Axtarış

The search found 105854 results in 0.074 seconds.

Search results

  1. SON DƏQİQƏ: Mübariz Mənsimov bu ittihamla həbs olunub - VİDEO, YENİLƏNDİ

    İstanbul Növbətçi Sülh Cəza Hakimliyi Mübariz Mənsimovun həbsinə Türkiyə Cümhuriyyəti Konsitutsiyasının 314.2-ci maddəsi əsasında qərar verib.

    Bu maddə silahlı terror qruplaşmasına üzv olmaq cinayətini ehtiva edir.

    Muxalifet4 - 17-03-2020

  2. Qanunlar tez qəbul edilməlidir ki, koronavirusa qarşı daha səmərəli tədbirlər görülsün - SPİKER

    Dünyada koronavirus tüğyan edir. Azərbaycan koronavirusla mübarizədə səmərəli fəaliyyət göstərir. Azərbaycanın fəaliyyəti Ümiumdünya Səhiyyə Təşkilatı tərəfindən müsbət qiymətləndirilir.

    Bunu Milli Məclisin plenar iclasında spiker Sahibə Qafarova deyib.

    Muxalifet4 - 17-03-2020

  3. Hər kəs bu mağazalara qaçır - Təşvişə düşüb ağlasığmaz addımlar atırlar

    ABŞ-da koronavirusa yoluxma faktının çoxalması insanlarda ağlagəlməz təşviş yaradıb.

    Publika.az xəbər verir ki, çox sayda insan silah mağazalarına üz tutub.

    “Los Angeles Times” qəzetinin məlumatına görə, Kaliforniya, Vaşinqton və Nyu-York başda olmaqla, virusun ən çox təsirində qalan ştatlarda silah-sursat satışlarında sürətli artım qeydə alınıb.

    Muxalifet4 - 17-03-2020

  4. Koronavirusa qarşı ilk peyvənd sınaqdan keçirildi - VİDEO

    ABŞ-da koronavirus əleyhinə hazırlanan peyvəndin ilk sınağı həyata keçirilib.

    "Yeni Sabah" xəbər verir ki, COVİD-19 virusunun vaksini 4 nəfər sağlam könüllü üzərində test edilib.

    Muxalifet4 - 17-03-2020

  5. “Bakıya giriş-çıxışın bağlanması yolverilməzdir” - DEPUTAT

    “2020-ci ilin iş planına Rəqabət Məcəlləsi və “Təhsil Kreditləri haqqında” qanunu da daxil etmək lazımdır”.

    Muxalifet.az apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında millət vəkili Vahid Əhmədov deyib.

    V. Əhmədov bildirib ki, “Təhsil kreditləri haqqında” qanun layihəsi qəbul edilməlidir: “Bu, çox ciddi məsələdir. Bununla bağlı həmkarım Əli Məsimli ilə qanun layihəsini təkmilləşdirmişik”.

    Muxalifet4 - 17-03-2020

  6. ​DƏHŞƏTLİ PROQNOZ: Türkiyədə bir ayda 30 min nəfərə koronavirus yoluxa bilər

    Türkiyədə Koronavirus Elmi Komitə üzvü, professor Alpay Azap bir aya koronavirusa yoluxanların sayının beş min nəfərə çatacağını deyib.
    Türkiyə mətbuatı xəbər verir ki, professor hətta qısa müddətdə 30 min nəfərin COVİD-19 virusuna yoluxa biləcəyinin təxmin edildiyini açıqlayıb:
    “3-4 həftə ərzində yoluxanların sayının təxminən 5 min nəfər olacağı gözlənilir. Lakin bu  rəqəm 30 minə də çata bilər. Vətəndaşlarımız tədbirli olsalar, yoluxanların sayını 3-4 min civarında saxlaya bilərik”.

    Muxalifet4 - 17-03-2020

  7. “100 milyon manat həcmində Antiböhran Fondu yaradılmalıdır” - SAMİR ƏLİYEV

    “İnsanları təşvişə salan koronavirus pandemiyası milli iqtisadiyyatlara milyardlarla zərər vurmaqda davam edir. Dünya iqtisadiyyatının bir parçası olan Azərbaycan iqtisadiyyatının zərəri daha çoxdur. Bir tərəfdən neftin ucuzlaşması fonunda tədiyyə balansına pozitivlik verən neft gəlirlərinin azalması, digər tərəfdən də geniş karantin tədbirləri çərçivəsidə qeyri-neft sektorunun əsas lokomotivi olan xidmət və ticarət sektorlarının üzləşdikləri məhdudiyyətlər ümumi iqtisadiyyat üçün tənəzzül perspektivi vəd edir”. 

