Ceyhun Bayramov Pakistana getdi - ÜÇTƏRƏFLİ GÖRÜŞ KEÇİRİLƏCƏK

Baxış sayı:
1339

Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfərə gedib.

Bu barədə Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva "Twitter"də yazıb.

"Səfər çərçivəsində Azərbaycan - Pakistan - Türkiyə  XİN başçılarının ikinci üçtərəfli görüşü və həmçinin Pakistan rəsmiləri ilə ikitərəfli görüşlər keçiriləcək", - deyə L.Abdullayeva qeyd edib.