Axtarış
The search found 105783 results in 0.079 seconds.
Search results
“Canım da, balalarım da İlham Əliyevə qurbandır” - İŞDƏN ÇIXARILAN GENERAL
Xəbər verdiyimiz kimi, general Novruzəli Orucov dünən Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilib.
Muxalifet2 - 12-07-2017
Deputat prezidentin işdən çıxardığı generalı müdafiə etdi
Milli Məclisin deputatı, ləğv olunmuş keçmiş Respublika Hərbi komissarı, ehtiyyatda olan general-leytenant Əliağa Hüseynov ölkə başçısı tərəfindən Novruzəli Orucovun Azərbaycanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəis müavininin vəzifəsindən azad edilməsinə münasibət bildirib.
Ə.Hüseynov “Ölkə.Az”-a açıqlamasında deyib ki, Novruzəli Orucov onun hərbi komissar olduğu dövrdə general rütbəsi almayıb:
“Gedin araşdırın görün, Novruzəli Orucov general rütbəsini nə vaxt alıb? O, bu rütbəni mən Respublika Hərbi Komissarı vəzifəsindən gedəndən sonra alıb.Muxalifet2 - 12-07-2017
General Novruzəli Orucovun avtoxuliqanlıq edən oğlu tutulub - RƏSMİ
Bakıda xuliqanlıq edən sürücü saxlanılıb.
Muxalifet2 - 12-07-2017
Nazirlər Bakıda görüşəcək - SƏFİRDƏN AÇIQLAMA
İyulun 18-19-da Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.
Səfir qeyd edib ki, görüşdə ikitərəfli və üçtərəfli məsələlər, eyni zamanda cari məsələlər müzakirə olunacaq.
E. Özoral onu da əlavə edib ki, iyulun 18-19-u tarixlərində Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan gömrük qurumlarının başçılarının da görüşü keçiriləcək(apa).Muxalifet2 - 12-07-2017
Qadına və azyaşlı oğluna xəsarət yetirən şəxs saxlanılıb
Əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunan Vurğun Rəhmanov şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib
Masallıda evə girərək azyaşlıya xəsarət yetirən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 8-də Masallı rayonunun Ərkivan qəsəbəsində yaşayan bir qadına qarşı quldurluq edilməsi barədə DİN-in "102 Zəng Mərkəzi"nə müraciət daxil olub.Muxalifet - 12-07-2017
“Güclü Azərbaycan güclü Türkiyə deməkdir” - SƏFİR
“Keçən il iyulun 15-də Türkiyədə dövlət çevrilişi etməyə cəhd göstərənlər, sadəcə, Pensilvaniyada yaşayan bir nəfərin əmrini yerinə yetirib. Amma həmin gün Türkiyə xalqı prezidenti ilə birlikdə əsl birlik nümayiş etdirdi. Türkiyə xalqı əsl demokratiya dərsi nümayiş etdirdi”.
Muxalifet.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Türkiyədə dövlət çevirilişinə cəhdin ildönümünü ilə əlaqədar təşkil etdiyi mətbuat konfransında deyib.Muxalifet2 - 12-07-2017
Prezidentlərin görüşündən sonra həmsədrlərin regiona səfəri planlaşdırılıb - XİN
Görüşdə hər hansı mexanizmlərin yaradılması müzakirə mövzusu olmayıb
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu il iyulun 11-də Brüsseldə keçirilmiş görüşü ilə əlaqədar Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlama verib.Muxalifet - 12-07-2017
"Pulu ancaq Əli Abbasovdan alıb qaytara bilərəm" - RABİTƏ İŞİ
Məhkəmənin növbəti iclası iyulun 19-na təyin edilib
Muxalifet - 12-07-2017
Prezident Erdoğanın BBC-ə müsahibəsindən: Aİ Türkiyənin vaxtını itirir
Avropa İttifaqı bizim üzvlüyə qəbul edilmənin mümkün olmasını bildirsə idi, Türkiyə "rahatlardı", - Recep Tayyip Erdoğan BBC-ə müsahibəsində deyib.
