İLANIN BAŞINI ƏZDİYİMİZİ DÜŞÜNÜRDÜK, AMMA... – Bir daha “rus sülhməramlıları”nın Qarabağa gəlməsi haqda...

Baxış sayı:
3187

Azərbaycan vətəndaşları yaxşı bilir ki, Ermənistanın strateji müttəfiqi, havayı silah təminatçısı, tarixi torpaqlarımızda erməni və onun dövlətini əkən, yaratdığı Ermənistandan sonuncu 200 mindən çox soydaşımızı öz  yurdlarından qırğınla qovduran, 20 yanvar, Qaradağlı, Xocalı soyqırımı, Qarabağ işğalı törədən rus qoşunlarının 10.11.2020-ci il tarixdə Qarabağa qəfil yeridilməsini  ancaq  işğal və erməni terrorçularının açıq himayəçiliyi  kimi qəbul etmək olar, sülhməramlı olaraq yox.
 
Rusiya Qarabağı taktiki və müvəqqəti uddusa da, strateji və daimi olaraq Qafqazı uduzacaq. Ümumiyyətlə, rusa “sülhməramlı” demək qədər ayıb, yaraşmazlıq ola bilməz. Çünki rus bunun tam əksidir. Rus bizə Şuşa sevincini yaşamağa cəmi bir gün vaxt verəndir… Bununla belə, biz reallıqla hesablaşmanın zəruri olduğunu da anlayırıq. Biz, bu soxulmanın da sonunu gətirəcəyik, özü də lap tez… Bu dəfə “Lazım”ı gözləməyəcəyik, çünki  o  artıq Qarabağdadır.  Rusa Qarabağa gəldiyi günə lənət oxutduracağımız gün uzaqda deyil, görərsiz… Əlbəttə, əgər qərarlılığımızı davam etdirsək…
 
…İlana öz xarakterinə, özünün istifadə etdiyi davranışa uyğun, əlverişli üsulla, ehtiyatla yaxınlaşmaq və ancaq başından qəfil  tutmaq olar… Bu bir formuladır, uduzmaq istəməyənlərin yanaşması, iş üsuludur. Bu üsulla  istənilən gücü, təhlükəli obyekti, o cümlədən rus ayısını zərərsizləşdirmək olar. Bunun üçün də hansısa vasitəylə, ya texniki, ya da başqa vasitəylə onun mətbəxində, yəni içində olmalısan, yoxsa gərəkəni bilə və edə bilməzsən. Ona görə də sülhməramlı adlandırılan rus işğalçılarını əsla tək buraxmaq olmaz, tək buraxsan o erməni separatçılarını dialoq aparmaq adıyla təşkilatlandırıb, silahlandırıb yan tərəfdən üstümüzə göndərəcək, özü isə həmişə olduğu kimi yalançı araçılığını sonsuzadək davam etdirməyə çalışacaq. Bunu  edə bilməməsi üçün rus əsgəri ilə yanaşı, hökmən türk və azərbaycan əsgəri də birgə qaravul çəkməlidir.  Bu əsgər Azərbaycan Ordusunun müddətli hərbi qulluqçusu olmamalıdır, Daxili Qoşunların hazırlıqlı, təlim keçmiş və  azı bir il xidmət keçmiş hərbi qulluqçusu olmalıdır.
 
Baxmayaraq,  bu missiyanın  törədicisi daldada rus zorbalığıdır, üzdə hüquqla görünən  sifarişçisi bizik, onların dislokasiya yerləri isə bizim yuristiksiyada olan torpaqlardır. Elə buna görə də işin bu cür, yəni bizim qanunlar çərçivəsində  təşkilinə məntiqlə etiraz edə bilməz. Çünki arxasında bizim gücümüz duran beynəlxalq davranış qaydası bunu tələb edir. Odur ki, rus zorbalığından çəkinmək yox, əksinə onunla dimdik, gözünün içinə baxaraq dirənməklə üz-üzə durmalıyıq və onların erməni tərəfkeşliyini, baş verənləri faktlarla mətbuatda dərhal işıqlandırmalıyıq ki, ictimai rəy bizim haqq işimizə dayaq kimi formalaşa bilsin. Rus, rəsmi missiyasına görə, tərəfsiz olmalıdır. Bunu pozduğu hallarda dərhal ifşa edilməli və onun bu missiyadan uzaqlaşdırılmasına faktiki əsas yaradılmalıdır.
 
