Tramp Putinlə görüşündən bəhs etdi: "Xeyli zarafat etmişik"

ABŞ prezidenti Donald Tramp Hamburqda keçirilən "G20" sammiti çərçivəsində Rusiya lideri ilə şam yeməyi barədə məlumat verib.
 
"Ölkə.Az" xəbər verir ki, bir sıra amerikan mətbuatı bu şam yeməyini iki liderin gizli görüşü adlandırıb.
Tramp bildirib ki, onun həyat yoldaşı Melaniya şam yeməyi zamanı Rusiya prezidenti ilə yan-yana, masanın digər tərəfində əyləşib: "Artıq desert vaxtı idi. Mən Melaniya ilə salamlaşmaq üçün yaxınlaşdım. Elə fürsətdən istifadə edib Putinlə də salamlaşdım".
ABŞ lideri əlavə edib: "Əslində vaxtın əsas hissəsini biz zarafat etdik. Bu 15 dəqiqəlik bir söhbət idi. Sadəcə müxtəlif məsələlərdən danışdıq. Çox maraqlı idi, Putinlə övladığa uşaq götürmək barədə danışdıq".