Axtarış

The search found 105857 results in 0.103 seconds.

Search results

  1. "Bir gün eşitdim ki, müəllimi onu..." - Atası Nərminlə bağlı SENSASİON FAKTLARI AÇDI

    Feminist Nərmin Şahmarzadənin atası Ağalar Şahmarzadə müsahibə verib. Ağalar Şahmarzadə Sabunçu rayonu 307 saylı tam orta məktəbdə riyaziyyat müəllimi kimi çalışırdı. Hansı ki, Nərmin də o məktəbin nümunəvi şagirdi olub. Ata sonradan iş yerini dəyişib. Özü etiraf etməsə də belə addım atmasının qızı ilə bağlı olduğunu deyir çoxu. İnsandır, utanıb, müzakirə açmaq istəməyib övladı ilə bağlı. Ona söz verdiyim kimi, indi harada fəaliyyət göstərdiyini yazmayacağam. Amma bir tarixçə danışacağıq sizə ikimiz. Bizim vətəndaş, onun övlad kimi itirməkdə olduğu Nərmin barədə.

    Muxalifet4 - 20-03-2020

  2. Bakıda üç qadın kişini döyüb ikinci mərtəbədən atdı

    Bakıda qonşular arasında dava baş verib.

    “Report” xəbər verir ki, hadisə Nəsimi rayonunun “Kubinka” deyilən ərazisində qeydə alınıb.

    Davada 1987-ci il təvəllüdlü Rəhmanov Əlibala Azad oğlu və onun xalası oğlu ağır bədən xəsarətləri alıblar.

    Belə ki, yaşadığı mənzil plana düşdüyü üçün əşyalarını götürməyə gələn şəxslərlə qonuşlar arasında mübahisə düşüb. Sonda mübahisə dava ilə nəticələnib.

    Muxalifet4 - 20-03-2020

  3. "Prezidentin qızı ilə hakimiyyət arasında alver gedir" - Kərimovaya qarşı niyə belə amansızdırlar?

    Özbəkistanda keçmiş prezident İslam Kərimovun hazırda həbsxanada olan böyük qızı Gulnara Kərimovaya daha 13 il 4 ay iş kəsilib. Özbəkistan Ali Məhkəməsinın 18 mart tarixli qərarında deyilir ki, Kərimova reketçilikdə, çirkli pulların yuyulmasında, başqalarının mülkiyyətinə qarşı qanunsuz hərəkətlərdə, habelə müxtəlif maliyyə cinayətlərində təqsirli bilinir.

    Kərimova ilə eyni gündə daha 5 nəfər barədə hökmlər çıxarılıb.

    Muxalifet4 - 20-03-2020

  4. Nəhəng kreslolu icra başçısı yola salınır - FOTO

    Yaxın günlərdə Bakı şəhərində bir neçə rayonun icra başçısının vəzifədən azad olunacağı haqda fikirlər var.
     
    Muxalifet.az xəbər verir ki, hakimiyyət daxilindəki etibarlı mənbədən Hurriyyet.org-a verilən məlumata əsasən, əslində, prezident İlham Əliyevin bu haqda bayramdan öncə sərəncam imzalayacağı gözlənilirdi. Lakin ölkədə mövcud olan koronavirus təhlükəsi ilə əlaqədar olaraq prezidentin bu sərəncamının bir qədər təxirə düşdüyü bildirilir.
     

    Muxalifet4 - 20-03-2020

  5. İCRA BAŞÇISININ GÖSTƏRİŞİ İLƏ GÖYÇAY SAKİNİNİN TORPAĞI ƏLƏ KEÇİRİLİB – “Çoxlu sayda ağac əkmişdim, onları da məhv etdilər”/ ŞİKAYƏT

    Göyçay rayonu, Mallışıxlı kənd sakini, Yeni Azərbaycan Partiyasının üzvü Manafov Şirxan Mircəfər oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. İcra başçısı Mehdi Səlimzadədən Prezident İlham Əliyevə şikayət edən Ş.Manafovun məktubunu olduğu kimi dərc edirik:

    Muxalifet4 - 21-03-2020

  6. “Mən siyasətçi kimi məhv oldum...” - Deputat Erkin Qədirli

    “Jurnalist İsmayıl Cəlilova verdiyim müsahibə tam biabırçılıq idi. Əgər mən özümü siyasətçi hesab etsəydim o zaman deyərdim ki, siyasətçi kimi məhv olmuşam”.