    Muxalifet4 - 17-03-2020

  8. ƏSƏD REJİMİNİN 9 İLLİK ZÜLMÜ – Suriyalı qaçqınlar evlərinə dönəcəklərinə ümid edirlər

    Suriyada Bəşər Əsəd qüvvələrinin qanlı müdaxiləsi ilə başlayan xalq üsyanından 9 il keçməsinə baxmayaraq, rejim və onun havadarlarının didərgin saldığı milyonlarla insan evlərinə qayıtmaq həsrəti ilə yaşayırlar.
    Muxalifet.az
    xəbər verir ki, yüz minlərlə insanın həyatını itirdiyi, milyonlarla insanın qaçqın vəziyyətinə düşdüyü və yerindən yurdundan edildiyi Suriyada vətəndaş müharibəsi 9 ili geridə qoydu.

    Muxalifet4 - 17-03-2020

  9. Mənsimovun üzünə duran şəxslərin kimliyi məlum oldu

    Türkiyədə həbs olunan azərbaycanlı iş adamı Mübariz Mənsimovun əleyhinə ifadə verən şəxslər məlum olub.
     
    Türkiyə mənbələrindən AzToday.az-a daxil olan məlumata görə, bu gün səhər saatlarında keçirilən məhkəmədə iki nəfər Mənsimovun üzünə durub. Belə ki, zamanında Mənsimovun sahib olduğu “Palmali” Şirkətlər Qrupundan etdiyi oğurluğa görə, işdən qovulan Alaatdin Aykaç və Fatih Berber iş adamının əleyhinə ifadə veriblər.
     

    Muxalifet4 - 17-03-2020

  10. Karantin rejimini pozanlar 5 ilədək həbs oluna bilər - AZƏRBAYCANDA YENİ QANUN QƏBUL OLUNDU / Yenilənib

    Parlamentin bu gün keçirilən iclasında İnzibati Xətalar və  Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklər müzakirə olunub.

    Muxalifet.az xəbər verir ki, təklif edilən dəyişikliyə görə, Azərbaycanda koronavirusa görə cərimə tətbiq ediləcək. 

    Belə ki, epidemiya əleyhinə rejimin, sanitariya, gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə ediləcək. 

    Muxalifet4 - 17-03-2020

  11. ​“Milyarder Fərhad Əhmədov belə düşünür ki, camaat susuzluqdan ölsə də olar, onun balıqları ölməsin” – GÖYÇAY SAKİNİ PREZİDENTƏ MÜRACİƏT ETDİ

    Göyçay rayon, Qaraməryəm kənd sakini Quliyev Səbuhi Fəxrəddin oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Milyarder Fərhad Əhmədovdan şikayətçi olan S.Quliyev saytımız vasitəsilə prezident İlham Əliyevə müraciət edir:
    “Hörmətli Prezident!

    İş adamı, milyarder Fərhad Əhmədov yaşadığım Göyçay rayonu, Qaraməryam kəndinin həyətyanı sahələrinin su mənbəyini – “yekəxana gölü” kimi tanınan su hövzəsini qanunsuz olaraq zəbt edib. Belə ki, o, çayın suyunu kəsib, kənd əhalisinin əkin sahələrinin suvarılmasına mane yaradıb.

    Muxalifet4 - 17-03-2020

  12. TANIŞINA 30 MİN MANATLIQ QIZIL VERDİ, 1 İLDİR ALA BİLMİR – Astara sakini olan xanım kriminal şəxslər tərəfindən ölümlə hədələnir…

    Astara rayon, Sərək kənd sakini Höccətova Şəms Mais qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən şikayətçi yazır:
    “Cənab Prezident!
    Hörmətli Mehriban xanım!

     Keçən ilin fevral ayında Samirə adlı xanıma 30 000 (otuz min) manat dəyərində qızıl zinət əşyaları vermişəm. Bu qızıl zinət əşyalarını Səmədova Aytən Novruz qızı zamin duraraq, götürüb mənə verib. Bir il keçsə də Samirə ona verdiyim qızılı qaytarmayıb.

