Axtarış
The search found 105854 results in 0.165 seconds.
Search results
Azərbaycanda metronun fəaliyyəti dayandırılır? - RƏSMİ AÇIQLAMA
"Tədris prosesində fasilə elan olunduğu üçün hazırda sərnişin sıxlığı müşahidə olunmur”.
Ölkədə koronavirus təhlükəsi ilə əlaqədar ciddi məhdudlaşdırıcı tədbirlər həyata keçirilsə də, vətəndaşların ən çox istifadə etdikləri metroda sərnişinlərin sıxlığı müşahidə olunmaqdadır. Bu isə virus təhlükəsindən ehtiyatlanan insanlarda əlavə stress yaşadır.
O baxımdan, mümkün riskləri önləmək üçün məhdudlaşdırıcı tədbirlər çərçivəsində Metropolitenin fəaliyyətinin dayandırılması ehtimalı xeyli güclənib.
Muxalifet4 - 18-03-2020
DƏHŞƏTLİ PROQNOZ: "İranda 3,5 milyon insan koronavirusdan öləcək"
İranın Şərif Texnologiya Universitetinin tədqiqatçıları COVID-19-un İranda daha da yayılması və onun nəticələri ilə bağlı fərqli ssenariləri sınamaq üçün komputer simulyatoru hazırlayıblar.
APA-nın "Deutsche Welle"yə istinadən verdiyi xəbərə görə, bu hesablamaya əsasən İranda təxminən bir həftə ərzində pandemiya öz zirvəsinə çatacaq, ölənlərin sayı 12 000 nəfəri keçəcək.
Muxalifet4 - 18-03-2020
BDU-nun zəhərlənərək ölən tələbəsinin ekspertiza rəyinin nəticələri açıqlandı - FOTO
Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənərək ölən Xasmətova Şəkər Faiq qızının ekspertiza rəyinin nəticələri açıqlanıb.
Bu barədə “Report”a Ş.Xasmətovanın atası Faiq Xasmətov məlumat verib.
O bildirib ki, Türkiyə Respublikasında keçirilən ekspetizanın rəyinə əsasən, qızı dəm qazından vəfat edib:
“Hazırda istintaq davam edir. Biz vəkilimiz Türkel Süleymanlı ilə məsləhətləşəndən sonra müvafiq qurumları məhkəməyə verəcəyik. Yaxın günlərdə iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəyik”.
Muxalifet4 - 18-03-2020
“EVDƏ QAL, HƏYATLARI XİLAS ET!” - Ümümdünya Səhiyyə Təşkilatından çağırış
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyi koronavirus təhlükəsi ilə əlaqədar insanlara “Evdə qal, həyatları xilas et!” çağırışı ilə müraciət edib.
ÜST insanlara bu çağırışını sosial şəbəkə vasitəsilə çatdırıb:
Çağırışda bildirilir:
“Evdə qal, həyatları xilas et! Siz də bu təşəbbüsə qoşulun, koronavirusa yoluxma riskinizi azaldın”.
Muxalifet4 - 18-03-2020
AMEA-dan koronavirusla bağlı yeni açıqlama - "BOLLUCA İSTİRAHƏT EDİN!
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) koronavirusdan qorunmanın yeni qaydalarını açıqlayıb.
Akademiyadan bildirilib ki, AMEA-nın Biofizika İnstitutunda koronavirus (COVID-19) və ondan qorunma yolları barədə müzakirələr aparılıb, bir sıra vacib məlumatların ictimaiyyətə çatdırılması vacib hesab edilib.
Qeyd olunub ki, koronaviruslar ümumi soyuqdəymə kimi tənəffüs yollarının xəstəliklərinə səbəb olan virusların böyük bir ailəsidir.
Bildirilib ki, bəzi ölkələr çoxlu sayda xəstəni müayinə etmək iqtidarında deyillər:
Muxalifet4 - 18-03-2020
SOCAR Mübariz Mənsimovun həbsi barədə AÇIQLAMA YAYDI
Son günlərdə Türkiyədə “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovun saxlanılması ilə bağlı sosial şəbəkələrdə yayılan müxtəlif fərziyyələrdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) adı hallandırılıb.
