​“PUTİN TƏLƏYƏ DÜŞÜB” - Ukraynanın keçmiş baş naziri Rusiya prezidentinin çıxılmaz durumda olduğunu deyir

Baxış sayı:
1843

“Aleksey Navalnının zərəhlənməsi məsələsi Vladimir Putin üçün tələ oldu. Rejim tezliklə çökəcək”. Ukraynanın sabiq baş naziri Arseniy Yatsenyuk bu fikri özünü Facebook bloqunda paylaşıb.
“Müxalifətçi Aleksey Navalnı Moskvaya qayıdan kimi barmaqlıqlar arxasına salındı. Bu, göstərir ki, Vladimir Putin rejimi zəifləyib. Navalnının həbsi rejimin nə qədər narahat, təlaşlı vəziyyətə düşdüyünü göstərir”, - deyə Yatsenyuk fikrini ifadə edib.
“Rusiyanın diktatura maşını bir adam üzündən tir-tir əsir”, - deyən Yatsenyuk hesab edir ki, Navalnının Krım barədə mövqeyinə baxmayaraq, Ukrayna sivil dünyanın bir parçası kimi onun azadlığının tərəfində olmalıdır. “Onlardan qorxanda güclü olurlar. Qorxmaq lazım deyil. Hakimiyyət çökür”, - Yatsenyuk sözünü yekunlaşdırıb.
Hurriyyet.org