Axtarış
The search found 105783 results in 0.011 seconds.
Search results
"Suriyada İranın ruhu belə qalmayacaq" - İSRAİL XİN
İsrail Suriyadakı situasiyaya müdaxilə etmək fikrində deyil.
Muxalifet.az xəbər verir ki, bunu “Kommersant” qəzetinə müsahibəsində İsrail Müdafiə naziri Aviqdor Liberman söyləyib. O, İranın Suriyanın cənubunda güclənməsinə heç vaxt imkan verməyəcəyini bildirib:
“İran bu gün bütün Suriyanı İsrailə qarşı plasdarma çevirir. Biz bununla barışmayacağıq. Ona görə də çalışırıq ki, İranın orada ruhu belə olmasın”.Muxalifet - 13-07-2017
Rusiyaya qarşı yeni SANKSİYALAR GƏLİR
Demokratlar Partiyasının üzvləri ABŞ Konqresinin Nümayəndələr Palatasına Rusiyaya qarşı sanksiyalar üzrə yeni qanun layihəsi təqdim edib.
"Reuters" xəbər verir ki, bu qanun layihəsi Senatın iyunun 15-də səsvermə yoluyla artıq qəbul etdiyi sənədə oxşardır.
Qeyd edək ki, daha əvvəl Ağ Evin rəsmi nümayəndəsinin müavini Sara Sanders Rusiya və İrana qarşı sanksiyalar barədə qanun layihəsinin yeni versiyası Vaşinqtonun xarici siyasətinin həyata keçirilməsinə risklər yarada biləcəyini bildirib.Muxalifet - 13-07-2017
"Barselona"dan gözlənilməz Arda Turan QƏRARI
"Barselona"dan gedəcəyi iddia edilən Arda Turanla Yaponiyaya göndərilib.
Türk futbolçu klub rəhbərliyi tərəfindən yeni sponsor "Rakuten"in Yaponiyada təşkil olunan tədbirinə göndərilib.
Onunla yanaşı, tədbirdə Lionel Messi, Neymar və Cerard Pike iştirak edib. "Barselona"nın bu qərarı İspaniyada təəccüblə qarşılanıb. Mətbua klubdan göndəriləcək futbolçunun belə bir tədbirə göndərilməsinin səbəbini başa düşməyib.Muxalifet2 - 13-07-2017
Maştağada kütləvi dava - 2 qardaş bıçaqlandı
Bakının Sabunçu rayonunda kütləvi dava baş verib.
Maştağa qəsəbəsi, Tavaylıq adlanan ərazidə iki qardaş bıçaqlanıb.
Belə ki, 1991-ci il təvəlldüdlü Əhmədov Mahir Axşay oğlu və qardaşı 2000-ci il təvəllüdlü Əhmədov Elxan Axşay oğlu toydan qayıdan zaman 4 nəfərlə mübahisə edib. Əlbəyaxa dava zamanı E.Əhmədov iki, M.Əhmədov bir bıçaq xəsarəti alıb. Qarşı tərəfidən isə iki nəfər yüngül bədən xəsarətləri alıb.
Bıçaqlanan şəxslər xəstəxanaya yerləşdirilərək əməliyyat olunub.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.Muxalifet - 13-07-2017
Sarkisyan ərazilərin qaytarılması ilə bağlı iclas keçirəcək – QARABAĞ GÖRÜŞÜNÜN DETALLARI
“Azərbaycan Ermənistana və ATƏT-in Minsk qrupunun həmsədrlərinə substantiv danışıqların aparılması ilə bağlı təzyiq göstərir. Bakının bu təzyiqi Alxanlıda 2 yaşlı Zəhra və nənəsinin erməni hərbi birləşmələri tərəfindən qətlə yetirilməsindən sonra gücləndi”.
Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya İctimai Palatasının üzvü, Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, politoloq Sergey Markov Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Brüssel görüşünü şərh edərkən deyib.Muxalifet2 - 13-07-2017
Ağacları kəsən “JEK” rəisinin işi Baş Prokurorluğa göndərildi
Ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən növbəti araşdırma aparılıb. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, aparılan araşdırma zamanı Xətai rayonu, Əbilov küçəsi 12 ünvanında, yaşayış binasının yan tərəfindəki yaşıllıq sahəsində yaşköküstə 12-24 sm diametrliyində tut, dəfnə, zeytun, əncir cinsli 4 ədəd ağacın və 6 ədəd nar kolunun qanunsuz kəsildiyi aşkar edilib.Muxalifet2 - 13-07-2017
Salyandakı qəzada ölənlərin sayı 4-ə çatdı - SİYAHI
Salyan rayonunda baş verən qəzada ölənlərin sayı 4-ə çatıb.