Erməni bizimçün ikinci dərəcəli düşməndir, birincisi rusdur, ona görə də  biz əsas oyunu rusla qurmalıyıq. Odur ki, biz əsas rusun Qarabağdakı özbaşına davranışını qanun və məntiq çərçivəsinə salmağa zorlamalıyıq. Öz sülhməramlı (oxu, tərəfsizlik, ayrımçı olmaq) missiyasına görə rus üzdə buna qarşı ola bilməz. Əgər belə  edə bilsək,  sonucda   erməni terrorçularını dəstəkləyə bilməyən, neytrallaşdırılmış, bizim üçün  ziyansız hala gətirilmiş rus hərbçisi görə biləcəyik. Bu hal, əslində rusun Qarabağ missiyasının başa çatması demək olacaqdır. Bir sözlə,  ağılla, hərtərəfli və fasiləsiz işləmək lazımdır.
 
Rus “sülhməramlıları”na  addımbaşı  qandırmaq lazım olacaq ki, onlar erməni vəkili deyillər, erməninin Qarabağa qayıdışına şərait yaratdıqları kimi azərbaycanlıların da  qayıdışına eyni qaydada qayğı göstərməyə borcludurlar, yoxsa qarşıduran tərəflərə münasibət balansını ermənilərin xeyirinə pozduqlarına görə bizim tərəfdən qırmızı etimadsızlıq kartı qazana bilərlər ki, bu  da onların missiyasına son verilməsilə nəticələnər…
 
Rus “sülhməramlıları” erməni separatçı cinayətkarları aşkarlayıb, bizə verməyə borclu olduqları halda, bunun əksini edib, onları dəstəkləyir, təşkilatlanmalarına şərait yaradır, beləliklə özləri də cinayət törətmiş olurlar. Elə buna görə biz faktları rəsmiləşdirib onlara etimadsızlıq göstərməli və başqa, daha neytral bir ölkənin sülhməramlıları ilə əvəz etməliyik. Əgər ruslar bizim qanuni tələblərimizi “anlamaqda çətinlik çəksələr” onlara çeçenlərlə necə davrandıqlarını xatırlatmaqla qandırmaq olar…
 
Biz bilməliyik, erməni separatçı cinayətkar rəhbərliyini cinayət məsuliyyətinə cəlb edib cəzalandırmayınca,  erməni terrorçuları fəaliyyət göstərəcək, çünki terrorçular məhz bu qondarma rəhbərlik tərəfindən idarə olunur. Bu işi əsla gecikdirmək olmaz, yoxsa onların ruslarla nümayişkaranə davranışları  vərdişə  çevrilə bilər.
 
Beləliklə, Şuşada yerləşən Qarabağın Müvəqqəti Komendantı Qarabağda əməliyyat şəraiti haqda rus “sülhməramlılarının” rəhbərindən və Ağdamda yerləşən Gözətləmə Mərkəzindən təqribən aşağıdakı məzmunlarda gündəlik hesabat almalıdır:
 
Ərazidə pasport rejimi haqqında – 1988-ci ilədək Qarabağda yaşamış azərbaycan vətəndaşları və onların törəmələri,  qarabağlı olmayan, sonradan məskunlaşdırılmışlar araşdırılmalı, qarabağlılar saxlanılmalı, sonradan qanunsuz olaraq məskunlaşdırılanlar  isə, əgər cinayət törətməmişlərsə gəldikləri ölkəyə deportasiya olunmalı, yox cinayət törətmişlərsə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar.

Kriminogen vəziyyət haqqında – əhalinin ələnməsi (filtirasiya) keçirilməli, axtarışda olanların, separatçıların, hərbi cinayətkarların aşkarlanıb cinayət məsuliyyətinə cəlb edilməsi təmin edilməlidir.

Ermənilər yaşayan ərazidə Azərbaycan dövlət qurumları bərpa edilməli və fəaliyyətləri təmini.
Azərbaycanlı məcburi köçkünlər öz yurdlarına qaytarılması.
Xarici ölkələrin, hüquqi və fiziki şəxslərin Azərbaycan qanunlarından yan keçilməklə  Qarabağ  ermənilərilə  birbaşa əlaqə saxlama cəhdlərinin qarşısı alınması.
Sadalanan məsələlərə ciddiyyətlə əməl edilməli, icrası yubadılmamalı, əks halda ərazi qanun pozğunluğuinun, cinayətkarların yuvasına çevrilə bilər.
Qarabağın Müvəqqəti Komendantı ərazidəki vəziyyət barədə ictimaiyyətə vaxtaşırı məlumat yaymalıdır.

