Axtarış
The search found 105857 results in 0.026 seconds.
Search results
Rusiya sabahdan Türkiyəyə aviareysləri məhdudlaşdırır
Rusiya Türkiyəyə aviareysləri məhdudlaşdırır.
Bu barədə “Rosaviasiya” məlumat yayıb.
Rusiya martın 23-dən yeni tip koronavirus (Covid-19) təhlükəsi ilə əlaqədar Türkiyə ilə aviaəlaqəni məhdudlaşdıracaq. Yalnız İstanbula müntəzəm reyslər davam edəcək. Eyni zamanda rusiyalıların Türkiyədən gətirilməsi üçün çarter reysləri təşkil olunacaq.Muxalifet4 - 22-03-2020
Monako Şahzadəsi koronavirusa yoluxdu
Monako Şahzadəsi II Albert koronavirusa yoluxub.
Bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.
Bildirilib ki, onun analizinin nəticəsi müsbət çıxıb.
Qeyd olunub ki, Monako Şahzadəsinin səhhəti yaxşıdır./apaMuxalifet4 - 22-03-2020
SON DƏQİQƏ: Azərbaycanda koronavirusa yoluxanların sayı 54-ə çatdı - BU GÜN DAHA 12 NƏFƏRDƏ DƏHŞƏTLİ VİRUS AŞKARLANDI
Azərbaycan Respublikasında 12 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan pasiyentlər özlərini normal hiss edirlər, səhhətləri stabildir.
Hazırda Azərbaycanda 54 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli müəssisələrdə həkim nəzarəti altında saxlanılır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.
Muxalifet4 - 22-03-2020
“Azərbaycanda çox böyük sosial gərginlik yarana bilər” - NATİQ CƏFƏRLİ
“Ünvanlı yardımların olması daha böyük önəm kəsb edə bilər".
Muxalifet.az xəbər verir ki, bu sözləri hurriyyet.org-a prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı sərəncamına münasibət bildirərkən REAL Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli deyib.
“Hələ də gec deyil”
Muxalifet4 - 22-03-2020
Lukaşenko xaricə gedənlərə xəbərdarlıq etdi - “GERİ GƏTİRMƏYƏCƏYİK...”
Belarus xaricdə olan vətəndaşlarının geri çağırmaq üçün xaricə çarter reyslər göndərməyəcək.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Belarusa Prezidenti Aleksandr Lukaşenko deyib.
“Biz çığıraraq deyirik ki, xaricə getməyin, evdə qalın. Buna rəğmən sərhədi keçirlər. Bizim xəbərdarlığımızdan sonra xaricə gedənlərə heç bir çarter olmayacaq. Qoy oraya gediblərsə, orada da otursunlar”, – deyə o bildirib.
Muxalifet4 - 22-03-2020
“Koronavirusun vaksini bir ilə hazır olacaq” - ÜST RƏSMİSİ
Koronavirus (COVİD-19) infeksiyasına qarşı vaksin ən yaxşı halda bir il müddətinə hazır olacaq.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə hallar üzrə xüsusi nümayəndəsi Mayk Rayan deyib.
Onun sözlərinə görə, hazırda vaksinin tapılması ilə bağlı işlər davam etdirilir.
Qeyd edək ki, son məlumata görə, dünyada koronavirusa yoluxanların sayı 316 067, ölənlərin sayı isə 13 min 597 nəfərdir.
Muxalifet4 - 22-03-2020
"HAKİM DAİRƏLƏR REAL GÖSTƏRİCİLƏRİ GİZLƏDİR" - Koronavirus xəstələrini müalicə edən həkimdən ŞOK AÇIQLAMA
Rusiya Həkimlər Birliyi ölkədə koronavirusla bağlı real vəziyyətin gizlədildiyini irəli sürüb.
"Anadolu" agentliyi xəbər verir ki, bu barədə birliyin rəhbəri Anastasiya Vasilyeva açıqlama verib. O iddia edib ki, Rusiyada koronavirusa yoluxanların sayı çox olsa da, hakim dairələr real göstəriciləri gizlədir. Onun sözlərinə görə, koronavirus xəstələri “sətəlcəm” diaqnozu ilə qeydiyyata alınır.
