Çində yeni dəhşətli virus aşkarlandı - SİÇANLARDAN KEÇİR

Baxış sayı:
2142

Çində Kovid-19 virusunun ardından yeni bir virusun meydana çıxdığı xəbəri yayılıb. Ölkənin Yunnan əyalətində bir nəfər avtobusda həyatının itirib. Aparılan testlər nəticəsində həmin şəxsin hanta virusunu daşıdığı aşkara çıxdıqdan sonra həmin avtobusda olan 32 nəfər karantin altına alınıb.

Gəmiricilər vasitəsi ilə insanlara keçən hanta virusunun öldürücü olduğu bildirilir. Qripə bənzər əlamətləri mövcuddur. Hanta virusuna yoluxan şəxslər arasında qızdırma və titrətmə, böyrəklərin funksiyalarının pozulması, başağrısı, əzələ, qol və bel ağrıları, ürəkbulanma və ya qusma, ishal, müvəqqəti bulanıq görmə, öskürək, təngnəfəslik, dəridə qanama kimi əlamətlərin görünə biləcəyi bildirilir.

Hantavirus Ağciyər Sindromu (HPS) siçanların ifrazatları ilə təmasda olan insanlara keçir. İnsandan insana keçmədiyi, epidemiya təhlükəsi yaratmadığı bildirilir./Hurriyyet.org