RUSİYANIN QARABAĞDA UDUŞU... - Kreml bu gün istədiyini əldə etsə də, tezliklə bütün Qafqazı itirəcək…

Baxış sayı:
3037

Ümumiyyətlə, rusa “sülhməramlı” demək qədər ayıb, yaraşmazlıq ola bilməz. Çünki rus bunun tam əksidir. Rus bizə Şuşa sevincini yaşamağa cəmi bir gün vaxt verəndir…

Rus “sülhməramlıları”na  addımbaşı  qandırmaq lazım olacaq ki, onlar erməni vəkili deyillər, erməninin Qarabağa qayıdışına şərait yaratdıqları kimi azərbaycanlıların da  qayıdışına eyni qaydada qayğı göstərməyə borcludurlar, yoxsa qarşıduran tərəflərə münasibət balansını ermənilərin xeyirinə pozduqlarına görə bizim tərəfdən qırmızı etimadsızlıq kartı qazana bilərlər ki, bu  da onların missiyasına son verilməsilə nəticələnər…

Azərbaycan vətəndaşları yaxşı bilir ki, Ermənistanın strateji müttəfiqi, havayı silah təminatçısı, tarixi torpaqlarımızda erməni və onun dövlətini əkən, yaratdığı Ermənistandan sonuncu 200 mindən çox soydaşımızı öz  yurdlarından qırğınla qovduran, 20 yanvar, Qaradağlı, Xocalı soyqırımı, Qarabağ işğalı törədən rus qoşunlarının 10.11.2020-ci il tarixdə Qarabağa qəfil yeridilməsini  ancaq  işğal və erməni terrorçularının açıq himayəçiliyi  kimi qəbul etmək olar, sülhməramlı olaraq yox.

Rusiya Qarabağı taktiki və müvəqqəti uddusa da, strateji və daimi olaraq Qafqazı uduzacaq. Ümumiyyətlə, rusa “sülhməramlı” demək qədər ayıb, yaraşmazlıq ola bilməz. Çünki rus bunun tam əksidir. Rus bizə Şuşa sevincini yaşamağa cəmi bir gün vaxt verəndir… Bununla belə, biz reallıqla hesablaşmanın zəruri olduğunu da anlayırıq. Biz, bu soxulmanın da sonunu gətirəcəyik, özü də lap tez… Bu dəfə “Lazım”ı gözləməyəcəyik, çünki  o  artıq Qarabağdadır.  Rusa Qarabağa gəldiyi günə lənət oxutduracağımız gün uzaqda deyil, görərsiz… Əlbəttə, əgər qərarlılığımızı davam etdirsək…

…İlana öz xarakterinə, özünün istifadə etdiyi davranışa uyğun, əlverişli üsulla, ehtiyatla yaxınlaşmaq və ancaq başından qəfil  tutmaq olar… Bu bir formuladır, uduzmaq istəməyənlərin yanaşması, iş üsuludur. Bu üsulla  istənilən gücü, təhlükəli obyekti, o cümlədən rus ayısını zərərsizləşdirmək olar. Bunun üçün də hansısa vasitəylə, ya texniki, ya da başqa vasitəylə onun mətbəxində, yəni içində olmalısan, yoxsa gərəkəni bilə və edə bilməzsən. Ona görə də sülhməramlı adlandırılan rus işğalçılarını əsla tək buraxmaq olmaz, tək buraxsan o erməni separatçılarını dialoq aparmaq adıyla təşkilatlandırıb, silahlandırıb yan tərəfdən üstümüzə göndərəcək, özü isə həmişə olduğu kimi yalançı araçılığını sonsuzadək davam etdirməyə çalışacaq. Bunu  edə bilməməsi üçün rus əsgəri ilə yanaşı, hökmən türk və azərbaycan əsgəri də birgə qaravul çəkməlidir.  Bu əsgər Azərbaycan Ordusunun müddətli hərbi qulluqçusu olmamalıdır, Daxili Qoşunların hazırlıqlı, təlim keçmiş və  azı bir il xidmət keçmiş hərbi qulluqçusu olmalıdır.

Baxmayaraq,  bu missiyanın  törədicisi daldada rus zorbalığıdır, üzdə hüquqla görünən  sifarişçisi bizik, onların dislokasiya yerləri isə bizim yuristiksiyada olan torpaqlardır. Elə buna görə də işin bu cür, yəni bizim qanunlar çərçivəsində  təşkilinə məntiqlə etiraz edə bilməz. Çünki arxasında bizim gücümüz duran beynəlxalq davranış qaydası bunu tələb edir. Odur ki, rus zorbalığından çəkinmək yox, əksinə onunla dimdik, gözünün içinə baxaraq dirənməklə üz-üzə durmalıyıq və onların erməni tərəfkeşliyini, baş verənləri faktlarla mətbuatda dərhal işıqlandırmalıyıq ki, ictimai rəy bizim haqq işimizə dayaq kimi formalaşa bilsin. Rus, rəsmi missiyasına görə, tərəfsiz olmalıdır. Bunu pozduğu hallarda dərhal ifşa edilməli və onun bu missiyadan uzaqlaşdırılmasına faktiki əsas yaradılmalıdır.