Muxalifet4 - 22-03-2020
“Koronavirus hələ ən yüksək həddə çatmayıb” – İSPANİYADA DƏHŞƏT YAŞANIR
İspaniyanın Baş naziri Pedro Sançez koronavirusla bağlı vəziyyət barədə açıqlama verib.
O bildirib ki, hələ koronavirus pandemiyası İspaniyada ən yüksək həddə çatmayıb. Hökumət başçısının sözlərinə görə, indiyədək 1700-dən çox insan həyatını itirib. 25 mindən çox insan virusa yoluxub. Sançez virusla mübarizə aparmaq üçün lazım olan bütün addımların atılacağını bəyan edib.
Qeyd edək ki, koronavirus səbəbiylə İspaniyada fövqəladə vəziyyət elan edilib.Muxalifet4 - 22-03-2020
Ödədiyiniz məbləğin bu hissəsi geri qayıdacaq - FƏRMAN
Bu fərman 3 istiqamətdə çox önəmlidir: həm insanlarımızı kartla ödəniş etməyə sövq edir, çünki bu ödənişdə müəyyən faiz geri qayıdır, həm büdcədən yayınmaların qarşısı alınır, həm də koronavirusun yayılmasına səbəb olan əsginazlardan istifadəni aşağı salır.
Muxalifet4 - 22-03-2020
İtaliyada bir gündə koronavirusdan 651 nəfər öldü
İtaliyada son sutka ərzində koronavirusa yoluxmuş 651 nəfər vəfat edib.
APA-nın xəbərinə görə, İtaliyada koronavirusdan ölənlərin sayı 5476-ya çatıb. Son 24 saat ərzində 5560 nəfər virusa yoluxub, bununla da ölkədə ümumilikdə virusa yoluxanların sayı 59138-ə çatıb. Bu günədək virusa yoluxmuş 7024 nəfər müalicə olunaraq sağalıb.
Muxalifet4 - 22-03-2020
Bu dəqiqədən etibarən iri ticarət mərkəzləri və “Mall”arın fəaliyyəti dayandırılır - QƏRAR
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah iri ticarət mərkəzləri və “Mall”arın bağlanması haqqında qərar verib.
Muxalifet4 - 23-03-2020
Tofiq Yaqublu barəsində cinayət işi açılır - TƏXRİBAT, YOXSA...
Müsavat Partiyasının başqanlığına sabiq namizəd, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu barəsində cinayət işi açılır.
Muxalifet.az-ın xəbərinə görə, bu barədə T.Yaqublunun qızı Nigar Həzi məlumat verib.
Bildirilib ki, T.Yaqublu “8-ci kilometr” adlanan bazarın yaxınlığında park edərkən avtomobili vurulub. Hadisədən sonra tərəflər arasında mübahisə yaranıb. Qarşı tərəf şikayətçi olub.
Məsələ Nizami Rayon Polis İdarəsində araşdırılır./Pravda.az
Muxalifet4 - 23-03-2020
ABŞ-da koronavirusa yoluxanların sayı 38 minə çatır
Bu gün Amerikada koronavirusa yoluxma halında rekord artım müşahidə olunub.
Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən, gün ərzində ölkə ştatlarında ümumilikdə 14 min yoluxma faktı qeydə alınıb. Beləliklə, ABŞ-da aktiv virus xəstələrinin sayı 37,600 nəfərə yüksəlib.
Qeyd edək ki, indiyə kimi Birləşmiş Ştatlarda 94-ü yeni olmaqla 396 nəfər dünyasını dəyişib, 178 nəfər virusdan sağalıb.
Muxalifet4 - 23-03-2020
Türkiyədə koronavirusdan ölənlərin sayı 30-a çatdı
Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca ölkədə koronavirusdan 9 yeni ölüm faktının baş verdiyini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə tvitterdə yazan nazir 289 yeni yoluxma faktının olduğunu da qeyd edib.
Bununla da ölkədə ölüm sayı 30-a, virusa yoluxanların sayı isə 1236 nəfərə yüksəlib.
F. Qoca Türkiyə vətəndaşlarına səslənib: “Yeni canlar itiririk. Yoluxma sayı artır. Ancaq mümkün olduğu qədər çox test etdiyimizi unutmayaq. Müalicəyə alınmış hər şəxslə yayılmanın qarşısını bir az da alırıq. Evimizdə qalaq, risk almayaq”.
