Axtarış
The search found 105857 results in 0.054 seconds.
Search results
Çin koronavirus yayılan ölkələrə yardım təklif etdi
“Çin digər ölkələrə COVID-19 pandemiyası ilə mübarizədə müxtəlif vasitələrlə kömək etməyə hazırdır. Rəsmi Pekin ən çətin dövrdə digər dövlətlərin dəstəyini heç vaxt unutmayacaq”.
Bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qen Şuan deyib.
Muxalifet4 - 18-03-2020
İTALİYADA DƏHŞƏT: Gün ərzində koronavirusdan 475 nəfər ölüb
İtaliyada son 24 saat ərzində koronavirusa yoluxanlardan 475 nəfər dünyasını dəyişib.
BBC-nin xəbərinə görə, bu göstərici ötən günlərdən bəri ən çox ölüm hadisəsidir.
Ölkədə koronavirusdan ölənlərin sayının ümumilikdə 2 min 978 nəfərə çatdığı bildirilib.
Muxalifet4 - 18-03-2020
ŞOK - İranda hәr 1 saatda 43 nәfәr koronavirusa yoluxur
İranda hәr 1 saatda 43 nәfәr yeni koronavirusa (COVID-19) yoluxur.
Bunu İranın sәhiyyә nazirinin müavini İrәc Hәrirçi İranın şimal-qәrbindә yerlәşәn Qәrbi Azәrbaycan vilayәtinin Urmiya şәhәrindә jurnalistlәrә açıqlamasında deyib.
İ.Hәrirçinin sözlәrinә görә, yoluxma bu virusun epidemioloji gücünü göstәrir. Hәrirçi әlavә edib ki, bundan әlavә araşdırmalara әsasәn, İranda hәr 1 saatda 3 şәxs virus nәticәsindә dünyasını dәyişir.
Muxalifet4 - 18-03-2020
Neftin qiyməti 25 dollardan aşağı düşdü
“Brent” markalı neftin 2020-ci ilin may ayı fyuçerslərinin qiyməti 13,3% azalaraq bir barel üçün 24,9 ABŞ dollarına qədər ucuzlaşıb.
Bu barədə “Report” TASS-a istinadən xəbər verir.
Sonuncu dəfə bu markalı neft 2003-cü ilin mayında bu səviyyədə olub.
Agentlik bildirib ki, WTI markalı neftin qiyməti də 21,3 faiz ucuzlaşıb və hazırda bu markalı neftin bir barelinin qiyməti 21,5 ABŞ dollarıdır. WTI markalı neft sonuncu dəfə 2002-ci ilin martında bu qiymətə satılıb.
Muxalifet4 - 18-03-2020
Fransada koronavirusa yoluxanların sayı 9 000 nəfəri ötdü
Son gün ərzində Fransada 89 nəfər COVİD-19 epidemiyasının qurbanı olub.
Bu barədə Fransanın Sağlamlıq üzrə baş direktoru Jerom Salomon bildirib. Ölənlərin 7 faizinin yaşı 65-dən aşağı olub.
“Biz bundan sonra sürətlə yayılan epidemiya ilə üz-üzəyik“ - Jerom Salomon bildirib.
Fransada bu gün COVİD-19 epidemiyasına yoluxanların sayı 9 134-ə, ölənlərin sayı 264-ə çatıb. Hazırda reanimasiyada 931 nəfər ağır vəziyyətdə saxlanılır.
Muxalifet4 - 19-03-2020
Bakıya giriş məhdudlaşdırıldı - QADAĞA QÜVVƏYƏ MİNDİ
Bu dəqiqələrdən Bakıya girişlə bağlı məhdudiyyətlər qüvvəyə minir.
Muxalifet4 - 19-03-2020
Tanınmış biznesmen azərbaycanlı qonşusunu öldürdü
Ötən gün martın 18-də Rusiyanın Kareliya muxtar vilayətinin inzibati paytaxtı Petrozavodskda yerli biznesmen Azərbaycan vətəndaşı olan qonşusunu öldürüb.
Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, şəhərdə tanınmış biznesmen olan 56 yaşlı Yevgeni Yablokov ov tüfəngindən qonşusuna atəş açıb. Hadisənin səbəbi onların arasında çoxdandır davam edən münaqişədir.