 
Bütün bu sadalananlar çətin görünsə də eləmək mümkündür,  bu şərtlə ki, ölkə rəhbərliyi sentyabrın 27-dən başlatdığı milli barışığı  və müsbət kadr dəyişiliklərini davam etdirsin, yubanmadan inkişafımızı təmin edəcək islahatlara başlasın və bu işə yarayacaq  sağlam qüvvələrin potensialından səmərəli istifadə  etsin.
 
Milli barışıq isə, öncə hakimiyyətin idarəçilikdə sosial ədaləti, hərtərəfli inkişafı təmin etməkdən, qüsurları aradan qaldırmaqdan, Qarabağ zəfərini və itirilmiş bütün torpaqları qaytarmağı uğurla başa çatdırmaqdan və millətin öz dövlətinin düz işlərini dəstəkləməkdən keçir.
 
Bu günədək Ağdam-Şuşa-Iaçın yolunun vətəndaşlarımız üçün açılmaması nə deməkdir, niyə bu yol ermənilər üçün açıq, bizimçünsə bağlıdır? Əgər bu ərazi bizim keçə bilməyəcəyimiz erməni ərazisi sayılırsa, demək Qarabağın dağlıq  hissəsi hələ bizim deyil. Onda, “Qarabağ bizimdir”  necə  olur?... Axı, QARABAĞ  BİZİMDİR!

Əgər bu ərazi bizim keçə bilməyəcəyimiz erməni ərazisi sayılırsa və biz erməniyə görə öz torpağımızdan keçə bilmiriksə (?!) onda hansı əsasla, hansı məntiqlə erməni yaşamayan Laçından, bizim nəzarətdən kənar ermənilərə dəhliz verilir?! Bu diskriminasiya deyilsə, bəs nədir? Məgər bizim millət hələ də yiyəsizdir, axı “Lazım” gəlmişdi, bəs nə oldu?...

Rus “sülhməramlılar”ın etnik tərkibi daim diqqət mərkəzində saxlanılmalı, sıralarındakı ermənilər müəyyən edilib ölkədən çıxarılmalıdır.

Qarabağın dağlıq hissəsində Azərbaycanın idarəçiliyini, terrorçulardan təmizlənməsini  təmin edə bilməyən, yaxud bunu etmək istəməyən və hətta körükləyən  rus “sülhməramlıları” Qarabağdan çıxarılmalıdır.

Qarabağda düşmən Ermənistanın dövlət atributlarının və separatçıların qondarma nişanlarının  dərhal yığışdırılması rus “sülhməramlıları”ndan  tələb edilməli, bunu etməyəcəkləri halda isə, Azərbaycanın  hüquqmühafizə orqanları xüsusi əməliyyat keçirməklə bunu etməlidir.

Erməni terrorçularının telefon danışıqlarına əsasən plenqatorlar vasitəsilə, habelə əməliyyat məlumatları əldə etməklə onların koordinatlarını, gizləndikləri yeri müəyyən etmək, habelə minalanmış ərazilərin xəritələrini Ermənistan rəhbərliyindən tələb etmək və zərərsizləşdirmək lazımdır. Yoxsa, bizim məcburi köçkünlər  bu təhlükəli halda öz yurdlarına qaylda bilməyəcəklər. Bu isə erməni və rusların arzusu olardı. Biz isə bunun əksini etməli Qarabağda demoqrafik vəziyyəti azı iki-üç qat öz xeyrimizə dəyişməliyik.

Azərbaycan vətəndaşı olmayan, başqa ölkə  vətəndaşı, vətəndaşı olduğu ölkəyə deportasiya edilməlidir. Bu o deməkdir ki, Rusiya vətəndaşlığını alan ermənilər Rusiyaya deportasiya olunmalıdır. Bütün bunları etmək üçünsə bizim hüquqmühafizə orqanları ermənilər yaşayan ərazilərdə  tezliklə işə başlamalıdırlar.

