Axtarış

The search found 105854 results in 0.077 seconds.

Search results

  1. Kiyevdəki Rusiya səfirliyinə hücum oldu

    Ukraynanın paytaxtı Kiyevdə sağ təmayüllü qrup “Könüllülər günü” adlı aksiyalar təşkil edib.

    Aksiya zamanı nümayişçilər Rusiya səfirliyinə hücum ediblər. Etirazçılar pirotexniki vasitələrlə səfirlik binasını hədəfə alıblar. Dərhal əraziyə çox sayda təhlükəsizlik əməkdaşı cəlb edilib.

    Muxalifet4 - 16-03-2020

  2. Azərbaycanda bu işçilərin işə çıxması qadağan edildi

    ​Azərbaycanda mərkəzi və yerli icra hakimiyyəti orqanları və dövlət qurumlarında çalışan işçilərin və onların ailə üzvlərindən birinin qrip, soyuqdəymə, halsızlıq və digər bu kimi halları olduğu təqdirdə həmin işçilərin işə çıxması qadağan edilib.

    Bu barədə Baş Nazir Əli Əsədovun mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə göndərdiyi məktubda deyilir.

    Muxalifet4 - 17-03-2020

  3. Azərbaycanda daha 2 nəfər koronavirusa yoluxdu

    Azərbaycanda 2 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

    Bu barədə Nazirlər Kabinetinin yanında Operativ Qərargah məlumat yayıb.

    Məlumata əsasən, xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan həmin şəxslər özlərini normal hiss edirlər, səhhətləri stabildir.

    Qeyd edək ki, hazırda Azərbaycanda 18 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

    Muxalifet4 - 16-03-2020

  4. Baş Nazir koronavirusla bağlı məktublar ünvanladı...

    Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə məktub göndərib.

    Məktubda dövlət qurumlarının rəhbərlərinə koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkil edilməsini təmin etmək və icrasına ciddi nəzarət edilməsi ilə bağlı tapşırıqlar yer alıb:

    1. İclasların, müşavirələri və toplantıların yalnız telefon rabitəsi (selektor), mobil və internet vasitəsilə keçirməsinə üstünlük verilsin;

    Muxalifet4 - 16-03-2020

  5. Bu gün İlaxır çərşənbədir

    Bu gün Novruz bayramı öncəsi qeyd edilən İlaxır çərşənbə - torpaq çərşənbəsidir.

    Torpaq insan yaradılışının maddi əsası olmaq etibarilə bu prosesdə son dərəcə əhəmiyyətli bir mövqeyə malikdir. Torpaq çərşənbəsi torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır.

    Muxalifet.az xəbər verir ki, Axırçərşənbədə tonqal qalanması, plov dəmlənməsi, səməni, xonça düzəltmə, qapı pusma, şam yandırma, bayramlaşma, fala baxma və bir çox adət-ənənələr var.

    Muxalifet4 - 17-03-2020

  6. ERMƏNİ LOBBİSİ "PUTİNİ SIFIRLAYIR"

    2020-ci ilin martı həm Rusiyanın tarixində, həm onun lideri Vladimir Putinin həyatında həlledici ola bilər. Heç kimə sirr deyil ki, Putin üçün bu an əsas məqam RF-nın prezidentliyi üçün növbəti müddətə vəzifədə qalmaq və ya özünə varis tapmaqdır.

    Muxalifet3 - 17-03-2020

  7. UEFA AVRO-2020-nin təxirə salınması üçün 302 milyon avro istəyir

    UEFA Avropa çempionatının təxirə salınması üçün klublardan və liqalardan 275 milyon funt sterlinq (302 milyon avro) tələb edəcək.

    "The Athletic" xəbər verir ki, qurum AVRO-2020-nin 2021-ci ilə təxirə salınma ehtimalını nəzərdən keçirir.

    Qeyd edək ki, UEFA bu gün 55 milli assosiasiyanın iştirakı ilə videokonfrans keçirəcək və turnirlə bağlı qərar veriləcək. AVRO-2020 12 iyun - 12 iyulda Avropanın 12 şəhərində təşkil olunmalıdır. Onlar arasında Bakı da var. A qrupunun 3 oyunu, 1/4 final mərhələsinin 1 matçı isə Bakı Olimpiya Stadionunda keçirilməlidir.