HARDtalk proqramının aparıcısı Zeinab Badawi ilə söhbət edən Türkiyə lideri ölkəsinin "öz ayaqları üzərində" durmağa qadir olduğunu bildirib.
O, həmçinin 150 jurnalistin məhbəsə atıldığını danaraq mətbuat vəsiqəsinə sahib olan yalnız iki nəfərin həbsdə olduğunu vurğulayıb.
İfadə azadlığıMuxalifet - 12-07-2017
Təhsil Nazirliyindən yeni dərs ilinin müddəti ilə bağlı AÇIQLAMA
Son vaxtlar sosial şəbəkələrdə dərs ilinin başlanma və bitmə tarixlərinin dəyişdirilməsi ilə bağlı valideynlər tərəfindən geniş müzakirələr aparılır. Müzakirələrə müəllimlərdən də qoşulanlar var.
Belə xəbərlər yayılıb ki, dərslərin sentyabrın 1-də başlayıb mayın 25-də yekunlaşacağı barədə qərar veriləcək.
Təhsil Nazirliyi orta məktəblərdə dərslərin sentyabrın 1-də başlayıb mayın 25-də yekunlaşacağı barədə yayılan məlumatlara aydınlıq gətirib.Muxalifet3 - 12-07-2017
Pulun cingiltisi insan hayqırtısını eşidilməz edir – Britaniya hökumətinin şübhəli silah satışları - TƏHLİL
Riçard Norton-Teylor
“Middle East Eye”
İngilis silahlarının Səudiyyə Ərəbistana satılmasının Britaniya və beynəlxalq humanitar qanunvericiliyə zidd olmadığını iddia edən iki hakimin qərarı Britaniya hökumətinin zəfəri hesab ola bilər. Əlbəttə, bu, “dərin dövlət”in qələbəsidir.
Yəməndə britaniyalıların dinc sakinləri öldürdüyünü iddia edə bilərsiniz. Amma bunu necə isbat edə bilirik?Muxalifet3 - 12-07-2017
Pirallahıda şpris istehsal edən zavod tikiləcək
Pirallahı Sənaye Parkının yeni rezidenti - "Diamed Co" MMC tərəfindən burada qabaqcıl Avropa ölkələri, eləcə də Yaponiya və Koreya texnologiyaları əsasında ildə 55-58 milyon ədəd müxtəlif tutumlu birdəfəlik şprislərin istehsalı nəzərdə tutulur.
Muxalifet.az İqtisadiyyat Nazirliyinə istinadən bildirir ki, zavodda şpris istehsalı zamanı yerli və xarici xammaldan istifadə edilməsi planlaşdırılır.Muxalifet3 - 12-07-2017
WhatsApp-dakı videolara görə kütləvi həbslər başladı - 50 NƏFƏR SAXLANILDI
WhatsApp vasitəsi ilə uşaq istismarını özündə əks etdirən görüntülər yaydıqları təsbit edilən bir qrup şəxsin nəzarətə alındığı açıqlanıb.
Milli.az xəbər verir ki, İspaniya Baş Təhlükəsizlik İdarəsi tərəfindən yayılan yazılı açıqlamada, Ameripol və İnterpol təşkilatlarının iş birliyi ilə eyni vaxtda həyata keçirilən əməliyyat zamanı WhatsApp-da uşaq pornosu paylaşan beynəlxalq virtual qrupa böyük zərbə endirildiyi qeyd edilib.Muxalifet3 - 12-07-2017
İrandan Gürcüstana psixotrop maddə keçirmək istəyən sürücü saxlanıldı
İrandan gələn Gürcüstan vətəndaşının idarə etdiyi yük avtomobilində çətənə bitkisinin toxumları aşkar edilib.
