Məmurların xarici banklarda hesab açması qadağan edildi - PREZİDENT QANUNU İMZALADI

Baxış sayı:
1165

Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev vətəndaşların hüquqlarının qorunmasının gücləndirilməsi və korrupsiya ilə mübarizə haqqında qanunvericiliyə əlavə və dəyişikliklər edilməsi barədə qanun imzalayıb.

Yerli KİV-lər bildirir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Qanuna görə, xarici banklarda hesabların açılması, habelə respublikadan kənarda nağd pul və qiymətli əşyaların saxlanılması qadağandır. Qanun məsul dövlət vəzifələrini tutan və ya dövlət funksiyalarını icra etmək səlahiyyətinə malik olan şəxslərə və vəzifəli şəxslərə aiddir. Xarici hesablara sahib olma qadağası təkcə məmurlara deyil, parlament üzvləri və hakimlərə də şamil edilir.

Bundan əlavə, düzəlişlər ağır və xüsusilə ağır korrupsiya cinayətlərində məhkum edilmiş şəxslərin şərti azadlığa buraxılması ehtimalını istisna edir.