Bakıda zəncirvari qəza – 2 NƏFƏR ÖLÜB, YARALILAR VAR
17-07-2017 10:13

Bakıda 3 avtomobilin toqquşması nəticəsində dəhşətli qəza baş verib.
BakuPost.az xəbər verir ki, Zığ şosesi, Hövsan qəsəbəsinə yol ayrıcında "Daewo" markalı sərnişin daşıyan avtobusla VAZ-2107 və Wolkswagen markalı avtomobillər bir-birinə çırpılıb. Hadisə şahidlərinin sözlərinə görə, 2 nəfər həyatını itirib, bir neçə yaralı var.