Axtarış

The search found 105857 results in 0.031 seconds.

Search results

  1. Marneulidə səhra xəstəxanası yaradıldı - RAYON KORONAVİRUSUN YOLUXMA MƏNBƏYİDİR...

    Gürcüstanın Marneuli rayonunda səhra xəstəxanası yaradılıb.

    Bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

    Xəstəxana Gürcüstan hökumətinin qərarı ilə təşkil olunub. Onun qurulması işlərini ötən gecə Fövqəladə Halların İdarə olunması Xidməti həyata keçirib.

    Qeyd edək ki, Marneulidə koronavirusun daxili yayılması təhlükəsi olduğundan rayonda bu gündən ciddi karantin rejimi tətbiq olunur. 

    Xatırladaq ki, buna səbəb ötən gün Marneulidə koronavirus diaqnozu qoyulan qadının yoluxma mənbəyinin müəyyən olunmamasıdır.

    Muxalifet4 - 23-03-2020

  2. ​DİN Marnelu və Bolnisidəki vəziyyətlə bağlı AÇIQLAMA VERDİ – 24 saatlıq nəzarət tətbiq olunur

    Polis Marneuli və Bolnisidə ictimai asayişin qorunması və fövqəladə vəziyyətin qaydalarına riayət olunmasını təmin edir.
    Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) bəyanatında bildirilib.
    Qeyd olunub ki, DİN yüksək epidemioloji riskə görə Gürcüstan hökumətinin qərarına əsasən, Marneuli və Bolnisidə tətbiq olunan ciddi karantin məhdudiyyətlərini 24 saat ərzində nəzarətdə saxlayır.

    Muxalifet4 - 23-03-2020

  3. ŞOK: Polis 16 yaşlı yeniyetmə tərəfindən bıçaqlandı - AĞCABƏDİDƏ

    Ağcabədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

    Belə ki, rayon sakini Nadim Nadir oğlu Qürbətov həmrəylisi 16 yaşlı yeniyetmə tərəfindən bıçaqlanıb. 

    Məlumata görə, N.Qürbətov Agcabədi Rayon Polis Şöbəsinin post patrul xidmətinin əməkdaşıdır.

    Qeyd edək ki, N.Qürbətovun atası Nadir Qürbətov 82 saylı Ağcabədi dairə seçki komissiyasının (DSK) sədridir.

    Muxalifet4 - 23-03-2020

  4. Marneulidəki vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA – Həkim qrupları kəndlərdə yoxlamalar həyata keçirəcək / YENİLƏNİB

    “Hazırda Marneulidə vəziyyət tam sakitdir”.
    Bu barədə Marneuliyə səfər edən Gürcüstanın baş nazirinin regional inkişaf məsələləri üzrə müşaviri Sozar Subari jurnalistlərə açıqlamasında bildirib.
    Onun sözlərinə görə, rayonda ərzaq mağazaları, apteklər, bank filialları və çörək məmulatları müəssisələrindən başqa bütün obyektlər bağlıdır.

    Muxalifet4 - 23-03-2020

  5. Gürcüstan ombudsmanı azərbaycanlılara müraciət etdi

    Gürcüstan ombudsmanı Nino Lomcaria Marneuli və Bolnisidə tətbiq olunan ciddi karantin rejimi ilə bağlı yerli sakinlərə müraciət edib.

    Muxalifet.az xəbər verir ki, Ombudsman vətəndaşlara narahat olmamağa çağırıb:

    Lomcaria bildirib ki, bu prosesə maksimal dərəcədə qoşulacaq və eyni zamanda yaranmış vəziyyətdə insanların ehtiyaclarının aşkar olunmasının və hüquqlarının qorunmasının monitorinqini həyata keçirəcək.

    Muxalifet4 - 23-03-2020

  6. Azərbaycan Abxaziyada keçirilən "prezident seçkiləri"nin nəticəsini tanımır - BƏYANAT

    Azərbaycanın Xarici İşlər Nazirliyi Gürcüstanın Abxaziya bölgəsində 22 mart 2020-ci il tarixində keçirilmiş qondarma “prezident seçkiləri” ilə bağlı bəyanat yayıb.

    Muxalifet4 - 23-03-2020

  7. “Azərbaycana yaşlı, xəstə şəxslər və körpə uşaqlılar daha əvvəl göndərilir” - TÜRKİYƏDƏKİ SƏFİRLİYİMİZDƏN AÇIQLAMA

    “Hər gün səfirliyin “Qaynar xətt” nömrələrinə minlərlə zəng olur. Azərbayana getmək istəyənlərlə bağlı hər dəqiqə siyahı artır”. 

