Koronavirusla mübarizə aparan İrana NÖVBƏTİ ŞOK: ABŞ açıqladı

Baxış sayı:
3256

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib.

Bu barədə ABŞ-ın Dövlət Departamenti açıqlama yayıb. Açıqlamaya görə, qadağalar əsasən İranın neft-kimya sənayesini əhatə edir. Belə ki, aralarında İrandan əlavə Çin və Cənubi Afrikaya məxsus şirkətlər də olmaqla 9 qürum sanksiyalara məruz qalıb.

Həmçinin, İranın terror fəaliyyətlərinə və İraqdakı ABŞ bazasına hücumuna dəstək verdiyi iddia edilən 3 şəxs qadağalara məruz qalıb. Dövlət Departamentinin məlumatına görə, sanksiyaların məqsədi İran üzərində təzyiqi artırmaqdır.

Qeyd edək ki, dünya dövlətləri koronavirus səbəbiylə İrana qarşı bəzi qadağaların ləğvini tələb edir./Publika.az