Axtarış

The search found 105783 results in 0.075 seconds.

Search results

  1. ​Brüssel görüşündən sonra Sarkisyan ŞOK ETİRAFLAR ETDİ: “Azərbaycan bizi...”

    “Azərbaycan hərbi diplomatiya ilə bizi sıxır və bu təzyiq illər boyunca davam edir”.
    Bu barədə erməni politoloq Manvel Sarkisyan nazirlərin Brüssel görüşünü şərh edərkən deyib.
    Onun sözlərinə görə, Azərbaycan Qarabağda status-kvonu dəyişdirmək üçün hərbi diplomatiyadan istifadə edir və bunu gizlətmir: “Bakının məqsədi münaqişənin dondurulmuş vəziyyətdə qalmamasıdır, çünki bu, status-kvonun möhkəmlənməsi deməkdir”.

    Muxalifet3 - 12-07-2017

  2. ​Xəzərdə boğulan şəxs xilas edildi

    Gündüz saatlarında Xəzərdə boğulmaq təhlükəsi ilə üzləşmiş şəxs xilas edilib.
     
    Muxalifet.az FHN-ə istinadən xəbər verir ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə, Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar.
    Əməliyyat saat 14:35-də başa çatıb.

    Muxalifet3 - 12-07-2017

  3. ​ “Balaca Zəhranın və nənəsinin qanı yerdə qalmadı” - İLHAM ƏLİYEV

    “Balaca Zəhranın və onun nənəsinin öldürülməsi hərbi cinayətdir və erməni faşizminin eybəcər sifətini bütün dünyaya göstərdi”.
     Bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı deyib.

    Muxalifet3 - 12-07-2017

  4. Qarabağda ermənilərin hərbi maşını aşdı - 15 HƏRBÇİ YARALANDI

    Ötən gün axşam saatlarında Dağlıq Qarabağda növbəti dəfə Ermənistan silahlı qüvvələrinə məxsus hərbi yük maşını qəzaya uğrayıb. Yol-nəqliyyat hadisəsində Cəbrayıl yaxınlığındakı hərbi poliqondan qayıdan 15 nəfərədək hərbi qulluqçu xəsarət alıb.
     
    Muxalifet.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yerli hərbi bölmələrdən birinin taqım komandiri Vladimir Qriqoryan adlı şəxs yazıb.

    Muxalifet3 - 12-07-2017

  5. Maşallah Əhmədovun işi üzrə ekspertiza başa çatdı

    Dələduzluqda təqsirləndirilən sabiq futbolçu Maşallah Əhmədovun satdığı tikinti materiallarının qiymətinin müəyyənləşdirilməsi ilə bağlı ekspertiza başa çatıb.

    Muxalifet3 - 12-07-2017

  6. ​OPEK Rusiya ilə bağlı proqnozunu dəyişdi

    OPEK 2017-ci ildə Rusiyada neft hasilatı proqnozunu sutkada 11,07 milyon barelə qədər artırıb.
     
    Belə ki,bu, əvvəlki qiymətləndirmə ilə müqayisədə 30 min barel çoxdur.
    Beləliklə, OPEK 2017-ci ildə Rusiyada neft hasilatının 2016-cı ildəki səviyyədən sutkada 10 min barel az olacağını gözləyir./Trend/

    Muxalifet3 - 12-07-2017

  7. ​Ana bu dəfə oğlunu da işə salıb: dələduzluq, rəsmi sənədlərin saxtalaşdırılması...

    Dələduzluqda təqsirləndirilən ana və oğulun məhkəməsi başlayıb.
     
    Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Qədəm Tanrıverdiyeva və onun oğlu Nadir Tanrıverdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

    Muxalifet3 - 12-07-2017

  8. ​Vergilər Nazirliyində beş sahibkar barəsində həbs-qətimkan tədbiri seçildi

    2017-ci ilin I yarısında Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktları üzrə başlanmış 139 cinayət işi üzrə aparılan araşdırmalar zamanı 7 milyon 806,5 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
     
    Nazirlikdən APA-ya verilən məlumata görə, 38 cinayət işi üzrə büdcədən yayındırılmış vergilər ibtidai istintaq zamanı tamamilə ödənildiyinə görə onların icraatına xitam verilib.