    Bu barədə APA-nın yerli bürosuna Azərbaycanın Türkiyədəki Səfriliyindən bildirilib.

    Səfirilyin məlumatında qeyd edilib ki,  “Qaynar xətt” nömrələrinə zəng edənlər siyahıya alınır, amma çarter uçuşlar zamanı əlində təyyarə bileti olanlar, yaşlı, xəstə və körpə uşaqlılar daha əvvəl göndərilir”. 

    Muxalifet4 - 23-03-2020

  8. ​"Koronavirusa yoluxmuş qadın Marneulidə 200 nəfərin iştirak etdiyi yas mərasiminə qatılıb" – MARNEULİ MERİ / Yenilənib

    Marneulidə koronavirusa yoluxmuş şəxs, 11 mart tarixində anasının yas mərasiminə qatılan təqribi olaraq 200 nəfərlə bir arada olduğu bəlli olub.
    24News.ge xəbər verir ki, bu sözləri Marneuli meri, Zaur Darğallı jurnalistlərə müsahibəsində bildirib.
    Z.Darğallı deyib ki, yas mərasimində iştirak edən şəxslərin siyahısı hazırlanır və müvafiq tədbirlər görüləcək.
    Marneuli meri həmçinin, bu günədək Marneulidə 34 nəfərin özünü tədric (ev şəraitində karantin) halında olduğunu da əlavə edib.

    Muxalifet4 - 23-03-2020

  9. Bakıdakı dünya çempionatı təxirə salındı

    Bakıda keçirilməli olan aerobika gimnastikası üzrə 16-cı dünya çempionatı təxirə salınıb.

    Bunu Beynəlxalq Gimnastika Federasiyası (FİG) açıqlayıb.

    Mayın 14-16-da baş tutmalı olan yarış qeyri-müəyyən müddətə keçirilib. Buna koronavirus pandemiyası səbəb olub. Həmçinin 9-cu Dünya Yaş Qrupu yarışı da təxirə düşüb. 

    Bildirilir ki, hazırda FİG və Azərbaycan Gimnastika Federasiyası arasında yarışın keçirilməsi tarixi ilə bağlı uyğun variant barədə müzakirələr aparılır./Apasport.az

    Muxalifet4 - 23-03-2020

  10. Yol polisi sürücülərə spirt, maska və əlcək payladı - FOTO

    İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yeni növ koronavirus infeksiyasının yayılmasına qarşı respublikamızda həyata keçirilən sosial izolyasiya tədbirlərinə dəstək məqsədi ilə maraqlı aksiya təşkil edilib.

    Muxalifet4 - 23-03-2020

  11. "QEYDİYYATSIZ SƏRNİŞİN DAŞIYANLAR..." - DYP sürücü və sərnişinlərə xəbərdarlıq etdi

    Koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə tətbiq edilmiş məhdudiyyətlə əlaqədar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olmayan şəxslərin mart ayının 19-dan 29-dək qeyd olunan ərazilərə girişləri üçün qadağanın qüvvədə olmasına baxmayaraq, ayrı-ayrı minik və yük avtomobillərinin sürücüləri tərəfindən qeydiyyatsız sərnişinlərin daşınması hallarına tez-tez rast gəlinir.

    Muxalifet4 - 23-03-2020

  12. Fransada koronavirus dərmanı uğurla sınaqdan keçdi

    Malyariyayanın müalicəsində istifadə edilən dərman koronavirusun müalicəsində uğurla sınaqdan keçirilib.

    “RİA Novosti” xəbər verir ki, bu barədə məlumat "International Journal of Antimicrobial Agents" jurnalında yer alıb.

    Hazırda COVID-19-un müalicəsi üçün xüsusi dərman mövcud deyil. Bununla belə, bütün dünyada yüzlərlə kliniki sınaqlarda başqa göstərişlər üçün nəzərdə tutulmuş dərmanların SARS-CoV-2-yə təsiri araşdırılır.

    Muxalifet4 - 23-03-2020

  13. Gürcüstanda da məktəblərdə tətilin müddəti uzadıldı - 21 APRELƏDƏK

    Gürcüstanın bütün təhsil müəssisələrində koronavirusla bağlı elan olunan tətilin müddəti aprelin 21-dək uzadılıb.

    Bu barədə Gürcüstan hökuməti qərar qəbul edib.

    Ali məktəblərə distant təhsilin müxtəlif formalarından istifadə tövsiyə edilib.

    Qeyd edək ki, bundan öncə qonşu ölkənin təhsil ocaqlarında tətil aprelin 1-dək elan olunmuşdu.

    Muxalifet4 - 23-03-2020

  14. İranda koronavirusdan ölənlərin sayı 1812-yə çatdı

    İranda COVID-19 virusuna yoluxanların sayı 23049-a çatıb.

