Axtarış

The search found 105785 results in 0.013 seconds.

Search results

  1. Atambayev Türklərin əlifba birliyinə QARŞI

    Biz kiril əlifbasından imtina etmək niyyətində deyilik.
     
    Bunu “Altay sivilizasiyası və Altay dil ailəsinin qohum xalqları” beynəlxalq forumunda çıxışı zamanı Qırğızıstan Prezidenti Almazbek Atambayev söyləyib.

    Muxalifet - 20-07-2017

  2. Azərbaycanlı boksçu ermənini məğlub edib kubok aldı - FOTO

    Əslən azərbaycanlı, hazırda Rusiyanın Yekaterinburq şəhərində yaşayan tay boksu üzrə dünya çempionu Tahir Xəlilov növbəti uğura imza atıb.
     
    Lent.az-ın məlumatına görə, tay boksu üzrə İjevsk şəhərində keçirilən Rusiya Kubokunun finalında erməni Arutun Ohanesyanı məğlub edən Tahir ölkə kubokuna sahib çıxıb.
    Uzun müddətdir ki, bu idman növüylə məşğul olan həmyerlimiz yaşının az olmasına baxmayaraq Rusiyanın tanınmış boksçularından sayılır. Maraqlısı odur ki, Tahir Xəlilov indiyədək keçirdiyi heç bir döyüşdə məğlub olmayıb.

    Muxalifet - 20-07-2017

  3. Dağlıq Qarabağda seçkiləri Rusiya idarə edir – Politoloq

    Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində qondarma seçkilər keçirilməsi, Köçəryandan başlayan bu ənənənin davam etdirilməsi sülhyaratma yolunda ciddi əngəllər yaradır.
     
    Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, qondarma rejimdə keçirilən seçkilər Azərbaycanın mövcud konstitusiyasının pozulması və beynəlxalq hüquq normalarına uyğun olmayan bir addımdır:

    Muxalifet - 20-07-2017

  4. “Avrasiyaya girməsəydi Kreml Sarkisyanı devirəcəkdi” – Erməni politoloq

    Ermənistan hələlik Avrasiya İttifaqına üzvlükdən heç bir fayda götürməyib.
     
    Bunu “Lragir.am” saytına açıqlamasında erməni politoloq Aqasi Yenokyan söyləyib.

    Muxalifet - 20-07-2017

  5. Abutalıbovun müavini vəfat etdi - Qusarda istirahət edirmiş

    Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Rauf Pənahov vəfat edib.
     
    R. Pənahov istirahətdə olduğu Qusar rayonunda ürək tutmasından dünyasını dəyişib.
     Qeyd edək ki, Pənahov Rauf Əli oğlu 1937-ci ildə Bakıda anadan olub. 2001-ci ildən Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini idi./apa

    Muxalifet - 20-07-2017

  6. İran ABŞ-ı hədələdi: "Hərbi bazaları yığışdır, yoxsa hesabı ağır olacaq"

    ABŞ hökuməti İran İslam İnqilabı Keşikçiləri Ordusunu terror qruplaşması elan edib sanksiya tətbiq etmək niyyətindədir.
     
    Keşikçilər Korpusunun generalı Cəfəri ABŞ-ı sərt şəkildə tənqid edib. İranlı general "ABŞ bunu etmədən əvvəl İran sərhədlərindən 1000 km məsafədəki hərbi bazalarını yığışdırsın"-deyə xəbərdarlıq edib.
    Məşhəd şəhərində çıxış edən Məhəmməd Əli Cəfəri ordusunun ABŞ tərəfindən sanksiyalara məruz qalacağı təqdirdə bunun hesabının ağır olacağını bildirib. Rəsmi Vaşinqton hər səhv hesablamanın əvəzini baha ödəyəcək.

    Muxalifet - 20-07-2017

  7. Partiya sədri yazıçı Anarı “topa tutdu” — QALMAQALLI AÇIQLAMA

    Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayevi kəskin tənqid edib.
     
    S.Cəlaloğlu “Ölkə.Az”-a açıqlamasında bildirib ki, Anar Rzayev xalq yazıçısı deyil:

    Muxalifet - 20-07-2017

  8. Əfqan Muxtarlıya görə Gürcüstan DİN-də İSTEFA –AÇIQLAMA

    Azərbaycanlı jurnalist Əfqan Muxtarlının işi  ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyinin iki yüksək rütbəli əməkdaşı istefaya göndərilib.
     
