Axtarış
The search found 105783 results in 0.017 seconds.
Search results
Prezident Şövkət Ağayevə "20 Yanvar Şəhidi" fəxri adı verdi
Azərbaycan Prezidenti İlham Əliyev "20 Yanvar Şəhidi" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
AZƏRTAC bildirir ki, sərəncamda qeyd olunur ki, 1990-cı il 20 Yanvar hadisələri nəticəsində həlak olmuş Ağayev Şövkət Həsənoviçə "20 Yanvar Şəhidi" fəxri adı verilsin.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılır ki, sərəncamdan irəli gələn məsələləri həll etsin.Muxalifet - 2-08-2017
"İqla"nın blokunu satmaq istəyən erməni saxlanıldı
İşğal olunmuş ərazilərimizdə yerləşdirilən düşmən ordusunda özbaşınalıq halları artmaqda davam edir. Bu yaxınlarda Ermənistan silahlı qüvvələrinin hərbi hissələrindən birində daha bir insident baş verib.
“İqla” daşınan zenit-raket kompleksinin qida blokunu oğurlayıb satmaq istəyən əslən yezidi kürdü olan Valodya Sloyan adlı hərbi qulluqçu saxlanılıb.Muxalifet - 2-08-2017
Netanyahunun arvadı istintaqa çağırıldı
İsrailin Baş naziri Benyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahu istintaqa çağrılıb.
Xanım Netanyahu iş adamlarından qanunsuz şəkildə pul almaqda və s. ittiham olunub.
Bundan əlavə, S.Netanyahu dövlət büdcəsindəki pulları mənimsəməkdə günahlandırılır.
Qeyd edək ki, bundan öncə də baş nazir Benyamin Netanyahu rüştətxorluqla bağlı bir neçə dəfə istintaqa çağrılıb. Netanyahunun rüşvətxorluğunun sübuta yetiriləcəyi halda vəzifəsindən istefa verəcəyi gözlənilir./axar.azMuxalifet - 2-08-2017
Tramp Rusiyaya qarşı sanksiya qanununu imzaladı
ABŞ Prezidenti Donald Tramp Rusiyaya yeni sanksiyalar tətbiq edilməsini nəzərdə tutan qanun layihəsini imzalayıb.
Blumberq xəbər verir ki, Ağ Ev sözçüsü də Trampın layihəni imzaladığını təsdiqləyib.
Qeyd edək ki, bir müddət öncə ABŞ Senatı Rusiyaya sanksiya qanununu hazırlayıb təsdiqləmək üçün Trampa göndərib.Muxalifet - 2-08-2017
Daha 4 ölkə Moskvaya qarşı sanksiyaları uzatdı
Avropa Birliyindən sonra daha dörd ölkə Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb.
Bunu jurnalistlərə açıqlamasında Avropa Birliyinin baş diplomatı Federika Moqerini söyləyib.
O, sanksiyaları uzadan ölkələrin Monteneqro, Albaniya, Norveç və Ukrayna olduğunu bildirib.
Qeyd edək ki, Rusiyaya qarşı sanksiyalar gələn ilin 31 yanvarına qədər uzadılıb.Muxalifet - 2-08-2017
Rusiya səfirliyinə hücum edildi – XİN bəyanat verdi
Rusiya Xarici İşlər Nazirliyi Rusiyanın Dəməşq səfirliyinə edilən hücumla bağlı bəyanat yayıb.
Bəyanatda iki top atışının Rusiya səfirliyinin ərazisinə düşdüyü və partlayış baş verdiyi bildirilib.
Hücum zamanı xəsarət alan olmasa da, maddi ziyan dəyib.Muxalifet - 2-08-2017
Qazaxda 19 yaşlı tələbə çayda boğulub - YENİLƏNİB
Qazax rayonunda meyiti tapılan 19 yaşlı oğlanın çayda boğularaq öldüyü məlum olub.
BDU-nun Qazax filialının 1-ci kurs tələbəsi olan Goranboy sakini Murad Muradov tələbə yoldaşları ilə birgə Ağstafaçayda çimərkən boğulub. Onun meyiti sudan çıxarılıb./apa
***
18:15
Qazax rayonunda 19 yaşlı oğlanın meyiti tapılıb.
Goranboy rayon sakini, 1998-ci il təvəllüdlü Murad Muradovun meyiti Qazax şəhəri ərazisində, Ağstafaçayın kənarında aşkarlanıb.