Muxalifet4 - 18-03-2020
İRANDA VƏZİYYƏT GƏRGİNLƏŞİR - Ölənlərin sayı 1135 nəfərə çatdı
İranda koronavirusdan ölənlərin sayı 1135, xəstəliyə yoluxanların sayı isə 17 361 nəfərə çatıb.
APA-nın xəbərinə görə, bu barədə İranın Səhiyyə Nazirliyinin sözçüsü bildirib.
Muxalifet4 - 18-03-2020
Bakıda 50 hotel fəaliyyətini dayandırdı - KORONAVİRUSA GÖRƏ
Bakı şəhərində 50-yə yaxın orta və kiçik hotellər fəaliyyətini dayandırıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Oxu.Az-a Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi məlumat verib.
Onun sözlərinə görə, buna səbəb mövcud vəziyyətlə bağlı Nazirlər Kabineti yanında operativ qərargahın respublika ərazisində koronavirus (COVİD-19) təhlükəsi ilə bağlı bir aylıq xüsusi rejimin tətbiq etməsidir:
Muxalifet4 - 18-03-2020
Koronavirusla mübarizəyə dəstək məqsədilə VİDEO-ÇARX
Azərbaycanda COVID-19 epidemiyası ilə mübarizə çərçivəsində video-çarx hazırlanıb.
Video-çarxda koronavirusla mübarizəyə qarşı profilaktik tədbirlərin əhəmiyyətindən danışılır.
/Apa/
Muxalifet4 - 18-03-2020
“MƏHKƏMƏNİN QƏRARINA HÖRMƏTLƏ YANAŞMALIYIQ” - Türkiyə səfiri Mübariz Mənsimovun həbsindən danışdı
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovun həbs edilməsinə münasibət bildirib.
Muxalifet.az xəbər verir ki, səfir Erkan Özoral demokrat.az-a açıqlamasında deyib ki, Mübariz Mənsimovun məhkəmə qərarı ilə Türkiyədə həbs edilməsi məsələsinə hörmətlə yanaşıb, prosesin yekun nəticəsini gözləmək lazımdır:
Muxalifet4 - 18-03-2020
Bankomatlardan istifadəni minimuma endirin - Azərbaycan Banklar Assosiasiyası
Hazırda qlobal səviyyədə narahatlığa səbəb olmuş və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən pandemiya elan edilmiş COVİD-19 virusu onun təmas etdiyi səthlərə toxunulma vasitəsi ilə də yoluxmaya səbəb ola bilir.
Bu barədə nağdsız ödənişlərin COVİD-19 virusu ilə yoluxma təhlükəsini azaltmasına dair Azərbaycan Banklar Assosiasiyasının tövsiyələrində qeyd olunub.
Muxalifet4 - 18-03-2020
Koronavirus AZAL-a da zərbə vurdu: Maaşlarda problem olacaq
Azərbaycan Hava Yolları koronavirusla əlaqədar təyyarə səfərlərinin ləğv edilməsi səbəbindən güclü maliyyə zərbəsi alacaq.
Bu sözləri Azərbaycan Hava Yollarının vitse-prezidenti İlham Əmirov İctimai TV-dəki “Diqqət mərkəzi” verilişində qonaq olarkən deyib.
İ.Əmirov bildirib ki, AZAL dəyən maliyyə zərərini öz resursları hesabına qarşılamağı düşünür:
Muxalifet4 - 18-03-2020
İlham Əliyev koronavirusla mübarizə aparan həkimlərin maaşını artırdı - SƏRƏNCAM
Prezident İlham Əliyev yeni növ koronavirus (COVİD -19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam imzalayıb.
Virtualaz.org bildirir ki, sərəncama əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3–5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilir.
Muxalifet4 - 18-03-2020
ÜST koronavirusla mübarizə üçün ən təsirli vasitəni AÇIQLADI
Xəstəlik yaşlı insanlar üçün təhlükəli olsa da, bütün yaşlar infeksiyaya həssasdır, odur ki, qoruyucu tədbirlərə əməl etmək tövsiyə edilir.
