Axtarış

The search found 105783 results in 0.015 seconds.

Search results

  1. ​General oğlunu ağır cəzalandıran yol polisinin vəzifəsi artırıldı

    Bakı şəhər Dövlət Yol Polisi İdarəsində kadr dəyişikliyi edilib.
    Muxalifet.az xəbər verir ki, avtosfer.az-ın DYP-dən əldə etdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə İdarənin Axtarış şöbəsinin rəisi, polkovnik-leytenant Zaur Cəfərov tutduğu vəzifədən azad edilib. O, Baş Dövlət Yol Polisi İdarəsində şöbə rəisi vəzifəsinə təyin edilib. Bakı şəhər DYP-nin inspektoru, polis mayoru Yasir Qurbanov isə İdarənin Axtarış şöbəsinin rəisi təyin edilib.

    Muxalifet2 - 13-07-2017

  2. General oğlunu nə qədər cəza gözləyir? - VƏKİLDƏN AÇIQLAMA

    Xuliqanlıq əməlinə görə həbs edilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin keçmiş rəis müavini, general-mayor Novruzəli Orucovun oğlu Rüstəm Orucova hansı cəza veriləcəyi ictimai müzakirə mövzusuna çevrilib.
     

    Muxalifet - 13-07-2017

  3. Fərman Ceyranlı niyə həbs olunub?

    Qonşu Gürcüstanda azərbaycanlı siyasi mühacirlərlə yanaşı iş adamları da yaşayır və fəaliyyət göstərir. Rəsmi Bakının təzyiq dalğası onlardan da yan keçməyib. Həmin şəxslərdən biri Lancet Klinikasının təsisçisi və sahibi, 18 may 2017- ci ildə Tbilisidə həbs olunmuş Ferman Ceyranlidır.

    Muxalifet - 13-07-2017

  4. Tiflisdə Fərman Ceyranlının məhkəməsi başladı

    İyulun 12-də Tbilisi Şəhər Məhkəməsində azərbaycanlı cərrah, "Lanset" klinikasının həmtəsisçisi Fərman Ceyranlının işi üzrə hazırlıq iclası keçirilib.
     
    F.Ceyranlının vəkilləri "Azadlıq" radiosuna bildiriblər ki, onun hüquqlarını Gela Nikolashvilinin rəhbərlik etdiyi vəkil heyəti müdafiə edir.
    Vəkillər F.Ceyranlının ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıblar. Ancaq məhkəmə F.Ceyranlının gizlənə bilməsi ehtimalını əsas gətirərək vəsatəti təmin etməyib.
    Proses iyulun 25-də davam ediəcək.

    Muxalifet - 13-07-2017

  5. Rusiyanın təbliğat maşını – “SPUTNİK” VAŞİNQTONDA

    Rusiya dövlətinin maliyyələşdirdiyi “Sputnik Radiosu” amerikalıların alternativ xəbərlərlə tanış olmaları məqsədilə paytaxt Vaşinqtonda yayıma başlayıb.
     
    “Sputnik”in bildirdiyinə görə, radio stansiyanın məqsədi aparıcı media xəbərlərində səsləri eşidilməyən azlıqlara səs verməkdən ibarətdir. Lakin tənqidçilər “Sputnik”in Kremlin Qərb təsisatlarını zəiflətməyə yönəlmiş təbliğat maşını kimi fəaliyyət göstərdiyini bildirir.

    Muxalifet - 13-07-2017

  6. Gürcüstanın demokratik dəyərləri şübhə altına qoyulur - CƏMİL HƏSƏNLİ YAZIR

    Deməyə sözüm var...

    Muxalifet - 13-07-2017

  7. ​Azərbaycan “İskəndər”ləri hansı silahlarla vura bilər? – NAZİRİN AÇIQLAMASI ERMƏNİLƏRİ TƏŞVİŞƏ SALIB

    Azərbaycanın müdafiə naziri Zakir Həsənov “RİA Novosti”yə müsahibəsində Ermənistanın Rusiyadan aldığı “İskəndər” raket kompleksləri haqda danışıb.
    Belə ki, Z.Həsənov Azərbaycanın “İskəndər”ləri məhv etmək gücünə malik silahlarının olduğunu deyib.
    Müdafiə nazirinin bu sözləri Ermənistanda ciddi təşvişlə qarşılanıb. Çünki Ermənistan hakimiyyəti erməni ictimaiyyəti qarşısında “İskəndər” raketləri ilə öyünürdü.
    Azərbaycan “İskəndər”ləri hansı silahlarla vura bilər?

    Muxalifet2 - 14-07-2017

  8. “İcra başçısı torpaqlarımızı başqalarına satır” - Məşhur sənətçinin 50 hektar ərazisi əlindən alındı

    Bu ilin əvvəlindən Biləsuvar rayon İcra Hakimiyyəti ilə 100-ə yaxın fermer arasında başlanmış torpaq qovğası pik həddə çatıb.
     
