Axtarış

The search found 105857 results in 0.129 seconds.

Search results

  1. Almaniyada koronavirusa yoluxanların sayı 20 min nəfərə çatır

    Almaniyada koronavirusa yoluxma hallarının sayı 19,7 minə çatıb.

    “Report” xəbər verir ki, bu göstəriciləri Almaniyanın federativ ərazilərindən daxil olmuş məlumatlara istinadən N-TV telekanalı açıqlayıb.

    Muxalifet4 - 21-03-2020

  2. Fransada koronavirusdan ölənlərin sayı 400 nəfəri keçdi

    Fransada COVİD-19 epidemiyasından ölənlərin sayı 450 nəfərə çatıb.

    Bu barədə ölkənin Səhiyyə üzrə baş direktoru Jerom Salomon bildirib.

    O, qeyd edib ki, son gün ərzində Fransada 75 nəfər yeni virusun qurbanı olub. Onların 87 faizinin yaşı 70-dən yuxarıdır.

    “Epidemiya ölkədə tədricən yayılır, vəziyyət sürətlə pisləşir, virusun yayılma tempi intensivləşir”, - Jerom Salomon deyib.

    Hazırda Fransada koronavirusa yoluxanların sayı 12 612 nəfərə çatıb. Onların 5 226-sı xəstəxanada, 1 297-si ağır vəziyyətdə reanimasiyadadır. 

    Muxalifet4 - 21-03-2020

  3. Türkiyədə koronavirusdan ölənlərin sayı 9-a yüksəldi

    Türkiyədə koronavirusdan ölənlərin sayı 9-a çatıb.

    Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca tvitter hesabında bildirib.

    O qeyd edib ki, son 24 saat ərzində 3656 şüpheli test edilib. Onlardan 311 nəfərində cavablar pozitiv olub.

    Nazirin sözlərinə görə, bu günə kimi ölkədə virusa yoluxanların sayı 670 nəfərdir: "Onlardan 9-u vəfat edib. Ölənlərin hamısı yaşlı insanlardır"./apa

    Muxalifet4 - 21-03-2020

  4. Azərbaycanda bu görüntülər Novruz bayramına görə çəkilibmiş... - VİDEO

    Bakı Media Mərkəzi Novruz bayramı ilə bağlı maraqlı videolar hazırlayıb.

    "Qafqazinfo" xəbər verir ki, sadə vətəndaşlar  və sosial media istifadəçiləri tərəfindən maraqla qarşılanan  kəndirbazın “Alov qüllələri” üzəridəki təhlükəli keçidi, milli papaq formasında böyük Novruz xonçasının mərkəzi Azneft meydanını bəzəməsi, Metropolitenin xidmətindən istifadə edən qoz, fındıq, badam “komandası”, piyada keçidindən yuvarlanaraq keçən rəngli yumurtalar, şəkərbura yelkənli paxlava -qayıq və s. videolar Bakı Media Mərkəzinin Novruz bayramına qeyri-adi hədiyyəsidir.

    Muxalifet4 - 21-03-2020

  5. Xarici avtomobillərin Azərbaycanda qalma müddəti uzadıldı - YENİ QƏRAR

    Nazirlər Kabineti “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edib.

    Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

    Bu qaydalar Gömrük Məcəlləsinin 299.1-ci maddəsinə əsasən hazırlanıb və fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarını müəyyən edir.

    Muxalifet4 - 21-03-2020

  6. Ronaldu izləyicilərinə koronavirusla bağlı müraciət etdi

    Muxalifet4 - 21-03-2020

  7. DAHA ÇOX İDMANLA MƏŞĞUL OLMAQ, SPİRTLİ İÇKİNİ MƏHDUDLAŞDIRMAQ... - ÜST koronavirus təhlükəsilə bağlı tövsiyə edib

    Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhan Qebreyesus koronavirusdan qorunmaq üçün insanları spirtli içkidən və siqaretdən imtina etməyə çağırıb.
    APA RİA Novosti-yə istinadən xəbər verir ki, ÜST rəhbəri daha çox idmanla məşğul olmağı məsləhət görüb: “İmmunitet sisteminizin düzgün işləməsinə kömək edən sağlam və faydalı qidalar yeyin, alkoqol qəbulunu məhdudlaşdırın, şəkərli içkilərdən çəkinin. Siqaret çəkməyin. Siqaretə aludə olsanız, yoluxacağınız ciddi xəstəliyin inkişaf riskini artıra bilərsiniz”.

