Jurnalistlərin siyahısı bu saytdan açıqlanacaq

Bu gün Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilən ikinci binadan mənzil alacaq KİV əməkdaşlarının adları məlum olacaq.
Muxalifet.az Turkustan.info-ya istinadən xəbər verir ki, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu bir azdan siyahını elan edəcək.
Siyahı fondun rəsmi internet səhifəsi olan http://kivdf.gov.az/ saytından elan olunacaq.
Adları açıqlanacaq jurnalistlərə yeni mənzillər sabah – iyulun 20-də təqdim ediləcək.
Ölkə prezidenti adından ümumilikdə KİV əməkdaşlarına 255 mənzil hədiyyə olunacaq.