Axtarış

The search found 105785 results in 0.076 seconds.

Search results

  1. Sabirabadda naməlum kişi meyiti tapılıb

    Sabirabad rayonundakı su kanalından kişi meyiti tapılıb.
     
    Rayonun Qalağayın kəndi ərazisindən keçən Sabir kanalında naməlum kişi meyiti aşkar edilib. Meyidin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir.
    Faktla bağlı Sabirabad rayon Prokurorluğunda araşdırma aparılır.

    Muxalifet - 20-07-2017

  2. Ağ Ev Tramp-Putin görüşünün detallarını açıqlamır

    Ağ Ev Böyük İyirmiliyin sammiti zamanı prezident Trampla Rusiyanın dövlət başçısı Putin arasında bir saat davam edən görüş barədə məlumat verməkdən imtina edib.
     
    Ağ Evin sözçüsü Sara Hakabi Sanders deyib ki, görüş ən adi şam ziyafəti olub.
    Tramp-Putin görüşü barədə mətbuat bunun ilk görüş olduğunu bildirmişdi. Sanders prezidentlər arasında özəl söhbətin detallarının açıqlanmasını gülünc adlandırıb.

    Muxalifet - 20-07-2017

  3. Rakkanın 30 faizi işğaldan azad edildi – ABŞ

    Suriyanın Rakka bölgəsinin 30 faizi İŞİD-dən təmizləndi.
     
    Bunu ABŞ Prezidenti Donald Trampın İŞİD-lə mübarizədə xüsusi nümayəndəsi Brett Makqark deyib.
    "İŞİD terrorçuları mühasirəyə alındı və son həftədə şəhərin 23 kilometrlik hissəsi azad edildi. Demokratik Suriya Qüvvələri də 4 mövqedən irəliləyir", - Makqark deyib.

    Muxalifet - 20-07-2017

  4. Türkiyə Almaniyanı terrorçuları müdafiə etməkdə ittiham etdi

    Türkiyə Almaniyanı terrorçulara sığınacaq verməkdə ittiham edib.
     
    Müvafiq bəyanatla cümə axşamı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edib.
    "Türkiyə nə zaman terrorçuların verilməsi üçün sorğu göndərir, Almaniya öz məhkəmə sisteminin müstəqil olduğunu bildirir. Almaniya tərəfinin hələ yalnız terrorçuluqda iştirakı nəzərdən keçirilən Almaniya vətəndaşının dərhal təhvil verilməsi tələbi isə bizim məhkəmə sisteminə qarşı hörmətsizlikdir", - deyə xarici siyasət idarəsinin rəhbəri öz "Twitter" səhifəsində yazıb.

    Muxalifet - 20-07-2017

  5. ​ Türkiyədə güclü zəlzələ - 70 NƏFƏR XƏSARƏT ALIB... - YENİLƏNİB

    Türkiyənin Bodrum şəhərinin 70-dək sakini güclü zəlzələdən sonra xəstəxanalara müraciət edib.
    Bu barədə hadisə yerindən Türkiyənin NTV telekanalı bildirir. 
    Məlumata görə, xəstəxanalara müraciət edənlərin əksəriyyəti zəlzələ zamanı təşviş içində evlərini tərk edən, pəncərədən atılan şəxslərdir. Onların arasında ciddi xəsarət alanların olmadığı qeyd edilir.   
    Qeyd edək ki, Türkiyənin Egey dənizi sahillərində 6,7 bal gücündə zəlzələ olub. Zəlzələnin episentri dənizdə, Türkiyənin Bodrum şəhərindən 10,3 km, Yunanıstanın isə Kos adasından 16,2 km aralıda yerləşib.    

    Muxalifet2 - 21-07-2017

  6. Avropa Liqasının II təsnifat mərhələsinə yekun vurulub - NƏTİCƏLƏR

    Avropa Liqasının II təsnifat mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, cavab oyunları çərçivəsində 33 qarşılaşma baş tutub.
    Azərbaycan təmsilçiləri “Qəbələ” və “Zirə” ilə yanaşı, qonşu Türkiyənin “Qalatasaray” klubu da meydana çıxıb.
     
    Avropa Liqası
    II təsnifat mərhələsi, cavab oyunları
    20 iyul

     
    “Dinamo” (Minsk, Belarus) – “Rabotniçki” (Makedoniya) – 3:0 (ilk oyun 1:1) 
     
    “Lyunqbyu” (Danimarka) – “Slovan” (Slovakiya) – 2:1 (1:0) 
     

    Muxalifet2 - 21-07-2017

  7. ​ 24 yaşlı gənc oğlan metronun yanında bıçaqlandı

    Hadisə mübahisə zəminində baş verib
     
    Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.
    Memar Əcəmi metrostasiyası yaxınlığındakı parkda 24 yaşlı İsmayılov Məhəmməd Zaur oğlu mübahisə zamanı ayaq nahiyəsindən bir neçə bıçaq xəsarətləri alıb.
    O, xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.
    Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis bölməsinin əməkdaşları tərəfindən araşdırmalar aparılır.