    Muxalifet4 - 21-03-2020

  8. Bakıda dezinfeksiya tədbirləri davam etdirilir - FOTOLAR

    Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər görülməkdədir.

    Muxalifet4 - 21-03-2020

  9. Gürcüstanın dövlət naziri azərbaycanlıları təbrik etdi - NOVRUZ BAYRAMI MÜNASİBƏTİLƏ

    Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili ölkənin müsəlman vətəndaşlarını Novruz bayramı münasibətilə təbrik edib.

    O, Gürcüstanın etnik, dini və mədəni müxtəlifliyini ölkənin əsas nailiyyəti adlandırıb.

    Muxalifet4 - 21-03-2020

  10. Türkiyə koronavirusa görə 2 milyon insana təzminat ödəyəcək

    Türkiyə koronavirusa qarşı aparılan mübarizə tədbirləri ilə əlaqədar 2 milyon insana 1000 lirə nağd təzminat ödəyəcək.

    Bu barədə Ailə, Çalışma və Sosial Xidmətlər naziri Zəhra Zümrüd Səlcuq açıqlama verib.

    O bildirib ki, təzminat martın sonuna kimi vətəndaşlara ödəniləcək: “Bunun üçün vətəndaşların harasa müraciət etməsinə ehtiyac yoxdur. Ehtiyac sahibi insanlar bu paketdən yararlanacaq”./Qafqazinfo

    Muxalifet4 - 21-03-2020

  11. Neftin qiyməti yenə dəyişdi... - 23 DOLLARA DÜŞDÜ

    Neft qiymətlərində ucuzlaşma davam edir.

    Muxalifet.az xəbər verir ki,  London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 5,34 faiz azalaraq 26,94 dollardan satılır.

    WTI markalı neftin aprel fyuçerslərinin qiyməti 10,7 faiz ucuzlaşaraq 23,14 dollar təşkil edir.

    Muxalifet4 - 21-03-2020

  12. Ukraynalı diplomat da koronavirusa yoluxdu - XİN RƏHBƏRİNDƏN AÇIQLAMA

    Ukraynalı diplomatlardan biri koronavirusa yoluxub, daha üçünün xəstəliyə yoluxduğundan şübhələnilir.

    Bu barədə Ukrayna Xarici İşlər naziri Dmitri Kuleba canlı efirdə məlumat verib.

    “Təəssüf ki, xaricdəki işçilərimizdən birinə artıq koronavirus diaqnozu qoyuldu və xəstəlik olduqca mürəkkəb bir formada keçir. Lakin həmkarımızın vəziyyəti stabildir. Digər bir diplomatik missiyada üç işçinin koronavirusa yoluxduğu şübhəsi var və təcrid vəziyyətindədirlər”, - deyə XİN rəhbəri bildirib.

    Muxalifet4 - 21-03-2020

  13. Rusiyanın Liviya planı üzə çıxdı - Moskva Qəddafi rejimini bərpa etmək istəyib

    Rusiya gizli şəkildə Liviyanın devrilmiş lideri Muəmmər Qəddafinin oğlu Seyfülislam Qəddafiyə dəstək verərək, onu ölkə rəhbərliyinə gətirmək üçün addımlar atıb.

    "Anadolu" agentliyinin məlumatına görə, iddia edilir ki, Moskva bu məqsədlə Liviyaya iki cəsus göndərib. Onlar siyasi nümayəndə adı altında Liviyada nüfuzu olan Seyfülislam Qəddafiylə görüşərək, atılacaq addımları müzakirə ediblər. Məlumata görə, Rusiya Qəddafi rejimini yenidən hakimiyyətə gətirməklə Şimali Afrikanın neft ilə zəngin ölkələrindən Liviya üzərində nüfuzunu artırmaq istəyib.

    Muxalifet4 - 21-03-2020

  14. Bu dərman koronavirusu YOX EDİR - Baş həkim AÇIQLADI

    COVID-19 ilə koronavirus infeksiyasının ağır forması temperatur, öskürək və təngənəfəsliklə xarakterizə olunur.

    Rusiya mətbuatı xəbər verir ki, bu barədə 40 nömrəli şəhər klinik xəstəxanasının baş həkimi Denis Protsenko məlumat verib.