    Muxalifet4 - 17-03-2020

  13. "Mərkəzi Bank və hökumət hələ də məsələnin uzunmüddətli olduğunu anlamır" - İQTİSADÇI

    "WTI markalı neft qiyməti ilə Brent markalı neftin qiyməti arasında olan spred (qiymət fərqi) cəmi 0,80 dollara (80 sentə) qədər azaldı. Bu nadir görünən haldır, indi bazarlarda Brent markalı neft 29,80, WTI markalı neft isə 29,01 dollardır". 

    Muxalifet.az xəbər verir ki, bu fikirlər Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərliyə məxsusdur.

    Muxalifet4 - 17-03-2020

  14. Mərkəzi Bank onlayn rejimə keçdi - VƏTƏNDAŞLARA MÜRACİƏT

    Baş nazir Əli Əsədovun mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, dövlət qurumlarına ünvanladığı məktubunda koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə aparılması məqsədilə martın 16-da verdiyi tapşırıqlar nəzərə alınmaqla Azərbaycan Mərkəzi Bankında (AMB) vətəndaş müraciətlərinin qəbulu rejiminə dəyişikliklər edilib.

    Muxalifet.az bu barədə quruma istinadən xəbər verir.

    Muxalifet4 - 17-03-2020

  15. Qarabağ əlilləri Mübariz Mənsimova azadlıq tələb edir - BƏYANAT

    Əlillərin Müdafiə Komitəsi "Palmali" şirkətinin rəhbəri Mübariz Mənsimovla bağlı bəyanat yayıb. Muxalifet.az həmin bəyanatı olduğu kimi təqdim edir:
    Türkiyədə yaşayan tanınmış iş adamı, messenat Mübariz Mənsimovun heç bir əsas olmadan saxlanılması biz savaş əlillərini ciddi rahatsız edir və bu saxlanmanın qərəzli, siyasi xarakter daşıdığını düşünürük.

    Muxalifet4 - 17-03-2020

  16. ​Banklar niyə bankomata dollar yerləşdirmir?

    Koronavirus təhlükəsi hökuməti canlı toxunuşlardan yayınmağa vadar edən rejimə keçməyə yönəldib.

    Muxalifet4 - 17-03-2020

  17. "Qaçqınkom" sədri koronavirusa görə qəbula getmədi, 5 saat videoqəbul keçirdi

    Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının (COVID-19) qlobal pandemiya elan olunması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ qərargahın tövsiyələri nəzərə alınaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların fərdi qaydada qəbulu müvəqqəti olaraq dayarandırılaraq, müasir rabitə-kommunikasiya vasitələrindən istifadə edilməklə onlayn videoqəbula başlanılıb.

    Muxalifet4 - 17-03-2020

  18. Gürcüstan qoruyucu maskaların istehsalına başlayır

    Gürcüstan hökuməti ölkədə qıtlıq müşahidə olunan qoruyucu maskaların istehsalına başlamağı planlaşdırır.

    Bunu ölkənin İqtisadiyyat və dayanıqlı inkişaf naziri Natiya Turnava deyib.

    O bildirib ki, bununla əlaqədar olaraq ölkədəki tikiş müəssisələrinə hökumət tərəfindən maksimum yardım göstəriləcək.

    Qeyd olunur ki, bu günədək Gürcüstanda 34 koronavirusa yoluxma faktı qeydə alınıb.

    Bununla əlaqədar olaraq, ölkə ərazisində martın 18-dən başlayaraq marşrut taksilərinin fəaliyyəti dayandırılır./trend

    Muxalifet4 - 17-03-2020

  19. Bakı, Sumqayıt və Abşerona giriş məhdudlaşdırıldı - RƏSMİ AÇIQLAMA

    Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bütün səviyyələrdə hərəkətin məhdudlaşdırılması və sosial təcridin gücləndirilməsi tədbirləri davam etdirilir.

    Muxalifet4 - 17-03-2020

  20. 15 nazir karantinə göndərildi - POLŞADA

    Polşanın ətraf mühit naziri Mixail Vos koronavirusa yoluxduğunu açıqlayandan sonra 15 nazir karantinə göndərilib.

    “Interfax” xəbər verir ki, hökumətin sonuncu iclası martın 10-da keçirilib, 24 nazirdən koronavirusa yoluxanı da daxil olmaqla 15-i iştirak edib.

    Baş nazir Mateuş Moravetski sonuncu iclasda olmayıb. Beləliklə, o, karantindən yayına bilib.

    Polşada indiyədək koronavirusa 205 nəfər yoluxub. 5 nəfər infeksiyanın qurbanı olub.

    Muxalifet4 - 17-03-2020

Pages