Axtarış
The search found 105783 results in 0.016 seconds.
Search results
Məktəb direktoru şagirdin qızıl medala təqdimatını niyə verməyib? – VALİDEYNİ ŞİKAYƏT EDİR
Cəlilabad rayon Göytəpə sakini Qurbanova Südabə Feyzulla qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə təshil naziri Mikayıl Cabbarova müraciət edən şikayətçi yazır:
“Qızım Qurbanova Nüranə Etibar qızı bu il Cəlilabad rayon Göytəpə 1 saylı tam orta məktəbin 11-ci sinfini bitirdi. O, iki dəfə "ədəbiyyat bilicisi" müsabiqəsində qalib olmuşdur. Keçən il 4-cu yeri, bu il isə 3 yeri tutub. İllik qiymətləri bütün fənlərdən 5 (əla) olubdur. Məkətəbi bu cür bitirənlərə qanunla qızıl medal və xüsusi nümunəli attestat verilir.Muxalifet2 - 17-07-2017
Bakı üç nəfər bıçaqlandı – BİRİ ÖLDÜ, İKİSİ YARALIDIR
Bakının Nizami rayonunda bir gecədə iki nəfər bıçaqlanıb.
Hadisələrin birində 1982-ci il təvəllüdlü Fərəcov Elməddin Elbəyi oğlu tanımadığı şəxslərin bıçaqlı hücumuna məruz qalıb.
Müxtəlif nahiyələrindən xəsarət alan 35 yaşlı kişini 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıblar. Cərrahi əməliyyatdan sonra onun vəziyyətinin orta ağır olduğu deyilir.Muxalifet2 - 17-07-2017
Qətər böhranının “təxribatçısı” tapıldı
Qətərin dövlət informasiya agentliyinə kiber hücumun arxasında Birləşmiş Ərəb Əmirlikləri dayanır.
Bu barədə The Washington Post Amerikanın kəşfiyyat təşkilatlarına istinadən məlumat yayıb.
Kiber hücum nəticəsində xəbər agentliyinin lentində qurama məlumat dərc olunmuşdu. Bu məlumat bəzi ərəb ölkələri ilə Qətər arasında siyasi böhranın yaranmasında qismən rol oynamışdı.Muxalifet - 17-07-2017
Qoca qadını avtomobil VURARAQ ÖLDÜRÜB – BAKIDA
Bakıda qoca qadını avtomobil vuraraq öldürüb.
Hadisə Xəzər rayonunda baş verib.
Belə ki, Binə-Mərdəkan şossesindən keçən 1940-ci il təvəllüdlü Selina Tamara Qriqorevnanı avtomobil vurub. Nəticədə xəsarət alan qadın hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünü saxlayıb.
Araşdırma aparılır.Muxalifet - 17-07-2017
“40 faizdən aşağı reytinq o qədər də pis deyil” - TRAMP
Prezident Donald Trampın etibar reytinqinin birinci dönəm hakimiyyətdə olduqları müddətdə ABŞ prezidentləri üçün ən aşağı səviyyədə olmasına baxmayaraq, o deyib ki, “40 faizdən aşağı reytinq o qədər də pis deyil”.
Muxalifet2 - 17-07-2017
Ailə faciəsi: Ailənin bütün üzvlərini avtomobil VURUB – BAKIDA
Bakıda bir ailənin bütün üzvlərini avtomobil vurub.
Hadisə Xəzər rayonunda qeydə alınıb.
Belə ki, Mərdəkan qəsəbəsində dayanacaqda dayanan 1975-ci il təvəllüdlü Qurbanov Araz Qurban oğlu və 1975-ci il təvəllüdlü Nuraliyeva Məxluqə Eynulla qızı və onların övladları 12 yaşlı Qurbanov Rəhim Araz oğlu, 13 yaşlı Qurbanov Rəhman Araz oğlunu minik avtomobili vurub. Nəticədə adı çəkilən şəxslər bədənin müxtəlif nahiyələrindən xəsarət alaraq 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.Muxalifet - 17-07-2017
Cənubi Koreya Şimala hərbi danışıqlar keçirməyi təklif edir
Pxenyanın uzaq məsafəli raket sınaqlarından sonra yaranmış gərginlikdən bir neçə həftə sonra Cənubi Koreya Şimala hərbi məsləhətləşmələr keçirilməsini təklif edib.
