Axtarış
The search found 105854 results in 0.047 seconds.
Search results
ÖPÜŞMƏKLƏ BAĞLI RƏSMİ AÇIQLAMA - "Müvəqqəti olaraq..."
“Koronavirusdan qorunmaq üçün bəzi vərdişlərimizdən, xüsusilə əl tutmaq, görüşərkən öpüşməkdən çəkinməliyik”.
Muxalifet.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, respublikanın baş infeksionisti Cəlal İsayev bildirib.
O qeyd edib ki, koronavirus yaxın təmasla keçdiyindən insanlar bu məsələdə diqqətli olmalıdırlar:
Muxalifet4 - 16-03-2020
Operativ qərargah Moskvada koronavirusa yoluxanlar üçün 500 yerlik xəstəxana tikir - ÇİN TƏCRÜBƏSİ ƏSASINDA / VİDEO
Moskvanın koronovirus üzrə Operativ qərargahı bu virusa yoluxanlar üçün xüsusi xəstəxananın tikintisinə başlayıb və tikintiyə dair videokadrları yayıb.
Muxalifet4 - 16-03-2020
Rafael Dadaşov dünyasını dəyişdi - SON SÖZÜ BU OLDU
Xalq artisti Rafael Dadaşov dünyasını dəyişib.
Bu barədə Lent.az -a 74 yaşlı aktyorun qızı, müğənni Səidə Dadaşova bildirib:
“Çox ağırdır. Atam indi dünyasını dəyişdi. Çox danışa bilmirəm. Dünyasını dəyişən zaman hamımızdan halallıq istədi”.
Muxalifet4 - 16-03-2020
Son 1 il ərzində “Nar” abunəçilərinin internetdən istifadəsi 65% artıb
Bütün ölkə əhalisini yüksək keyfiyyətli şəbəkə ilə təmin etməyi hədəfləyən “Nar”, abunəçilərini kəsintisiz və sürətli internet təcrübəsi ilə təmin etməkdədir. Belə ki, mobil operatorun təqdim etdiyi yüksək keyfiyyətli internet xidməti nəticəsində internet trafikinin həcmi son 1 il ərzində 65% yüksəlib. Qeyd edək ki, artıma bütün ölkə ərazisində LTE/LTE-A texnologiyalı baza stansiyalarının genişlənməsi, smartfon penetrasiyasının artımı, eləcə də müştərilərin internetə olan ehtiyaclarını qarşılamaq məqsədilə təqdim edilən məhsullar səbəb olub.
Muxalifet4 - 16-03-2020
Bir kəndin 285 hektar torpağı necə ələ keçirilib… – KÜRDƏMİR SAKİNLƏRİ MAGİSTRAL YOLU KƏSMƏYƏ HAZIRLAŞIR...
Kürdəmir rayonu Bağman kənd sakinləri tərəfindən Muxalivfet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. İcra başçısı Ceyhun Cəfərovdan şikayət edən sakinlər yazır:
“Kürdəmir rayon İcra Hakmiyyətinin başçısı Ceyhun Cəfərovun korrupsiya əməlləri nəticəsində Bağman kəndinə məxsus 285 hektar örüş sahələri qanunsuz olaraq uzun müddətli icarəyə verilmiş və həmin şəxslər örüş torpaqlarını qanunsuz olaraq əkmişlər. Nəticədə də kənd saknləri heyvanlarını otarması üçün örüşsüz qalıb. Bu isə bir kəndin əhalisinin məhv olması deməkdir.Muxalifet4 - 16-03-2020
“Bəzi yaramaz icra başçıları həm özlərini, həm bizim iqtidarımızı biabır ediblər” - İLHAM ƏLİYEV
"Neftin qiymətinin kəskin düşməsi nəticəsində təbii ki, biz dövlət investisiyalarını kəskin ixtisar etdik. Bunun nəticəsində işsizliyin səviyyəsi artmışdır. Bu da təbiidir. Çünki işsizliyi aşağı səviyyədə saxlamaq üçün dövlət bütün mexanizmlərdən istifadə edir. Əgər biz görsək ki, özəl sektorda haradasa işlər ixtisar olunur, əlbəttə, mənim göstərişimlə dövlət dərhal öz sözünü deməlidir. 2015-2016-cı illərdən başlayaraq mənim tapşırığımla ödənişli ictimai işlər yaradılmışdır. Bu işlərin yaradılmasının əsas səbəbi işsiz qalan vətəndaşları işlə təmin etməkdir.