Ümumdünya Səhiyyə Təşkilatı əlləri və üzü sabunla müntəzəm şəkildə yumağı koronavirusa yoluxmaqdan qorunmağın ən effektiv yolu adlandırıb. ÜST-ün İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti tərəfindən verilən tövsiyələrdə qeyd edilir ki, infeksiyaya qarşı mübarizə aparmaq üçün elektrikli əl quruducularının təsiri barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.
Muxalifet4 - 18-03-2020
Koronavirusla mübarizə aparan İrana NÖVBƏTİ ŞOK: ABŞ açıqladı
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib.
Bu barədə ABŞ-ın Dövlət Departamenti açıqlama yayıb. Açıqlamaya görə, qadağalar əsasən İranın neft-kimya sənayesini əhatə edir. Belə ki, aralarında İrandan əlavə Çin və Cənubi Afrikaya məxsus şirkətlər də olmaqla 9 qürum sanksiyalara məruz qalıb.
Həmçinin, İranın terror fəaliyyətlərinə və İraqdakı ABŞ bazasına hücumuna dəstək verdiyi iddia edilən 3 şəxs qadağalara məruz qalıb. Dövlət Departamentinin məlumatına görə, sanksiyaların məqsədi İran üzərində təzyiqi artırmaqdır.
Muxalifet4 - 18-03-2020
Döyülən jurnalistlər DİN-ə şikayət etdi
Bir qrup jurnalist Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovla görüşüb.
Onlar Zahidova bu gün, martın 18-də Türkiyənin Azərbaycan Respublikasındakı səfirliyi önündə iş adamı Mübariz Mənsimovun həbs qərarına etiraz aksiyasını çəkərkən polis tərəfindən təzyiqə məruz qaldıqlarını bildiriblər.
Muxalifet4 - 18-03-2020
Bakı, Sumqayıt və Abşerona aparan ara yollarda postlar quruldu - NƏZARƏT GÜCLƏNDİRİLİR
Bu gecə saat 00.00-dan etibarən Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna digər şəhər və rayon qeydiyyatında olan avtomobillərin və həmin avtomobillərin sərnişinlərinin girişi dayandırılacaq.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib ki, artıq adıçəkilən şəhərlərin və Abşeron rayonunun girişlərində polis postları qurulub və Nazirlər Kabineti yanında Operativ Qərargahın məlum qərarı bu gecə saat 00.00-dan qüvvəyə minəcək.
Muxalifet4 - 18-03-2020
Rəhim Qazıyevi döyən kürəkəni məhkəmə qarşısında - XULİQANLIQDA İTTİHAM OLUNUR
Bakıda xuliqanlıqda təqsirləndirilən Ramil Əzizovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
“Report”un əldə etdiyi məlumata görə, cinayət işi baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.
Hakim İslam Əliyevin icraatında olan iş üzrə hazırlıq iclası martın 19-na təyin edilib.
Qeyd edək ki, R.Əzizov keçmiş həyat yoldaş A.Qazıyevaya qarşı xuliqanlıqda təqsirləndirilir.
Muxalifet4 - 18-03-2020
"DTX ARİF ƏSGƏROVU DA HƏBS ETMƏLİDİR" - Tanınmış cərrahdan ölkə başçısına şok müraciət
"İcra başçısıAsif Əsgərovun köməkliyi ilə "Regal" MTK mənə külli miqdarda maddi və mənəvi ziyan vurmuşdur"
"Dövlət Təhlükəsizlik Xidməti paytaxtdan uzaq bir rayonda icra başçısını rüşvətxorluqda ittiham edərək həbs edir, çox sağ olsunlar. Lakin Bakı şəhərinin göbəyində Nəsimi Rayon icra başçısı olan Asif Əsgərov həbs edilmir"
Muxalifet4 - 21-03-2020
Mənsimovun Hüquqlarını Müdafiə Komitəsi Əliyev və Ərdoğana müraciət etdi - "PALMALİ" RƏHBƏRİNİN ZAMİNƏ BURAXILMASI XAHİŞ OLUNUR
"Mübariz Mənsimovun ağır cərrahi əməliyyat sonrası aclıq aksiyası keçirməsi həyatına böyük təhlükədir"
Muxalifet4 - 18-03-2020