Onun hansı səbəbdən öldüyü məlum deyil.Muxalifet - 2-08-2017
Müxalifət payızda hökumətin istefasını tələb edəcək - GÜRCÜSTANDA
Hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyası ilə ümumi “dil tapmaq” mənasızdır.
“Gürcüstan vətənpərvərlər alyansı payızda hökumətin istefası ilə bağlı etiraz aksiyalarına başlamaq niyyətindədir".
Belə bir bəyanatla partiyanın lideri, parlamentin vitse-spikeri İrma İnaşvili çıxış edib.
Xanım siyasətçi deyib ki, aksiyalar yerli özünü idarəetmə orqanlarına seçkilərə qədər başlayacaq.
İnaşvilinin sözlərinə görə, hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyası ilə ümumi “dil tapmaq” mənasızdır.Muxalifet - 2-08-2017
Lənkəranda polis əməkdaşları ağır qəzaya düşüblər - YENİLƏNİB
Mercedes markalı minik avtomobili dərəyə aşıb
Lənkəranda baş vermiş ağır yol qəzasının bəzi təfərrüatları məlum olub.
Qəzaya uğrayana avtomobilil sürücüsü və sərnişinləri Masallı Rayon Polis İdarəsinin əməkdaşları olublar.
Qəza baş verərkən avtomobildə 6 nəfər olub. Onlardan 4 nəfəri ağır xəsarət alsa da, ikisinin vəziyyəti normaldır.
Qəza zamanı xəsarət almış şəxslərin adları:
Məmmədli Vüsal Rüstəm oğlu (1984)
Rzayev Əlizamin Xəraqət oğlu (1986)
Məmmədov Elşad Mehdi oğlu (1983)Muxalifet - 2-08-2017
İtkin düşmüş Biləsuvar sakini bu gün evlərinə qayıdıb
19 yaşlı rayonun Xırmandalı kənd sakini Zeynalzadə İlahə İqbal qızı 25 iyul tarixində evdən çıxıb və geri qayıtmamışdı
İtkin düşmüş Biləsuvar sakini bu gün evlərinə qayıdıb
İtkin düşmüş qadının dayısı Müqəddəs İmanovun verdiyi məlumata görə, Zeynalzadə İlahə bu gün evə qayıdıb.
Qeyd edəki, 19 yaşlı rayonun Xırmandalı kənd sakini Zeynalzadə İlahə İqbal qızı 25 iyul tarixində evdən çıxıb və geri qayıtmamışdı. Avqust ayının 1-də o evlərinə zəng edərək Bakı şəhərində olduğunu bildirmişdi.Muxalifet - 3-08-2017
Türkiyə yığma komandasının yeni baş məşqçisi müəyyənləşdi
“Ay-ulduzlular”ın sükanı arxasına rumıniyalı mütəxəssis Mirça Luçesku gətirilib
Futbol üzrə Türkiyə yığma komandasının yeni baş məşqçisi müəyyənləşib.
Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytına istinadən xəbər verir ki, “ay-ulduzlular”ın sükanı arxasına rumıniyalı mütəxəssis Mirça Luçesku gətirilib.
Avqustun 4-də onunla 2+1 illik rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, M.Luçesku əvvəllər Türkiyədə “Qalatasaray” və “Beşiktaş” klublarının baş məşqçisi işləyib.Muxalifet - 3-08-2017
Bu gün “Qəbələ” “Panatinaikos”u qəbul edəcək
“Bakcell Arena”da baş tutacaq oyun həlledici xarakter daşıyır
Bu gün “Qəbələ” komandası Avropa Liqasında növbəti oyununa çıxacaq.
Roman Qriqorçukun baş məşqçisi olduğu komanda III təsnifat mərhələsinin cavab matçı çərçivəsində Yunanıstan təmsilçisi “Panatinaikos”u qəbul edəcək.Muxalifet - 3-08-2017
VAZ- 2107 49 yaşlı kişini vuraraq öldürüb - BAKIDA
Hadisəni törədən sürücü saxlanılıb
Bakıda orta yaşlı kişini avtomobil vuraraq öldürüb.
Hadisə Sabunçu rayonunda baş verib.
Belə ki, Sabunçu qəsəbəsində yolu keçmək istəyən 1968-ci il təvəllüdlü Bəşirov Feyzulla Zeynal oğlunu "Vaz 2107" markalı avtomobil vurub. Nəticədə F.Bəşirov hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.