    Muxalifet4 - 17-03-2020

  8. Fransada koronavirusdan ölənlərin sayı 148-ə, İtaliyada isə 349-a çatıb

    Fransada koronavirusa yoluxanların ümumi sayı 6,6 mini keçib, onlardan 148 nəfəri ölüb. 

    "TASS" xəbər verir ki, bu barədə Fransa Səhiyyə Agentliyi məlumat yayıb.

    Son bir gündə yoluxanların sayı 1210, ölənlərin sayı isə 21 nəfər olub.

    İtaliyada isə koronavirus qurbanlarının sayı 349 nəfərə çatıb.

    RİA Novosti-nin məlumatına görə, bu barədə ölkənin Mülki müdafiə xidmətinin rəhbəri Ancelo Borrelli deyib.

    O bildirib ki, hazırda virusa 28 min nəfər yoluxub. Onlardan 414 nəfəri sağalaraq xəstəxanadan buraxılıb./apa

     

    Muxalifet4 - 17-03-2020

  9. ​İtaliyadakı vətəndaşlarımız ölkəyə gətirilir

    İtaliyadakı epidemioloji vəziyyətlə əlaqədar olaraq İtaliyadan Azərbaycana qayıtmaq istəyi ilə səfirliyə müraciət etmiş Azərbaycan Respublikası vətəndaşları üçün 17 mart 2020-ci il tarixində axşam saatlarında Roma şəhərindən Bakı şəhərinə birbaşa çarter reysi həyata keçiriləcək.

    Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycanın İtaliyadakı səfirliyinin “Facebook” səhifəsində bildirilib.

    Muxalifet4 - 17-03-2020

  10. Türkiyədə koronovirusa yoluxma sayı 47-yə çatıb

    Bu gün Türkiyə Səhiyyə naziri koronovirus infeksiyasına yoluxma ilə bağlı 29 nəfərə diaqnoz qoyulduğunu açıqlayıb.

    Səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, yeni diaqnozla birgə koronovirusa yoluxma sayı 47 olub.

    Nazir deyib ki, bu gün diaqnozu açıqlanan 29 nəfərin 3-ü Ümrə ziyarətindən, qalanları ABŞ, Avropa və Orta Asiyadan gələnlərdir.

    Muxalifet4 - 17-03-2020

  11. Koronavirus dünya şəhərlərində uzun növbələr yaratdı - FOTOLAR

    Dünya ölkələri koronavirusun yayılmasını dayandırmaq və onun fəsadlarını azaltmaq məqsədi ilə ciddi tədbirlər görməkdə davam edir: sərhədlər bağlanır, kütləvi tədbirlər ləğv olunur, karantin tətbiq edilir. Bir çox yerlərdə sakinlərə evdən çıxmamaq və insanların sıx toplaşdığı yerlərdən qaçmaları tövsiyə edilib. Bu tədbirlər fonunda vətəndaşların əksəriyyəti həmişəkindən daha çox ərzaq alır və tibbi maska və antiseptiklər əldə etmək üçün apteklərə üz tutur. Bu səbəbdən supermarket və apteklərin qarşısında uzun-uzadı növbələr yaranır...

    Muxalifet4 - 17-03-2020

  12. Ukraynada ictimai nəqliyyatın fəaliyyəti dayandırılır

    Ukrayna Nazirlər Kabineti koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə 18 mart saat 14:00-dan etibarən ölkədə metro, qatar, şəhərlərarası və bölgələrarası avtobus və avia daşımalarının fəaliyyətinin dayandırılmasına dair qərar qəbul edib.

    Bu barədə İnfrastruktur naziri Vladislav Krikli Teleqram kanalında məlumat verib.

    Muxalifet4 - 17-03-2020

  13. Onlarla koronavirus xəstəsi xəstəxanadan qaçdı

    Əfqanıstanın Herat şəhərində çox sayda koronavirus xəstəsi xəstəxanadan qaçıb.

    Publika.az xəbər verir ki, ümumilikdə 50-yə qədər insanın qaçdığı bildirilir. Həkimlərin sözlərinə görə, onlardan bəzilərinin virusa yoluxduğu dəqiqləşsə də, digərləri sadəcə koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Qaçan şəxslərin karantin altına alınması üçün axtarışlar başlayıb. Yerli sakinlərə məsələ barədə xəbərdarlıq edilib.

    Qeyd edək ki, rəsmi məlumatlara görə, Əfqanıstanda 21 nəfər koronavirusa yoluxub.

