Gürcüstanda azərbaycanlılar yaşayan iki rayon tibbi maska ilə təmənnasız təmin edilir

Baxış sayı:
330

Gürcüstan hökuməti azərbaycanlıların yığcam yaşadıqları Marneuli və Bolnisi rayonlarını yerli istehsal olan tibbi maskalarla təmənnasız olaraq təmin edir.

Bu barədə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava bildirib. Nazir deyib ki, ötən gün hər iki bələdiyyə üçün 10 min ədəd tibbi maska göndərilib.

N.Turnava bu günün sonuna qədər Marneuli və Bolnisiyə daha 50 min tibbi maskanın çatdırılacağını qeyd edib:

“Qoruyucu tibbi ləvazimatlar ilk olaraq karantin zonasında fəaliyyət göstərən şəxslər və yaşı 70-dən çox olan vətəndaşlara paylanılacaq”.

Qeyd edək ki, Gürcüstan hökumətinin qərarı ilə ötən gündən Marneuli və Bolnisi rayonlarında ciddi karantin rejimi qüvvədədir./report