Muxalifet.az Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, Astara Gömrük İdarəsinin yük şöbəsində Azərbaycan ərazisindən tranzit gömrük proseduru altında keçməklə İrandan Gürcüstana gedən Gürcüstan vətəndaşı Vatsadze Gocha Quram oğlunun idarə etdiyi "Mercedes" markalı, PA5867BM nömrəli yük nəqliyyat vasitəsinə kinoloji xidmət iti tətbiq edilməklə baxış keçirilib.Muxalifet3 - 12-07-2017
Ağsu və Bakı sakinlərinin şantaj ilə pulları alınıb
Ağsu və Bakıda şantaj edib, pul tələb edən şəxslər saxlanılıb.
Muxalifet.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyulun 6-da Ağsu şəhərinin ərazisində vətəndaş S.M. barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək ondan 7000 ABŞ dolları almış Çaparlı kənd sakini Şənlik Hüseynov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulub.Muxalifet3 - 12-07-2017
Britaniyanın neft servis şirkəti Azərbaycanı tərk edir
Böyük Britaniyanın “Petrowell” neft servis şirkətinin filialı “Petrowell Caspian LTD” Azərbaycandakı nümayəndəliyinin bağlanması barədə elan edib.
Trend-in məlumatına görə, şirkətin kreditorları öz tələblərini növbəti iki ay ərzində Bakı, M.Muxtarov küçəsi 203A, 37 ünvanına irəli sürə bilərlər.
Qeyd edək ki, “Petrowell” şirkəti müxtəlif neft-qaz avadanlığının layihələndirilməsi, hazırlanması, istehsalı və sınaqdan keçirilməsi sahəsində ixtisaslaşır.Muxalifet3 - 12-07-2017
İlham Əliyev: “Bu günün özündə Azərbaycan işğal edilmiş torpaqlarda istənilən hədəfi məhv edə bilər”
“Həmişə olduğu kimi, biz bu il də hərbi potensialımızın gücləndirilməsinə böyük diqqət göstərmişik. Yeni silahlar, ən müasir texnika alınır. Özü də biz texnikanı, silahları, ən müasir avadanlığı müxtəlif ölkələrdən alırıq və onların bir hissəsi artıq gəlir, bir hissəsi isə gələcəkdir. Bu, bizim hərbi potensialımızı daha da artıracaq. Bu günün özündə biz işğal edilmiş torpaqlarda istənilən hədəfi məhv edə bilərik”.
Muxalifet3 - 12-07-2017
“ABŞ-Azərbaycan əlaqələri yeni mərhələyə qədəm qoyub” - PREZİDENT
“ABŞ-Azərbaycan əlaqələri yeni mərhələyə qədəm qoyub”.
Muxalifet.az xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün Nazirlər Kabinetinin iclasında çıxışı zamanı deyib.Muxalifet3 - 12-07-2017
Lapşinin məhkəmə istintaqı başa çatdı
Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan bloqer Aleksandr Lapşinin işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə məhkəmənin istintaqı yekunlaşıb. Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.
Növbəti proses iyulun 14-də keçiriləcək.Muxalifet3 - 12-07-2017
Prezident məmurlara xəbərdarlıq etdi : "Heç kimə güzəşt edilməyəcək!"
“Dövlət məmurları və onların ailə üzvləri davranış normalarına ciddi riayət etməlidirlər”.
Muxalifet.az bildirir ki, prezident İlham Əliyev bunu bu gün Nazirlər kabinetinin iclasında çıxış edərkən deyib.
Dövlət başçısı xalqa xidmət, təvazökarlıq, təkəbbürlü davranmamaq prinsiplərinin dövlət məmurlarının əsas həyat və fəaliyyət normasına çevrilməsinin zəruriliyini vurğulayıb.
Prezident bu məsələdə heç kimə güzəştin olunmadığını və bundan hamının nəticə çıxarmalı olduğunu bildirib.Muxalifet3 - 12-07-2017