Erməni terrorçuları ilə əməkdaşlıq etməklə Azərbaycan qanunlarına saymazlıq edən rus “sülhməramlıları”nın komandanı Rüstəm Muradov Azərbaycan xalqının etimadını itirdiyinə görə vəzifəsindən və  Azərbaycandan çıxarılmalıdır.

Azərbaycan Respublikası, Rusiya Federasiyasının BMT-nin  beynəlxalq sülhməramlı təchizatına uyğun gəlməyən, hücum döyüş silahlarını, erməniər üçün 8 minlik ev tikinti tikinti materialları gətirməsinin onun neytrallığını pozması, rus hərbçilərinin cinayətkar seperatçı erməni rəhbərliyi ilə birlikçi görüşlər keçirməsi, ermənilərin çıxarkən evlərimizi, əmlakımızı yandırmalarına seyrçi qalması, heç bir idarəçilik statusu olmayan erməni separatçılarının təşkilatlanma cəhdlərinə yol verilməsi, özünün sülhməramlı statusu, yəni tərəfsiz olması həddini aşaraq erməniləri Qarabağa daşıması, Rusiyanın 10.11.2020-ci il tarixli üçtərəfli Bəyanatın 4-cü bəndində götürdüyü öhdəliyi pozaraq  erməni  işğaçı qüvvələrini indiyədək Qarabağdan çıxarması əvəzinə dəstəkləməsi nəticəsində çoxlu insan ölümü ilə qurtaran terror hadisələri və rus “sülhməramlılarının” özbaşına xəritə cızmaqla destruktivlik edib suverenliyimizi pozma cəhdinə dövlət səviyyəsində  izahat tələb edilməlidir. Rusiya Fedarasiyası bütün bu suallara əsaslı və məntiqli cavablar verə bilməzsə, onun onsuz da şübhə altında olan, xalqlmlz tərəfindən etirazla qarşılanan sülhməramlılığı rədd edilməli  və bu saxta missiyasına etimadsızlıq göstərilməklə hərbi qüvvələrinin   dərhal Qarabağdan  çıxarılması tələb edilməli, könüllü çıxmazsa beynəlxalq qüvvələri də cəlb etməklə buna zorla məcbur edilməlidir.

10.11.2020-ci il tarixli üçtərəfli Bəyanatın 3-cü bəndində nəzərdə tutulan  “Laçın dəhlizi” anlayışı ləğv edilməli və bu istiqamətdə Ermənistanla sərhəddə Azərbaycanın gömrük məntəqəsi qurulmalı, ermənilər də başqaları kimi bu keçiddən istifadə etməlidirlər. Çünki, atəşkəsdən sonrakı terror aktları və separatçıların ruslar tərəfindən nümayişkaranə himayə olunması göstərdi ki, məhv edilən və əsir götürülən 160 erməni əsgərinin Qarabağdan çıxarılması öhdəliyi yerinə yetirilməmiş, yaxud  rus “sülhməramlılarının” nəzarətində olan və nə üçünsə ermənilər üçün nəzərdə tutulmuş (?!) özəl zona olan dəhlizdən ərazimizə sızdırılmış, vaxtaşırı təchiz edilmiş və yəqin ki, bundan sonra da eyni qaydada istifadə olunacaqdır. Qarabağda bu cür  terror hadisələrinin vaxtaşırı törədilməsi, əlbəttə ki, rusların burada qalmalarının zəruriliyinə əsas yaratmağa  hesablanmışdır.

Xalqa  kimsə izah etmir ki, ermənilər üçün “dəhliz” statuslu ayrıca yol nə üçündür? Bu gün biz döyüşlə, artlq keçmişdə qalan şərtləri bu günkü reallıqlarla əvəzləmişik. Bu günkü reallıqda isə, hansısa statusdan söhbət getmir və gedə də bilməz. Bu gün Azərbaycan vətəndaşlığını qəbul etmiş və Qarabağda yaşamaq istəyən ermənilərdən söhbət gedə bilər ki, onlar da hamı yaşayan kimi yaşamalıdır, onlar üçün ayrıca “dəhliz”, imtiyazlar, fərqli yaşam tərzi hansı zərurətdən irəli gəlir və niyə gəlməlidir? Əgər ermənilər bizimlə yaşamaq istəmirlərsə, yaxud bizi təhlükəli sayırlarsa rədd olub  getsinlər, özləri bilərlər. Bəlkə biz, hər erməniyə ömürlük bir rus “sülhməramlı” mühafizəçisi qoşaq  ki, bizimlə yaşamağa razı olsunlar, sanki onlarsız yaşaya bilməzmişik, cəfəngiyyata bir bax...Bu, əslində bizi axmaq yerinə qoymaqdan başqa bir şey deyil. Bu dəhliz məsəlıəsini  uydurub müqaviləyə şərt kimi salanın da, onu qəbul edənin də başı qaçıb...

