Axtarış
The search found 105857 results in 0.084 seconds.
Search results
Əhali hökumətin göstərişlərinə məhəl qoymasa İranda 3.5 milyon adam öləcək - HAZIRDA HƏR 10 DƏQİQƏDƏ 1 ADAM ÖLÜR...
İranda koronavirusun yayılması ilə bağlı vəziyyət dramatik olaraq qalır.
Səhiyyə nazirinin müavini İrəc Hərirçi ölkədə hər saatda 3 nəfərin bu virusdan öldüyünü, 43 yeni yoluxma halının qeydə alındığını açıqlayıb.
Hərirçi özü də epidemiyanın yeni başladığı günlərdə yoluxmuşdu, amma o sağalıb və işinə qayıdıb.
“Hər saatda 43 İran vətəndaşı virusa yoluxur və bu statistika epidemiyanın nə dərəcədə ciddi olduğunu göstərir”,-İRNA agentliyi Hərirçidən sitat gətirir.
Muxalifet4 - 19-03-2020
Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti iclası keçirildi
Martın 19-da Baş Nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında operativ qərargahın növbəti iclası keçirilib.
Qərargahdan verilən məlumata görə, iclasda koronavirus infeksiyasının yayılmasına qarşı görülən tədbirlər, tətbiq olunmuş məhdudiyyətlərə nəzarət, xaricdəki Azərbaycan vətəndaşlarının təxliyəsi, karantindəki şəxslərin vəziyyəti, xəstələrin müalicəsi və s. məsələlər müzakirə edilib və yeni qərarlar qəbul olunub.
Muxalifet4 - 19-03-2020
Bakı Ağır Cinayətlər Məhkəməsində işlərə baxılması təxirə salındı - ƏMR
Bakı Ağır Cinayətlər Məhkəməsində işlərə baxılması aprelin 20-ə qədər təxirə salınıb.
Bununla bağlı məhkəmənin sədri Mahmud Nəbiyev əmr imzalayıb.
Əmrə əsasən təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlərə (qətimkan tədbirlərinin seçilməsi, uzadılması, dəyişdirilməsi, ləğvi) istisna olunmaqla icraatda olan digər işlərə baxılması 20 aprel 2020-ci il tarixə kimi təxirə salınıb.
Muxalifet4 - 19-03-2020
Koronavirusla bağlı yalan məlumatlar yayan şəxsə xəbərdarlıq edildi
Nazirlər Kabineti yanında Operativ Qərargah və Baş Prokurorluq birgə məlumat yayıb.
Muxalifet4 - 19-03-2020
Xəstəxanadan spirt oğurlayıb satan azərbaycanlı saxlanıldı - ALMANİYADA
Almaniyanın Münster şəhərindəki bir xəstəxanadan 100 litr tibbi spirt oğurlayan Azərbaycan vətəndaşı saxlanılıb.
“Report”un Avropa bürosunun Münster Şəhər Polis Təşkilatından əldə etdiyi məlumatda deyilir ki, bu ilin fevral ayından şəhərdəki xəstəxanalardan birindən 100 litr tibbi spirt oğurlayan 28 yaşlı Azərbaycan vətəndaşı polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
Muxalifet4 - 19-03-2020
Regionlardan gələn maşınlar belə geri qaytarılır - VİDEOLAR
Gecə saat 00:00-dan etibarən xüsusi təyinatlı, təcili tibbi yardım, qəza-bərpa, xilasedici və yük daşıyan avtomobillər istisna olmaqla, respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna girişi məhdudlaşdırılıb.
Baku TV xəbər verir ki, artıq Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olmayan nəqliyyat vasitələri sərnişinlərlə birgə geri qaytarılır.Muxalifet4 - 19-03-2020
Türkiyədə 150 minə yaxın iş yeri fəaliyyətini dayandırdı - KORONAVİRUS TƏHLÜKƏSİ
Türkiyədə koronavirusun yayılması çox sayda iş yerlərinin bağlanmasına səbəb olub.
