Axtarış

The search found 105783 results in 0.01 seconds.

Search results

  1. General oğlunun döydüyü sürücünü hədələdi

    Ötən gün Prezidentin sərəncamı ilə vəzifədən azad edilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin keçmiş müavini, general-mayor Novruzəli Orucov oğlu Rüstəm Orucovun döydüyü “Xaliq Faiqoğlu” şirkətinə məxsus 85 saylı marşrut avtobusunun sürücüsü, 1981-ci il təvəllüdlü Sənan Səmədovu hədələyib.
     
    Bu barədə “Ölkə.Az”-a müsahibəsində sürücü S.Səmədov məlumat verib.
    S.Səmədov Novruzəli Orucovun bu gün telefonla ona zəng vurduğunu söyləyib:

    Muxalifet - 12-07-2017

  2. “Qəfildən çənəmdən vurdu, başım asfalta dəydi” – Generalın oğlunun döydüyü sürücü/ VİDEO

    Prezidentin sərəncamı ilə vəzifədən azad edilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin keçmiş müavini Novruzəli Orucovun oğlu Rüstəm Orucovun döydüyü sürücü hadisə barədə danışıb.
     
    "Xaliq Faiqoğlu” şirkətinə məxsus 85 saylı marşrut avtobusunun sürücüsü, 1981-ci il təvəllüdlü Sənan Səmədov "Qafqazinfo”ya müsahibəsində deyib ki, hadisə dairədə "BMW”nin qəfildən onun qarşısına çıxması ilə başlayıb:

    Muxalifet - 12-07-2017

  3. “Şamplena” həbs olundu

    Bakıda "Şamplena” adı ilə tanınan Teymur Paşayev adlı seksual azlığın nümayəndəsi saxlanılıb.
     
    Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, bu gün məhkəmə qaydasında qrup şəklində xuliqanlıqda ittiham olunan 42 yaşlı "Şamplena” haqqında 4 aylıq həbs qəti imkan tədbiri seçilib. Saxlanılan şəxs Şüvəlan İstintaq Təcridxanasına aparılıb.
    Paşayev göz yaşları içində törətdiyi cinayəti etiraf edərək bildirib ki, sahibkar Məmmədov Rafiz Ramazan oğlundan pul tələb edib və özü öz qolunu kəsib.

    Muxalifet - 12-07-2017

  4. Tağı Əhmədovun milyardlıq əmlakları - AKİF ÇOVDAROV AÇIQLADI - ŞOK SİYAHI

    Ləğv olunmuş MTN-in generalı Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
     
    Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Akif Çovdarov "Bakı metropoliteni”nin sabiq sədri Tağı Əhmədov epizodu üzrə ifadə verərək şok məlumatlar açıqlayıb.

    Muxalifet - 12-07-2017

  5. "Öz ailə üzvlərini idarə edə bilməyən dövlət məmuru vəzifədən çıxarılacaq" - PREZİDENT

    Öz ailə üzvlərini idarə edə bilməyən dövlət məmuru vəzifədən çıxarılacaq.
    Muxalifet.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib.

    Muxalifet - 12-07-2017

  6. Brilliant Dadaşova ermənini təriflədi - VİDEO

    Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə gözlənilməz hərəkəti ilə diqqət çəkib.
     
    axşam.az-a istinadən verdiyi xəbərə görə, müğənninin erməni qarmon ifaçısı Varujan Şahbazyanın ifaları altında şərhləri yer alıb.
    Belə ki, Varujanın iyunun 4-də yayımladığı videosuna Brilliant "Super” şərhini yazıb. Erməni musiqiçi isə ona "Sağ ol, əzizim” cavabını verib.
    Məlum olub ki, bu, B.Dadaşovanın onun ifasına ilk reaksiyası deyil. Varujanın bir çox paylaşımının altında müğənnimizin şərhləri, əla və ürək işarələri ortaya çıxıb.

    Muxalifet - 12-07-2017

  7. "Əsas hədəf Suriya, İraq, Qətər deyil, Türkiyədir" - ƏRDOĞAN

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əsas hədəfin Suriya, İraq, Qətər deyil, Türkiyə olduğunu bəyan edib.
     
    R. T. Ərdoğan Türkiyədə 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qərargahında təşkil edilən "15 Milli iradənin zəfəri" mövzusunda paneldə çıxışında deyib ki, Türkiyənin Suriya, İraq və Qətərlə nə üçün maraqlandığını deyənlər var.