Muxalifet4 - 16-03-2020
“Mənim göstərişim necə icra olunur?” - Prezident Sahil Babayevi qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edib.
Muxalifet.az xəbər verir ki, ölkəmizdə həyata keçirilən sosial islahatlardan danışan Prezident İlham Əliyev deyib:
Muxalifet4 - 16-03-2020
PREZİDENTDƏN NAZİRƏ: “Sizə qarşı təxribatlar törədildi...”
"Mən sizə göstəriş vermişdim ki, sizin nazirlik çox ciddi monitorinq, uçot aparsın. Onu da bilirəm ki, siz bu uçotu tətbiq etməyə başlayanda yerli icra orqanları tərəfindən böyük müqavimətlə rastlaşdınız".
Bunu Prezident İlham Əliyev martın 16-da Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edərkən deyib.
Muxalifet4 - 16-03-2020
Türkiyədə məscidlərdə namaz qılınması qadağan olundu
Türkiyədə məscidlərdə camaat namazına müvəqqəti olaraq fasilə verilib.
Bunu Türkiyə Dəyanət İşləri İdarəsinin sədri Əli Erbaş bildirib.
O deyib ki, ölkədə koronavirusa yoluxanların sayının artmasına görə insanların məscidlərdə bir araya gəlməsi infeksiyanın yayılması riskini artıra bilər: “Bu səbəbdən namazın evdə qılınması məsləhət görülür. Cümə namazı başda olmaqla məscidlərdə namaz qılınmasına ara verilir. Cümə namazı yerinə günorta namazının qılınması yetərlidir”./report
Muxalifet4 - 16-03-2020
“Koronavirus 2021-ci ilə qədər davam edəcək” - MƏXFİ HESABAT
Azərbaycan hökuməti koronavirusla mübarizə məqsədilə adını qoymasa da, dünən biraylq tibbi fövqəladə vəziyyət elan etdi. Özümüzdəki bir az ərzində bütün kütləvi toplantılar qadağan edildi, yeməkxana və kafelərin axşam saatından sonra işləməsinə məhdudiyyət gətirildi, başqa ölkələrə səfərlər təxirə salındı və s.
Muxalifet4 - 16-03-2020
Prezident Xüsusi Dövlət Mühafizə Xidmətini ləğv etdi - BƏYLƏR ƏYYUBOVA YENİ VƏZİFƏ VERİLDİ
Prezident İlham Əliyev "Xüsusi dövlət mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" fərman imzalayıb.
Fərmanla Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti yaradılıb.
Dövlət başçısının sərəncamı ilə Bəylər Həsən oğlu Eyyubov Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib.
Muxalifet4 - 16-03-2020
“Təhlükə görsək, fövqəladə vəziyyət elan edilməsi üçün hökumətə müraciət edəcəyik” - TƏBİB sədri
“Ölkəmizdə koronavirus infeksiyasının yayılması intensivliyi ciddi nəzarət altındadır. Karantində saxlanılanların bir qismi Bakı, digərləri rayonlardakı xəstəxanalardadır. Ağır halda olanlar Bakıda müvafiq xəstəxanalarda, daha yüngül vəziyytdə olanlar rayonlardakı xəstəxanalardadır”.
Muxalifet.az report-a istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı jurnalistlərə açıqlamasında deyib.
Muxalifet4 - 16-03-2020
ADP Mübariz Mənsimovun həbsini pislədi – BƏYANAT
Bu gün ADP İdarə Heyətinin toplantısı keçirilib. Partiyadan Muxalifet.az-a verilən məlumata əsasən, gündəlikdə ölkədə və dünyada baş verən ictimai-siyasi hadisələr, təşkilati və partiyanın cari fəaliyyəti ilə bağlı məsələlər olub.