    Muxalifet3 - 12-07-2017

  9. Türkiyədə fövqəladə vəziyyət rejimi nə vaxt aradan qaldırılacaq?

    "Terrorla mübarizəyə ehtiyac qalmadıqda ölkədə fövqəladə vəziyyət rejimi aradan qaldırılacaq"
    Muxalifet.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
    Dövlət başçısı qeyd edib ki, Fəthullah Gülən hərəkatı və PKK ilə mübarizədə önəmli bir məsafə qət edildi:"Yəni fövqəladə vəziyyət rejimi çox da uzaq olmayan bir gələcəkdə ləğv edilə bilər".
    Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət ötən il iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra üç ay müddətinə tətbiq edilib və sonradan bir neçə dəfə uzadılıb.

    Muxalifet3 - 12-07-2017

  10. ​Polşa: Lex Valensa satqınlıq simvoludur

    Polşanın eks-prezidenti Lex Valensa satqınlıq simvoludur.
     
    Bunu jurnalistlərə açıqlamasında Polşanın müdafiə naziri Anton Maçereviç söyləyib. O, Valensanı Polşa Xalq Respublikasının ən təhlükəli agenti adlandırıb.
    Qeyd edək ki, bundan öncə Polşanın eks-prezidenti, Nobel mükafatçısı Lex Valensanın Polşa Xalq Respublikasının kəşfiyyatına xidmət etdiyi ortaya çıxıb. Valensa özü bu iddiaların hamısını rədd edib. /axar.az/

    Muxalifet3 - 12-07-2017

  11. ​ Dolların sabaha olan məzənnəsi açıqlandı

    Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 13-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.
     
    Muxalifet.az AMB-ə istinadən xəbər verir ki, sabah üçün dolların məzənnəsi 1,7020 səviyyəsində müəyyən olunub.
    Qeyd edək ki, dolların məzənnəsi bu gün də 1,7020 manat təşkil edib.

    Muxalifet3 - 12-07-2017

  12. Kaspersky Lab: “ABŞ-Rusiya arasındakı geopolitik oyunun qurbanı olduq”

     Rusiyanın kiber təhlükəsizlik şirkəti olan “Kaspersky Lab” Rusiya-ABŞ arasında gedən geopolitik mübarizəyə qurban getdiyini bəyan edib. Tramp administrasiyası “Kaspersky Lab”ı texnoloji ləvazimatları almaq üçün hökumət agentliklərinin istifadə etdikləri təsdiq olunmuş iki satış mərkəzi siyahısından çıxardıb. ABŞ hökuməti bu texnoloji avadanlıqlar sayəsində Kremlin ABŞ şəbəkələrinə daxil ola biləcəyini bildirib.
     

    Muxalifet3 - 12-07-2017

  13. "Biz millətimizə terroru bitirəcəyimizə söz vermişik" - ƏRDOĞAN

    15 iyul zəfər günüdür
     
    "2016-cı ilin iyulun 15-də baş verən dövlət çevirilişinə cəhd fəlakət idi. Bunu edənlər lənətlənməlidir. Hadisə zamanı xeyli vətəndaşımız şəhid oldu. Şəhid ölməz. Onları hörmət və ehtiramla anırıq".
    Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən "Milli iradənin zəfəri: Tarixə düşən qeyd" adlı konfransda deyib.

    Muxalifet - 12-07-2017

  14. "Amerika və Azərbaycan yetkil mövqedədir" - MEHMAN ƏLİYEV

    Turan Agentliyinin direktoru Amerikanın Səsinə müsahibəsində Amerika-Azərbaycan münasibətlərindəki son durumdan danışıb
     
    Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Amerikanın Səsinə müsahibəsində Amerika-Azərbaycan münasibətləri və regionda geopolitik maraqlardan danışıb.

