Paşinyanın tənha müdafiəçisi onun yolunu kəsənlərə lənət yağdırır - VİDEO

Baxış sayı:
1036

Bu gün səhər saatlarında Yerevanda baş nazir Nikol Paşinyanın Moskvaya səfərini əngəlləmək üçün aerporta gedən yolu kəsən etirazçılarla onun tənha tərəfdarı arasında qarşılıqlı söyüş və lənətlərlə müşaiyət olunan qarşıdurma yaranıb.

Erməni KİV-lərində yer alan xəbərlərə əsasən Paşinyanın tərəfdarı olan yaşlı qadın aerporta gedən yolu kəsən və “Nikol satqın!” qışqıran etirazçıların üstünə yeriyib. Onları söyüb və lənətləyib, Paşinyanın Qarabağdakı məğlubiyyətdə günahkar olmadığını deyib. Qadın bildirib ki, ölkəni hələ Nikol hakimiyyətə gələnə qədər talamışdılar və onun mübarizə aparmaq üçün resursları yox idi.

Aksiya iştirakçıları isə qadını sakitləşməyə çağırıblar, bəziləri onu “türk” adlandırıblar və söyüblər. Polis isə yaşlı qadını arada halı pisləşdiyi üçün xəstəxanaya aparmağa çalışıb

Polisin müdaxiləsindən sonra aerporta gedən yolu açmaq mümkün olub və Paşinyanın korteji aeroporta gedə bilib. Amma etirazçılar ultimatum veriblər ki, Paşinyan Moskvada hansısa sənəd imzalasa onu Yerevana geri qayıtmağa qoymayacaqlar./Virtualaz.org