Axtarış
The search found 105857 results in 0.087 seconds.
Search results
Təcili yardım maşını ilə sərnişin daşıyan şəxs işdən çıxarılıb - RƏSMİ
Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin avtomobili vasitəsilə rayondan Bakı şəhərinə sərnişin daşıması ilə bağlı sosial şəbəkələrdə yayılan videomateriallarla bağlı TƏBİB açıqlama yayıb.
TƏBİB-dən “Report”a verilən məlumata görə, Ağsu Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin avtomobili vasitəsilə rayondan Bakı şəhərinə sərnişin daşıması ilə bağlı sosial şəbəkələrdə yayılan videomateriallarla əlaqədar məsələ araşdırılıb.
Muxalifet4 - 23-03-2020
Azərbaycanda koronavirusla bağlı yalan məlumat yayan 3 nəfər həbs edildi
Azərbaycanda koronavirus infeksiyası ilə əlaqədar əhali arasında dezinformasiya xarakterli məlumatlar yaydığına görə 3 nəfər inzibati qaydada həbs olunub.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Muxalifet4 - 23-03-2020
Polis fəaliyyətini dayandırmayan 71 obyekt sahibini cərimələdi
Koronavirus infeksiyası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən ölkə ərazisində zəruri sosial izolyasiya tədbirləri tətbiq edilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, konkret olaraq kütləvi tədbirlərin keçirilməsi təxirə salınıb, restoran və kafelərdə iş rejimi saat 15:00-dək müəyyən edilib.
Tətbiq olunan məhdudiyyətlər vətəndaşlar tərəfindən bütövlükdə anlayışla qarşılanır, dövlətin həyata keçirdiyi tədbirlər dəstəklənir.
Muxalifet4 - 23-03-2020
Gürcüstanda koronavirusa yoluxanların sayı 61-ə çatdı
Gürcüstanda təsdiqlənən koronavirusa yoluxma halları artıb.
Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi rəsmi saytda bildirilib.
Qeyd edilir ki, koronavirusa yoluxanların sayı 61-ə çatıb, virusa yoluxanların 8-i tam sağalıb.
Hazırda karantində 3 320, stasionar nəzarətdə isə 235 nəfər saxlanılır.
Muxalifet4 - 23-03-2020
ŞOK AÇIQLAMA: Marneulidə koronavirusa yoluxan şəxs 1700 nəfərlə təmasda olub
Marneulidə koronavirusa yoluxmuş qadın kifayət qədər çox insanla təmasda olub.
Səhiyyə eksperti Akaki Zoidzenin bildirdiyinə görə, hazırda ümumilikdə 1700-dək onunla təmasda olmuş şəxs müəyyən edilib. Bu barədə məlumatı İctimai Kanal yayımlayıb.
“Marneuli və Bolnisidə məsələ kifayət qədər problemlidir, çünki çox insanla təmasda olub, hazırda bu rəqəm 1700-dək yüksəlib. 90 nəfər daha sonra 1700 nəfərədək adamla təmasda olub və onların hamısının təcrid olunması lazım gələcək”, – Akaki Zoidze bildirib.Muxalifet4 - 23-03-2020
Şoyqu Putinin təlimatı ilə Suriyaya getdi - ƏSƏDLƏ GÖRÜŞƏCƏK
Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə Suriya Prezidenti Bəşər Əsəd arasında görüş baş tutub.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, Suriyanın paytaxtı Dəməşqdə keçirilən görüşdə tərəflər İdlib təhlükəsizlik zonasındakı son vəziyyəti, ölkənin digər bölgələrində sabitliyin bərpası, terrorizmə qarşı birgə mübarizədə hərbi-texniki əməkdaşlığı müzakirə ediblər.
Qeyd edək ki, S.Şoyqu Rusiya Prezidenti Vladimir Putinin təlimatı ilə Suriyada səfərdədir.
Muxalifet4 - 23-03-2020
Azərbaycanda xüsusi karantin rejimi elan edildi - SABAHDAN ETİBARƏN SƏRT QADAĞALAR TƏTBİQ OLUNACAQ...
Martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilib.
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, iclasda ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul edilib. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bununla bağlı məlumatında deyilir:
Muxalifet4 - 23-03-2020
Azərbaycanda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıldı - RƏSMİ AÇIQLAMA
Koronavirus infeksiyasının yayılması hallarının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərara əsasən martın 24-də saat 00:00-dan etibarən aprel ayının 20-dək xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna girişi, eləcə də Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olan nəqliyya
Muxalifet4 - 23-03-2020
65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edildi - AZƏRBAYCANDA
Sabahdan 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan ediləcək.
Bu, Nazirlər Kabineti yanında Operativ Qərargahdan ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərarında bildirilib.
Bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsinin təmin edilməsi tapşırılıb.
Muxalifet4 - 23-03-2020
Bakı qeydiyyatında olanlar da rayonlara buraxılmayacaq - RƏSMİ
Elan edilmiş xüsusi rejimin tələblərinə görə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla respublikanın şəhər və rayon qeydiyyatında olan nəqliyyat vasitələrinin, eləcə də rayon qeydiyyatında olan vətəndaşlarımızın Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş və çıxışları tam məhdudlaşdırlır.
