AZƏRBAYCANDA DAHA 10 NƏFƏR KORONAVİRUSDAN ÖLDÜ - Son sutka ərzində 287 yoluxma qeydə alınıb

Baxış sayı:
793

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 287 yeni yoluxma faktı qeydə alınıb, 568  nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 228 975 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 220 292  nəfər müalicə olunaraq sağalıb, 3 082 nəfər vəfat edib, aktiv xəstə sayı  5 601 nəfərdir.

Ölkədə son sutka ərzində 7 079, ümumiyyətlə indiyədək isə 2 361 552  test aparılıb.