Axtarış
The search found 105854 results in 0.182 seconds.
Search results
Bakıya gələnlərin şəxsiyyət vəsiqəsi yoxlanacaq? - AÇIQLAMA
"Bakıya gələn vətəndaşların fərdi qaydada şəxsiyyət vəsiqələri yoxlanılmayacaq".
Nazirlər Kabineti yanında operativ qərargahdan Teleqraf.com-un sorğusuna cavabda belə deyilib.
Məlumata görə, Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş məhdudlaşdırılması ilə bağlı qərarda söhbət sərnişin daşımalarından gedir:
"Respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması martın 29-dək dayandırılır.
Muxalifet4 - 17-03-2020
DYP Bakı, Sumqayit və Abşerona girişin məhdudlaşdırılması ilə bağlı məlumat yaydı
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Bakı, Sumqayıt və Abşeron rayonuna nəqliyyat vasitələrinin girişinin məhdudlaşdırılması ilə əlaqədar məlumat yayıb.
Muxalifet4 - 17-03-2020
Əfqan Muxtarlı azadlığa buraxıldı və... - TƏYYARƏ İLƏ ALMANİYAYA YOLA SALINDI
Jurnalist Əfqan Muxtarlı azadlığa çıxıb.
Muxalifet.az bildirir ki, Suraxanı Rayon Məhkəməsində onun cəzasının qalan hissəsindən azad edilməsi ilə bağlı müraciətə baxılıb.
Məhkəmənin qərarı ilə Əfqan Muxtarlının cəzasının qalan hissəsi şərti hesab olunaraq azadlığa buraxılıb.
Martın 17-də jurnalist Əfqan Muxtarlının həbsdən azad edildiyi və Almaniyaya yola salındığı bildirilir.
Muxalifet4 - 17-03-2020
Bu ölkədə küçəyə çıxanlar cərimələnəcək - KARANTİN REJİMİ
Bu gün yerli vaxtla saat 12:00-dan Fransada karantin rejimi başlayıb, insanların hərəkəti ciddi şəkildə məhdudlaşdırılıb.
67 milyon əhali istisna hallarda evdən bayıra çıxa bilər.
Ümumiyyətlə, qaydalara riayət etməyənlər və evdən əsaslandırılmamış şəkildə çıxanlar 38 avrodan 135 avroya qədər cərimə olunacaqlar.Muxalifet4 - 17-03-2020
Fransanın Azərbaycandakı səfirliyi viza verilməsini dayandırdı
Fransanın Azərbaycandakı səfirliyi viza müraciətlərinin qəbulunu dayandırıb.
Virtualaz.org bildirir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Zakari Qros Twitter-də yazıb.
“Parisdən gələn təlimata əsasən, yerli və qlobal olaraq vizaların verilməsi müvəqqəti olaraq dayandırıldı. COVID-19 böhranı bitdikdən sonra sizi Fransada qarşılamağa ümid edirik”, - deyə səfir qeyd edib.
Muxalifet4 - 17-03-2020
Azərbaycanda məscidlərə girişlər qadağan edildi
Azərbaycanda koronavirus infeksiyasının törədə biləcəyi təhlükənin qarşısının alınması məqsədilə məscid və ziyarətgahlara giriş-çıxışa məhdudiyyətlər tətbiq edilib.
Muxalifet.az-ın məlumatına görə, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələrlə birlikdə bu gün keçirilən iclasında qərar qəbul edilib.
Muxalifet4 - 17-03-2020
SON DƏQİQƏ! - Azərbaycanda daha 6 nəfərdə koronavirus aşkarlandı
Azərbaycan Respublikasında 6 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Nazirlər KAbineti yanında operativ qərargah məlumat yayıb.
Muxalifet4 - 17-03-2020
"Bunu mənə edənlərin kim olduqlarını bilirəm və..." - MƏNSİMOV HƏBSXANADAN AÇIQLAMA YAYDI
Azərbaycanlı milyarder, xeyriyyəçi, Palmali Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov bu gün İstanbul Məhkəməsinin qərarı ilə həbs edilərək göndərildiyi cəza evindən vəkilləri vasitəsilə mediaya açıqlama ünvanlayıb.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, açıqlamada M.Mənsimov bir neçə aydır barəsində tərtib edilən kompramatlarla üz-üzə qaldığını bildirib.