    APA-nın xəbərinə görə, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü deyib.

    Nazirlik rəsmisi bildirib ki, son sutka ərzində koronavirusa yoluxmuş 127 nəfər vəfat edib və ümumilikdə ölkədə ölənlərin sayı 1812-yə çatıb. Son 24 saat ərzində 1411 nəfər koronavirusa yoluxub. Bu günədək sağalanların sayı isə 8376 nəfərdir.

    Muxalifet4 - 23-03-2020

  15. Bakıda iki nəfər itkin düşdü

    Muxalifet.az xəbər verir ki, paytaxt sakini - 1980-ci il təvəllüdlü E.İbrahimov Binəqədi qəsəbəsi yaxınlığındakı qəbiristanlıqdan çıxarkən yoxa çıxıb.

    Məlumatda 40 yaşlı kişinin ciddi psixoloji problemlərinin olduğu qeyd edilib.

    Daha bir fakt isə paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.

    Rayonun R.Bağırov küçəsində yaşayan 1976-cı il təvəllüdlü Ş.Şirinov evdən çıxıb və bir daha geri qayıtmayıb.

    Hər iki faktla bağlı araşdırma aparılır. (Bakupost.az)

    Muxalifet4 - 23-03-2020

  16. Bu ölkədə küçəyə maskasız çıxanlar cərimələnəcək

    Özbəkistanda küçəyə tibbi maska taxmadan çıxanlar cərimə olunacaq.

    Bu barədə məlumatı ölkənin Nazirlər Kabineti yanında operativ qərargah yayıb.

    Məlumata görə, küçəyə birinci dəfə tibbi maskasız çıxanlar 223 min sum (23 dollar), ikinci dəfə çıxanlar isə 665 min sum (təxminən 70 dollar) cərimə ödəməli olacaqlar.

    Qeyd edək ki, qərar martın 25-dən qüvvəyə minəcək. Ölkədə 43 nəfər koronavirusa yoluxub.

    Muxalifet4 - 23-03-2020

  17. "Qurani-Kərim"də koronavirusla bağlı hansı ayələr var? - Professor BÜTÜN İŞARƏLƏRİ açıqladı

    Türkiyənin “Dünya qəzeti”nin köşə yazarı Vahab Munyar Yer kürəsini bürüyən koronavirus pandemiyası ilə bağlı əhəmiyyətli məqalə qələmə alıb.

    Publika.az xəbər verir ki, yazar köşəsində pandemiyaya tam fərqli gözdən baxmaq fikrini çatdırıb.

    “Şənbə günü, Merac Qəndilini idrak etdiyimiz gün “Yıldız” Holdinqin idarə heyətinin üzvü Murad Ülkərdən mesaj gəldi. Mesajın ilk cümləsi telefonumun ekranına əks olundu: “Bu başımıza gələnlər adət deyil, ayətdir”.

    Muxalifet4 - 23-03-2020

  18. SON DƏQİQƏ: Azərbaycanda daha 7 nəfərdə koronavirus aşkarlandı - DƏHŞƏTLİ VİRUSA YOLUXANLARIN SAYI 61 OLDU

    Azərbaycan Respublikasında 7 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. 

    Nazirlər Kabineti yanında Operativ Qərarghdan verilən xəbərə görə, hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan 61 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 3 nəfərinin vəziyyəti orta ağır qiymətləndirilir, digərləri isə özlərini normal hiss edirlər, səhhətləri stabildir. Pasiyentlərin müalicəsi ilə bağlı zəruru tədbirlər davam etdirilir. 

    Muxalifet4 - 23-03-2020

  19. Operativ Qərargah xaricdə olan azərbaycanlılara səsləndi

    Qlobal xarakter daşıyan koronovirus pandemiyası ilə əlaqədar beynəlxalq uçuşların əksəriyyəti dayandırılıb, dövlətlərarası sərhədlər bağlanıb, ölkələr xüsusi karantin və fövqəladə vəziyyət rejiminə keçiblər.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata bildirilir.

    Məlumatda qeyd olunub ki, nəticə etibarilə, dünya boyunca yüz minlərlə sərnişin müxtəlif ölkələrdə qalmalı olub:

    Muxalifet4 - 23-03-2020

  20. Tofiq Yaqublu haqqında növbəti həbs qərarı... - 3 AY MÜDDƏTİNƏ HƏBS OLUNDU

    Nizami Rayon Məhkəməsində Müsavat Partiyasının üzvü Tofiq Yaqublun barəsində həbs qətiman tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

    Məhkəmə T.Yaqublunun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.

    Muxalifet4 - 23-03-2020

Pages