Əgər görüş baş tutarsa, bu, 2015-ci ildən bəri ilk yüksək səviyyəli danışıqlar olacaq.
Yüksək vəzifəli bir rəsmi deyib ki, danışıqların məqsədi möhkəmləndirilmiş Koreya sərhədlərində "hərbi gərginliyi artıran bütün düşmənçilik fəaliyyətini" dayandırmaq məqsədi daşıyır.
Cənubi Koreya prezidenti Moon Jae-in uzun müddətdir ki, Şimalla daha yaxın münasibətlər qurmaq niyyətini bəyan edib.Muxalifet2 - 17-07-2017
Saatlıda 3 yaşlı uşaq gölməçədə BOĞULUB
Saatlı rayonunda bədbəxt hadisə baş verib.
Hadisə rayonun Hacıqasımlı kəndində qeydə alınıb.
3 yaşlı Həsənova Familə Bəxtiyar qızı evlərinin həyətindəki gölməçəyə düşərək boğulub.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 17-07-2017
Ermənistanda əndişə: Türkiyə S-400-lərin birini Azərbaycana verə bilər
Azərbaycan müdafiə naziri Zakir Həsənovun Ermənistanın qürrələndiyi “İskəndər” raket kompleksini məhv etmək gücünə malik silahlarımızın olması haqda dedikləri İrəvanda təşvişlə müzakirə edilir.
Azərbaycanın silah arsenalında olan “Favorit” S-300PMU-2 və “Barak 8” raket sistemləri “İskəndər”in qarşısını almaq gücündədir.
Ermənistanda prezident Serj Sarkisyan da daxil olmaqla müxtəlif dairələrin verdiyi reaksiyalar bu baxımdan təsadüfi deyil.Muxalifet - 17-07-2017
ABŞ-dan İrana ULTİMATUM: “Onları təcili buraxın!”
Birləşmiş ştatlar Tehrana İranda saxlanılan ABŞ və digər xarici ölkə vətəndaşlarının təcili buraxılması ilə bağlı ultimatum göndərib.
“RİA Novosti” xəbər verir ki, Vaşinqton İran hökumətinin qondarma ittihamlarla həbs etdiyi əcnəbi vətəndaşları azad etməyi tələb edib.
“Biz İranda qanunsuz şəkildə saxlanılan ABŞ vətəndaşlarının tezliklə ailələrinə qovuşacağını gözləyirik”, - deyə Dövlət Departamentinin nümayəndəsi bildirib.Muxalifet - 17-07-2017
"Kim desə ki, biz Azərbaycandan..." - SARKİSYANDAN ETİRAF
Ermənistan Azərbaycanın əldə etdiyi bir çox silahlara sahib deyil.
Muxalifet.az xəbər verir ki, bunu “R-Evolyusiya” verilişinə müsahibəsində Ermənistan Prezidenti Serj Sərkisyan söyləyib.
“Azərbaycanın bizdən zəngin olduğu, silahlanmaya bizdən çox vəsait xərclədiyi sirdirmi? Sirr deyil. Əgər kimsə desə ki, biz iki və ya 5 ilə Ermənistanı Azərbaycandan daha varlı edəcəyik, o zaman bu şəxsi siyasətdən uzağa qovmaq lazımdır. Ona görə ki, bu deyilənlər yalandır”, – deyə o bildirib.Muxalifet - 17-07-2017
Putinin vasitəçiliyilə Əliyev-Sərkisyan görüşü baş tuta bilər - "İZVESTİYA"
Rusiya, Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüş 2017-ci ilin sonlarına qədər baş tutacaq.
Bu barədə informasiyanı “İzvestiya” qəzeti Rusiya Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən yayıb.Muxalifet - 17-07-2017
Məşhur çempionumuz gecə klubunda qızı döydü
Boks üzrə dünya çempionumuz Elvin Məmişzadə gecə klubunda dava salıb.
Hadisə şəhərin “26 land” gecə klubunda baş verib. 26 yaşlı boksçu dava zamanı bir xanımı döyüb. Məmişzadə Elvin Rauf oğlunun döydüyü xanım xəsarət alıb. Məsələ ilə bağlı polis tərəfindən araşdırma başlanıb.
Hadisə iyulun 16-sı, gecə saat 04:00 radələrində baş verib.