Muxalifet4 - 17-03-2020
"Rusiya ordusu onlarla türk hərbçini öldürdü..." - AMERİKADAN AÇIQLAMA
“Rusiya ordusu Suriyada onlarla türkiyəli hərbçini öldürdü”.
Türkiyənin NTV televiziyasının Vaşinqtona ezam olunmuş nümayəndəsinin sözlərinə görə, ABŞ-ın Dövlət katibi Mayk Pompeo belə açıqlama verib. Diplomatın sözlərinə görə, Suriyadakı vəziyyət Türkiyəyə ciddi təsir göstərir. “Buna görə də ABŞ Türkiyəyə əlavə hərbi yardımlar etməyi düşünür” - deyə Pompeo bildirib.
Muxalifet4 - 17-03-2020
"Brent" markalı neftin qiyməti 29 dollardan aşağı düşdü
Martın 17-də dünya neft qiymətləri 3-4%-a qədər ucuzlaşıb.
Belə ki, "Brent" markalı neftin qiyməti 20 yanvar 2016-cı ildən bəri ilk dəfə bir barel üçün 29 dollardan aşağı düşüb.
"Brent" markalı neftin may fyuçerslərinin qiyməti 3,76% azalaraq 28,92 dollar/barelə qədər enib. "WTI" markalı neftin may fyuçerslərinin qiyməti 3,1% azalaraq 28,1 dollar/barelə qədər enib.
Muxalifet4 - 17-03-2020
Avro-2020-nin tarixi dəyişdirildi - YENİLƏNİB
UEFA bu gün milli komandaların bu yay keçirilməli olan əsas turnirinin – Avro-2020-nin tarixinin dəyişdirilməsi – 2021-ci ilə keçirilməsi ilə əlaqədar qərar qəbul edib.
AFFA xəbər verir ki, qərar qəbul olunarkən oyun iştirakçılarının sağlamlığının prioritet məsələ olması və çempionatın təşkil olunacağı ölkələrdə dövlət orqanlarının üzərinə hər hansı əlavə təzyiqin düşməməsi nəzərə alınıb. Avro-2020-nin tarixinin dəyişdirilməsi COVİD-19 virusu ilə əlaqədar məcburi fasilə yaranmış ölkədaxili çempionatların yekunlaşdırılmasına şərait yaradacaq.
Muxalifet4 - 17-03-2020
"Kredit ödənişlərində güzəştin verilməsi məqsədəuyğundur" - DEPUTAT
Nazirlər Kabineti koronavirusun iqtisadiyyata təsirlərinin minimumlaşdırılması məqsədilə sahibkarlara dəstək üçün təkliflər hazırladığını bəyan edib.
Muxalifet.az-ın xəbərinə görə, Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, bu baxımdan, məhdudlaşdırıcı tədbirlərin sahibkarlara və eləcə də vətəndaşlara iqtisadi təsirlərinin minimumlaşdırılması üçün bu tədbirlərin də paketə daxil olunması məqsədəuyğun olardı:
Muxalifet4 - 18-03-2020
Neft ölkələrinin təcili iclası çağırılıb – QİYMƏT “YUVARLANIR”
İraq OPEK+ təşkilatının təcili iclasını çağırıb.
Muxalifet.az cebhe.info-ya istinadən xəbər verir ki, buna səbəb neftin qiymətindəki kəskin ucuzlaşmadır. Rəsmi Bağdad hesab edir ki, hazırda neft bazarında qeyri-müəyyənlik hökm sürür, ixracatçı ölkələr vəziyyəti müzakirə edərək təcili qərar qəbul etməlidir.
İraq üçün ən münasibə neft qiyməti hər barel üçün 60 dollar hesab olunur. Neft bazarında isə son qiymətlər 28-30 dollar ətrafındadır.
Muxalifet4 - 18-03-2020
Sabahdan Azərbaycana idxal edilən spirtli və energetik içkilər üçün aksiz dərəcələri artırılır - YENİ BAHALAŞMA GƏLİR
Sabahdan Azərbaycana idxal edilən spirtli və energetik içkilər üçün aksiz dərəcələri artırılır.
Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” 17 fevral 2020-ci il tarixli qərarında əksini tapıb.
