxalifet - 1-08-2017
"Sədərək" ticarət mərkəzində KÜTLƏVİ DAVA
“Sədərək” ticarət mərkəzində bir qrup şəxs arasında dava-dalaş düşüb.
Lent.az xəbər verir ki, Lökbatan qəsəbəsində yerləşən, “Sədərək” ticarət mərkəzində, bir qrup şəxs qarşılıqlı xuliqanlıq hərəkətləri etdiklərinə görə Çevik Polis Alayının və Qaradağ Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən birgə saxlanılıb. Həmin şəxslər ərazi üzrə 10-cu Polis Bölməsinə təhvil verilib.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsində araşdırma aparılır.Muxalifet - 1-08-2017
Bakıda qızı zorla maşına mindirib apardılar – AVTOBUS DAYANACAĞINDAN
Bakıda gənc qız zorla avtomobilə mindirilərək qaçırılıb.
Muxalifet - 1-08-2017