    Bu barədə özünün Facebook səhifəsində ReAL hərəkatından deputat Erkin Qədirli yazıb.

    Muxalifet4 - 20-03-2020

  7. Həbs edilən Nizaməddin Quliyevin kadrı işdən çıxarıldı

    Goranboy Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub.

    Demokrat.az-ın məlumatına görə, bu barədə icra başçısı Məhərrəm Quliyev sərəncam imzalayıb.

    Sərəncama əsasən, Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini, sosial iqtisadi inkişafın proqnozlaşdırılması və təhlili şöbəsinin müdiri Elçin Şəmil oğlu İsmayılov dövlət qulluğuna xitam verilərək, tutduğu vəzifədən azad edilib.

    Onun vəzifəsi vakant olaraq qeyd edilib. 

    Muxalifet4 - 20-03-2020

  8. Koronavirus bir ailənin 4 üzvünü öldürdü - VİDEO

    Çinin Uhan şəhərində ortaya çıxdıqdan sonra qlobal bir epidemiyaya çevrilən və dünyada 10 mindən çox insanın ölümünə səbəb olan koronavirus epidemiyası ABŞ-da bir ailəni məhv etdi.

    Demokrat.az xarici KİV-ə istinadən xəbər verir ki, 14 min 340 adamın aktiv virusa yoluxduğunu və 217 nəfərin həyatını itirdiyi ABŞ-ın New-Jersey əyalətində yaşayan Fusco ailəsinin dörd üzvü ard-arda karantində həyatını itirib.(Unikal.org

    Muxalifet4 - 20-03-2020

  9. Bütün təhsil müəssisələrində tətilin müddəti uzadıldı - AZƏRBAYCANDA

    Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVID - 19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. 

    Muxalifet4 - 20-03-2020

  10. Yol polisi saxlayan sürücü öldü - BEYLƏQANDA

    Martın 19-u saat 17 radələrində Beyləqan Rayon Polis Şöbəsi (RPŞ) Dövlət Yol Polisi (DYP) Bölməsinin əməkdaşları xidmətdə olarkən hərəkətdə olan “Niva” markalı avtomobili üzərində keçmiş Sovetlər İttifaqından qalan (22-66 АГБ) qeydiyyat nişanı ilə idarə edildiyi üçün saxlayıblar.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

    Muxalifet4 - 20-03-2020

  11. Azərbaycanda karantindən qaçan həkim saxlanıldı - RƏSMİ AÇIQLAMA

    "Məlum olduğu kimi, Koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə Nazirlər Kabinetı yanında Operativ Qərərgah tərəfindən ölkə ərazisində sosial izolyasiya tədbirləri, məhdudiyyətlər tətbiq edilir və bu qərarlar da vətəndaşlarımız tərəfindən bütövlükdə anlayışla qarşılanır".

    Muxalifet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

    Muxalifet4 - 20-03-2020

  12. Cəlilabadda aptek müdiri və daha 3 nəfər saxlanıldı

    Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik maddə və psixotrop tərkibli, istifadəsi qadağan olunmuş dərmanların qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat növbəti əməliyyat tədbiri həyata keçirilib.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, tədbir zamanı əvvəlcə rayon sakinləri Ceyhun Əhmədov və Toğrul Şahbazov saxlanılıblar. Onların üzərlərinə baxış zamanı ümumilikdə 12 ədəd satışı qadağan edilən güclü təsiedici xassəyə malik “Tramadol 200” həbi aşkar olunaraq götürülüb.

    Muxalifet4 - 20-03-2020

  13. Bərdədə dəhşətli qətl - OĞUL ATASINI ÖLDÜRDÜ

    Bərdə rayonunda dəhşətli qətl hadisəsi baş verib.

    Bərdə Rayon Polis Şöbəsindən “Report”a bildiriblər ki, rayon sakini, 1969-cu il təvəllüdlü Mustafayev Namiq Əkbər oğlu yaşadığı evdə atası, 1936-cı il təvəllüdlü Mustafayev Əkbər Kərim oğlunu mətbəx bıçağı ilə ürəyindən vuraraq öldürüb.