    Strateq.az bildirir ki, bu barədə Gürcüstanın daxili işlər naziri Georgi Mqebrişvili bu gün keçirdiyi birifinqdə bəyan edib.
    Nazir deyib ki, istintaq bitənə qədər sərhəd polisinin rəhbəri və Dövlət Təhlükəsizlik Xidmətinin əks-kəşfiyat departamentinin başçısı öz vəzifələrini tərk edib.

    Muxalifet - 20-07-2017

  9. Alimlər də ETİRAZ EDİRLƏR – ƏDALƏTSİZ EV BÖLGÜSÜNƏ GÖRƏ

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 54 əməkdaşına mənzil verilməsindən sonra bir çox alimlərdə narazılıq yaranıb.
     
    Narazılıq edən alimlər Aspirantlar yataqxanasının sakinləridir.
     Onlar Modern.az-a bildiriblər ki, AMEA-da mənzil bölgüsü ilə əlaqədar işinin və məqsədinin nədən ibarət olduğu bilinməyən komissiya var.
     Onlar komissiyaya müraciət edərək bildiriblər ki, podratçı şirkətlə bağlanmış müqaviləni, xüsusilə müqavilənin 1.3 və 2.1.1 bəndlərini diqqətlə oxumaq lazımdır.

    Muxalifet - 20-07-2017

  10. Jurnalistin ailəsi ilə görüş və zənglərinə maneə yaradılır

    Həbsdə olan jurnalist, jam.az saytının redaktoru Fikrət Fərəməzoğlunun ailəsi ilə görüşünə və telefonla danışmasına maneə yaradılır.
     
    Bu barədə Meydan TV-yə jurnalistin həyat yoldaşı Faiqə Nösrəti məlumat verib. Bildirib ki, həyat yoldaşı ilə görüşünə hər dəfə problem yaradırlar:

    Muxalifet - 20-07-2017

  11. Azərbaycan hakiminə ayaqqabılarla ETİRAZ

    İyulun 20-də Bakı Apellyasiya Məhkəməsində Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və daha 16 nəfərin mühakiməsi davam edib. Hakim Əmir Bayramovun sədrliyilə keçirilən məhkəmədə dava düşüb.
     
    Buna səbəb isə təqsirləndirilən şəxslərə çıxış etmək üçün imkan verilməməsi olub.

    Muxalifet - 20-07-2017

  12. Tramp baş prokurordan razı deyil

    ABŞ prezidenti Donald Tramp Rusiya hökümətinin ABŞ prezident seçkilərinə müdaxiləsi söz-söhbətlərinin dolaşdığı bir dövrdə baş prokuror Cef Seşşinsi yenidən diqqət mərkəzinə qoyub.
     
    Prezident New York Times qəzetinə deyib ki, o Seşşinsin istintaqdan uzaq duracağını daha öncədən bilsəydi, həmin vəzifəyə başqa bir adam təyin edərdi.
    Tramp qəzetə bildirib ki, Seşşinsin davranışı “prezidentə münasibətdə ədalətsizlik” idi.

    Muxalifet - 20-07-2017

  13. Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi şəxs Rusiyada tutulub

    Onun Azərbaycana ekstradisiya olunması üçün iş aparılır
     
    Azərbaycan dövlətinin “İnterpol” xətti ilə beynəlxaq axtarışa verdiyi şəxs Rusiyada tutulub.
    Azərbaycan vətəndaşı Teymur Məmmədov Samara şəhərində adam oğurluğu cinayətinə görə saxlanılıb. Hazırda onun Azərbaycana ekstradisiya olunması üçün iş aparılır.

    Muxalifet - 20-07-2017

  14. Yaralı erməni əsgərlərə qeyri-insani münasibət – Əsgər anaları şikayət edirlər

    Yaralı erməni hərbçilərinin yaxınları hospitalda göstərilən münasibətdən şikayət edirlər
     
    Əksər hallarda valideynlər uşaqlarının müalicəsi üçün şəxsi vəsaitləri hesabına dərman və digər tibbi ləvazimatlar alırlar
    Ermənistanın Sünik vilayətinin İşxanasar yaşayış məntəqəsinin sakini Anna Atanesyan Qarabağda hərbi xidmət keçən qohumu əsgər Artur Tatevosyanın hərbi hissədə döyüldükdən sonra Hadrut hospitalına yerləşdirilməsi və göstərilən qeyri-insani münasibətdən sosial şəbəkələr vasitəsilə hakimiyyətə müraciət edib.