Hadisə nəticəsində Tuhid Əliyev, Şahid Qəhrəmanov, Azad Abdulleyev və Ramiz Xudaverdiyev ölüb, Zaur adlı şəxs 1 saylı şəhər Klinik Xəstəxanasına, Aqilə Qəhrəmanova isə Respublika Klinik Xəstəxanasına yerləşdirilib.
Muxalifet - 13-07-2017
Artıq İNTİHAR xəbərlərini “TOPDAN” VERİRLƏR
2 nəfər özlərini asaraq İNTİHAR EDİB
Muxalifet - 13-07-2017
RƏZALƏT : Artıq ölülərə Youtube-dan Quran oxudurlar
Sosial şəbəkələr həyatımıza o dərəcədə sirayət edib ki, bütün sevinc və kədər hislərimizi paylaşmadan keçə bilmirik.
Hətta o dərəcədə də ki, ölüylə, qəbir üstündə şəkil çəkdirməklə bunu “ənənə”yə çevirməkdəyik.
Sosiallaşan həyatımızda yaxınını itirənin başsağlığını artıq sosial şəbəkə, xüsusilə də Facebook üzərindən qəbul etməsi normal qarşılanmaqdadır. Sosiallaşmanın ən pik həddi isə qəbir üstündə molla tərəfindən Quran oxunmasının səsyazısı ilə əvəzlənməsidir.Muxalifet - 13-07-2017
Putin kimə sürücülük edirdi? - RUSİYADA GÜNÜN MÖVZUSU - VİDEO
Rusiya prezidenti Vladimir Putin Valaam monastrını ziyarət edib.
Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Zvezda" kanalının yayımladığı görüntü mübahisə mövzusuna çevrilib.Muxalifet - 13-07-2017
Ehtiyata buraxılan general belə yola salındı - FOTO
İyulun 12-də Dövlət Sərhəd Xidmətinin (DSX) Aparatında general-mayor Akif Şəfiyevin Silahlı Qüvvələrin ehtiyatına buraxılması münasibətilə mərasim keçirilib.
DSX-nin verdiyi xəbərə görə, mərasimdə general-mayor Akif Şəfiyevin Silahlı Qüvvələrin ehtiyatına buraxılması və 3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə təltif olunması barədə prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamları şəxsi heyətə çatdırılıb.Muxalifet - 13-07-2017
Dostları ilə “yeyib-içdi”, sonra BIÇAQLANDI – YASAMALDA
Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə Yeni Yasamal yaşayış massivindəki kafelərdən birində qeydə alınıb.
Bakı şəhər sakini, 45 yaşlı Əmir Məmmədov dostları ilə kafedə yeyib-içib. Məclisdə dostlar arasında mübahisə yaranıb, sonda dava düşüb.
Bu zaman masada əyləşən dostlarından biri Əmir Məmmədovun boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib. Əmir Məmmədov 1 saylı kliniki tibbi mərkəzə yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı cinayət işi başlanıb.Muxalifet - 13-07-2017
Fazil Mustafa diaspor rəhbərini yıxıb-sürüdü - QALMAQAL
Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Moskva nümayəndəliyinin icraçı direktoru Şamil Tağıyev millət vəkili Fazil Mustafanı sərt tənqid edib və onu “savadsız” adlandırıb.
Buna səbəb deputatın Zəhranın ölümündə Azərbaycan diasporunun xaricdə kifayət qədər təbliğat aparmamaqda ittiham etməsi olub.Muxalifet - 13-07-2017
AZƏRBAYCANLILAR RUSİYANIN SAYCA İKİNCİ XALQINA ÇEVRİLİR?
Rusdilli internet saytlarında son dövrlərdə Rusiya Feredasiyasının paytaxının əhalisi barədə məxfi olduğu bildirilən maraqlı bir məlumat yayılır.
