Ermənistanda yeni baş nazirin təyinatı ətrafında İNTRİQA... Badalyandan açıqlama

Ermənistan ictimaiyyəti amorf vəziyyətə gətirilir və miqrant psixologiyasına sahiblənir.
 
Bunu “Tert.am” saytına açıqlamasında erməni politoloq Armen Badalyan söyləyib. Onun sözlərinə görə, Ermənistanın daxili siyasi vəziyyəti ölü haldadır:
“Ermənistanda yeni baş nazirin təyinatı zamanı yeni intriqalar gözləməyin. Hakim partiyanın daxilində həmçinin xüsusi fikir ayrılıqları da olmayacaq. Bu işdə daha çox Qərb və Rusiya müdaxilələri aydın görünə bilər. İndiki dövrdə bunlardan hansının Ermənistanda baş nazir təyin etmək imkanları olduğunu söyləmək çətindir. Buna daha çox ölkə rəhbərliyinin pullarının harada saxlanması təsir edəcək”./axar.az