Qeyd edək ki, dünya çempionumuz olan Məmişzadə, eyni zamanda I Avropa Oyunlarının qızıl medalçısıdır./yeniçag.azMuxalifet - 17-07-2017
Merkel Konya bazası ilə düyünü çözməyə çalışacaq
Almaniya kansleri Angela Merkel Türkiyənin alman deputatların NATO-nun Konyada yerləşən hərbi bazasını ziyarət etməsinə icazə verməməsi haqda danışıb.
Merkel Türkiyə ilə bu məsələni müzakirə edəcəklərini bildirib. O, alman millət vəkillərinin öz əsgərlərini ziyarət etmələrinin təbii haqları olduğunu vurğulayıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə alman deputatların NATO-nun Konyada yerləşən hərbi bazasını ziyarət etməsinə icazə verməyib. Sözügedən bazaya səfər iyulun 17-ə planlaşdırılmışdı.Muxalifet - 17-07-2017
"“İsgəndər"lər bizim deyil..." - ERMƏNİ EKSPERT
Hər kəs, hətta ekspertlər də əmindirlər ki, Ermənistandakı "İsgəndər"lər faktiki olaraq bizim orduya məxsus deyil.
Bu sözlər erməni ekspert Sərkis Artsruninin “1in.am” saytında dərc olunan məqaləsində yer alıb.Muxalifet - 17-07-2017
İsrail ABŞ-Rusiya “atəşkəs” anlaşmasından narazıdır
İsrail ABŞ və Rusiya arasında Suriyanın cənubunda atəşkəs əldə edilməsi haqqında razılaşma imzalanmasının tərəfdarı deyil.
Bunu jurnalistlərə açıqlamasında İsrail Baş naziri Benyamin Netanyahu söyləyib. Onun fikrincə, bu atəşkəs regionda İranın güclənməsinə səbəb olacaq.
Qeyd edək ki, İsrail bundan öncə dəfələrlə Suriyanın cənub ərazilərini bombardman edib. Təl-Əviv buna əsas səbəb kimi İran meyilli qüvvələrin İsrailə təhdid yaratmasını göstərib.Muxalifet - 17-07-2017
Azərbaycan, Türkiyə və Türkmənistan prezidentləri Aşqabadda görüşəcək
Zirvə toplantısından əvvəl XİN başçılarının və energetika nazirlərinin görüşləri keçiriləcək
Bu ilin sonuna qədər Aşqabadda Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin üçtərəfli görüşü olacaq.
"Sputnik" xəbər verir ki, bunu Türkiyənin Türkmənistandakı səfiri Mustafa Kapucu bildirib.Muxalifet - 17-07-2017
Bakıda zəncirvari qəza – 2 NƏFƏR ÖLÜB, YARALILAR VAR
Bakıda 3 avtomobilin toqquşması nəticəsində dəhşətli qəza baş verib.
BakuPost.az xəbər verir ki, Zığ şosesi, Hövsan qəsəbəsinə yol ayrıcında "Daewo" markalı sərnişin daşıyan avtobusla VAZ-2107 və Wolkswagen markalı avtomobillər bir-birinə çırpılıb. Hadisə şahidlərinin sözlərinə görə, 2 nəfər həyatını itirib, bir neçə yaralı var.Muxalifet - 17-07-2017
Fikrət Qocanın nəvəsi Amerika Silahlı Qüvvələrinin zabiti oldu - FOTOLAR
Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qocanın nəvəsi Pərviz ABŞ Silahlı Qüvvələrinin zabiti olub.
Modern.az saytının məlumatına görə, gənc zabit 10 ildən çoxdur ABŞ-da yaşayır. O, Fikrət Qocanın qızı Günay Qocayevanın oğludur.Muxalifet - 17-07-2017
Qüdslə bağlı Bakıda beynəlxalq konfrans
Qüds məsələsi ilə bağlı iyulun 20-21-də Bakıda keçiriləcək beynəlxalq konfransın proqramı açıqlanıb.
BMT-nin Fələstin xalqının ayrılmaz hüquqlarının həyata keçirilməsinə dair Komitənin saytına istinadən xəbər verir ki, tədbirə Azərbaycanın hökumət nümayəndələri, BMT baş katibinin xüsusi elçisi, İslam Əməkdaşlıq Təşkilatının və Fələstin dövlətinin rəsmiləri qatılacaqlar.
Onlar konfransda nitq söyləyəcəklər.
Bakıya gələcək Fələstin nümayəndə heyətinə bu ölkənin BMT-dəki səfiri Riyad Mənsur başçılıq edəcək.Muxalifet - 17-07-2017