İŞİD Allahı kafirlərə qarşı koronavirusu gücləndirməyə çağırdı

Baxış sayı:
1735

İslam Dövləti (İŞİD Rusiyada qadağan olunmuş beynəlxalq terror təşkilatı) Allahı kafirlərin əzabını şiddətləndirmək üçün koronavirusu gücləndirməyə çağırıb.

Bu barədə "Al-Naba" qəzeti məlumat yayıb.

Nəşr bildirir ki, Uca Allah bütpərəstliyin cəzası olaraq dünyaya xəstəlik göndərib. İnfeksiyaya görə "səlibçilər"in ordusu öz ölkələrinə geri çəkilməli və epidemiya ilə mübarizə aparmalı idilər.

"Allahdan əzablarını artırmağı və iman gətirənləri bütün bunlardan xilas etməsini diləyirik", - məlumatda deyilib. Bu şəraitdə "cihad döyüşçüləri" düşmənlərinə təzyiqləri artırmalı və müsəlmanlara qarşı etdikləri bütün cinayətləri unutmamalıdırlar.

Martın 15-də İŞİD yaraqlılarına koronavirus təhlükəsi barədə xəbərdarlıq edib və xəstə insanlardan uzaq durmağı, yeməkdən əvvəl əllərini yumağı və yoluxmuş bölgələrə getməməyi tövsiyə edib.

Johns Hopkins Universitetinin layihəsindən alınan son məlumatlara görə, dünyada demək olar ki, 384 min koronavirus infeksiyası qeydə alınıb. İraqda 226 nəfər yoluxub, 26-sı isə ölüb. İŞİD-in mövqelərinin hələ də güclü olduğu Suriyada ən azı bir yoluxma hadisəsi məlum olub./Virtualaz.org