Muxalifet4 - 16-03-2020
Rusiya Azərbaycanla dəmiryolu əlaqələrini dayandırıb
Rusiya Dəmir Yolları (RDY) bu gündən Azərbaycanla dəmiryolu əlaqələrini müvəqqəti dayandırır.
Muxalifet.az TASS-a istinadən xəbər verir ki, RDY-nin yaydığı açıqlamada bildirilir ki, yeni koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə qəbul edilən qərar martın 16-dan tətbiq olunacaq və xüsusi göstəriş olanadək qüvvədə qalacaq.
Məlumatda qeyd olunur ki, qərar barədə Azərbaycan tərəfi məlumatlandırılıb.
Analoji addım Özbəkistanla bağlı da atılıb.Muxalifet4 - 16-03-2020
Milli Məclisdə keçiriləcək ictimai dinləmənin vaxtı açıqlandı
“Milli Məclisin yaz sessiyasında iki vacib dinləmə keçiriləcək”.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
O bildirib ki, bunlar əhalinin məşğulluğunun təmin edilməsi sahəsində görülən işlər, digəri isə tütün və tütün məmulatlarından istifadənin məhdudlaşdırılması ilə əlaqədar qanunvericiliyin icrası yönündə ictimai dinləmədir.
Komitə sədri qeyd edib ki, birinci ictimai dinləmənin aprel ayında keçirilməsi nəzərdə tutulub./apa
Muxalifet4 - 16-03-2020
ABŞ koronavirusla mübarizəyə FANTASTİK MİQDARDA VƏSAİT AYIRDI... - Rəsmi açıqlama
ABŞ adminstrasiyası koronavirusun iqtisadiyyata zərərlərini azaltmaq üçün 800 milyard dollar büdcə ayırıb.
Bu barədə “Ağ ev”dən açıqlama verilib. Bildirilib ki, pandemiyanın iqtisadiyyata təsiri qaçılmazdır. Lakin bu təsiri mümkün qədər azaltmaq üçün tədbirlər planı həyata keçirilir.
Muxalifet4 - 16-03-2020
Bu ölkədə koronavirusdan 300-500 min insan ölə bilər - PREZİDENTƏ HESABAT TƏQDİM OLUNDU
Fransada koronavirusa qarşı mübarizə tədbirləri həyata keçirilməsə, 300-500 min insan öləcək.
Bu bilgilərin yer aldığı hesabat Prezident Emmanuel Makrona təqdim olunub.
“Le Monde” qəzetinin xəbərinə görə, ötən həftə epidemiyaya görə ölkədəki bütün tədris müəssisələrinin bağlanmasından əvvəl sənəd prezidentin önünə qoyulub. Buna görə də Makron tədrisin dayandırılması təlimatını verib.
Muxalifet4 - 16-03-2020
Prezidentin vəzifədən azad etdiyi general kimdir?
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Xüsusi dövlət mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilib.
Qeyd edək ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi general-polkovnik Vaqif Axundov idi.
Xatırladaq ki, V.Axundov 1950-ci il sentyabrın 16-da Astara şəhərində anadan olub.
2 iyun 2003-cü ildən Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi təyin olunub.
Muxalifet4 - 16-03-2020
Karantin rejimini pozanlar 5 ilədək həbs oluna bilər - AZƏRBAYCANDA YENİ QANUN QÜVVƏYƏ MİNİR
Martın 16-da VI çağırış Milli Məclisin Səhiyyə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib.
Muxalifet4 - 16-03-2020
Milli Məclisdə keçiriləcək ictimai dinləmənin vaxtı açıqlandı
“Milli Məclisin yaz sessiyasında iki vacib dinləmə keçiriləcək”.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
O bildirib ki, bunlar əhalinin məşğulluğunun təmin edilməsi sahəsində görülən işlər, digəri isə tütün və tütün məmulatlarından istifadənin məhdudlaşdırılması ilə əlaqədar qanunvericiliyin icrası yönündə ictimai dinləmədir.
Komitə sədri qeyd edib ki, birinci ictimai dinləmənin aprel ayında keçirilməsi nəzərdə tutulub.
Muxalifet4 - 16-03-2020