​Azərbaycan “İskəndər”ləri hansı silahlarla vura bilər? – NAZİRİN AÇIQLAMASI ERMƏNİLƏRİ TƏŞVİŞƏ SALIB

Azərbaycanın müdafiə naziri Zakir Həsənov “RİA Novosti”yə müsahibəsində Ermənistanın Rusiyadan aldığı “İskəndər” raket kompleksləri haqda danışıb.
Belə ki, Z.Həsənov Azərbaycanın “İskəndər”ləri məhv etmək gücünə malik silahlarının olduğunu deyib.
Müdafiə nazirinin bu sözləri Ermənistanda ciddi təşvişlə qarşılanıb. Çünki Ermənistan hakimiyyəti erməni ictimaiyyəti qarşısında “İskəndər” raketləri ilə öyünürdü.
Azərbaycan “İskəndər”ləri hansı silahlarla vura bilər?
Rusiyanın “lenta.ru” saytı Azərbaycanın silah arsenalında “İskəndər”i məhv edəcək raket sisteminin olduğunu yazıb: “Misal üçün, bu raketlərin qarşısını kəsə biləcək sistemlərdən biri “Favorit” S-300PMU-2 var. Bu sistem Rusiya istehsalıdır və Azərbaycan ordusunun arsenalında var. S-300PMU-2 saniyədə 2,8 kilometr sürətlə 40 kiçometr uzaqlıqdakı hədəfi məhv edə bilər”.
Bununla yanaşı, sayt Azərbaycanın İsraildən aldığı orta mənzilli “Barak 8” raket sisteminin də “İskəndər”in qarşısını ala biləcəyini qeyd edir.