Muxalifet4 - 23-03-2020
Gürcüstan “Qırmızı körpü” sərhəd-keçid məntəqəsini açdı - MÜVƏQQƏTİ
Gürcüstanla Azərbaycan arasında gediş-gəliş martın 23-dən etibarən yalnız “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi vasitəsilə mümkün olacaq.
“Sputnik Gürcüstan”ın verdiyi xəbərə görə, bu barədə Gürcüstan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.
Məntəqənin iş saatları 10:00-dan 18:00-dək müəyyən olunub.
Gürcüstan Baş Nazirinin başçılıq etdiyi İdarələrarası Koordinasiya Şurası tərəfindən qəbul edilmiş qərara əsasən, insanların digər keçid məntəqələrindən keçməsinə icazə verilməyəcək.
Muxalifet4 - 23-03-2020
Tramp göstəriş verdi - Nyu-Yorka ordu yeridildi / VİDEO
ABŞ ordusu koronavirusla mübarizə məqsədiylə Nyu-York ştatına yeridilib.
Publika.az xəbər verir ki, Milli Qvardiya qoşunlarının vəzifəsi otellərin, yataqxanaların və idman mərkəzlərinin reanimasiya şöbələrinə o cümlədən oxşar tibb müəssisələrinə çevrilməsini təmin etməkdir. Hakim dairələr Nyu-Yorkda 10 min civarında reanimasiya şöbəsi yaratmaq niyyətindədir. Bildirilir ki, hakim dairələr prezident Donald Trampın göstərişi ilə belə addım atıb.
Muxalifet4 - 23-03-2020
Koronavirus: pandemiya zamanı psixikanı necə qorumalı...
Artıq bir neçə müddətdir ki, koronavirus pandemiyası ucbatından dünyada bir qeyri-müəyyənlik hökm sürür, yoluxmalarla bağlı xəbərlərin ardı-arası kəsilmir. Bu vəziyyət insanların, xüsusilə də psixi pozuntulardan əziyyət çəkən şəxslərin psixikasına təsir etməyə bilməz. Bunun qarşısını necə almaq olar?
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bununla bağlı tövsiyələrini açıqlayıb, ekspertlər və sosial şəbəkə istifadəçiləri onları bəyənib.
Muxalifet4 - 23-03-2020
İran epidemiyanı ört-basdır etməyə çalışır? - ŞOK FAKTLAR
İran koronavirusun ən çox yayıldığı ölkələrdən biridir. Ailələr Novruz bayramını qeyd edir, ancaq ölkə əhalisində belə bir rəy var ki, hakimiyyət virusun vurduğu zərərin həqiqi ölçülülərini gizlədir və vəziyyət daha sürətlə pisləşəcək.
Koronavirus epidemiyası başlayandan bəri Məhəmməd xəstələrinin həyatını qurtarmaq üçün durmadan çalışır. Ölkənin şimalında - Gilan vilayətindəki bir xəstəxanada işləyən doktor Məhəmməd 14 gündür ailəsini görmür. Tibb fakültəsindəki müəllimi də daxil, bəzi həmkarları artıq həlak olub.
Muxalifet4 - 23-03-2020
Azərbaycanlılar yaşayan rayonlara giriş və çıxış qadağan edildi - GÜRCÜSTANDA VƏZİYYƏT GƏRGİNLƏŞİR / Yenilənib
Gürcüstanın Marneuli və Bolnisi bələdiyyələrində bu gündən etibarən tətbiq olunan ciddi karantin qadağaları açıqlanıb.
Belə ki, hər iki rayon ərazisinə daxil olmaq və çıxmaq qadağan edilib.
Rayon sakinlərinin ərzaq məhsulları və dərman almaq, xəstəxanaya getməkdən başqa yerdəyişməsi qadağandır. İctimai nəqliyyatın da hərəkəti tam dayandırılıb.Muxalifet4 - 23-03-2020
DİN-dən Tofiq Yaqublu haqqında ŞOK İDDİA – “Ər-arvadı yumruq və vintaçanla vurub”
Daxili İşlər Nazirliyi (DİN) Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun saxlanılmasına münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, martın 22-i günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində Yaqublu Tofiq Rəşid oğlunun idarə etdiyi “Toyota Corolla” markalı avtomobil Cəbrayılov Elxan Səttar oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub:
Muxalifet4 - 23-03-2020