Eşitdiyimiz kimi, qoruyucumuz olan Ordumuzun 2017-ci ildən bəri əsgər və zabitləri ilə bağlı Tərtər işi deyilən qondarma cinayət işi üzrə vətənpərvər igidlərimiz,  içimizdə şəbəkələnmiş rus-erməni xüsusi xidmət orqanlarına xidmət edən dövlət xainləri tərəfindən qanunsuz olaraq tutulmuş, işgəncə edilmiş və öldürülmüşlər. Eşitdiyimə görə bunların 9-u istintaqda məhkəməsiz əzabla öldürüldükdən sonra  onlara bəraət verilmişdir. Bəraət almış bu hərbi qulluqçular şəhid kimi tanınmalıdır, çünki onlar məhz  millət yolunda, vətənpərvər olduqlarına görə düşmənlərimizə hədəf olublar. Tərtər işi və buna oxşar bütün cinayət işləri savadlı,ləyaqətli prokurorlar tərəfindən yenidən öyrənilməli və ittihamlar təsdiq olunmayacağı halda hökmlər protest edilməli, yenidən istintaq aparılıb qanuna uyğun qərarlar qəbul edilməlidir. Ümumiyyətlə, uyğun dövlət orqanları bütün bunlara vaxtaşırı aydınlıq gətirməlidir ki, bədxahlarımızın dedi-qodusuna, pozuculuq işlərinə şərait yaranmasın.

Mənə işin içində olan biri kimi aydındır ki, hətta savadlı və ləyaqətli prokurorlar tapılsa belə, lakin onların xidməti aslılığı ucbatından müstəqil hərəkət etmək imkanları çox məhduddur, çünki bir nəfərin oturuşmuş əlbir tayfa, qrup şəbəkəsinə qarşı çıxması mümkünsüzdür. Bu səbəbdən yaxşı olardı ki, ölkə prezidenti öz sərəncamı ilə ictimai əsaslarla, məşvərətçi hüquqla fəaliyyət göstərən prinsipial, obyektiv pensiyaçı hüquqşünaslardan ibarət bir  Ağsaqqallar Şurası yaratsın və bu cür aktual  cinayət işlərinin öyrənilməsini onlara tapşırsın, sonra da onları şəxsən özü dinləsin və müvafiq qurumlara gərəkən tapşırıqlarını versin. İnanın, bu dövlətçiliyimizin möhkəmlənməsində çox mühüm rol oynaya bilər.

Bəraət verilmiş, yaxud cinayət tərkibi olmadığına görə xətm edilmiş bütün cinayət işləri üzrə qanunauzluq etmiş təhqiqatçılar, müstəntiqlər, prokurorlar və hakimlər uyğun olaraq, təqsiri olmadığını bilə-bilə şəxsi cinayət məsuliyyətinə cəlb etməyə (CM 290 m), qanunsuz olaraq tutma, həbsə alma və ya həbsdə saxlamaya (CM 292m), ifadə verməyə məcbur etməyə (CM 293m), sübutları saxtalaşdırmağa (CM 294m), bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və qərar çıxarmağa (CM 295m) və sair cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Bu cinayət işlərinin düzgün aparılmasına nəzarət edə bilməyənlərin məsuliyyəti intizam qaydasında qiymətləndirilməlidir. Bu, bizim dövlətin milli təhlükəsizliyi  məsələsidir.

Biz varlığımızı qorumaq üçün əslində hələ başa çatmamış, döyüş fazasından təmizlənmə, yenidən qurma mərhələsinə keçmiş müqəddəs Vətən Müharibəsində  Millət-Ordu olaraq daim dövlətimizin yanındayıq.

Əziz oxucu, baş verənlər göstərir ki, Azərbaycan Ordusunun 44 gündə  əzdiyi  ilanın  başı  deyilmiş...

Məmmədxan  Əzizxanlı
Hüquqçu, sabiq prokuror, əmək veteranı
23.12.2020-ci il