Qərar dərc edildiyi gündən 30 gün sonra – martın 19-da qüvvəyə minir.
Qərara əsasən, aksiz dərəcəsi energetik içkilərin hər litri üçün 3 manatdan 3,1 manata, səməni pivəsinin hər litri üçün 1,7 manatdan 1,9 manata qaldırılıb.Muxalifet4 - 18-03-2020
Koronavirus niyə bu qədər sürətlə yayıldı? - ARAŞDIRMA
ABŞ-ın “Science” dərgisində yayımlanan bir araşdırmada yeni tip koronavirusun sürətlə yayılma səbəbi ortaya qoyulub.
Araşdırmaya əsasən, COVİD-19 daşıyıcılarının 86%-nin xəbəri olmadan toplumda gəzdiyi və “gizli” adlandırılan bu xəstələrin epidemiyanı alovlandırdığı bildirilib.
Çində səyahətlə bağlı məhdudiyyət tətbiq edilmədən əvvəl hər 7 xəstədən 6-nın xəbəri olmadan virusun yayılmasını təhrik etdiyinə diqqət çəkilib.
Muxalifet4 - 18-03-2020
Elmar Vəliyevi güllələyən şəxsin məhkəməsi başladı
Bakı Ağır Cinayətlər Məhkəməsində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşlarına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov də daxil olmaqla 12 nəfər dəstə üzvünün cinayət işi üzrə hazırlıq iclası başlayıb.
Muxalifet.az report-a istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə ölən Ağa Sərxaninin (təqsirləndirilən şəxs) hüquqi varisi olan bacısı məhkəmə prosesində iştirak etməyib.
Muxalifet4 - 18-03-2020
Azərbaycanda sərnişin qatarlarının hərəkəti dayandırılır
Sabahdan martın 29-na qədər Bakı-Sumqayıt-Bakı və Bakı-Pirşağı-Bakı elektrik qatarları istisna olmaqla, ölkədaxili sərnişin qatarlarının hərəkəti dayandırılır.
Muxalifet.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin yaydığı məlumatda bildirilib.
Söhbət aşağıdakı qatarlardan gedir:
- Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı
- Bakı-Tbilisi-Bakı (Böyük Kəsikə kimi) sərnişin qatarı
- Bakı-Böyük Kəsik-Bakı sərnişin qatarı
- Bakı- Köçərli -Balakən-Bakı sərnişin qatarı
Muxalifet4 - 18-03-2020
Çin koronavirusun dərmanını tapdı - QISA MÜDDƏTƏ SAĞALDIR
Çində yeni tip koronavirus (Kovid-19) pandemiyasının dərmanı tapılıb.
“Favipiravir” adlı virusəleyhinə preparat Kovid-19 virusuna qarşı kliniki effektlilik göstərib.
Bu barədə açıqlamanı Çinin Milli Biotexnologiya İnkişaf Mərkəzinin prezidenti Çjan Sinmin verib. Çjan Sinmin deyib: “Favipiravir” adlı dərman Yaponiyada 2014-cü ildən tətbiq olunur. Klinik sınaqlarda heç bir əks-təsir göstərməyib. Dərman xəstəliyin yüngül formasına tutulan insanı 4 günə müalicə edir”./Hurriyyet.orgMuxalifet4 - 18-03-2020
İcra başçısı iclasdan qaçdığı deyilən görüntüdən DANIŞDI / VİDEO
Ucar rayon Icra Hakimiyyətinin başçısı Mənsur Məmmədov çıxışını yarımçıq qoyub, iclası tərk etməsi ilə bağlı yayılan iddialara münasibət bildirib.
Muxalifet.az xəbər verir ki, unikal.org-a açıqlama verən Mənsur Məmmədov yayılan məlumatın əsassız olduğunu açıqlayıb:
Muxalifet4 - 18-03-2020
"DÜNYA BELƏ RİSKƏ HAZIR DEYİLDİ" - Mehriban Əliyeva koronavirusla bağlı xalqa MÜRACİƏT ETDİ
Azərbaycanın birinci-vitse-prezidenti Mehriban Əliyeva koronavirusla bağlı əhaliyə müraciət edib.
Muxalifet.az həmin müraciəti təqdim edir:
Muxalifet4 - 18-03-2020