    Muxalifet4 - 21-03-2020

  15. ​Mağaza sahibinə qarşı quldurluq edən əmioğlular saxlanıldı - FOTOLAR

    Balakən Rayon Polis Şöbəsinə rayonun Gərəkli kəndində baş vermiş quldurluq hadisəsi barədə məlumat daxil olub.
    DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılmış  araşdırmalarla müəyyən edilib ki, martın 17-də saat 23 radələrində kənd sakini Vaqif Rüstəmova məxsus mağazaya oğurluq məqsədilə gəlmiş 2 nəfər şəxs mağaza sahibinin orada olduğunu bildikdə onu arxadan boğaraq bıçaqla xəsarət yetirmək istəyiblər. V.Rüstəmov həmin şəxslərə qarşı müqavimət göstərdikdə onlar qaçaraq həmin ərazidən uzaqlaşıblar.

    Muxalifet4 - 21-03-2020

  16. Teledərslərin martın 24-nə olan cədvəli açıqlandı - QRAFİK

    Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan və Novruz bayramı ilə əlaqədar fasilə verilən “Dərs vaxtı” proqramı martın 24-də yenidən efirə çıxacaq.  

    Nazirlikdən bildirilib ki, şagirdlər dərs cədvəlinə diqqət etməli, dərsi “Dərs vaxtı”nda öyrənməlidirlər. 

    Teledərslərin martın 24-nə olan cədvəlini təqdim edirik: 

    Azərbaycan bölməsi üzrə

    10:00-da Fiziki tərbiyə

    10:20-də XI sinif - Kimya, Azərbaycan tarixi, Fizika, Coğrafiya

    Muxalifet4 - 21-03-2020

  17. Sabaha olan hava proqnozu açıqlandı

    Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, lakin gündüz bəzi yerlərdə çiskinli yağış yağacağı, səhər zəif duman olacağı ehtimalı var.

    Şimal-şərq küləyi əsəcək.

    Havanın temperaturu Abşeronda gecə 6-8° isti, gündüz 10-13° isti, Bakıda gecə 6-8° isti, gündüz 11-13° isti olacaq.

    Muxalifet4 - 21-03-2020

  18. Azərbaycanlılarla ermənilər arasında dava düşdü - GÜRCÜSTANDA

    Gürcüstanda azərbaycanlılar və ermənilərin birgə yaşadığı Xocerni kəndində insident baş verib.

    “Report”un yerli bürosu xəbər verir ki, ötən gün kənd sakinləri arasında əkin sahəsi ilə bağlı anlaşılmazlıq səbəbindən mübahisə yaranıb.

    Mübahisə daha sonra davaya keçib. Hadisə zamanı erməni kəndçi azərbaycanlı həmkəndçisi, fiziki imkanları məhdud şəxsə qarşı fiziki təzyiq göstərib.

    Polis insidentlə bağlı araşdırma aparır.

    Hazırda Xocernidə ümumi vəziyyət sakitdir. 

    Muxalifet4 - 21-03-2020

  19. İranda koronavirusdan ölənlərin sayı sürətlə artır - 1556 NƏFƏR ÖLÜB...

    İranda COVID-19 virusundan ölənlərin sayı 1556-ya çatıb. 

    İran Səhiyyə Nazirliyi son sutka ərzində 123 nəfərin vəfat etdiyini bildirib. 

    Son sutka ərzində 966 nəfər koronavirusa yoluxub ki, bununla da ölkədə virusa yoluxanların sayı 20610-a çatıb. Bu günədək 7635 nəfər sağalıb.

    Muxalifet4 - 21-03-2020

  20. 3 nəfər Türkiyə vətəndaşı koronavirusdan öldü - 82 YAŞLI KİŞİ, 70 VƏ 66 YAŞLI QADIN...

    Niderlandda üç Türkiyə vətəndaşı yeni tip koronavirusdan (COVID-19) ölüb.

    Bununla bağlı Türkiyənin həmin ölkədəki səfiri Şaban Dişli açıqlama verib.

    Onun sözlərinə görə, ölənlər 82 yaşlı kişi, 70 və 66 yaşlı qadınlardır.

    Səfir qeyd edib ki, mərhumların ailələrinə hər cür yardım göstəriləcək.

    Qeyd edək ki, Niderland Səhiyyə Nazirliyinin bu gün verdiyi açıqlamada ölkədə 2994 nəfərin koronavirusa yoluxduğu, 106 nəfərin bu epidemiyadan öldüyü bildirilib.

    Muxalifet4 - 21-03-2020

Pages