    Muxalifet - 12-07-2017

  15. 33 beynəlxalq QHT Makrona müraciət etdi: “Azərbaycanda siyasi məhbusların azad edilməsinə nail ol”

    33 beynəlxalq təşkilat Fransa prezidentinə Azərbaycanda siyasi məhbusların azad edilməsinə kömək etmək çağırışı ilə müraciət qəbul ediblər.
     
    “Biz israrla sizi Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) müxalifət fəalı İlqar Məmmədovun işi üzrə qərarının icrasının təmin edilməsinə kömək etmək üçün administrasiyanızın nüfuzundan və təsir vasitələrindən istifadə etməyə çağırırıq.
    Avropa Məhkəməsi onun hökuməti tənqid etdiyinə görə saxlanıldığı barədə hökm çıxarsa da, o, hələ də həbsdədir.

    Muxalifet - 12-07-2017

  16. Fövqaladə Hallar naziri üçün dəllallıq edən gömrük generalı kimdir?

    Əslən Laçın rayonundan olan Gülməmmədov Novruz İsmayıllı rayonu ərazisində Basqalaltı deyilən ərazidə “Şölətoğlu” ailəvi istirahət mərkəzi yaradıb. Özünün deməsinə görə  həmin obyekti şəxsi əmlakı və banklardan götürdüyü kredit hesabına qurub. Ümumilikdə yarımmilyondan artıq xərci çıxıb.
     
    Bir neçə ay əvvəl Yusif adlı şəxs obyektə gələrək, Kəmaləddin Heydərovun  Qəbələyə gedərkən həmin istirahət mərkəzini görüb, bəyənməsini ona bildirib. Buna görə də, Fövqaladə hallar nazirinin “Şölətoğlu” istirahət mərkəzini almaq fikrini iş adamına çatdırıb.

    Muxalifet - 12-07-2017

  17. Yunusların məcburi gətirilməsi üçün daha bir ay vaxt verildi

    Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı, tarixçi Arif Yunusun məhkəməyə məcburi gətirilməsi üçün daha bir ay vaxt verilib.
     
     Bakı Apellyasiya Məhkəməsində Yunusların işinə baxan hakim Mirpaşa Hüseynov bu haqda məlumat verib.
    Yunuslar haqqında məcburi gətirilmə qərarı mayın 17-də çıxarılıb və icrası Yasamal Rayon Polis İdarəsinə həvalə olunub. Amma üstündən iki ay keçsə də, polis idarəsindən məhkəməyə bu məsələ ilə əlaqədar heç bir cavab gəlməyib.

    Muxalifet - 12-07-2017

  18. Arif Hacılı: “İlham Əliyev seçkilərdə namizədliyini irəli sürmək niyyətində deyil”

    Azərbaycanda prezident seçkilərinə bir ildən bir qədər çox qalıb. Son üç prezident seçkiləri ərzində, demək olar ki, heç bir seçkiqabağı fitnə-fəsad müşahidə olunmayıb, seçkilər isə, yerli və xarici müşahidəçilər tərəfindən qeydə alınmış çoxsaylı pozuntulara baxmayaraq, etibarlı sayılıb. Hər üç seçkinin yekunlarına görə İlham Əliyev prezident elan olunub.
     

    Muxalifet - 12-07-2017

  19. Erməni əsgəri Azərbaycan əsgərinə məktub yazdı

    Epress nəşri erməni ordusunun müddətli hərbi qulluqçusunun Gürcüstanda tanış olduğu dostuna - Azərbaycan əsgərinə ünvanlanmış məktubunu dərc edib.
     

    Muxalifet - 12-07-2017

  20. Ombudsmanın əməkdaşları İlqar Məmmədov və Qiyas İbrahimovla görüşdü

    Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin (Ombudsman) Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsinə əvvəlcədən xəbərdarlıq etmədən plandankənar başçəkmə həyata keçirilib.
     

    Muxalifet - 12-07-2017

Pages