Erməni bizimçün ikinci dərəcəli düşməndir, birincisi rusdur, ona görə də  biz əsas oyunu rusla qurmalıyıq. Odur ki, biz əsas rusun Qarabağdakı özbaşına davranışını qanun və məntiq çərçivəsinə salmağa zorlamalıyıq. Öz sülhməramlı (oxu, tərəfsizlik, ayrımçı olmaq) missiyasına görə rus üzdə buna qarşı ola bilməz. Əgər belə  edə bilsək,  sonucda   erməni terrorçularını dəstəkləyə bilməyən, neytrallaşdırılmış, bizim üçün  ziyansız hala gətirilmiş rus hərbçisi görə biləcəyik. Bu hal, əslində rusun Qarabağ missiyasının başa çatması demək olacaqdır. Bir sözlə,  ağılla, hərtərəfli və fasiləsiz işləmək lazımdır.

Rus “sülhməramlıları”na  addımbaşı  qandırmaq lazım olacaq ki, onlar erməni vəkili deyillər, erməninin Qarabağa qayıdışına şərait yaratdıqları kimi azərbaycanlıların da  qayıdışına eyni qaydada qayğı göstərməyə borcludurlar, yoxsa qarşıduran tərəflərə münasibət balansını ermənilərin xeyirinə pozduqlarına görə bizim tərəfdən qırmızı etimadsızlıq kartı qazana bilərlər ki, bu  da onların missiyasına son verilməsilə nəticələnər…

Rus “sülhməramlıları” erməni separatçı cinayətkarları aşkarlayıb, bizə verməyə borclu olduqları halda, bunun əksini edib, onları dəstəkləyir, təşkilatlanmalarına şərait yaradır, beləliklə özləri də cinayət törətmiş olurlar. Elə buna görə biz faktları rəsmiləşdirib onlara etimadsızlıq göstərməli və başqa, daha neytral bir ölkənin sülhməramlıları ilə əvəz etməliyik. Əgər ruslar bizim qanuni tələblərimizi “anlamaqda çətinlik çəksələr” onlara çeçenlərlə necə davrandıqlarını xatırlatmaqla qandırmaq olar…

Biz bilməliyik, erməni separatçı cinayətkar rəhbərliyini cinayət məsuliyyətinə cəlb edib cəzalandırmayınca,  erməni terrorçuları fəaliyyət göstərəcək, çünki terrorçular məhz bu qondarma rəhbərlik tərəfindən idarə olunur. Bu işi əsla gecikdirmək olmaz, yoxsa onların ruslarla nümayişkaranə davranışları  vərdişə  çevrilə bilər.

Beləliklə, Şuşada yerləşən Qarabağın Müvəqqəti Komendantı Qarabağda əməliyyat şəraiti haqda rus “sülhməramlılarının” rəhbərindən və Ağdamda yerləşən Gözətləmə Mərkəzindən təqribən aşağıdakı məzmunlarda gündəlik hesabat almalıdır:

  1. Ərazidə pasport rejimi haqqında – 1988-ci ilədək Qarabağda yaşamış azərbaycan vətəndaşları və onların törəmələri,  qarabağlı olmayan, sonradan məskunlaşdırılmışlar araşdırılmalı, qarabağlılar saxlanılmalı, sonradan qanunsuz olaraq məskunlaşdırılanlar  isə, əgər cinayət törətməmişlərsə gəldikləri ölkəyə deportasiya olunmalı, yox cinayət törətmişlərsə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar.
  2. Kriminogen vəziyyət haqqında – əhalinin ələnməsi (filtirasiya) keçirilməli, axtarışda olanların, separatçıların, hərbi cinayətkarların aşkarlanıb cinayət məsuliyyətinə cəlb edilməsi təmin edilməlidir.
  3. Ermənilər yaşayan ərazidə Azərbaycan dövlət qurumları bərpa edilməli və fəaliyyətləri təmini.
  4. Azərbaycanlı məcburi köçkünlər öz yurdlarına qaytarılması.
  5. Xarici ölkələrin, hüquqi və fiziki şəxslərin Azərbaycan qanunlarından yan keçilməklə  Qarabağ  ermənilərilə  birbaşa əlaqə saxlama cəhdlərinin qarşısı alınması.

Sadalanan məsələlərə ciddiyyətlə əməl edilməli, icrası yubadılmamalı, əks halda ərazi qanun pozğunluğuinun, cinayətkarların yuvasına çevrilə bilər.

Qarabağın Müvəqqəti Komendantı ərazidəki vəziyyət barədə ictimaiyyətə vaxtaşırı məlumat yaymalıdır.

Bütün bu sadalananlar çətin görünsə də eləmək mümkündür,  bu şərtlə ki, ölkə rəhbərliyi sentyabrın 27-dən başlatdığı milli barışığı  və müsbət kadr dəyişiliklərini davam etdirsin, yubanmadan inkişafımızı təmin edəcək islahatlara başlasın və bu işə yarayacaq  sağlam qüvvələrin potensialından səmərəli istifadə  etsin.

Milli barışıq isə, öncə hakimiyyətin idarəçilikdə sosial ədaləti, hərtərəfli inkişafı təmin etməkdən, qüsurları aradan qaldırmaqdan, Qarabağ zəfərini və itirilmiş bütün torpaqları qaytarmağı uğurla başa çatdırmaqdan və millətin öz dövlətinin düz işlərini dəstəkləməkdən keçir.

Məmmədxan  ƏZİZXANLI

Hüquqçu, sabiq prokuror, əmək veteranı