    Muxalifet - 12-07-2017

  8. Avropa çempionu özünü ASDI

    Sambo üzrə gənclərdən ibarət Azərbaycan millisinin üzvü Dünyamalıyev Rəşad dünyasını dəyişib.
     
    yenicag.az-ın əldə etdiyi məlumata görə, 18 yaşlı idmançı intihar edib. Onun özünü asdığı bildirilir. Hələlik intiharın hansı səbəbdən baş verdiyi bəlli deyil. Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 12-07-2017

  9. ​Sabiq prezident 9,5 il həbs cəzasına məhkum edildi

    Braziliya məhkəməsi ölkənin sabiq prezidenti Luis İnasiu Lula da Silvanı 9,5 il həbs cəzasına məhkum edib. Bu barədə “Globo” telekanalı xəbər verib.
    Sabiq prezident korrupsiya və çirkli pulların yuyulmasında günahkar bilinib.
    Qeyd edək ki, Luis İnasiu Lula da Silva 2003-2011-ci illərdə Braziliyanın prezidenti olub.

    Muxalifet2 - 12-07-2017

  10. ​ABŞ Türkiyədəki vətəndaşlarına müraciət etdi – “EHTİYATLI OLUN!”

    ABŞ-ın Türkiyədəki səfirliyi bu ölkədə ötən il baş vermiş dövlət çevrilişinə cəhdin ildönümü ilə əlaqədar öz vətəndaşlarını ehtiyatlı olmağa çağırıb.
    Səfirlik 15-16 iyul tarixlərində genişmiqyaslı tədbirlərin və aksiyaların keçiriləcəyini bildirib. Məlumatda qeyd olunur ki, bu cür kütləvi aksiyalar "zorakılıq və qarşıdurma riski" daşıyır.
    ABŞ səfirliyi öz vətəndaşlarına bu günlərdə daha diqqətli davranmağa, kütləvi yerlərdən uzaq durmağa çağırır.

    Muxalifet2 - 12-07-2017

  11. ​İki konqresmen Trampın impiçmentinə çağırdı

    ABŞ Konqresinin iki demokrat üzvü Bred Şerman və El Qrin Rusiyanın seçkilərə müdaxiləsinin araşdırılmasına əngəl törətdiyinə görə prezident Trampın impiçmentinə çağırıblar.
    TASS agentliyinin verdiyi xəbərə görə, bu barədə B.Şermanın yaydığı bəyanatda deyilir.

    Muxalifet2 - 13-07-2017

  12. ​ABŞ xüsusi təyinatlıları Rakkaya daxil olublar

    ABŞ hərbçiləri "Suriya demokratik qüvvələrinə" Rakka şəhərində gedən döyüşlərdə yardım göstərirlər.
    "RİA Novosti" xəbər verir ki, ABŞ-ın başçılıq etdiyi İŞİD ilə mübarizə üzrə koalisiyanın nümayəndəsi polkovnik Rayan Dillon deyib ki, əksəriyyəti xüsusi təyinatlılardan ibarət hərbçilər yerli qüvvələrə "məsləhətlər verirlər, kömək edirlər".
    Qeyd edək ki, Suriyanın Rakka şəhəri 2013-cü ildən İŞİD-in nəzarəti altındadır və qeyri-rəsmi olaraq İŞİD-in paytaxtı sayılır.

    Muxalifet2 - 13-07-2017

  13. ​“Biz Putinlə çox yaxşı yola gəldik” - TRAMP

    ABŞ prezidenti Donald Tramp Hamburqda G-20 sammitindəki görüşü zamanı rusiyalı həmkarı Vladimir Putin ilə yola gəldiyini bəyan edib.
    Bu barədə D.Tramp CBN telekanalına müsahibəsində bildirib.
    “Düşünürəm ki, biz çox yaxşı yola gəldik və bu çox əhəmiyyətlidir. Bəzi insanlar deyir ki, bu belə olmamalı idi. Mən fərqli düşünürəm. Biz böyük nüvə dövlətləriyik. Hamı Hamburqda söhbətimizin uzun müddət çəkməsindən təəccüblənmişdi”, deyə D.Tramp vurğulayıb.

    Muxalifet2 - 13-07-2017

  14. 9 yaşlı uşaq 4-cü mərtəbədən yıxıldı

    Hadisə Yasamal rayonu ərazisində baş verib
     
    Bakının Yasamal rayonu ərazisində bədbəxt hadisə baş verib.
    Şərifzadə küçəsi, 182 ünvanında yerləşən binanın 4-cü mərtəbəsində yaşayan 2008-ci il təvəllüdlü Allahverdiyev Uğur Mübariz oğlu eyvandan yerə yıxılıb.
    O, yerə yıxılarkən üzüm talvarının üzərinə düşdüyündən, qarın nahiyəsindən yüngül xəsarət alıb. Uşaq xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti qənaətbəxşdir.

