Axtarış

The search found 105785 results in 0.099 seconds.

Search results

  1. Vətən müharibəsinin qalibləri nazirlikdə coşqu ilə qarşılandılar - FOTO

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları, möhtəşəm zəfərimizin qəhrəmanları sırasında yer alan Nizami Hüseynli, Fərhad Allahverdizadə, Arzu Şükürov, Xəqani Hüseynov və Kamil Balakişiyev ordudan tərxis olunaraq mülki həyatlarına qayıdıblar. 

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

    Nazirliyin kollektivi iş yoldaşlarını böyük coşqu ilə qarşılayıblar. 

    Muxalifet2 - 6-01-2021

  2. “AYVAZYANIN ARDINCA PAŞİNYAN XANKƏNDİNƏ GƏLƏCƏK VƏ...” - "Bakı Qarabağa qanunsuz səfərlərə sərt reaksiya verməlidir"

    Yanvarın 5-də Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın Xankəndinə səfərə gəlməsi Azərbaycanda etiraz doğurub. Xatırladaq ki, rəsmi İrəvan Ayvazayanın Dağlıq Qarabağa gəlməsini işçi səfər" adlandırıb və nazirin separatçı Araik Arutyunyanla görüşdüyünü açıqlayıb.

    Muxalifet2 - 6-01-2021

  3. Rüsvayçı kapitulyasiyanın əks-sədası: “Vanetsyanın muzdluları döyüşə girmədən qaçdı” - VİDEO

    İşğal edilmiş əraziləri əlində saxlamağa cəhd edən Ermənistan Qarabağ döyüşlərində Azərbaycan Ordusu qarşısında tab gətirmək üçün cəbhəyə nizami ordu ilə yanaşı polis, xüsusi xidmət orqanlarının xüsusi təyinatlıları və əcnəbi muzdlu döyüşçüləri də göndərmişdi.

    Bu barədə “Caliber” layihəsinin “YouTube” hesabında paylaşılan videoda bəhs edilib.

    Bundan əlavə, ölkədə özünü siyasi cəhətdən reklam etmək istəyən erməni siyasətçilər, daha doğrusu, “kreslo”suz qalan keçmiş hakimiyyət üzvləri orduya dəstək adı ilə bir sıra addımlar atıblarmış.

    Muxalifet2 - 6-01-2021

  4. Əli Həsənovun baldızı vəzifədən azad olundu - PFREZİDENTİN SƏRƏNCAMI BU GÜN ELAN OLUNACAQ...

    Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva tutduğu vəzifədən azad olunub.

    Bu barədə azpolitika.info-ya təhsil sektorundakı etibarlı mənbədən məlumat verilib. Müvafiq Prezident sərəncamının bu gün elan olunacağı gözlənilir.

    Xatırladaq ki, adı bir sıra qalmaqallarda hallanan M.Vəliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 iyun 2018-ci il tarixli Sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin edilmişdi.
    Muxalifet.az xəbər verir ki, Məhəbbət Vəliyeva Prezidentin keçmiş köməkçisi Əli Həsənovun baldızıdır.

    Muxalifet2 - 6-01-2021

  5. AZƏRBAYCANDA DAHA 26 NƏFƏR KORONAVİRUSDAN ÖLDÜ - Son sutka ərzində 799 yoluxma aşkarlanıb

    Azərbaycanda son sutkada koronavirus infeksiyasına 799 yeni yoluxma faktı qeydə alınıb, 2 383 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Muxalifet.az bildirir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    Məlumata görə, son sutkada 26 nəfər COVID-19-dan vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 222 200 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 201 596 nəfər müalicə olunaraq sağalıb, 2 818 nəfər vəfat edib. Hazırda 17 786 aktiv xəstə var.

    Muxalifet2 - 6-01-2021

  6. Rüstəm Muradov Ermənistan xüsusi xidmətinin rəhbərini Bakıya gətirir - ŞOK

    Ermənistan hökuməti Qarabağdakı Rusiya sülhməramlı dəstəsinin komandiri general-leytenant Rüstəm Muradovdan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanın Bakıya səfərini təşkil etmək üçün təyyarə istəyib.

    Müxalifet.az xəbər verir ki, bu barədə Ermənistanın "Mediaport" teleqram-kanalı Rusiya Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

    Muxalifet2 - 6-01-2021

  7. Polietilen torbalardan istifadə edən sahibkarlara XƏBƏRDARLIQ

    Hələ də bir çox insanlar polietilen torbalarla bağlı dəyişiklikdə maraqlı deyillər. Hətta həmin şəxslər üçün alış-veriş etdikləri yerlərdə onlara hansı qalınlıqda torba veriləcəyi də heç bir əhəmiyyət kəsb etmir. Ona görə də bu iş market sahiblərinin marağında olmalıdır. Ən azından başa düşməlidirlər ki, əks təqdirdə sahibkarlar cərimələrlə üzləşəcəklər”.

    Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.

    Muxalifet2 - 7-01-2021

  8. ERMƏNİLƏR XUDAVƏNG MONASTRINA NİYƏ BURAXILMADI? - Müdafiə Nazirliyindən açıqlama

    Yanvarın 5-i axşam saatlarından və 6-sı bütün gün Erməni Apostol Kilsəsi Milad bayramını qeyd edib. Bütün erməni kilsələrində müqəddəs "Çraqaluyts" ayini xidməti göstərilib. Milad ərəfəsində Ermənistandan təxminən 70 zəvvar işğaldan azad edilmiş Kəlbəcər bölgəsindəki Xudavəng monastırını ziyarət etmək istədiklərini bildiriblər.

    Muxalifet2 - 7-01-2021

  9. 2020-CI İLİN FEYK XƏBƏRLƏRİ... - Solovyovun Qarabağ yalanı 5-ci oldu / VİDEO

    Avropa Komissiyası tərəfindən maliyyələşdirilən, Rusiyanın Avropa Birliyinə, onun üzvlərinə və qonşularına qarşı dezinformasiyalarını aşkara çıxarmaq üçün yaradılan EuvsDisinfo informasiya projesi yanvarın 4-də 2020-ci ilin ən şübhəli feyk xəbərlərinin reytinq cədvəlini açıqlayıb.

    Muxalifet2 - 7-01-2021

  10. Rusiya ABŞ-da baş verənləri lağa qoydu: “Demokratiyanın hər iki ayağı axsayır...” YENİLƏNİB

    ABŞ-da baş verənlərə, Donald Trampın seçkilərin nəticələrini tanımayaraq öz tərəfdarlarını küçələrə çıxarmasına və Konqresə basqına, artıq 4 nəfərin həlak olmasına gətirib çıxarmış toqquşmalara Rusiyadan ilkin reaksiyalar gəlib.

    Belə ki, Rusiya Federasiya Şurasının beynəlxalq işlər üzrə komitəsinin sədri Konstantin Kosaçev baş verənləri “demokratiyanın hər iki ayağının axsaması” kimi şərh edib.

    Muxalifet2 - 7-01-2021

  11. ABŞ-da Trampın tərəfdarları ilə polis arasında toqquşma - XƏSARƏT ALANLAR VAR / YENİLƏNİB

    ABŞ-ın paytaxtı Vaşinqtonda etirazçılar Kapitoli ətrafındakı hasarlar vasitəsilə binalardan birinə daxil olublar.

    Bu barədə "RİA Novosti" məlumat yayıb.

    Qeyd edilir ki, polis Trampın tərəfdarlarını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edir.

    Polis əməkdaşları ilə etirazçılar arasında baş verən toqquşmalar zamanı bir neçə nəfər xəsarət alıb.

    ***20:10

    ABŞ Prezidenti Donald Trampın on minlərlə tərəfdarı Vaşinqtonda seçkilərin Co Baydenin qələbəsi ilə nəticələnmiş nəticələrinə etiraz olaraq aksiyaya başlayıb.

    Muxalifet2 - 6-01-2021

  12. ABŞ Konqresində qanlı toqquşma - ÖLƏNLƏR VAR / Yenilənir

    ABŞ-ın paytaxtı Vaşinqtonun hakimiyyət orqanları şəhərdə baş verən qarışıqlıqlar zamanı ümumilikdə 4 nəfərin öldürüldüyünü təsdiqləyiblər. "Report" xəbər verir ki, bu barədə Vaşinqton polisinin rəhbəri Robert Konti keçirdiyi mətbuat konfransında bildirib.

    O, qeyd edib ki, bir qadın Kapitolinin binasında baş verən atışma zamanı odlu silahdan aldığı xəsarətdən ölüb. Bununla yanaşı, qarışıqlıqlar zamanı daha 3 nəfər həlak olub. Lakin polis rəsmisi həmin şəxslərin hansı şəraitdə öldürüldüklərini dəqiqləşdirməyib.

    Muxalifet2 - 7-01-2021

  13. “ŞOK EDƏN SƏHNƏLƏRDİR” - NATO Baş katibi ABŞ-dakı hadisələr haqda

    ABŞ-da keçirilmiş demokratik seçkilərin nəticələrinə hörmət edilməlidir.

    Bunu NATO-nun Baş katibi Yens Stoltenberq “Twitter” hesabında yazıb.

    “Vaşinqtonda baş verənlər şok edən səhnələrdir, demokratik seçkilərin nəticələrinə hörmət edilməlidir”, - deyə baş katib bildirib.