    BakuPost.az xəbər verir ki, rayonun icra başçısı, adı tez-tez qalmaqallarda hallanan Mahir Quliyevin fermerləri ərazidə aqropark tikiləcəyi adı ilə aldatması təsdiqini tapıb.

    Muxalifet - 14-07-2017

  9. “Bu şərtlərlə heç Zərdabiyə də ev düşməzdi” - QALMAQALLI MÜSAHİBƏ

    İki gün əvvəl bu mövzuda maraqlı informasiyalardan birini "AzPolitika.info” saytının qurucusu və baş redaktoru, tanınmış jurnalist Elnur Məhərrəmli yazıb. O, iddia edib ki, mənzillərin kimlərə verilməsi üçün yaradılan komissiya siyahını yekunlaşdırıb, siyahı müəyyənləşərkənsə Baş prokurorluğun xəbərdarlıq etdiyi bəzi saytlar kənarda qoyulub. Dünənsə bu informasiya KİVDF sədri Vüqar Səfərli tərəfindən də təsdiqlənib.

    Muxalifet - 14-07-2017

  10. Ermənipərəst Aleksandr Duqinin azərbaycanlı köməkçisi – O, KEÇMİŞ MTN ƏMƏKDAŞIDIR - ÖZƏL

    Rusiyanın tanınmış ictimai-siyasi xadimi, politoloq Aleksandr Duqin iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Füzulinin Alxanlı kəndinin dinc sakinlərini atəşə tutması nəticəsində 2 yaşlı Zəhranın qətlə yetirilməsi ilə bağlı fikirlərini açıqlayıb. Haqqın.az xəbər verir ki, Rusiya KİV-lərində dərc edilən məqaləsində A.Duqin Alxanlı hadisəsinin müharibənin başlaması üçün triqqer ola biləcəyindən bəhs edib.

    Muxalifet2 - 14-07-2017

  11. "YAŞIL BAZAR"DA ARABAÇILIQDAN MİLYONÇULUĞA...

    Və ayxud Dubayda bizneslə məşğul olan iş adamı Zaur Əliyevin ağlagəlməz fırıldaqları

    Muxalifet2 - 14-07-2017

  12. ​“Aleksandr Duqin həmişə deyir: “öldürmək, öldürmək, öldürmək””

    Rusiyanın tanınmış ictimai-siyasi xadimi, politoloq Aleksandr Duqin iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Füzulinin Alxanlı kəndinin dinc sakinlərini atəşə tutması nəticəsində 2 yaşlı Zəhranın qətlə yetirilməsi ilə bağlı fikirlərini açıqlayıb. Haqqın.az xəbər verir ki, Rusiya KİV-lərində dərc edilən məqaləsində A.Duqin Alxanlı hadisəsinin müharibənin başlaması üçün triqqer ola biləcəyindən bəhs edib. O, daha sonra əmin olduğunu bildirib ki, “Moskva Dağlıq Qarabağda sülhün təminatçısdır”.

    Muxalifet2 - 14-07-2017

  13. Benzinin qiyməti qalxıb, YA QALXMAYIB? – QALXIBSA, BƏS MEDİA NİYƏ SUSUR?!

    Azərbaycanda heç bir ciddi iqtisadi əsas olmadan benzinin qiyməti qaldırıldı.
    Ona görə iqtisadi əsasdan danışdım ki, bu artım təkcə benzinlə məhdudlaşmır. Bütün cəmiyyətin, o cümlədən hər ailənin həyatını bahalaşdırdı. Bundan sonra bütün gediş haqlarl qalxacaq, yanacaqla daşınan bütün ərzaq, o cümlədən kənd təsərrüfatı malları bahalaşacaq. Bir sözlə hökümət həyatı bahalaşdırdı.

    Muxalifet - 15-07-2017

  14. Bu qərarın manatın məzənnəsinə təsiri necə olacaq? – BENZİNİN QİYMƏTİNİN QALXMASINA REAKSİYA

    Gecəyarısı baş verən qiymət artımının sirləri...