    Muxalifet - 21-07-2017

  8. Trampın prezidentliyinin ilk 6 ayı - ABŞ MEDİASININ DƏYƏRLƏNDİRMƏSİ

    O, digər ölkələrin liderləri ilə 47 dolğun ikitərəfli görüş keçirib
     
    ABŞ prezidenti Donald Tramp dövlətin başında durduğu ilk altı ay ərzində biri rusiyalı həmkarı Vladimir Putinlə olmaqla ümumilikdə digər ölkə liderləri ilə 47 dolğun ikitərəfli görüş keçirib.
    Bu barədə Trampın prezidentliyinin ilk 182 gününə yekun vuran ABC News telekanalı məlumat yayıb.
    İyulun 20-nə olan vəziyyətə görə, Tramp Putinlə altı dəfə təmasda olub – iki ölkə liderləri üç dəfə G20 sammitində görüşüblər, həmçinin üç dəfə telefonla danışıblar.

    Muxalifet - 21-07-2017

  9. ​İŞİD və “Əl Qaidə” ilə əlaqəli olan qafqazlılara SANKSİYA

    BMT Təhlükəsizlik Şurası Qafqaz regionundan olan bir qrup silahlını sanksiya siyahısına əlavə edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, sanksiya siyahısına İŞİD və “Əl Qaidə” terror qruplaşmaları ilə əlaqəli 8 şəxs və təşkilat əlavə edilib.  2368 saylı qətnamə yekdilliklə qəbul olunub. Məlumata görə, sanksiya siyahısına Məhəmməd Tamtomo, Selseta əl Tabab, Ceyş əl Valid, Malik Ruslaniviç Barxanoyev, Murad İrakliyeviç Marqoşvili, Oman Roxman, Jum əl Əqsa və Suriyada fəaliyyət göstərən “Hənifə” valyuta mübadilə məntəqəsi daxil edilib. 

    Muxalifet2 - 21-07-2017

  10. Qadın avtobusdan yıxılıb - BAKIDA

    Sərnişin düşmək istəyərkən avtobus hərəkət edib
     
    Bakının Binəqədi rayonu ərazisində sərnişin avtobusdan yerə yıxılıb.
    1988-ci il təvəllüdlü Məmmədova Fəxriyyə Akif qızı 195 saylı marşut xətti üzrə hərəkət edən avtobus sürücüsünə dayancaqda saxlamasını xahiş edib.
    Qadın düşərkən avtobusun qəfil hərəkət etməsi nəticəsində F.Məmmədova avtobusun açıq qapısından yerə yıxılıb. O xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər yaralının vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

    Muxalifet - 21-07-2017

  11. Ruhi xəstə itkin düşüb - FOTO

    Gənc oğlan atası ilə mübahisə edərək evdən gedib
     
    Bərdə rayonunda ruhi xəstə itkin düşüb.
    Rayonun 1988-ci il təvəllüdlü Uğurbəyli kənd sakini Əliyev Emin Şahlar oğlu 17 iyul tarixində axşam saatlarında evdən çıxıb və geri qayıtmayıb.
    28 yaşlı gənc evdə işləmək üçün İsmayıllı rayonuna gedəcəyini deyib. Xəstəliyi daha da kəskinləşdiyindən ailəsi buna etiraz edib. Bu səbəbdən ata və oğul arasında mübahisə baş verib. Oğlan məhz bundan sonra evdən cıxaraq naməlum istiqamətdə yoxa çıxıb.

    Muxalifet - 21-07-2017

  12. Qapıçı Kamran Ağayev Çexiya klubuna transfer olundu

    Mlada Boleslav Avroliqanın III təsnifat mərhələsində mübarizə aparır
     
    Futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev Çexiyanın "Mlada Boleslav" klubuna keçib.
    Bu barədə klubun idman direktoru Duşan Uqrin açıqlama verib.
    O bildirib ki, 31 yaşlı qolkiper heyətə cəlb olunan 3 yeni oyunçudan biridir. Uqrin Ağayevin gəlişi ilə komandadakı qapıçıların sayının 3-ə çatdığını bildirib. Digər 2 çərçivə qoruyucuları Yakub Diviş və Ludek Veymoladır.

    Muxalifet - 21-07-2017

  13. Növbəti həkim XƏTASI: 24 yaşlı gənc əməliyyat masasında ÖLDÜ

    Elçin Süleymanov 17 gün ərzində üç dəfə əməliyyat olunub
     
    Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında (RMX) ölüm hadisəsi baş verib.
    Ağdam rayonunun Əhmədağalı kənd sakini, 1993-cü il təvəllüdlü Süleymanov Elçin İsmixan oğlu bağırsaq uzanması xəstəliyi ilə Ağcabədi RMX-ya müaciət edib.
    Yaranmış vəziyyətin daha da kəskinləşməməsi üçün həkimlər onu 3 ay əvvəl əməliyyat ediblər. Ancaq ilk əməliyyat uğursuz alınıb. Daha sonra 24 yaşlı gənc 17 gün ərzində üç dəfə əməliyyat otağına girməli olub.