Muxalifet4 - 19-03-2020
Bakıda hamilə qadın xəstəxanada ölüb
Bakıda 22 həftəlik hamilə qadın ölüb.
Hadisə ötən gün Topçubaşov adına Elmi Cərrahiyyə Xəstəxanasında qeydə alınıb.Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Şəbnəm Mustafayeva bətnindəki uşaq ilə birlikdə ölüb.
Araşdırmalar zamanı məlum olub ki, Ş. Mustafayeva 5 il qabaq ürək əməliyyatı keçirib. Bu il martın 17-də "Mitral qapağın protezinin trombozu" diaqnozu ilə Topçubaşov adına Elmi Cərrahiyyə Xəstəxanasına yerləşdirilib. Ötən gün isə ürək çatışmazlığından ölüb.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır./apa
Muxalifet4 - 19-03-2020
Koronavirusun episentri Uhanda yoluxma və ölüm qeydə alınmadı
Son gün ərzində Çində koronavirus qurbanlarının sayı 8 nəfər artıb.
Muxalifet.az "Euronews"a istinadla bildirir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi açıqlama verib.
Qeyd edilir ki, virusa yoluxanların sayı 34 nəfər artıb, daha 819 nəfər sağalıb.
Bu halda ölkədə epidemiyanın episentri olmuş Uhan şəhərində hər hansı yoluxma və ya ölüm qeydə alınmayıb.Muxalifet3 - 19-03-2020
Ukraynanın şərqində yenidən gərginlik yaşanıb
Ukraynanın şərqində separatçılarla ordu bölmələri arasında yenidən gərginlik yaşanıb.
Muxalifet.az bildirir ki, bu məlumatı Ukrayna Birləşmiş Qüvvələrinin mətbuat xidməti yayıb.
Donbasda yaşanan toqquşma nəticəsində 3 ukraynalı hərbçi yaralanıb. Ukrayna ordusunun mövqeləri 120 mm və 82 mm-lik minaatanlardan, fərqli sistemli qumbaraatanlardan, iriçaplı pulemyotlardan atəşə məruz qalıb.
Muxalifet.azMuxalifet3 - 19-03-2020
SOCAR: Yeni neft yatağı kəşf edilib
Dünya bazarında neftin qiymətlərinin kəskin aşağı düşdüyü bir zamanda Azərbaycanda yeni neft yatağı kəşf edilib.
Muxalifet.az bildirir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) məlumat yayıb.
Belə ki, SOCAR və Norveçin “Equinor” şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan 120 kilometr şərqdə, açıq dənizdə yerləşən “Qarabağ” yatağının kəşf olunduğunu təsdiq edib.
“Qarabağ” yatağında ilk qiymətləndirmə quyusunun qazılmasına 2019-cu il dekabrın 23-də başlanılıb.Muxalifet3 - 19-03-2020
YPG/PKK terror təşkilatına qış zərbəsi... - 191 TERRORÇU MƏHV EDİLDİ
Türkiyədə əmin-amanlığı və qardaşlığı pozmağa çalışan terror təşkilatlarına qarşı əməliyyatlar qətiyyətlə davam edir.
YPG/PKK terror təşkilatına qarşı uğurlu əməliyyatlar həyata keçirən təhlükəsizlik qüvvələri dekabr, yanvar və fevral aylarında ölkə daxilində və xaricində həyata keçirdikləri hava və quru əməliyyatları zamanı terror təşkilatının rəhbər şəxsləri də daxil olmaqla, 191 terrorçunu zərərsizləşdirib.
Muxalifet4 - 19-03-2020
Banklar bayramda işləməyəcək – Mərkəzi Bankdan AÇIQLAMA
Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə çərçivəsində Azərbaycanda bank xidmətlərinin göstərilməsi zamanı canlı təmasın minimuma endirilməsi məqsədilə yerli banklar Novruz bayramı günlərində (20-28 mart qeyri-iş günləri) fəaliyyət göstərməyəcək.
Muxalifet.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Muxalifet4 - 19-03-2020
Pakistan koronavirusdan ilk ölüm halını təsdiq edib
Pakistanın Səhiyyə Naziri çərşənbə günü Twitter səhifəsində koronavirusdan ilk ölüm hadisəsini təsdiqləyib. Ölkədə virusa yoluxmuş xəstələrin ümumi sayı 260-a çatıb.