    Muxalifet4 - 17-03-2020

  14. Mübariz Mənsimov haqqında həbs qərarı - FƏTÖ İTTİHAMI... / Yenilənib

    “Milliyet”in xəbərinə görə, İstanbul Respublika Baş Prokurorluğunun Terrorizm və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu tərəfindən başladılan istintaq çərçivəsində saxlanılan Mübariz Mənsimov Qurbanoğlu və şirkətinin meneceri Nuray Nurcihan Perker dünən axşam Çağlayandakı İstanbul Ədalət Sarayına göndərilib.

    Qurbanoğlu və Perker ifadə verdikdən sonra haqlarında həbs tələbi ilə məhkəməyə göndərilib.

    Perker şərti azadlığa buraxılıb, Mənsimov isə həbs olunub.

    ***

    Muxalifet4 - 17-03-2020

  15. ​“Türk dövlətlərinin ortaq fəaliyyəti xilasımız olacaq” - CAHANDAR BAYOĞLU İQTİSADİ BÖHRANDAN ÇIXIŞ YOLUNU AÇIQLADI

    Yeni yaranan Turan Partiyasının Başqanı Cahandar Bayoğlu sosial şəbəkələrdə maraqlı təkliflərlə çıxış edib. Muxalifet.az C.Bayoğlunun statusunu olduğu kimi təqdim edir: 

    Muxalifet4 - 17-03-2020

  16. İstanbuldan yola düşən 250-yə yaxın azərbaycanlı artıq ölkədədir

    Türkiyədən yola salınan 250-yə yaxın sərnişinin hamısı artıq Bakıya çatıb.

    Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, sonuncu iki avtobus bu gün səhər saatlarında paytaxta çatıb:

    Muxalifet4 - 17-03-2020

  17. “Azərbaycanda uçot dərəcəsi aşağı salınmalıdır” - NEMƏT ƏLİYEV

    Dünən ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) uçot dərəcəsini 1-1,25%-dən 0-0,25%-ə endirib.

    BBC-nin yaydığı məlumata görə, Federal Ehtiyatlar Sistemi koronavirusun iqtisadiyyata vura biləcəyi ağır fəsadların qarşısını almaq, ölkə iqtisadiyyatının inkişafını və dolların mövqeyini möhkəmləndirmək üçün belə qərar qəbul edib.

    Muxalifet4 - 17-03-2020

  18. SON DƏQİQƏ: Azərbaycanda daha 3 nəfərdə koronavirus aşkarlandı

    Azərbaycan Respublikasında 3 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahından verilən məlumata görə, xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan həmin şəxslər özlərini normal hiss edirlər, səhhətləri stabil qiymətləndirilir. Hazırda xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altında olan bütün aktiv koronavirus xəstələrinin müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

    Muxalifet4 - 17-03-2020

  19. 100 min polis və jandarma HƏRƏKƏTƏ KEÇDİ - Koronavirusa qarşı belə mübarizə aparılır

    Fransada koronavirusa qarşı mübarizə tədbirlərinə nəzarət etmək üçün 100 min polis və jandarma cəlb olunub.

    Daxili İşlər naziri Kristof Kastaner bu barədə danışıb.

    Nazir bildirib ki, ölkə miqyasında tətbiq olunan zəruri hallar xaricində küçəyə çıxma qadağasına nəzarət edilməsi üçün 100 min polis və jandarmaya təlimat verib.

    Kastaner əlavə edib ki, keçərli səbəbi olmadan küçəyə çıxanlar 135 avroya qədər cərimə olunacaq.

    Muxalifet4 - 17-03-2020

  20. Azərbaycanlılar qaçqın düşərgəsindən təxliyə edildi - ALMANİYADA

    Almaniyanın paytaxtı Berlindəki qaçqın düşərgəsi koronavirus səbəbindən bağlanıb.

    Ötən gün sığınacaq axtaranlardan biri koronavirus şübhəsi ilə xəstəxanaya aparılıb. Onun qan və tüpürcək analizinin nəticəsi pozitiv çıxıb. Berlin bələdiyyəsi və səhiyyə idarəsi düşərgənin dərhal bağlanması, sakinlərin isə, yaxınlıqdakı məktəb binasında karantin altında saxlanılması ilə bağlı qərar verib.

    Ötən gecə düşərgənin 135 sakini polis və təcili tibbi yardım işçilərinin müşaiəti ilə yaxınlıqdakı məktəb binasının idman zalına köçürülüblər.

    Muxalifet4 - 17-03-2020

Pages