    Muxalifet - 13-07-2017

  15. FUTBOL: Bu gün Azərbaycanın daha 2 klubu Avropa Liqasının ilk oyunlarını keçirəcəklər

     “Qəbələ” “Yagelloniya”nı qəbul edəcəyi halda, “Zirə” “Astra”nın qonağı olacaq
     
    Bu gün Azərbaycanın daha iki klubu futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsində ilk oyunlarını keçirəcəklər.
     “Qəbələ” Bakıda Polşa təmsilçisi “Yagelloniya”nı qəbul edəcəyi halda, “Zirə” Rumıniyanın Curcu şəhərində “Astra”nın qonağı olacaq.

    Muxalifet - 13-07-2017

  16. Sürücü yuxuladı, KAMAZIN ARXASINA ÇIRPILDI

    İki yük maşınının toqquşması nəticəsində 1 nəfər yaralanıb
     
    Bakının Qaradağ rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
    1982-ci il təvəllüdlü Süleymanov Yasin Vaqif oğlunun idarə etdiyi "Foton Ollin" markalı özəl şirkətə məxsus kiçik tutumlu yük maşınının sürücüsü sükan arxasında yuxulayıb.
    Nəticədə "Foton Ollin" eyni istiqamətdə hərəkətdə olan Şükürov Elmir Sahib oğlunun idarə etdiyi "Kamaz" markalı yük maşınının arxa hissəsinə çırpılıb.

    Muxalifet - 13-07-2017

  17. Ağ Ev Trampın impiçmenti ilə bağlı təşəbbüsü gülünc adlandırıb

    Ağ Ev Trampın impiçmenti ilə bağlı təşəbbüsü gülünc adlandırıb.
     
    TASS agentliyinin verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat xidməti rəhbərinin müavini Sara Sanders bildirib.
     “Düşünürəm ki, bu tamamilə gülünc təklif siyasi oyunbazlığın uğursuz təzahürüdür”, deyə S.Sanders vurğulayıb.
     Qeyd edək ki, ABŞ Konqresinin iki demokrat üzvü Bred Şerman və El Qrin Rusiyanın seçkilərə müdaxiləsinin araşdırılmasına əngəl törətdiyinə görə prezident Trampın impiçmentinə çağırıblar./apa

    Muxalifet - 13-07-2017

  18. Çempionlar Liqasında ilk oyunlar keçirilib - NƏTİCƏLƏR

    İyunun 12-də Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində 12 matç keçirilib.
     
    İlk oyun günündə 4 qarşılaşma ilə start götürən mərhələ növbəti matçlarla davam edib.
     Günə Latviyada start verilib. Burada “Spartaks” Qazaxıstan “Astana”sını qəbul edəcək. Azərbaycan azarkeşləri üçün daha çox maraq kəsb edən matçlar Belarus və Litvada keçirilib.

    Muxalifet - 13-07-2017

  19. Sarkisyan səfirləri niyə dəyişir? – EKSPERTDƏN AÇIQLAMA

    Sərkisyan bu addımı ilə Qarabağ klanını daha da möhkəmləndirməyə çalışır.
     
    Bu sözləri Ermənistanın xaricdəki səfirlərinin kütləvi şəkildə dəyişdirilməsi məsələsini şərh edən politoloq Qabil Hüseynli deyib. O bildirib ki, diplomatiya ilə xüsusən xaricdə fəaliyyət göstərən səfirliklərdə peşəkarlar məşğul olmalıdır:

    Muxalifet - 13-07-2017

  20. Rusiyadan ABŞ-a xəbərdarlıq: "SƏBRİMİZ TÜKƏNDİ"

    Kreml sözçüsü Dmitri Peskov Rusiyaya aid diplomatik mülklərin Moskvaya təhvil verilməməsi ilə bağlı Vaşinqtona növbəti dəfə xəbərdarlıq göndərib.
    Muxalifet.az xəbər verir ki, o, Moskvanın səbrinin tükəndiyini deyib.
    “Rusiya bundan artıq dözümlülük nümayiş etdirə bilməz. Bu yöndə hansı addım atacağımızla bağlı dəqiq tarix yoxdur. Lakin mövcud vəziyyət qəbuledilməzdir”, - Peskov bildirib.

    Muxalifet - 13-07-2017

Pages