    Xatırladaq ki, Kapitoli binasında ABŞ-ın hazırkı Prezidenti Donald Trampın tərəfdarları ilə polis əməkdaşları arasında toqquşmalar baş verib. Nəticədə bir neçə nəfər gözündən xəsarət alıb, 4 nəfər həlak olub.

    Muxalifet2 - 7-01-2021

  14. DTX-nin həbs etdiyi icra başçısının kadrları işdən çıxarıldı

    Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov iki şöbə müdirini işdən çıxarıb.

    Unikal.org-un məlumatına görə, F.Qürbətovun əmri ilə, Biləsuvar RİH-nin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zakir Şahbazov və hüquq şöbəsinin müdiri Şahin İsgəndərov tutduqları vəzifədən azad olunublar. 

    Hələlik onların yerinə təyinat yoxdur. 

    Muxalifet2 - 7-01-2021

  15. "Bu ayın sonuna qədər Azərbaycana 4 milyon doza vaksinin gətirilməsi gözlənilir" - KOMİTƏ SƏDRİ

    Düşünürəm ki, koronavirusla mübarizə artıq özünün sonuncu mərhələsinə qədəmə qoyub. Bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

    Muxalifet2 - 7-01-2021

  16. Rusiya həkimləri Paşinyanı yoxlayırlar - ƏLİYEV VƏ PUTİNLƏ GÖRÜŞDƏN ƏVVƏL

    Rusiya səhiyyə işçilərini daşıyan xüsusi təyyarə Moskvadan Yerevana gəlib.

    “Sputnik Ermənistan” bildirir ki, həkimlər Rusiya paytaxtına vacib danışıqlarda iştirak etmək üçün getməli olan yüksəkvəzifəli erməni məmurlarından koronovirusla bağlı qan nümunələri götürməlidirlər.

    Məlumata görə, bir qrup səhiyyə işçisi artıq baş nazir Paşinyanın qərargahındadır. Paşinyandan analiz üçün qan nümunəsi götürülüb. İkinci qrup Yerevan mehmanxanalarından birində qalır.

    Muxalifet2 - 7-01-2021

  17. Bələdiyyə sədri qızla İsmayıllıya getdi və... - YÜKSƏK DOZADAN ÖLDÜ / Foto

    İsmayıllı rayonunda Göyçay rayonu, Bəydövül kənd Bələdiyyəsinin sədri, 1987-ci il təvəllüdlü Yusifov Ramil Ramiz oğlunun meyiti tapılıb.

    Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

    Məlumata görə, Ramil Yusifov İsmayıllı rayonunun İvanovka kəndində tanıdığı bir qızla ev kirayələyib.

    Səhər Yusifov ölmüş vəziyyətdə tapılıb. Müayinə zamanı onun meyiti üzərində  zorakılıq izləri aşkarlanmayıb.

    Muxalifet2 - 7-01-2021

  18. ABŞ Konqresi Baydeni rəsmi olaraq yeni prezident kimi tanıdı

    ABŞ Senatı və Nümayəndələr Palatası Cozef Baydenin prezident seçilməsini təsdiqləyib.

    Muxalifet.az xəbər verir ki, iclas ABŞ-ın xəbər telekanallarında canlı yayımlanıb.

    Bayden Konqresin 270-dən çox seçici səsini qazanıb.

    Konqresdəki seçici səslərinin təsdiqlənməsi noyabr səsverməsinin nəticələrini ümumiləşdirmə prosesinə və ABŞ administrasiyasının növbəti rəhbərinin rəsmi olaraq kim olduğu barədə mübahisələrə son qoymalıdır.

    Qeyd edək ki, ABŞ-ın yeni prezidenti kimi Co Baydenin andiçmə mərasimi yanvarın 20-nə planlaşdırılıb.

    Muxalifet2 - 7-01-2021

  19. Baydenin seçilməsindən sonra Trampdan ilk AÇIQLAMA

    ABŞ Prezidenti Donald Tramp son hadisələrdən və Co Baydenin rəsmi olaraq ABŞ Prezidenti seçilməsindən sonra ofisi təhvil verəcəyi ilə bağlı yazılı açıqlama verib.

    Muxalifet2 - 7-01-2021

  20. “BU, ONUN ÜÇÜN GÖZLƏNİLMƏZ DEYİLDİ…” - Putin Suriyaya məxfi səfərindən danışdı

    Rusiya prezidenti Dəməşqə keçən ilki səfərinin Suriya prezidenti Bəşər Əsəd üçün gözlənilməz olmadığını açıqlayıb.

    O, bu barədə “Rusiya 1” telekanalına müsahibəsində deyib.

    O, səfərin detallarının açıqlanmaması ilə bağlı əvvəlcədən razılıq əldə olunduğunu deyib.

    Muxalifet2 - 7-01-2021

Pages