Belə ki, Türkiyə Daxili İşlər Nazirliyinin 81 rayona göndərdiyi “Koronavirus tədbirləri” çərçivəsində 149382 iş yeri müvəqqəti olaraq bağlanıb.
Bunlara gecə klubları, barlar, diskotekalar, teatr, kino, konsert, toy salonları, kafelər, restoranlar, hər cür oyun salonları və s. aiddir.
Qanuna əməl etməyən 187 iş yeri təkrar bağlanıb.
Muxalifet4 - 19-03-2020
Azərbaycanda koronavirusla bağlı 1 milyard manat ayrıldı, İşçi Qrup yaradıldı - SƏRƏNCAM
Prezident İlham Əliyev koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb.
Muxalifet4 - 19-03-2020
DÜNYANI DƏHŞƏTƏ GƏTİRƏN GÖRÜNTÜLƏR - Cəsədlərlə dolu hərbi maşınlar ard-arda düzülüb... / VİDEO
İtaliyanın Berqamo şəhərində koronavirusdan ölən insanların cəsədlərinin yandırıldığı krematoryumlar (cəsədlərin yüksək temperaturda yandırıldığı yer) tələbatı qarşılamadığı üçün hökumət əlavə tədbirlərə əl atıb.
Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, cəsədlərin digər şəhərlərdə yandırılmasına qərar verilib. Cəsədlərin daşınması üçün çox sayda hərbi maşın cəlb edilib. Məlumata görə, Berqamodakı krematoryumlar 24 saat fəaliyyət göstərərək ən çox 25 cəsəd yandıra bilir.
Qeyd edək ki, İtaliyada koronavirusdan 3 minə yaxın insan həyatını itirib.
Muxalifet4 - 19-03-2020
Gürcüstanda bütün ticarət obyektləri bağlanır
“Gürcüstanda ərzaq mağazaları və apteklərdən başqa bütün ticarət obyektlərinin bağlanması qərara alınıb”.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria xüsusi brifinqdə bildirib.
Onun sözlərinə görə, bank və poçt şəbəkəsi, yanacaq doldurma məntəqələri adi qaydada fəaliyyət göstərəcək.
G.Qaxaria deyib ki, hazırkı mərhələdə ölkədə fövqəladə vəziyyət elan etməyə ehtiyac yoxdur.
Muxalifet4 - 19-03-2020
Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda dörd İşçi Qrup yaradılır
Prezident İlham Əliyevin koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncamına əsasən dörd İşçi Qrup yaradılır.
Muxalifet4 - 19-03-2020
İtaliya koronavirusdan ölənlərin sayına görə Çini keçdi
İtaliyada koronavirus pandemiyasından ölənlərin sayı artıb.
"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, son sutka ərzində koronavirusa yoluxan 427 nəfər dünyasını dəyişib. Bununla da İtaliyada koronavirusdan ölənlərin sayı 3405 nəfərə çatıb. Ümumilikdə isə ölkədə 41 min nəfər koronavirusa yoluxub.
Qeyd edək ki, İtaliya sözügedən virusundan ölənlərin sayına görə Çini keçib. Asiya ölkəsində koronavirusdan ölənlərin sayı 3245 nəfərdir.
Muxalifet4 - 19-03-2020
Gürcüstanın baş naziri ölkə əhalisini evdən çıxmamağa çağırıb
Gürcüstanın baş naziri Giorgi Qaxaria ölkə əhalisini ciddi zərurət halları istisna olmaqla evdən çıxmamağa çağırıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu çağırışla o, xüsusi brifinqdə çıxış edib.
Hökumət başçısının sözlərinə görə, 70-dən yuxarı yaşı olan şəxslərin evdə qalması xüsusən vacibdir: “Gürcüstan Poçtu vətəndaşlara bütün lazımi xidmətləri göstərəcək”.
G.Qaxaria ölkə sakinlərinə cansağlığı arzulayıb və qeyd edib ki, qlobal çağırışa tərəfdaş və dost ölkələrlə birgə cavab veriləcək.