Muxalifet4 - 23-03-2020
DİQQƏT! - Azərbaycanda 10 nəfərdən artıq insanın bir yerə toplaşması qadağan edildi
Xəbər verdiymiz kimi, martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilib.
İclasda ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul edilib.Muxalifet4 - 23-03-2020
Ölkədə tətbiq edilmiş xüsusi rejimlə bağlı birifinq keçirildi - VİDEO / Yenilənib
Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejiminin elan edilməsi ilə bağlı brifinq keçirilib.
Brifinqdə aidiyyəti qurumların rəsmiləri karantin qaydalarını açıqlayıb:
Muxalifet4 - 23-03-2020
Azərbaycan-Gürcüstan sərhədinin bağlı saxlanılma müddəti uzadıldı
Azərbaycan və Gürcüstan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə 2020-ci il 13 mart tarixində qəbul edilmiş dövlət sərhədinin müvəqqəti bağlanması barədə qərarın müddəti aprelin 20-dək uzadılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, yükdaşımaların həyata keçirilməsi üçün tranzit dəhliz fəaliyyət göstərir.
Muxalifet4 - 23-03-2020
Diplomatlarımız koronavirus yayılan ölkələrdə fəaliyyətlərini davam etdirir
“Bu gün hətta koronavirusun geniş yayıldığı ölkələrdə də Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin rəhbərləri, səfirlər, baş konsullar, səfirlik və konsulluqların işçiləri, onların ailə üzvləri fəaliyyətlərini davam etdirirlər”.
Bunu jurnalistlərin suallarını cavablandıran Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.Muxalifet4 - 23-03-2020
Qazaxda da karantin çadırları quruldu - FOTOLAR
Azərbaycan ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Gürcüstanla sərhəddə Qazax rayonunun ərazisində yerləşən “Qırmızı körpü” və Balakən rayonunun ərazisində yerləşən “Mazımçay” sərhəd-keçid məntəqələrinin yaxınlığında Fövqəladə Hallar Nazirliyi tərəfindən qəbul-çeşidləmə məntəqələri qurulub.
Muxalifet4 - 23-03-2020
Azərbaycanda koronavirusun ən çox yayıldığı ərazi məlum oldu
"Azərbaycanda koronavirus əsasən fevralın sonu və martın əvvəlində idxal olunurdu. Bu günə onların sayı təxminən 30 nəfərdir".
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.
"Bundan sonra isə xəstəliyə yoluxma halları ölkə daxilində də qeydə alınmağa başladı. Bu xəstəlik əsasən cənub zonasında daha çoxdur. Çünki ilk vaxtlar sərhədlər hələ ki tam bağlanmamışdı. Xüsusən İranla", - deyə nazir müavini bildirib./Report
Muxalifet4 - 23-03-2020
Fatih Terim də koronavirusa yoluxdu - XƏSTƏXANAYA YERLƏŞDİRİLİB
Türkiyənin "Qalatasaray" klubunun baş məşqçisi Fatih Terim koronavirusa yoluxub.
Bu barədə 67 yaşlı mütəxəssis rəsmi "Twitter" hesabı vasitəsilə ilə məlumat verib.
O, koronavirus testinin müsbət nəticələndiyini və hazırda xəstəxanada olduğunu vurğulayıb./Report
Muxalifet4 - 23-03-2020
Türkiyədə koronavirusdan ölənlərin sayı artdı – RƏSMİ AÇIQLAMA
Türkiyədə koronavirusdan ölənlərin sayı artıb.
Muxalifet.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.
O, qeyd edib ki, ölkədə 37 nəfər koronavirusun qurbanı olub.
Məlumata görə, virusa yoluxanların sayı 293 nəfərə yüksəlib.Muxalifet4 - 24-03-2020
Gürcüstanda koronavirusa yoluxan qadın Azərbaycandan gedən şəxslərlə təmasda olub - HƏMİN ŞƏXSLƏRİN ADI RƏSMİ BAKIYA TƏQDİM EDİLDİ
“Gürcüstan Marneulidən olan 62 yaşlı qadının koronavirusa haradan yoluxmasının müəyyən edilməsi məqsədi ilə Azərbaycan tərəfi ilə əməkdaşlıq edir”.
Bu barədə Gürcüstanın Məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri Ekaterine Tikaradze məlumat verib.
Muxalifet4 - 24-03-2020
91 yaşlı türk koronavirusa qalib gəldi
İngiltərənin paytaxtı Londonda yaşayan 91 yaşlı İbrahim Özalp koronavirusdan sağalıb.
"CNN Türk" xəbər verir ki, Özalp, 10 gün əvvəl ürək sıxılması səbəbiylə Londonun şimalındakı Homerton Xəstəxanasına aparılıb və aparılan testlər nəticəsində onun koronavirusuna yoluxduğu məlum olub. Türk xəstəsi ilə bağlı açıqlama verən həkimlər Özalpın güclü immunitetinə görə xəstəlikdən sağaldığını bidiriblər.
Qeyd edək ki, İngiltərədə koronavirusa yoluxanların ümumi sayı 6500-ə, ölənlərin sayı isə 335-ə çatıb.
Muxalifet4 - 24-03-2020