Qalmaqallı direktorun növbəti videosu yayıldı - BAŞINDA BAYRAQ, RƏQS EDİR...

Baxış sayı:
3259

Xəbər verdiyimiz kimi 187 saylı tam orta məktəbin direktoru Nailə Məmmədova ötən gün karantin rejimini kobud şəkildə pozaraq özünə dəbdəbəli ad günü keçirib.Nailə Məmmədovanın ad gününü əks etdirən video sosial şəbəkələrdə yayılıb. Sözügedən görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən etirazla qarşılanıb. Buna görə də Təhsil Nazirliyi tərəfindən adıçəkilən direktora şiddətli töhmət verildi.

Muxalifet.az xəbər verir ki, töhmət alan məktəb direktorunun başında bayraqla rəqs edərkən çəkilən videosu da sosial şəbəkələrdə yayılıb. 

/Big.az