    Muxalifet - 21-07-2017

  14. 39 yaşlı kişi ÖZÜNÜ YANDIRDI – GƏNCƏDƏ

    Yanıq xəsarətləri alan şəxsin sərxoş olduğu bildirilir
     
    Gəncədə yerli sakin özünü küçədə yandırıb.
    Muxalifet.az xəbər verir ki, hadisə gecə saatlarında şəhərin 20 Yanvar abidəsinin önündə baş verib.
    Gəncə şəhər sakini, 1969-cu il təvəllüdlü Mustafayev Rasim Fəxrəddin oğlu hələ ki, bilinməyən səbəbdən üzərinə benzin tökərək özünü yandırıb. Ağır yanıq xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib. Onun sərxoş olduğu bildirilir.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 21-07-2017

  15. Sürücü piyadanı vurub qaçmaq istədi, TUTULDU

    Hadisə dənizkənarı yolda baş verib
     
    Bakının Xəzər rayonunda piyada vurulma hadisəsi qeydə alınıb.
    Mərdəkan qəsəbəsində dənizkənarı yolda 1968-ci il təvəllüdlü Babaxanova Sevinc Fazil qızını minik avtomobili vuraraq ərazidən uzaqlaşıb.
    Xəsarət alan qadın yaxınlarının köməkliyi ilə xəstəxanaya yerləşdirilib.
    Xəzər Rayon Polis İdarəsi əməkdaşları tərəfindən sürücü saxlanılıb. Araşdırma aparılır.

    Muxalifet - 21-07-2017

  16. "Qəbələ" qalib gəldi, III təsnifat mərhələsinə yüksəldi

    Azərbaycan klubu yenidən Panatinaikosla qarşılaşacaq
     
    "Qəbələ" klubu futbol üzrə Avropa Liqasının III təsnifat mərhələsinə yüksəlib.
    "Qırmızı-qaralar" Avroliqanın II təsnifat mərhələsində Polşa "Yagelloniya"sını üstələyib.
    Roman Qriqorçukun baş məşqçi olduğu kollektiv Belostok şəhərindəki cavab görüşündə 2:0 hesablı qələbə qazanıb. Qolları İlqar Qurbanovla Filip Ozobiç vurub. İlk görüşdə 1:1 hesablı heç-heçə qeydə alındığından, "Qəbələ" ümumi nəticədə mərhələ adlayıb.

    Muxalifet - 21-07-2017

  17. ABŞ Dağlıq Qarabağdakı seçkilərin nəticələrini tanımır – DÖVLƏT DEPARTAMENTİ

    ABŞ Dağlıq Qarabağda keçirilən qondarma prezident seçkilərinin nəticələrini tanımayacaq.
     
    Muxalifet.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavabında Dövlət Departamentindən bildiriblər.

    Muxalifet - 21-07-2017

  18. Gəncədə avtomobillə vurulan ana və 4 aylıq oğlu ölüb - YENİLƏNİB

    Gəncədə anasının qucağında avtomobillə vurulan körpə uşaq ölüb.
     
    Yeni Gəncə qəsəbəsində avtomobillə vurulan 4 aylıq oğlanın həyatını xilas etmək mümkün olmayıb. Onun anası, 1993-cü il təvəllüdlü Dilarə Bağırova isə aldığı xəsarətdən hadisə yerində ölüb.
     ***
    20 iyul
    22.38

    Muxalifet - 21-07-2017

  19. Sumqayıt sakini özünü ASIB

    Sumqayıtda intihar hadisəsi baş verib.
     
    Şəhərdəki zavodlardan birinin həyətində Sumqayıt şəhər sakini Şahin Əli oğlu Muradov özünü asaraq intihar edib.
    Onun hansı səbəbdən intihar etdiyi hələlik bilinmir.
    Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci ( özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

    Muxalifet - 21-07-2017

  20. RƏSUL QULİYEVİN BAKIDAKI 1 NÖMRƏLİ ADAMI HƏBS OLUNUB! – 2 milyonluq əmlakı əlindən alınıb

    Eks-spiker Rəsul Quliyevin yaxın dostu və Bakıdakı ən sadiq adamı Fərəməz Cavadov həbs olunub.
     
     Bu barədə “AzPolitika”ya F.Cavadova yaxın mənbələrdən məlumat daxil olub. F.Cavadov barəsində Xətai Rayon Məhkəməsində həbs-qətimkan tədbiri seçilib.

    Muxalifet - 21-07-2017

Pages