    Muxalifet - 20-07-2017

  15. Kiyevdə öldürülən Azərbaycan vətəndaşına 20 güllə VURULUB

    Asif Məmmədov Kemerovsk vilayətində həmyerlisini öldürməkdə şübhəli bilinir
     
    Kiyevin mərkəzində "Çerniqovskaya" metro stansiyasının yaxınlığında iki nəfər 53 yaşlı Azərbaycan vətəndaşı Məmmədov Asif Bahadur oğluna atəş açıb.
    Ukrayna KİV-ləri bildirir ki, ölkənin Daxili İşlər Nazirliyinin verdiyi xəbərə əsasən, ilkin məlumata görə, atəş "Kalaşnilov" avtomatı və tapançadan açılıb.
    Qatillər avtomatı hadisə yerində qoyaraq qaçıblar. Meyitin üzərində 20 güllə yarası aşkar edilib.

    Muxalifet - 20-07-2017

  16. 64 yaşlı kişi kəsdiyi ağacın altında qalaraq ÖLDÜ - LERİKDƏ

    Lerik rayonunda üzərinə ağac aşan 64 yaşlı kişi ölüb.
     
    Hadisə rayonun Çayrud kəndində baş verib.
    Belə ki, həmin kəndin sakini 1953-cü il təvəllüdlü Fəzan Muradovun üzərinə meşədə ağac  aşıb.
    O, yük maşını ilə meşədən ağac gətirməyə gedib. Hadisə də bu zaman, ağac kəsərkən ehtiyatsızlıqdan baş verib.
    F.Muradov aldığı xəsarətlərdən hadisə yerində keçinib. Baş verən bədbəxt hadisə ilə bağlı polis şöbəsinin növbətçi hissəsinə məlumat verilib. Hazırda hadisə yeri müayinə olunur.
    Faktla bağlı araşdırmalara başlanıb.  

    Muxalifet - 20-07-2017

  17. Ukraynadan Azərbaycana toyuq əti idxal edənlərə cinayət işi başlanılıb

    Ukraynadan Azərbaycana tərkibində normadan 6 dəfəyə qədər artıq nəmliyin kütlə payı olan dondurulmuş toyuq əti məhsulları idxal edən bir neçə şirkətin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
     
    Bu barədə Baş prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

    Muxalifet - 20-07-2017

  18. Səudiyyə Kralı şahzadəni həbs etdirdi

    Səudiyyə Ərəbistanı şahzadələrdən biri sosial şəbəkələrdə yayılan videodan sonra həbs olunub.
     
     “haberturk.com”-un verdiyi məlumata görə, bu barədə Səudiyyə Ərəbistanın kralı Salman bin Əbdüləziz əl-Saud qərar verib.
     Şahzadə Əbdüləziz bin Müsaid bin Saudun "Youtube" və "Twitter"dəki hesablarında başından qan axan şəxsə tərəf silah tuşlamasının yer aldığı video yayılıb.
     760 min dəfə baxılan videoda həmçinin şahzadənin qarşısındakı masanın üzərində 18 şüşə viski və böyük miqdarda pul olub.

    Muxalifet - 20-07-2017

  19. “Kölgə salma, mükafatını istəmirəm…”

    Səadət Cahangir
     

    Muxalifet - 20-07-2017

  20. Ququş Ermənistanda konsert verəcək

    Əslən cənubi azərbaycanlı olan müğənni Ququş (Faiqə Atəşin) İrəvanda konsert verəcək.
     
    Bu barədə müğənni instaqramda məlumat verib. O, təqvim şəkli paylaşaraq avqustun 31-də İrəvanda konsert proqramı ilə çıxış edəcəyini vurğulayıb.
    Cənubi azərbaycanlı ifaçı sentyabrın 2-də Tbilisidə, 7-də isə Kiprdə konsert verəcək.
    Məlumat üçün bildirək ki, Ququşun konsert turu cədvəlində Azərbaycanın adı yoxdur.

    Muxalifet - 20-07-2017

Pages