Muxalifet4 - 19-03-2020
NEFT BAZARINDA TƏLATÜM NƏ ZAMANA QƏDƏR DAVAM EDƏ BİLƏR? - Ekspertlər 18 dollara qədər eniş gözləyirlər
Muxalifet4 - 19-03-2020
Lukaşenkodan koronavirus məsləhətləri – “Araq, sauna və traktor”
Belarus prezidenti Aleksandr Lukaşenko vətəndaşları təşvişə düşməməyə və virus haqqında çox danışmamağa çağırıb.
Muxalifet.az medicina.az-a istinadən bildirir ki, ölkə rəhbəri insanları tarlada işləməyə səsləyib:
"Orda heç kimin yadına virus düşmür. Çıxın tarlaya, traktor sizi müalicə edəcək".
Daha sonra prezident öz qorunma tədbirləri barədə danışıb. Spirtli içki içməyən Lukaşenko bu dəfə fərqli məsləhət verib:Muxalifet4 - 19-03-2020
“LAZIM GƏLSƏ, ÖLKƏDƏ HƏRBİ VƏZİYYƏT ELAN OLUNMALIDIR” – Müxalif partiya sədri
Koronavirus (COVİD-19) Azərbaycanda da yayılıb və hökumət bu pandemiyaya qarşı müxtəlif hazırlıq tədbirləri həyata keçirilib.
Muxalifet4 - 20-03-2020
Azərbaycanda Bahar bayramı qeyd edilir
Novruz qədim və böyük bayram kimi yazın gəlişi münasibətilə qeyd edilir və sevincli hadisələrə - qışın bitməsi və yazın başlamasına həsr olunur.
Muxalifet.az-ın məlumatına görə, Novruzun qeyd edilməsi yeni ilin, yazın ilk gününün qarşılanması anlamına gəlir.
Muxalifet4 - 20-03-2020
“Koronavirus epidemiyasını dünyaya Çin yaydı” – TRAMP RƏSMİ PEKİNİ İTTİHAM ETDİ
ABŞ prezidenti Donald Tramp koronavirus epidemiyasının dünyaya yayılmasına görə Çini ittiham edib.
O bildirib ki, Pekin adminstrasiyası əvvəldən dünya ictimaiyyətinə ətraflı məlumat versəydi, virus pandemiyaya çevrilməzdi:
“Çin virusu mənbəyində dayandıra bilərdi. Çin əvvəlcədən məlumat versəydi, bu virus daha əvvəl dayandırıla bilərdi. Hamıdan əvvəl Çindən gələn şəxslərə qadağa tətbiq edilməsi üçün çağırış etdim. Amma media dərhal məni irqçiliklə ittiham etdi”.Muxalifet4 - 20-03-2020
Koronavirusla bağlı ordumuzda tədbirlər görülür - FOTO
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tövsiyə olunan mübarizə tədbirləri çərçivəsində Azərbaycan Ordusunda qabaqlayıcı tədbirlər həyata keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Müdafiə nazirinin əmri ilə xəstəliklərin profilaktikası və hərbi qulluqçuların sağlamlığının qorunub saxlanılması məqsədilə yoluxucu xəstəliklərə qarşı profilaktik və əks-epidemik tədbirlər görülür.
Muxalifet4 - 20-03-2020
"Korona hazırda bizə adaptasiya olur..." - PROFESSOR
Koronavirusun (Kovid-19) sona çatması 2 faktora bağlıdır.
Bu sözləri Corc Mason Universitetinin professoru Ança Baranova deyib.
Professor bildirib ki, virus yeni daşıyıcıya keçdikcə zəifləyir:
“Virus insandan insana keçəndə mutasiyaya uğrayır və zəifləyir. Virus insan üzərində varlığını davam etdirmək üçün birgə təkamül keçir. Bu virus hazırda bizə adaptasiya olur. Bunun nə qədər davam edəcəyi bəlli deyil”.
Baranova ikinci faktorun insanların bu virusa qarşı immunitet qazanmaq müddəti ilə bağlı olduğunu vurğulayıb./Axar.az
Muxalifet4 - 20-03-2020