    Namiq Mustafayevin ruhi xəstə olduğu bildirilir.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

    Muxalifet4 - 20-03-2020

  14. Azərbaycan-İran sərhədində gərginlik: silahlı şəxslər zərərsizləşdirildi - FOTO

    Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahə­sində təd­birlər davam etdirilir.

    Muxalifet4 - 20-03-2020

  15. Gürcüstan Azərbaycanla sərhəddə əlavə karantin zonası yaradır

    Gürcüstan hökumətinin qərarı ilə ölkənin quru sərhəd-keçid məntəqələri yaxınlığında əlavə karantin zonaları yaradılacaq.

    “Report” bildirir ki, bu barədə Gürcüstan Baş nazirinin mətbuat katibi İrakli Çikovani məlumat verib.

    Onun sözlərinə görə, əlavə karantin yerləri “Lars”, “Qırmızı körpü” və “Sarp” sərhəd-keçid məntəqlərinə yaxın ərazilərdə təşkil olunacaq.

    İ.Çikovani qeyd edib ki, bu, koronavirusla bağlı vəziyyəti daha yaxşı idarə etməyə imkan verəcək.

    Muxalifet4 - 20-03-2020

  16. Bəzi nazirlik və komitələrin əməkdaşları növbədənkənar məzuniyyətə göndərilir - RƏSMİ QƏRAR

    Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə tədbirlər davam etdirilir.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, belə tədbirlərin ən mühüm hissəsi vətəndaşların ünsiyyətini minimuma qədər azaltmaqdır. 

    İndiyə qədər mərhələli şəkildə görülmüş tədbirlər ünsiyyətin xeyli azalmasına səbəb olub.

    Bununla belə, işləyən vətəndaşların “özünütəcrid”i qeyri-mümkün olur və infeksiyanın yayılması təhlükəsini artırır.

    Muxalifet4 - 20-03-2020

  17. DƏHŞƏT: Bir gündə 600-dən çox insan öldü - KORONAVİRUS İTALİYANI ÇÖKDÜRÜR

    İtaliyada koronavirus qurbanlarının sayı sutka ərzində yeni rekord qırıb.

    Bunu ölkənin Milli Müdafiə Xidmətinin başçısı Andjelo Borelli bildirib.

    O, qeyd edib ki, ölkədə 627 nəfər COVİD-19 infeksiyasının qurbanı olub. 

    Dünən İtaliyada koronavirus qurbanlarının ümumi sayı 3,4 min nəfərə çatıb. Ölkə artıq bu göstəriciyə görə Çini qabaqlayıb.

    “Bu gün biz 689 sağalma faktını qeydə almışıq, sağalanların ümumi sayı 5 129 nəfərə çatıb”, - Borelli brifinqdə bildirib.

    Muxalifet4 - 20-03-2020

  18. Dünyada koronavirus qurbanlarının sayı 9 min nəfəri ötdü

    Gürcüstanda koronavirusa daha bir yoluxma halı təsdiqlənib.

    “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi rəsmi saytda bildirilib.

    Bununla koronavirusa yoluxanların sayı 44-ə çatıb.

    Qeyd edilir ki, hazırda karantində 1 925, stasionar nəzarətdə isə 271 nəfər saxlanılır.

    Koronavirusa yoluxan pasiyentlərdən biri tam sağalaraq evə buraxılıb.

    Muxalifet4 - 20-03-2020

  19. Dünyada 210 mindən çox insan koronavirusa yoluxub - ÜST AÇIQLADI

    Bu günə qədər dünyada 210 mindən çox insan koronavirusa yoluxub, 9 mindən çox ölüm hadisəsi qeydə alınıb. 

    APA TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adan Qebreyesus aşıqlamasında bildirib. 

    Muxalifet4 - 20-03-2020

  20. Rusiyada koronavirusla bağlı yüksək hazırlıq rejimi elan olundu

    Rusiyada koronavirusla mübarizə aparmaq məqsədilə yüksək hazırlıq rejimi elan olunub.

    Rejimə sonuncu olaraq İnquşetiya Respublikası qoşulub. Beləliklə, bu rejim ölkənin bütün ərazisini əhatə edir.

    AzərTAc xatırladır ki, son məlumata görə, Rusiyada 253 koronavirusa yoluxma halı qeydə alınıb. Təkcə bir gün ərzində ölkənin 9 regionunda 54 xəstə aşkarlanıb.

    Muxalifet4 - 21-03-2020

Pages