    “Bu gündən “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik müəyyən olunub. Yanacaq məhsullarında qiymət artımı yalnız “Aİ-92” markalı avtomobil benzini ilə məhdudlaşmayacaq, alternativ məhsulların, o sıradan da yüksək markalı benzinin və dizel yanacağının qiymətində də bahalaşma labüddür”. 
    Bu barədə İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu bildirib

    Muxalifet2 - 15-07-2017

  15. ​Aqil Abbas Tarif Şurası ilə məzələndi: "BENZİNİN QİYMƏTİ 2 MANAT OLMALIDIR"

    “Benzinin qiymətinin qalxmasını böyük sevinclə qarşıladım. Millətimizi təbrik edirəm. Bu xoşbəxtliyi bizə yaşatdığına görə müvafiq qurumlara da təşəkkürümü çatdırıram”.
    Muxalifet.az xəbər verir ki, bunu Femida.az-a açıqlamasında deputat Aqil Abbas deyib.
    Deputat vətəndaşlara 15 iyul tarixini bayram kimi qeyd etməyə çağırdı:

    Muxalifet2 - 15-07-2017

  16. ATAMIN SEVİMLİ ŞAGİRDİ

    Rafiq Hümmət!.. Bu ad mənə doğmadır, əzizdir təkcə ona görə yox ki,  bu adı şərəflə daşıyan mənim əziz dostum, könül sirdaşım və çox ləyaqətli eloğlumdur. Həm də ona görə ki, bu gün təkcə doğulub boya-başa çatdığı Borçalıda yox, onun hüdudlarından çox-çox uzaqlarda da hamının gözəl şair kimi tanıdığı Rafiq Hümmət  atamın sevimli şagirdi olub. Müəllim fəhmiylə şagirdinin istedadını görən və qiymətləndirən atam hələ 40 il bundan əvvəl onun gələcəyinə böyük ümid bəsləyir, “o, böyük şair olacaq”, - deyirdi.

    Muxalifet2 - 15-07-2017

  17. ​"Cəhənnəmə gedən özünə yoldaş axtarar" - Tağı Əhmədovdan Çovdarova CAVAB

    “Gəlin etiraf edək ki, Akif Çovdarovun məhkəmə proseslərində səsləndirdiyi fikirlərin hamısı həqiqət olsa, o zaman gərək ölkənin yarısı həbs olunsun“
    “Akif Çovdarovun məhkəmədə mənim ünvanıma dediklərinin hamısı yalandır. Bunlar sadəcə quru, sübutu olmayan, əsassız ittihamlardır. Özü həbsdə olan şəxsin başqasına qara yaxması, iftira atması gözləniləndir. Necə deyərlər, cəhənnəmə gedən özünə yoldaş axtarar”.
    Bunu APA-ya açıqlamasında Bakı Metropoliteninin sabiq rəisi, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov deyib.

    Muxalifet2 - 15-07-2017

  18. “Qiymətlər ona görə artır ki, ölkədə total korrupsiya sistemi mövcuddur” - NATİQ CƏFƏRLİ

    “Ölkədə qiymət artımı qaçılmazdır, hər il vətəndaşın birbaşa cibindən çıxan xərclər artacaq, çünki həm dövlətin, həm dövlət şirkətlərinin borcu artır. Borcları qaytarmaq üçün mənbələr yoxdur, bir neft var, onun da hasilatı da düşür (bu ilin ilk 6 ayında 9% düşüb), qiyməti də, qazdan isə gələn vəsait, elə həmin qazın Avropaya daşınması üçün çəkilən borulara alınan kreditlərin illik faizini ancaq ödəyəcək”. Hurriyyet.org xəbər verir ki, bu fikirləri REAL Hərəkatının icra katibi Natiq Cəfərli "feysbuk” səhifəsində  yazıb.

    Muxalifet2 - 15-07-2017

  19. Polisdən "reket jurnalist" əməliyyatı – SAXLANILANLAR VAR

    Vətəndaşdan barəsində rüsvayedici məlumatlar yaymamaq üçün 3 min manat pul alan zaman saxlanılıblar
    Bakıda "reket jurnalist"lərə qarşı əməliyyat keçirilib.
    Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı millitv.az saytının baş redaktoru Rövşən Qasımov, saytın əməkdaşları Elmira Məmmədova, Natavan Mehdiyeva və Yeganə Əhmədova Binəqədi rayonunda yerləşən "Qədim Qəbələ" restoranında Ş.Abdullayev adlı vətəndaşdan barəsində rüsvayedici məlumatlar yaymamaq üçün 3 min manat pul alan zaman saxlanılıblar.
    Fakt üzrə araşdırmalar davam etdirilir./report

    Muxalifet - 15-07-2017

  20. Qaranlıq tunelə gedən Çovdarov “yeraltı dünya” “bos”unu hara aparır? - GİZLİNLƏR

    MTN işi üzrə keçirilən məhkəmələrin episentrində "yeraltı dünya”nın keçmiş sahibi Tağı Əhmədov dayanır.
     
    Mühakimə olunan odioz general Akif Çovdarovun sabiq metro rəisindən 3 milyon rüşvət alması işindən başlamış tərəflərin qovğası yeni arsenalda davam etməkdədir.
    A.Çovdarov "cəhənnəmə gedən, özünə yoldaş axtarır” deyiminə uyğun olaraq T.Əhmədovu da özü ilə bərabər bitirməkdədir.

    Muxalifet - 15-07-2017

Pages