Ölüm hadisəsinin ölkənin şimali-qərbindəki Xeybər Paxtunxva bölgəsində olduğu bildirilib. Burada indiyə qədər koronavirusa 19 yoluxma halı təsdiq edilib.Muxalifet3 - 19-03-2020
Trump: ABŞ-la Kanada vacib olmayan səyahətlər üçün sərhədi bağlayır
Prezident Donald Tramp çərşənbə günü iki ölkənin koronavirus pandemiyasının yayılmasının qarşısını almağa çalışdığını, buna görə də ABŞ-la Kanada arasındakl sərhədi əsassız səyahətlər üçün müvəqqəti bağlamaq barədə razılığa gəldiyini deyib.
Hər iki ölkə virusun yayılmasının qarşısını almağa çalışır və eyni zamanda həyat əhəmiyyətli iqtisadi əlaqələrini saxlayır. Kanada ixracatının 75 faizini ABŞ-a edir.Muxalifet3 - 19-03-2020
Yeni dünya sisteminin məqsədi nədir?
İndi İsraildəki ravvinlər Məsihin zühurunun yaxın olduğunu söyləyirlər. Rabbi Yaakov Zisholtz, Rabbi Çaim Kanievskinin ona "Məsihlə birbaşa ünsiyyətdə olduğunu və bu məlumatı izah etmək tapşırıldığını" söylədi. Kabbalaçı ravvin olan Kanievski, İsraildəki ultra pravoslav yəhudi icmasının ən yaxşı ravvinlərindən biridir. Yəhudilər tək bir blok deyillər. Onları seçkilərdə gördük. Dünyanı idarə etdiklərini söyləyirlər, amma öz seçici bazalarına hakim deyillər. Dinə gəlincə, onların əksəriyyəti irqçi və ya sekulyar, ateist, aqnostikdir.
Muxalifet3 - 19-03-2020
Koronavirus köhnə dünyanı dağıdır və yeni dünya qurur: "LÜSİFER-RƏQƏMSAL İNSANLAR"
Sosial şəbəkələrin istifadəçiləri tərəfindən pandemiya və koronovirus ilə bağlı çaxnaşma barədə maraqlı fikirlər yayımlanır.
Bunlardan ən maraqlıları:
"Dünyada koronavirus ilə dolaşan çaxnaşma idarə edilə bilən və dərin köklüdür. Süni şəkildə yaradıldı və gözlənilən ölüm halına səbəb olmaz. Ancaq media vasitəsi ilə yaradılan kollektiv qorxu vasitəsilə televizora baxan insanların şüurunda daha da şişirdilir.Muxalifet3 - 19-03-2020
Banklara daxil olan nağd pullar təkrar dövriyyəyə buraxılmayacaq
Məlum olduğu kimi, Azərbaycanda koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə çərçivəsində insanların kütləvi toplanış və təmas yerlərinin, eləcə də bununla əlaqədar olan işlərin, proseslərin minimallaşdırılması tədbirləri həyata keçirilir və bu tədbirlər çərçivəsində Azərbaycan Mərkəzi Bankı (AMB) da daimi əsasda müvafiq addımlar atır.
Muxalifet.az ENA.az-a istinadla xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında bildirilir.Muxalifet3 - 19-03-2020
Qusarda yerləşən zavod tibbi spirt istehsalına başladı
“CARÇIOGLU GROUP” MMC və Rusiyanın "Tatspirtprom” dövlət şirkətinin birgə əməkdaşlığı ilə yaradılan "RUS AZERİ SPİRİTS” zavodunda tibbi spirt istehsalına başlanıb.
Muxalifet.az bildirir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Məlumata görə, artıq istehsal olunan məhsulun ilk partiyası – 25 min litrə yaxın tibbi spirt apteklərə yola salınıb.
Qeyd edək ki, Qusar rayonunda yerləşən müəssisə gündə 20-25 min litr tibbi sprit istehsal etmək gücünə malikdir. İstehsal tamamilə yerli xammala əsaslanır.Muxalifet3 - 19-03-2020
"KORONAVİRUS DRONLARLA ATILDI" - Şok iddia
Koronavirus hadisəsində vəziyyət düşündüyümüz kimi deyil
Muxalifet3 - 19-03-2020