Hadisəni törədən sürücü saxlanılıb.Muxalifet - 3-08-2017
Bakıda velosipedçini avtomobil vurub
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır
Bakıda velosipedçini avtomobil vurub.
Hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, Zığ qəsəbəsində velosipedlə yolu keçən 1983-cü il təvəllüdlü İsmayılov Heydər Azad oğlunu avtomobil vurub.
Nəticədə velosipedçi ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.Muxalifet - 3-08-2017
26 yaşlı gənc bıçaqlanıb - QARADAĞDA
Qaradağ rayonunda gənc oğlan bıçaqlanıb.
Hadisə Səngaçal qəsəbəsində qeydə alınıb.
Belə ki, 26 yaşlı Muradov Mahir Firuddin oğlu evlərinin yaxınlığında mübahisə zamanı bıçaqlanıb. O, xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Fakt Qaradağ Rayon Polis İdarəsində araşdırılır.Muxalifet - 3-08-2017
Bakıda 25 yaşlı gənc intihara cəhd etdi - ÖZÜNÜ BIÇAQLADI
Bakıda gənc oğlan özünü bıçaqlayıb.
Muxalifet.az xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.
Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsində 1992-ci il təvəllüdlü Məmmədov Telman Taleh oğlu özünə bıçaq xəsarətləri yetirib. O, xəsarət alaraq2 xəstəxanaya yerləşdirilib. Xəsarət alan şəxsin atasının polislərə verdiyi şifahi ifadəyə görə, oğlu intihara cəhd göstərib.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 3-08-2017
Paytaxtda təlimçi sürücü bıçaqlandı
O aldığı xəsarətlərlə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib
Bakıda sürücülük məktəbində işləyən təlimçi bıçaqlanıb.
Hadisə Yasamal rayonunda baş verib.
Hüseyn Cavid prospektində 1982-ci il təvəllüdlü Hüseynov Balahüseyn Nazim oğlu naməlum şəraitdə bıçaqlanıb. O aldığı xəsarətlərlə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.Muxalifet - 3-08-2017
Bakıda 57 yaşlı kişini at sürüyüb
Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir
Bakıda orta yaşlı kişini at sürüyürək xəsarət yetirib.
Hadisə Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, Qaraçuxur qəsəbəsində, Məktəbli küçəsində atın yüyənini bağlamaq istəyən 1960-ci il təvəllüdlü Abbasov İbrahim Mamed oğluna at xəsarət yetirib. İ.Abbasov yüyəni bağlamaq istədiyi dəmirə ilişib, sonra at onu sürüməyə başlayıb. İ.Abbasov kəsilmiş-deşilmiş xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.Muxalifet - 3-08-2017
30 minədək uşaq nikahdankənar doğulub
Hər 100 boşanmaya düşən uşaqların sayı isə 162 olub
Azərbaycanda ötən il 6 146 boşanma halı övladı olmayanların payına düşüb.
Dövlət Statistika Komitəsi xəbər verir ki, ötən il boşananlardan 3 399-nun bir, 3 569-nun isə iki və daha çox övladı olub.
Boşanma nəticəsində valideynlərindən biri ilə qalan uşaqların sayı 11 295 olub.
Hər 100 boşanmaya düşən uşaqların sayı 162 olub.
Ötən il ümumillikdə 13 114 boşanma qeydə alınıb.
Ötən il dünyaya gələn 26 288 uşaq rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulub.Muxalifet - 3-08-2017
“Nar”ın fiziki məhdudiyyətli gənclər üçün “Təlim məktəbi” layihəsi başladı
“Təlim məktəbi” layihəsi “Nar” tərəfindən təşkil edilən və fiziki məhdudiyyətli gənclərin cəmiyyətə inteqrasiyası üçün nəzərdə tutulmuş layihədir. Zaqatalada start verilən bölgələrdə “Təlim məktəbi” layihəsi təcrübəli mütəxəssislər və psixoloq tərəfindən aparılır. Layihə çərçivəsində bölgələrdən olan 40 nəfər yerli sakin iki ay boyunca üç istiqamət üzrə peşə təlimi alacaq. Təlim iştirakçıları smartfon təmiri, dərzi və aşbazlıq kurslarında iştirak edəcək.
Muxalifet2 - 2-08-2017