Məlumatda deyilir ki, Moskvanın 11 milyon əhalisinin yalnız 4 mln 600 min nəfəri slavyan – rus, ukraynalı və belorusdur. İlk dəfə Asiarussia.ru saytında verilən informasiyanın güc strukturlarından birindəki mənbədən alındığı və rəsmi statistikada bu rəqəmlərin açıqlanmadığı yazılıb.
Beləliklə, həmin mənbənin məlumatına görə, son illərdə Rusiya paytaxtının milli tərkibi belədir:
ruslar – 31%Muxalifet2 - 13-07-2017
PREZİDENT İCRA BAŞÇILARINA 5 AY VAXT VERDİ - Dekabrın 15-də kimlər gedəcək?
İlin sonunda rayon icra hakimiyyəti başçılarının bir çoxu vəzifələrini itirəcək. Bu qənaət prezident İlham Əliyevin ötən gün Nazirlər Kabinetinin iclasındakı yekun nitqindən hasil olur.
Muxalifet.az xəbər verir ki, prezident çıxışında ölkə iqtisadiyyatına özəl sərmayələrin artırılmasının vacibliyi haqda danışıb, bu məsələdə təkcə mərkəzi icra orqanlarının deyil, yerli icra orqanlarının da üzərinə məsuliyyətin qoyulduğunu xatırladıb.Muxalifet2 - 13-07-2017
BALA - BAŞA BƏLA: "Papa"nın işini zay edən gül balalar - SİYAHI
Son günlər cəmiyyətdə məmur övladlarının harınlığı, özbaşınalığı ciddi müzakirələrə səbəb olub. Ölkə prezidentinin dəfələrlə xəbərdarlığına baxmayaraq bəzi məmurların "gül balaları" harınlıq etməkdən çəkinmirlər. Amma hər dəfə də belə bir harınlıq atalarının işdən atılması ilə nəticələnir.
Muxalifet2 - 13-07-2017
YAP-dan Çovdarovun ittihamlarına reaksiya: “PARTİYAYA AİDİYYATI YOXDUR"
Dünən “MTN işi” ilə bağlı keçirilən məhkəmədə həbsdə olan general Akif Çovdarov Bakı Metropoliteninin sabiq rəisi, Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov barəsində sensasion iddialar irəli sürüb.
O, T. Əhmədovun dəyəri milyardlar edən mülklərinin siyahısını açıqlayıb. Məlum olub ki, sabiq metropolitençinin Dubayda otelindən tutmuş, paytaxtda bir neçə restoranına kimi bahalı obyektləri var.Muxalifet2 - 13-07-2017
YASAMAL UĞRUNDA MÜBARİZƏ – Klanlar hərəkətə keçib
Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin işdən çıxarılmasından sonra bu rayona kimin başçı təyin olunacağı ən çox müzakirə olunan məsələlərdəndir.
Ölkə rəhbərliyinin iradəsinin ziddinə olaraq, Hacı Cavad Məscidini sökdürdüyü üçün işdən qovulan İbrahim Mehdiyevin yerini tutmaq uğrunda cox ciddi mübarizənin başlandığına dair xəbərlər yayılmaqdadır.Muxalifet - 13-07-2017
Tağı Əhmədov milyonluq mülklərindən danışdı: “ƏL ÇƏKİN MƏNDƏN"
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov haqqında səsləndirdiyi iddialara eks metropoliten rəisi münasibət bildirib.
Muxalifet.az xəbər verir ki, Tağı Əhmədov Bizimyol.info saytına açıqlamasında iddiaların yalan olduğunu bildirib: "Əl çəkin, imkan verin işimi görüm. Çovdarov yalan danışır. Nə danışır mənə aidiyyatı yoxdu. Məni narahat eləməyin”.Muxalifet2 - 13-07-2017
Naxçıvanlı iş adamının həbs edilən "arvadı", həm də baxıcı imiş...
Bakıda vətəndaşlara qarşı dələduzluq edən qadının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılan Aygün Akimova ilə birlikdə İlham Baxışov da həbs edilib.
Muxalifet.az xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən növbəti məhkəmə prosesində şahidlər ifadə verib.Muxalifet2 - 13-07-2017